Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-43/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-43/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarix li, 2-1(103)-1375/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ayrılmış Bakı şəhəri, xxx2 bağ massivində yerləşən 152 saylı bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxxx 1988-ci il tarixli, 387 saylı qərarına əsasən və Dövlət Yerquruluşu Layihə İnstitutunun Həmkarlar Komitəsinin xx xxxx xx 1989-cu il tarixli iclasına əsasən xxx3 Üzümçülük sovxozu ərazisindən Dövlət Yerquruluşu Layihə İnstitutunun bir qrup əməkdaşlarına kollektiv bağçılıq üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Müdiriyyəti və Həmkarlar Komitəsinin xx xxxxxx 2000-ci il tarixli iclasının 6 saylı protokoluna əsasən, İnstitutun işçilərinə xxx4 kollektiv bağçılıq sahəsindən siyahı üzrə torpaq sahəsinin verilməsi təsdiq edilmiş, İnstitutun Təsərrüfat-Təchizat şöbəsinin rəisi olaraq iddiaçıya 0,06 hektar sahəsi olan 152 saylı bağ sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılmış işçilərin siyahısında və torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxemində iddiaçının adının qeyd olunmasına və ona xx xxxxxx 1997-ci il tarixdə xxx4 bağçılıq cəmiyyətinin üzvlük kitabçası nın verilməsinə baxmayaraq, cavabdeh həmin torpaq sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının müraciətinin araşdırılması zamanı, bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş ilkin siyahısında iddiaçının adı aşkar olunmamış, hüquqmüəyyənedici sənədlər olan üzvlük kitabçası və protokoldan çıxarışda bağ sahəsinin ölçüləri qeyd olunmadığından və bağ sahəsinin sərhədləri tam hasarlanmadığından yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Habelə bildirilmişdir ki, iddiaçıya xx xxxxxx 2015-ci il tarixli imtina məktubu ünvanlandığından və iddiaçı tərəfindən təkrar müraciət edilmədiyindən şikayət vermə müddəti ötürlmüşdü r. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)573/2019 saylı qərarı ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun rəhbərliyi və həmkarlar komitəsinin birgə iclas qərarı ilə iddiaçıya 0,06 hektar torpaq sahəsi ayrılmış və iddiaçı həmin torpaq sahəsini əldə edərkən hər-hansı formada qanunsuzluğa yol verməmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü, koordinatları və əhatəsində olan bağ torpaq sahələrinin nömrələri göstərilməklə Azərbay can Dövlət Yerquruluşu Layihə İnstitutunun Həmkarlar Komitəsinin xxx4 bağçılıq-bostançılıq təsərrüfatının sədri tərəfindən edilmiş torpaq sahəsinin bölüşdürmə sxemində yerləşmə mövqeyi aydın göstərildiyindən, onun hasarlanmağına ehtiyac yoxdur və torpaq sahəsinin ölçü yoxlama işləri hasarlanma və mərzçəkmə işləri aparılmadan da həyata keçirilə bilər. Məhkəmə həmçinni qeyd etmişdir ki, iddia tələbi iddiların öhdəliyin icrası növünə aiddir və prosessual qanunvericilik belə iddia növü üçün müddət nəzərdə tutmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1375/2019 saylı qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına iddiaçıya müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmadığından, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları yaranmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbu l olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş və iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün zəruri sənədlərin mövcud olmadığı qənaətinə gəlmişdir. Halbuki, iddiaçı 1997-ci ildən Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda fəaliyyət göstərməyə başlamış və həmin institutun müdiriyyəti və həmkarlar komitəsinin qərarı ilə ona xxx4 kollektiv bağçılıqbostançılıq sahəsində 600 kv.m bağ sahəsi ayrılmışdır. Bağ sahəsinin verilməsi haqqında əməkdaşların siyahısında onun adı 18-ci sırada qeyd olunmuşdur, xx xxxxxx 1997-ci il tarixdən həmin bağçılıq təsərrüfatını n üzvü olması xxx4 yoldaşlıq bağçılıq təsərrüfatının 127 nömrəli üzvlük kitabçası ilə də öz təsdiqini tapmışdır. Daha bir əsas kimi bildirilmişdir ki, bağçılıq-bostançılıq təsərrüfatının ilkin siyahısında onun adının olmaması sonrakı illərdə həmin təssərüfata üzv olmağının və oradan torpaq sahəsinin ayrılmasını istisna etmir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsi ilə əsaslandırmışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İ PM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya məxsus APM seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Yerquruluşu Layihə insitutunun Maddi-Texniki Təchizat şöbəsində işləmiş, 268 nömrəli, xx xxxxxxxx 1997-ci il tarixli əmrlə “Azdövyerqurlayihə” institutunun maddi-texniki təchizat şöbəsinə rəis vəzifəsinə təyin edilmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli, **********11 nömrəli imtina məktubundan məlum olur ki, Bakı şəhəri, xxx2 bağ massivində yerləşən 152 saylı bağ sahəsinə aid texniki pasportun tərtib edilməsinə və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, xx xxxxxxx 2015-ci il tarixli ərizə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bakı şəhər Ərazi İdarəsinin bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş ilkin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə, üzvlük kitabçası və protokoldan çıxarışda bağ sahəsinin ölçüləri qeyd olunmadığından və bağ sahəsinin sərhədləri tam hasarlanmadığından yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən İddiaçı bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması məqsədəmüvafiqdir. Torpaqların ayrılması barədə Azərbaycan SSR-nin Nazirlər Kabinetinin xx xxxxxxx 1988-ci il tarixli, 387 nömrəli qərarından görünür ki, xxx3 üzümçülük sovxozunun ərazisindən (Hövsan sahəsi) Dövlət Yerquruluşu Layihə İnstitutunun əməkdaşlarına kollektiv bağçılıq yoldaşlığının yaradılması üçün hər üzvünə 0.10 ha olmaqla 10 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallana əlavə edilmiş xxx4 kollektiv bağçılıq yoldaşlığının üzvlərinin siyahısından görünür ki, xxx4 kollektiv bağçılıq yoldaşlığının 105 üzvü olmuş, həmin siyahıda xxx4 oğlunun adı qeyd edilməmişdir. İddiaçıya ayrılmış bağ sahəsinin nömrəsinin 152 olmasından da görünür ki, bağ sahəsi kollektiv bağçılıq yoldaşlığının yaradılması üçün ayrılmış 10 hektar torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini n (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etsə də, lakin onlara uyğun işin hallarını müəyy ən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına iddiaçıya müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmadığından, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları yaranmamışdır. Bu mövqeyi mübahisələndirən iddiaçı bildirmişdir ki, bağçılıq-bostançılıq təsərrüfatının ilkin siyahısında onun adının olmaması sonrakı illərdə həmin təssərüfata üzv olmağının və oradan torpaq sahəsinin ayrılmasını istisna etmir. İddiaçı daha sonra təsərrüfatın üzvlüyünə qəbul edilmiş və ona müvafiq torpaq sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada dəlil üzrə qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respu blikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəanın tələbindən göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı yoldaşlıq-bağçılıq cəmiyyətinin üzvlərinin siyahısına və torpaq sahəsinin ayrılmasına dair protokolu və bağçılığın üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Belə ki, istinad edilən Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar ara sında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədl ərin qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətində olmaqla onda saxlanılan məlumatlarla üzləşdirilməsi zəruri olmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçının iddialı olduğu torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlərin cavabdehdə olan sənədlərlə üzləşdirilməsinə dair cavabdehin apardığı araşdırma ilə müəyyən edilmiş hallar iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas yaratmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci tarixli sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivlərinin Azərbaycan Respublika sı X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Beləliklə, istifadəsində olan torpaq sahəsinə dair iddiaçının ilkin sənədlərinin, o cümlədən həmin bağ sahəsinin ona verilməsi zamanı tərtib edilmiş sənədlərin üzləşdirilməsi məqsədilə məhz cavabdeh onda saxlanılan arxiv sənədləri üzrə yoxlama aparmalıdır. İddiaçının iddialı olduğu torpaq sahəsi xxx4 yoldaşlıq-bağçılıq cəmiyyətinə 1988-ci ildə ayrıldığı nəzərə alınaraq, həmin dövrə münasibətdə qüvvədə olmuş qanunvericiliyin tələbləri aşağıdakıları nəzərdə tutmuşdur. x xxxx 1970-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən, torpaq sahələrinin ayrılması və rəsmiləşdirilməsi qaydası aşağıdakı kimi müəyyən edilmişdir: - 13-cü maddədə torpaq sahələrinin ayrılma qaydasında istif adəyə verilməsi, torpaq sahələrinin istifadəyə verilməsinin Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı və ya müvafiq xalq deputatları Sovetinin İcrayyə Komitəsinin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur; - 23-cü maddəyə əsasən, torpaq sahəsinin ayrılması torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, digər sahələrdən mərzlərlə və digər fərqləndirici nişanlarla özündə cəmləşdirir; - 24-cü maddəsinin mənasına görə, torpaq istifadəçilərin torpaqdan daimi istifadə hüququ torpağa istifadə hüququna dair dövlət aktı ilə, torpağa müddətli istifadə hüququ Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şəhadətnamə forması ilə təsdiq edilirlər; - 97-ci maddəsinin mənasına görə, hər bir üzvünə 600 kv.m qədər ölçüdə olan torpaq sahələri kollektiv bağçılıq üçün idarə, müəssisə və təşkilatlara verilə bilər. Kollektiv bağçılıq üçün torpaqlar Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyatından, kollektiv bostançılıq üçün torpaqlar isə şəhər xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, şəhərlərin yaxın illərdə tikinti işləri üçün və ya başqa ehtiyaclar üçün ayrılmamış boş torpaqlarından və qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan qaydada ayrılmış dövlət ehtiyatı torpaqlarından istifadəyə verilir. Bağçılıq cəmiyyətinin üzvlərinə münasibətdə isə həmin dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in «Fəhlə və qulluqçuların bağçılıq yoldaşlığının vahid Nizamnaməsində dəyişikliklər və əlavələr edilməsi və kollektiv dirrikçiliyin təşkili qaydal arı haqqında Əsasnamənin təsdiqi haqqında» 1985-ci il 12 aprel tarixli, 122 nömrəli qərarı qüvvədə olmuşdur. VahidNizamnaməyə əsasənisə, bağçılıqyoldaşlığının üzvlüyünə qəbulolunma, üzvlükhaqları və üzvlükkitabçalarınverilməsi, bağçılıqyoldaşlığının üzvününhüquqvə vəzifələrivə digərməsələlərtənzimlənmişdir. Eynizamanda, hərbirbağçılıqyoldaşlığı özününfərdiNizamnaməsiniqəbuletməli, təsdiqetməlivə onaəsasənfəaliyyətgöstərməliidi. Maddələrin tələblərinə görə, kollektiv bağçılıq-bostançılıq üçün torpaqlar ayrılarkən torpaq sahəsinin sərhədləri naturada (yerində) müəyyən edilməli, torpağdan istifadə hüququ dövlət aktı forması ilə təsdiq edilməli və yalnız müəyyən edilmiş ölçülərdə və məqsədlə istifadə olunmalıdır. Bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunma və və hər bir üzvünə torpaq sahəsin in ayrılması müvafiq qaydada rəsmiləşdirilməlidir. Məhkəmənin apardığı araşdırma ilə iddiaçının adının kollektiv bağçılıq-bostançılıq yoldaşlığının siyahısında olmaması müəyyən edilmişdir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işin bu hallarını müəyyən edərkən uyğun olmayan sübutlara əsaslanmışdır. Belə ki, məhkəmə xxx4 kollektiv bağçılıq yoldaşlığının üzvlərinin siyahısına istinadən müəyyən etmişdir ki, xxx4 kollektiv bağçılıq yoldaşlığının 105 üzvü olmuş, həmin siyahıda İddiaçı adı qeyd edilməmişdir. Halbuki, məhkəmənin istinad etdiyi tarixi qeyri-müəyyən olan 105 nəfərdən ibarət olan bu siyahı “Azqiprozem” Azərbaycan dövlət layihə institutu işçilərinə aid olmaqla, bağçılıq yoldaşlığın üzvlüyünə qəbul olunmaq arzusunda olan şəxslərin siyahı sını nəzərdə tutmuşdur. İşin 96-107-ci səhifəsində olan siyahı isə xx xxxxxx 1989-cu il tarixli, 8 saylı protokolla təsdiq olunmaqla Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun “Kollektib bağçılıq və bostançılıq təsərrüfatına daxil olan işçilərin siyahısını” əks etdirmişdir ki, həmin siyahıda yoldaşlığın üzvlərinin sayı 140 nəfəri təşkil etmişdir. Yəni məhkəmə tərəfindən uyğun olmayan siyahı əsasında iddiaçının xxx4 kollektiv bağçılıq yoldaşlığının üzvü olub-olmaması halına qiymət verilmişdir. İddiaçının istinad etdiyi hallar isə ondan ibarətdir ki, o, 1997-ci ildən Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda işləmiş, həmin ildən artıq mövcud olan, yəni artıq yaradılmış xxx4 kollektiv bağçılıq yoldaşlığının üvlüyünə qəbul edilmiş və bu hala dair üzvlükkitabçasını təqdim etmişdi r. Torpaq sahəsi isə ona daha sonra, 2000-cı il tarixində ayrılmış və bu hal onun təqdim etdiyi xx xxxxxx 2000-cı il tarixli protokolla öz təsdiqini tapmışdır. İddiaçının bildirdiyi bu əsaslar o nəticəni yaradır ki, onun adının xxx4 kollektiv bağçılıq yoldaşlığının üzvlərinin siyahısında həmin yoldaşlığın yarandığı 1989-cu ildə olmaması tam məntiqli və anlaşılandır. Qeyd edilmiş halda məhkəmənin aparmalı olduğu araşdırmanın predmetini cavabdehin xx xxxxxx 2015-ci il tarixli məktubundan iddiaçının adının “ilkin siyahıda” olmaması ifadəsinin hansı siyahını nəzərdə tutulduğu təşkil etməli idi. Kassasiya instansiyası olmaqla məhkəmə kollegiyası işdə olan sənədləri sübut kimi qiymətləndirmək səlahiyyətinə malik deyildir. Lakin onların işdə mövcudluğu iş üzrə qəbul edilən qərara təsir etdiyi üçü n onların nəzərə alınmasını zəruri hesab edir və qeyd edir ki, bu məsələnin daha ətraflı araşdırılması işin yenidən apellyasiya baxışına qaytarılmasını zəruri etmişdir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsa slanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının bildirdiyi hallara dair təqdim etdiyi sənədlərə əsasən işin hallarını müəyyən etməli və cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına dair imtinanın hüquqi və faktiki əsasları üzrə yenidən araşdırma aparmaqla tələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə h aqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1375/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-43/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-43/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver