Məhkəmə qərarları › İş №2-1(102)-4295/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4295/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4295/2025 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar X6 və iddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçılar X6 və iddiaçı1 cavabdeh cavabdeh2 (3-cü şəxs: Üçüncü şəxs) qarşı “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli, **** №-li sərəncamına əsasən X7-Vişnyovka 2 ərazisindəki ** №-li BTK bağ sahəsinin ayrılması qərara alınmışdır. 2.Vişnyovka-2 bağlar sahəsindəki ** №-li kooperativ tərəfindən verilmiş ** nömrəli orderə əsasən Bakı şəhər Icra Hakimiyyətinin ##.##.1992-ci il tarixli, **** nömrəli qərarı ilə Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, *** saylı bağ sahəsi X7 ayrılmışdır. 3.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, ************ nömrəli məktuba əsasən Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.1992-ci il tarixli **** nömrəli qərarı ilə ** nömrəli bağ tikinti kooperativi nəzdində X7 Vişnyovka2 (Albalılıq 2) qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan *** nömrəli bağ sahəsi ayrılmış və ** nömrəli order verilmişdir. Sözügedən bağ sahəsinin Üçüncü şəxs adına keçirilməsinə dair X7 və ailə üzvləri notarial qaydada təsdiq edilmiş ərizələri ilə X10 müraciət etmişlər. Həmin razılıq ərizələrinə əsasən Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2003-cü il tarixli ** nömrəli protokolu ilə Sabunçu rayonu, Vişnyovka2 (Albalılıq2) qəsəbəsi, *** nömrəli bağ sahəsi Üçüncü şəxs icarəsinə verilmiş və onunla ## #### 2003-cü il tarixli, ***** nömrəli müqavilə bağlanılmışdır. 4.X7, X4, X1, X8 və X5 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, *** saylı bağ sahəsinin Üçüncü şəxs adına keçirilməsinə etiraz etməmişdirlər.

5. Vişnyovka II ərazisindəki *** nömrəli bağın istifadəyə verilməsi haqqında ***** nömrəli müqavilədən görünür ki, Birliyin ##.##.2003-cü il tarixli ** saylı protokoluna əsasən Sabunçu rayonu, Vişnyovka II ərazisində yerləşən 0,12 ha olan *** nömrəli bağ sahəsi Üçüncü şəxs istifadəsinə verilmişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən istifadəçi ilə birlikdə bağdan istifadə edən yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısı bu müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar Birlik qarşısında həmrəylik məsuliyyəti daşıyır. Üçüncü şəxs ailə üzvləri Qaraxanov Əli, Qaraxaova Mina və iddiaçı2 adları göstərilmişdir. 6.##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, *** saylı bağ sahəsi Üçüncü şəxs xüsusi mülkiyyətindədir. 7.cavabdeh2 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ************ nömrəli məktubuna əsasən keçmiş X15 və Istismarı Birliyi ilə Üçüncü şəxs arasında bağlanılmış ## #### 2003-cü il tarixli ***** nömrəli müqavilənin 8-ci bəndində adları qeyd edilən ailə üzvləri: Qaraxanov Əli (1944), Qaraxanova Mina (1948), iddiaçı1 (1973) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, *** saylı (0.12ha) bağ sahəsinin Üçüncü şəxs adına ilkin qeydiyyata alınmasına razılıq verilib-verilməməsi barədə məlumat (sənəd) sənədlər toplusunda aşkar olunmamışdır. 8.Eyni zamanda Bakı şəhər Icra Hakimiyyəti Başçısının **** №-li, ##.##.1994-cü il tarixli Sərəncamı ilə X2 Vişnyovka-2 bağlar sahəsində ***a nömrəli bağ sahəsinin ayrılması nəzərdə tutulmuşdur.

9. ##.##.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, ##.##.2023-ci il tarixdə vəfat etmiş-X2 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan qızı – iddiaçı2 (AA4521034, ##.##.2023 - Asan 2, FIN:*******, d/t:##.##.1973) və iddiaçı1 (AA2355408, 05.08.2C21 - Asan 2, FIN:*******, d/t:##.##.1971) hər ikisi ayrı-ayrılıqda miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2023 tarixdə X2 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir.

10. Iddiaçılar X6 və iddiaçı1 cavabdeh cavabdeh2 tərəfindən 3-cü şəxs Üçüncü şəxs adına verilmiş ##.##.2021-ci il tarixli çıxarışın ləğv edilməsi ilə bağlı müraciət etmişlər, lakin tələbləri cavabdeh qurum tərəfindən təmin edilməmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 11.Iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsində yerləşən ümumi (0.12 hektar) torpaq sahəsi olan *** nömrəli bağ sahəsinin özəlləşdirməsinə dair ilkin qeydiyyata alınmasında iddiaçıların razılıq ərizələrinin olmadan aparılmış ilkin sənədlər əsasında verilmiş çıxarışın (##.##.2021-ci il tarixli) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.1992-ci il tarixli **** nömrəli qərarı ilə Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, *** saylı bağ sahəsi X7 ayrılmış və həmin sahəyə ** №-li order verilmişdi, həmin bağ sahəsinin Üçüncü şəxs adına keçirilməsinə dair ərizə ilə X9 müraciət etmişdir və həmin razılıq ərizəsinə əsasən Bakı şəhəri Icra Hakimiyyətinin ##.##.2003-cü il tarixli “07” nömrəli protokolu ilə Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsi, *** nömrəli bağ sahəsi Üçüncü şəxs istifadəsinə verilərək və onunla “16” iyun 2003-cü il tarixli, ***** nömrəli müqavilə bağlanaraq, ailə üzvləri (Qaraxanov Əli, Qaraxanova Minə və iddiaçı2) həmin müqavilədə mülkiyyət hüququnun pay üzrə qanunvericiliyə uyğun olaraq adları istifadəçi kimi qeyd edilmişdir. Sorğuya əsasən ##.##.2024-cü il tarixli cavabdeh təşkilatın cavab məktubundan göründüyü kimi, üçüncü şəxsə onların xəbəri olmadan cavabdeh təşkilatın vəzifəli şəxslərin köməkliyi ilə, ilkin qeydiyyatın alınmasında onların xəbəri olmadan (yəni razılıq ərizələri), sənədləşmə aparılaraq qanunsuz olaraq ##.##.2021-ci il tarixində üçüncü şəxsin adına çıxarış verilmişdir. Iddiaçılar hesab edir ki, bu əsassızdır. 13.cavabdeh2 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ** saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan *** nömrəli bağ sahəsi X7 ayrılmazdan əvvəl Qaraxanov Əliyə ayrılmasına dair sənəd, eləcə də ##.##.1988-ci il tarixli 6/333 və ##.##.1986-cı il tarixli **/*** saylı sərəncam mövcud bazaya əsasən idarənin arxivində aşkar edilməmişdir. Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.1992-ci il tarixli **** nömrəli Sərəncamının surəti məhkəməyə təqdim olunmuşdur. 14.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir. 15.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 597 və ***a nömrəli bağ sahələrinə dair fərqli hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, iddiaçılar tərəfindən mübahisələndirilən qeyd *** nömrəli bağ sahəsinə aiddir və həmin bağ sahəsi ilkin olaraq sərəncama və orderə əsasən X7 məxsus olmuşdur. Daha sonra, bu bağ sahəsinə dair Üçüncü şəxs ilə razılaşma əsasında müqavilə bağlanmış, həmin müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilədə, həmçinin Qaraxanov Əli, Qaraxanova Mina və iddiaçı2 kimi şəxslər qeyd edilmişdir ki, onlar ailə üzvləri olaraq yalnız istifadə hüququ əldə etmişlər. Bununla yanaşı, ***a nömrəli bağ sahəsinə dair X2 adına verilmiş Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli, **** №-li sərəncamı və qanun üzrə vərəsəlik şəhadətnaməsi hüquqmüəyyənedici sənəd kimi öz qüvvəsində qalır. Bu halda, aydın olur ki, 597 və ***a nömrəli bağ sahələrinə dair sənədlər bir-birindən asılı olmamaqla, müstəqil hüquqi status daşıyır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən Üçüncü şəxs adına aparılmış qeydiyyat qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Məhkəmə, həmçinin vurğulamışdır ki, mübahisəyə səbəb olan qeydlə bağlı təqdim edilən hüquqmüəyyənedici sənədlərin qüvvədə olması mübahisənin hüquqi baxımdan həllini zəruri edir. Nəticə etibarilə, məhkəmə aşkar edir ki, cavabdehin hərəkətləri ilə bağlı hər hansı qanunsuzluq faktı mövcud deyildir. Beləliklə, məhkəmə bildirir ki, həm *** nömrəli bağ sahəsinə dair order və müqavilə, həm də ***a nömrəli bağ sahəsinə dair sərəncam və şəhadətnamə hüquqi qüvvəsini saxlayır və hər hansı hüquq pozuntusu aşkar olunmamışdır. 16.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat 17.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 19.Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr ##.##.2003-cü il tarixli müqavilənin Üçüncü şəxs ilə bağlanmasını əsas gətirərək, həmin müqavilənin 8- 15-ci bəndlərini təhrif etməklə vətəndaşın mülkiyyət (konstitusion) hüququnu kobud şəkildə pozmaqla və iddiaçıların vərəsəlik hüquqları aşkar surətdə inzibati iş materiallarında olduğu halda bu hissədə də məhkəmələr əsassız və qanunsuz qanunvericilik toplusuna söykənməyərək, yəni məhkəmələr heç bir araşdırma aparmadan hər iki qərarda normativ hüquqla iddianın təmin edilməməsi göstərmişlər. 2003-cü ildə bağlanmış müqavilə hüquqi qüvvədə idi və torpaq istifadəçilərinin razılığını tələb edirdi. 2007-ci ildə qanunvericilikdə müvafiq dəyişikliklər olsa da, bu əvvəlki müqavilələrin hüquqi öhdəliklərini aradan qaldırmır. Əgər Üçüncü şəxs istifadə hüququ əsas götürülərək mülkiyyət hüququna keçirilibsə, onda eyni müqavilə əsasında istifadə hüququ əldə edən digər şəxslərin də mülkiyyət hüququ eyni qaydada tanınmalıdır. Əgər hüquqi baza eyni müqaviləyə əsaslanırsa, hüquqlar da eyni əsasda tanınmalıdır. Məhkəmələrin qərarları hüquqi baxımdan yanlışdır, çünki müqavilə əsasında istifadə hüququ əldə edən hər bir şəxs eyni qaydada mülkiyyət hüququ əldə etməlidir.

TƏTBIQ EDILƏN HÜQUQ 21.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

22.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 24.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 26.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 27.Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 28.Hazırkı işdə iddiaçıların hüquqi marağı mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) ərazisində yerləşən *** nömrəli bağ sahəsinə dair Üçüncü şəxs adına aparılmış dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv olunmasından ibarətdir. 29.Işin apelyasiya məhkəməsi tərəfindən araşdırılan hallarına görə, *** nömrəli bağ sahəsi ilkin olaraq Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.1992-ci il tarixli **** nömrəli sərəncamı və ** nömrəli order əsasında X7 ayrılmış, sonradan həmin şəxs və ailə üzvləri notarial qaydada təsdiqlənmiş razılıq ərizələri ilə bağ sahəsinin Üçüncü şəxs adına keçirilməsinə etiraz etməmişlər. Bu razılıqlar əsasında X12 ##.##.2003-cü il tarixli ** saylı protokolu qəbul edilmiş və Üçüncü şəxs ilə ***** nömrəli müqavilə bağlanmışdır. 30.Həmin müqavilə hüquqmüəyyənedici sənəd kimi çıxış etmişdir. Müqavilənin tərəfi yalnız Üçüncü şəxs olmuş, müqavilədə qeyd olunan Qaraxanov Əli, Qaraxanova Mina və iddiaçı2 isə ailə üzvləri qismində göstərilmişdir. Müqavilədə ailə üzvləri kimi qeyd olunan şəxslərin həmin müqavilənin tərəfi olmamaları nəzərə alınaraq, onların ayrıca razılığının alınması və ya razılıq vermələrinin dövlət qeydiyyatı üçün zəruri şərt olması qanunvericilikdə nəzərdə tutulmadığı üçün məhkəmələr 3-cü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı iddia tələbinin əsassız olduğundan onun rədd edilməsi qənaətinə gəlmişlər. 31.Beləliklə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək bildirir ki, 2007-ci il ## ### tarixinədək bağ təsərrüfatı idarələri tərəfindən verilmiş icarə müqavilələri mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab olunduğu üçün Üçüncü şəxs adına bağlanmış ##.##.2003-cü il tarixli müqavilə onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət qədər yetərli sənəd olmuşdur. 32.Kollegiya onu da qeyd etməyi vacib sayır ki, hazırkı işdə iddiaçıların tələbi 3-cü şəxsin adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlı olsa da, əslində işdən görünür ki, iddiaçıların hüquqi marağı həmin reyestrdən çıxarışın verilməsi üçün əsas olan reyestrdəki qeydiyyatın ləğvinə yönəlmişdir. Belə olan halda iddia tələbinin “müvafiq reyestrdən çıxarışın verilməsi üçün əsas olan reyestrdəki qeydiyyatın ləğvi” barədə qoyulmalı olduğu halda, yuxarıda göstərilən məzmunda verilməsini və məhkəmələr tərəfindən düzgün iddia tələbinin qoyuluşu ilə bağlı iddiaçılara hüquqi yardımın göstərilməməsini məhkəmə kollegiyası hər iki halda iddia tələbinin uğurlu olmaması əsası ilə kobud prosessual pozuntu kimi qiymətləndirmir və hesab edir ki, yalnız bu hal qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. 33.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıların həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və tələb olunan hissədə müvafiq çıxarışın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 34.Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 35.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar