Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-43/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə və üçüncü şəxs X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyata alınma, iddia verməyə subyektiv hüququ olmadığına görə iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Talıbov Hüseyn Əli oğlunun və üçüncü şəxs X2 vəkili Hüseynov Kamandar Əbülfəz oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə və üçüncü şəxs X3 qarşı onların, həmçinin 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2-1(103)-1355/2020 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Satıcı “xxxx” MMC ilə alıcı İddiaçı1 arasında bağlanmış 22.10.2007-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqaviləsinə görə satıcı Sabunçu rayonu, ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş 4 saylı binanın, 1-ci blok, 43 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 110,57 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilədə göstərilən mənzilin dəyəri ödənilmişdir və mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23.11.2020-ci il tarixdə qeydiyyata alınaraq, iddiaçıya hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
3. İddiaçı 1996-cı ildə X8 ilə nikaha daxil olmuş və Ağdam rayon Məhkəməsinin 30.12.2016-cı il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur.
4. Sabunçu Rayon Məhkəməsinin 30.12.2016-cı tarixli 2(008)-11112/2016 saylı qətnaməsi ilə X2 ünvan 1, mənzil 45-də ya şayış sahəsindən istifadə hüququ tanınmış və həmin mənzilə köçürülməsi qət edilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli qərarı ilə X2 Sabunşu rayon Polis İdarəsinə qarşı himayəsində olan 04.06.1998-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayış yeri üzrə ünvan 1 ünvanda 1-ci blokda, 5-ci mərtəbədə yerləşən 3 otaqlı 43-saylı mənzilə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilmişdir.
6. İddiaçı1 2018-ci ildə İddiaçı2 ilə nikah bağlanmışdır və həmin nikahdan 16.08.2017-ci il tarixdə Orxan adlı uşaqları doğulmuşdur.
7. İddiaçı1, İddiaçı2, İddiaçı3 və 06.10.2003- cü il təvəllüdlü Elmir Abdunov yaşayış yeri üzrə ünvan 2i ünvanında qeydiyyatdadır.
8. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sabunçu rayon Polis İdarəsinə müraciət edərək, o nların ünvan 1, mənzil 45-də qeydiyyata alınmasını xahiş etmişlər.
9. Sabunçu rayon Polis İdarəsi onların müraciətini təmin etməmiş və 29.05.2019-cu il tarixli, 073-15734A-3219 saylı məktubla cavab verərək bildirmişdir ki, göstərilən ünvana qeydiyyata alınma üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X1 təqdim olunması vacibdir. Lakin, yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq, 2 saylı İnzibati İqtisad məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsi ndəki icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onların, həmçinin, 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4, 1-ci blokda yerləşən 45 saylı mənzilə pasport qeydiyyatına düşməyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onların, həmçinin, 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 ünvan 4 ünvanında yerləşən 43/45 say lı mənzilə yaşayış yeri üzrə qeydiyyatına alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər və məhkəmənin 16.09.2019 tarixli qərardadı ilə həmin iş üzrə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən mənzilin sahibi İddiaçı1dur və işdə olan sənədlərdən də göründüyü kimi mənzilin müqaviləsi rəsmi olaraq İddiaçı1 adındadır və mənzilin əsl sahibi odur. 3-cü şəxs cavabdeh X7 Rayon Məhkəməsinin 30.12.2016-cı tarixli 2(008)-11112/2016 saylı qətnaməsinə əsasən həmin mənzilə sahiblik və istifadə hüququ tanınmaqla köçürülməsi qət edilmişdir. 3-cü şəxs Aynur Abdunova yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınması tələbi ilə 2 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və 2 saylı Bakı İnzibati Məhkəməsinin 21(82)-536/2019 saylı 20.05.2019-cu il tarixli Qərarına əsasən yaşayış yeri üzrə qeydiyyata alınması barədə qərar qəbul edilmişdir.
13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2-1(112)-1336/2020 saylı qərarı ilə ( hakim M.Qarayeva ) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, həmçinin, 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 yaşayış yeri üzrə ünvan 6 ünvanına qeydiyyata alınmaları vəzifəsinin Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi hesab etmişd ir ki, mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, artıq bu iş üzrə məhkəmə presedenti mövcuddur.
16. Üçüncü şəxs X8 həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2-1(103)-1355/2020 nömrəli qərardadı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Məmmədov və A.Hüseyn) üçüncü şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş. Bakı İnzibati Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2-1(112)-1336/2020 saylı qərarı ləğv edilmiş.İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə və üçüncü şəxs X3 qarşı onların, həmçinin, 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmışdır.
18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində işin faktik halları təkrarlanmış və əlavə olaraq göstərilmişdir ki, eyni yaşayış sahəsinə Aynur Abdunovanın köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Bu halda məhkəmə vahid məhkəmə təcrübəsi barədə tələbi pozmuşdur.
20. Bundan başqa iddiaçı kassasiya şikayətinə əlavə təqdim edərək İddiaçı1 həmin mənzil ə çıxarış aldığını və tam mülkiyyət hüququ əldə etdiyini bildirmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının vəkili Talıbov Hüseyn Əli oğlu kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.
23. Üçüncü şəxsin vəkili Hüseynov Kamandar Əbülfəz oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi.
24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə
5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:http://www.e-qanun.gov.az/alpidata/framework/data/3/c_f_3988.htm 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşa yış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəs inə köçmək üçün əsas verən sənəd. Maddə
8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorx usu altında olduqda.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
30. Apelyasiya instansiya məhkəməsi qərarında iddianın mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, İddiaçı1 mənzilin pulunu tam ödəsə də onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməmişdir. Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, şəxslər həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam vermək hüququnu əldə edirlər.... İddiaçı1 əldə edilmiş əmlaka mülkiyyət hüquqlarını dövlət qeydiyyatında qeydə almamışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə ğörə yaşayış yerini dəyişdirmiş v ətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün tələb olunan sənədlərdən biri mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilməlidir.... İnzibati orqan qanunla üzərinə düşən ohdəliyi yerinə yetirmiş, iddiaçının tələbinə qarşı hərəkətsizlik göstərməmiş, iddiaçı tərəfindən inzibati orqana hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir.
31. Məhkəmə kollegiyası bildirir ki, sözügedən yaşayış sahəsinə üçüncü şəxs İddiaçı2 qeydiyyata alınarkən də yaşayış sahəsinin hüquqi statusu məhz üzərində mülkiyyət hüququ qeydiyyata alınmamış yaşayış sahəsi idi və bu vəziyyətdə İ ddiaçı2 orada qeydiyyata alınması hüququ məhkəmə tərəfindən tanınmışdı.
32. Hazırki iddia ərizəsi verilərkən də iddiaçıya münasibətdə eyni hüquqi və faktik vəziyyət idi. İddiaçı da həmin yaşayış sahəsinin titul sahibi idi. Ona görə də məhkəmə, İddiaçı1 iddia predmetinə münasibətdə üçüncü şəxslə bərabər mənafelərə malik subyekt kimi qəbul etməməsini əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, ədalət prinsipi bərabər mənafelərə bərabər münasibət tələb edir. Bu cür yanaşma, Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat hüququndan qaynaqlanır.
33. Bundan başqa, müvafiq normanın tətbiqi zamanı qanunvericinin məqsədi nəzərə alınmalı, ifrat dərəcədə formal tətbiq olunmamalı, hüququn konstitusiya əhəmiyyətinə mənfi təs ir etməməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müdəalarının şərh olunması barədə 31 yanvar 2003-cü il tarixli qərarında göstərmişdir ki, «Konstitusiyanın 28-ci maddəsinin İİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən gedə bilər.... Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək h üququ insanın azadlıq hüququndan irəli gəlir. Geniş mahiyyətinə görə azadlıq isə öz mülahizəsinə uyğun olaraq hərəkət etmək imkanıdır. Bunları nəzərə alan Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir.... Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.... «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşay ış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır....
36. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər.
37. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər.»
38. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunгт 4-cü maddəsində qeydiyyata almanın məhdudlaşdırılması əsasları müəyyən edilərək göstərilir ki, sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər.
39. Hazırki işdə bu hallar yoxdur.
40. Kassasiya şikayətinə yaşayış sahəsinə dair iddiaçının mükliyyət hüququna dair çıxarış əlavə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlməmişdir.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçıların kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 21(103)-1355/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göbdərilsin. Qərar qətidir.