Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-43/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü; xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı nın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2022-ci il tarixli, 2-1(103)-1595/2022 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı xx.xx.2019-cu il tarixli, 1000/1286Ş nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)-673/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın l əğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2-1(103)-241/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş inzibati məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-6442/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2022-ci il tarixli, 2-1(103)-1595/2022 nömrəli qərardadı ilə müddətin üzrsüz səbəbdən buraxılması il ə bağlı apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. 8. 07.07.2022-ci il tarixdə iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-6442/2021 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə verilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1595/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi mümkün sayılmamışdır.
10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin olunmasını xahiş etmişdir.
11. Azərbaycan Respu blikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2-1(102)-620/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1595/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 12. 25.06.2023-cü il tarixdə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2022-ci il tarixli, 2-1(103)-1595/2022 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, xx.xx.2023-cü il tarixdə isə kassasiya şikayətini məhkəməyə təqdim etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdır sa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna o lmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə əri zəsi aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalı, həmçinin iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
15. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
16. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
17. Belə ki, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının apellyasiya instansiyası məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadını 10 iyun 2022ci il tarixdə aldığı, həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosess ual müddətin bərpa edilməsi barədə ərizəni isə 25 iyun 2023-cü il tarixdə verdiyi müəyyən olunur.
18. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
19. İPM-in 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
20. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə sözügedən qərardadın iddiaçıya çatdır ıldığı tarixdən bir ildən çox müddət keçdikdən sonra məhkəməyə təqdim olunmuşdur. İPM-in 24.4-cü maddəsi ilə nəzərdə tutulmuş bir illik müddət məhdudiyyətini istisna edən şərtlərin, yəni təbii fəlakət və ya digər qarşısıalınmaz halların, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı halların mövcudluğu iş üzrə materiallardan müəyyən edilməmişdir. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sözügedən qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılmasının iddiaçının təqsirli davranışına bağlı olduğu da iş üzrə materiallarla təsdiq olunur.
22. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya ş ikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə mümkün sayılmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2022-ci il tarixli, 21(103)-1595/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.