Məhkəmə qərarları › İş №2-1(102)-4291/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4291/2025

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4291/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“əlilliyin təyin edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixli rəyinin surətindən müəyyən olunur ki, İddiaçı Sol budun aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı hal. Sol budun kobud əzələ çapıqları deformasiyası. Sol bud sümüyünün Xr osteomineliti fistullu forma tez-tez kəskinləşmələrlə. Sol diz oynağının hərəkət məhdudluğu diaqnozu ilə ona ikinci dərəcəli əlillik dərəcəsi verilməsi barədə qərar qəbul edilmişdir.

2. Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli rəyinin surətindən müəyyən olunur ki, İddiaçı "hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol budun aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı sol diz oynağının açıcı konturası, sol diz oynağının deformasiya olunmuş artrozu. Sol bud sümüyünün xroniki osteomieliti, tez-tez kəskinləşmə və hərəkət məhdudluğu ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli, *-**-*/*-****/**** saylı məktubunun surətindən müəyyən olunur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Y********KTV nömrəli göndərişi əsasında ##.##.2024- cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər va həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamliq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-***/**** saylı Qərarının surətindən müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyası (bunan sonra Komissiya) ##.##.2024-cü il tarixdə 22 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və aşağıdakıları müəyyən etmişdir: Masallı rayon sakini ##.##.1973-cü il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti ##.##.2021-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətlendirilmiş və Diaqnoz əlillik əlaməti teyin etmir barədə qərar verilmişdir. (ESDAS 2242*****37). Növbəti dəfə əlilik vəziyyəti tibb müəssisəsinin Y********KTV nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixində qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. X4 Məhkəməsinin *-*(***)-****/**** nömrəli qərardadına əsasən *-**-*/*-*****/**** nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili Islər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2001-ci il tarixli ** nömrəli tibbi şəhadətləndirmə barədə Arayış verilmişdir. Həmin arayışda "Sol budun “Sol budun 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki budun aşağı 1/3-də zərif capıq izləri müşahidə olunmuşdur. Diz oynağı nahiyəsində zədə sahəsi və oynaq kontrakturası qeyd olunmamışdır. Hər iki aşağı ətrafda atrofiya əlamətləri, hərəkət məhdudlluq, əlillik təyinatına əsas verən patofunksional pozuntular izlənilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "Bud sinirinin zədələnməsi, bud sinirinin postravmatik neyropatiyası. Sol aşağı ətrafın parezi nevrozabənzər sindrom. Posttravmatik qonartrozlar, sol budun aşağı 1/3nin odlu silah yaralanmasından sonrakı hal." Diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, başında, əlində qəlpə olduğunu bildirmiş, sol ətraflarında hərəkət məhdudluğu olmasından, sol dizini bükə bilməməsindən şikayətlənmişdir. Baxış zamanı hər iki aşağı ətrafın dəri örtüyü adi rəngli, tük örtüyü saxlanılmış, əzələləri normal inkişaf etmiş, simmetrik olmuş, sol budun aşağı 1/3-də qapaqlar, sol təpədə çapıq izlənmiş, sol aşağı ətrafını gərgin saxlayıb bükməyə, hərəkətləri yoxlamağa imkan verməmişdir. Nevroloji müayinə zamanı hər iki aşağı ətrafda əzələ gücü və tonusu normal olmuş, atrofiya, parez, diz oynağından keçən sinir və vətərlərdə zədələnmə qeyd edilməmiş, əlilik təyinatına əsas verə biləcək heç bir patologiya aşkar olunmamışdır. X5 və Ortopediya Institutunun ##.##.2021-ci il tarixli **********/***** nömrəli arayışında diaqnoz "Sol budun aşağı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sol bud sümüyünün xroniki osteomieliti, tez-tez kəskinləşən funksiyaeden fistula ilə. Sol diz oynağının deformasiyaedici artrozu. Sol diz oynağının kəskin kontrakturası. Yerişin pozulması. Sol aşağı ətrafın əzələ atrofiyası. Sol aşağı ətrafın funksiya pozğunluğu. Daimi kəskin ağrı sindromu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Klinika Xəstəxanasının ##.##.2022-##.##.2022-ci il tarixli Çıxarışında diaqnoz "Sol budun aşağı 1/3-nin odlu silah yaralanmasından sonrakı vəziyət. Sol diz oynağının posttravmatik artrozu, kontraktura, daimi ağrı sindromu, əzələ atrofiyası. Sol bud sümüyünün xroniki osteomieliti, remissiya fazası, sol aşağı ətrafın funksiya pozğunluğu. Posttravmatik bud sinirinin neyropatiyasi, sol aşağı ətrafın parezi, nevrozabənzər sindrom" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Təqdim edilmiş ##.##.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi "Bu göstəricilər sol aşağı etrafın irəli dərəcədə Sensor-Motor Neyropatiyası ilə uyumlu olaraq dəyərləndirildi. Yanaşı olaraq Lumbo-Sakral Diskopatiya əlamətləri də aşkarlandı" kimi qeyd edilmiş, Sural sinirin zədələnməsi olduğundan və bu sinir sensor sinir olduğundan və hərəki məhdudluq vermədiyindən ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azerbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 **** saylı, ##.##.2024cü il tarixli ekspert rəyinin surətindən müəyyən olunur ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.4. Səhiyyə Nazirliyi “xxxx” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Iş materiallarında ##.##.2022-ci il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamə olmadığından 4-cü sualın ikinci yarım hissəsini cavablandırmaq mümkün olmadı. İddiaçı sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Masallı rayon Mərkəzi xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli Y********KTV nömrəli №-li Forma *** saylı göndərişində qeyd edilmiş “Y.36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silah va digər adi silah növləri ila törədilmiş zədələnmələr. Sol budun aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı sol diz oynağının açıcı konturası, sol diz oynağının deformasiya olunmuş artrozu. Sol bud sümüyünün xroniki osteomieliti, tez-tez kəskinləşmə və hərəkət məhdudluğu ilə. Ağırlaşmalar:R26.- Hərəkətin və yerişin pozulmaları, sol diz oynağının hərəkət məhdudluğu; M86-Osteomelit. Sol bud sümüyünün xroniki osteomeliti, tez-tez kəskinləşmələrlə; M24.5-Oynaqların kontrakturası. Sol diz oynağının açıcı kontrakturası; M17-Qonartroz (diz oynağının artrozu).Sol diz oynağının deformasiya olunmuş artrozu. Yanaşı xəstəliklər. F48.0- Nevrasteniya; G90.8- Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. NSD hipertonik tip” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əssında qoyulmuş, müalicə təbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliyi qənaətbəxş olmuşdur. İddiaçı aparılan müayinələrin nəticələri arasında əldə olunmuş diaqnozla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicısini davam etdirməyə) zərurət yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə tasdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlat TibbiSosial Ekspertiza va X7-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli, 3- 28- **/*-***/**** saylı məktubunun surətindən müəyyən olunur ki, İddiaçı “xxxx”publik hüquqi şəxsdə ##.##.2021-ci il tarixində olmuşdur. Ona hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, drenə olunmuş sinusla xroniki osteomlit, oynaqların kontrakturası, kəskin ağrı, ataktik yeriş, qonartroz diaqnozu qoyulmuşdur. “xxxx” publik hüquqi şəxsdə ekspertiza keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, bununla əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik hüquqi şəxsə müraciət edilməlidir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının müvafiq qərarının ləğv edilməsinə ona müvafiq dərəcəli əlilliyin bərpa edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının müvafiq qərarının ləğv edilməsini və ona müvafiq dərəcəli əlilliyin bərpa edilməsi” kimi baxılmasını xahiş etmişdir.

9. Daha sonra yenidən iddiaçı IPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin müvafiq qərarının ləğv edilməsinin və onun İddiaçı müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçı yenidən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir.

11. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1973-cü il tarixdə Masallı rayonu, Tüklə kəndində anadan olmuşdur. ##.##.1992-ci il tarixdə Masallı rayonu Hərbi Komissarlıq tərəfindən Azərbaaycan Ordusu sıralarında xidmətə çağırılmışdır. ##.##.1992- ci il tarixdə N saylı hərbi hissənin tərkibində ##.##.1992-ci il tarixdə N saylı hərbi hissənin tərkibində Dağlıq Qarabağ döyüş bölgəsində iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü il tarixdə xəsarət almışdır. Azərbaycan Respublikası Daxili Işlər nazirliyinin Daxili Qonşuları Hərbi-həkim Komissiyasının ##.##.2009-cu il tarixli, ** saylı qərarına əsasən, ona (Sol budun aşağı 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət) “Hərbi Travmadır Azərbaycan Respublikası Müdafiəsi Zamanı Alınmışdır” Ona 2009-cu il və 2016-cı il tarixləri arasında II-ci qrup 1 illik əlillik müddəti təyin edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ##.##.2016-cı il tarixdən (Sol budun aşağı 1/3-ni dəlib keçmiş güllə yaralanmasından sonrakı hal. Sol budun kobud əzələ çağıqları deformasiyası sol bud sümüyünün Xrosteomineliti fistullu forma tez-tez kəskinləşmələrlə. Sol oynağın hərəkət məhdudluğu) diaqnozu qoyulmuşdur. Aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Bundan sonra ona ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək 5 illik əlillik müddəti müəyyən edilmişdir. Təkrar ##.##.2021-ci il tarixdən keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan X2 Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona təkrar əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir.

12. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: "Bud sinirinin zədələnməsi, BUD SINIRINiN POSTTRAVMATIK NEYROPATIYASI.SOL AŞAĞI OTRAFIN PAREZ NEVROZABƏNZƏR SINDROM. Digər posttravmatik qonartrozlar, SOL BUDUN AŞAĞI 1/3-NIN ODLU SILAH YARALANMASINDAN SONRAKI HAL", Məzkəzə göndərilmənin imtina edilmənin səbəbi: "Göndərişin natamam doldurulması – Səbəb: Əsas xəstəliyin ağırlaşmalar instrumental müayinə ilə öz təsdiqini tapmır." əsası ilə Mərkəzə geri göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz.

14. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.C.Musayev) 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 2009-cu il tarixdən başayaraq ##.##.2021-ci il tarixədək müddətli əlillik təyin edilmişdir. Iddiaçının əvvələr 10 (on) ildən artıq müddətə əlliliyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onun barəsində müddətsiz əlillik təyin edilməsinə əsasdır. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli qərar ləğv edilməli və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

16. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinixahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Şirvan Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, P.T.Əhmədov və C.Ə.Quliyev) 2025-ci il ## ####### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Şirvan Inzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli qərarın ləğv edilməsi, İddiaçı barəsində ##.##.2022-ci il tarixdən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Y********KTV nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

18. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının 10 ildən artıq müddətdə əlillik vəziyyətində olması baxımından müddətsiz əlilliyin təyin edilməli olmasına əsaslanmış, lakin nəzərə almamışdır ki, növbəti müayinələr (##.##.2021-ci il, ##.##.2021- ci il) nəticəsində əlillik təyinatından imtina barədə qərarlardan iddiaçı şikayət verməmiş, nəhayət ##.##.2022-ci il tarixli qərardan şikayət vermişdir ki, bu da iddiaçının davamlı olaraq əlillik vəziyyətində olması anlamına gəlmir. Bundan əlavə, iddiaçının orqanizmində olan patofunksional pozuntuların əlillik təyini üçün əsas verən müvafiq meyarların təsiri altına düşübdüşməməsinə, müsbət halda xəstəliklərin ağırlıq dərəcəsinə görə əlilliyin hansı faiz dərəcəsi ilə təyin edilməli olmasına, habelə cavabdeh orqanın əlillik təyinatından imtinası üçün qanuni əsasların olub-olmamasına qiymət verməmişdir. Tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.2.1-ci bəndində “mülayim dərəcəli aşağı spastik paraparez, patoloji, ayağın ön-xarici kənarına dayaqla spastik yeriş (funksional cəhətdən əlverişli mövqe), diz oynaqlarında qatlayıcı kontraktura, aşıq-baldır oynağında bükücü-açıcı kontraktura; pəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi; oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntular” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 40-60%, həmçinin meyarların 13.1.1.2-ci bəndində “osteomielit M86. prosesin aktivliyinin orta dərəcəsi, fistulanın tez-tez və ya daimi irinləməsi. prosesin aktivliyinin təzahür edən dərəcəsi (ağır kəskinləşmələr hərarətlə, təzahür edən şişkinlik və yumşaq hissələrin iltihabı, sekvestrin irinləməsi və xaric olunması) diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 70 % müəyyən edilməklə, əlillik təyinatının aparılmasına əsas verir. Iddiaçının orqanizmində olan patofunksional pozuntualar müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

22. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 6.4.2. diplegik spastik serebral iflic G80.1 Qiymətləndirmə 6.4.2. mülayim dərəcəli aşağı spastik 40-60 müddətsiz

1. paraparez, patoloji, ayağın ön-xarici kənarına dayaqla spastik yeriş (funksional cəhətdən əlverişli mövqe), diz oynaqlarında qatlayıcı kontraktura, aşıqbaldır oynağında bükücü-açıcı kontraktura; pəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi; oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntular

25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərəalmaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının orqanizmin funksiyalarının hansı faiz aralığında pozulması konkretləşdirilmədiyindən və qərarın nəticə hissəsində bu barədə qeyd olunmadığından qərar dəyişdirilməlidir.

32. Bununla bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.2.1-ci altbəndində “mülayim dərəcəli aşağı spastik paraparez, patoloji, ayağın ön-xarici kənarına dayaqla spastik yeriş (funksional cəhətdən əlverişli mövqe), diz oynaqlarında qatlayıcı kontraktura, aşıq-baldır oynağında bükücü-açıcı kontraktura; pəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi; oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntular” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 40-60% müəyyən edilməklə, müddətsiz əlillik təyinatının aparılmasına əsas verir.

33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 **** saylı, ##.##.2024cü il tarixli ekspert rəyində bildirilir ki, İddiaçı sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Masallı rayon Mərkəzi xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli Y********KTV nömrəli №-li Forma *** saylı göndərişində qeyd edilmiş “Y.36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silah va digər adi silah növləri ila törədilmiş zədələnmələr. Sol budun aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı sol diz oynağının açıcı konturası, sol diz oynağının deformasiya olunmuş artrozu. Sol bud sümüyünün xroniki osteomieliti, tez-tez kəskinləşmə və hərəkət məhdudluğu ilə. Ağırlaşmalar:R26.- Hərəkətin və yerişin pozulmaları, sol diz oynağının hərəkət məhdudluğu; M86-Osteomelit. Sol bud sümüyünün xroniki osteomeliti, tez-tez kəskinləşmələrlə; M24.5-Oynaqların kontrakturası. Sol diz oynağının açıcı kontrakturası; M17-Qonartroz (diz oynağının artrozu).Sol diz oynağının deformasiya olunmuş artrozu. Yanaşı xəstəliklər. F48.0- Nevrasteniya; G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. NSD hipertonik tip” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə təbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliyi qənaətbəxş olmuşdur.

34. Eyni zamanda “xxxx” X1 ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı “xxxx” publik hüquqi şəxsdə ##.##.2021-ci il tarixində olmuşdur. Ona hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, drenə olunmuş sinusla xroniki osteomlit, oynaqların kontrakturası, kəskin ağrı, ataktik yeriş, qonartroz diaqnozu qoyulmuşdur.

35. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.4.2.1-ci bəndi əsasında qiymətləndirilməlidir.

36. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edərək bildirir ki, Ali Məhkəmənin bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, IPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilməli, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 40-60 faiz pozulması ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X1ə həvalə edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 40-60 faiz pozulması ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X1ə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar