Məhkəmə qərarları › İş №2-1(102)-43/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-43/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-43/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailələrinə vəsiqənin verilməsi haqqında inzibati aktı qəbul edilməsi; iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailələrinə vəsi qənin verilməsi haqqında inzibati aktı qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2024-cü il tarixli, 2-1(107)-407/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZ-İ 687406 nömrəli, AZ-İİ 128132 nömrəli və AZ-İİ 378786 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 xx.xx.2014-ci il tarixdə X8 xx.xx.2020-ci il tarixdə, X7 isə xx.xx.2023-cü il tarixdə ölmüşdür.

2. AZ-İİ 606844 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X5 X2, anası isə X8 qeyd olunmuşdur.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, baş leytenant X7 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhidin əri və ya arvadı, valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar), peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhidin ailə üzvü hesab edilirlər. Sizin “Şəhid ailəsi üzvü” vəsiqəsi ilə təmin edilməniz mövcud qanunvericiliyə əsasən mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “şəhid ailələrinə vəsiqənin verilməsi haqqında inzibati aktı qəbul eləmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X2 xx.xx.2014-cü il tarixində rəhmətə gedib. X4 2012-ci ildən 2ci qrup əlil kimi pensiya alsa da, xx.xx.2020-ci il tarixində o da dünyasını dəyişib. X1 1995-ci il sentyabr ayının 4-ü Mingəçevir şəhərində dünyaya gəlib. 2002-ci ildə 15 saylı orta məktəbə daxil olub, 2010-cu ildən isə təhsilini “Cəmşid Naxçıvanski adına hərbi lisey”də davam etdirib. 2013-ci ildə hərbi liseyi bitirərək “Heydər Əliyev adına AAHM”-ə daxil olub. 2017-ci ildə AAHM-i bitirərək leytenant rütbəsi ilə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində işə başlayıb. 2020-ci ildə baş leytenant rütbəsinə yüksəlib və N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb. 2020-ci ildə 44 günlük vətən müharibəsində böyük qəhrəmanlıqla vuruşub və 2023-cü il sentyabrda aparılan antiterror əməliyyatlarında iştirak etmişdir. Antiterror əməliyyatları zamanı X1 Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli AZ- İİ № 378786 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr səbəbindən xx.xx.2023-cü il tarixində Ağdam rayonu, Sırxavənd kəndinin ərazisində dünyasını dəyişmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-5-14/2A38/2023 nömrəli arayışına əsasən, qardaşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin baş leytenantı X5 xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olduğu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madd əsinə uyğun olaraq, X5 Şəhid, onun ailəsinin isə Şəhid ailəsi hesab edildiyi müəyyən edilmişdir. Qardaşının və onun ailə vəziyyəti subay olmuşdur və onların bir-birlərindən başqa heç bir digər ailə üzvləri və yaxın qohumu mövcud deyildir. Onlar qardaşı ilə birlikdə - bir evdə yaşamışlar. Bu səbəbdən də o, Mingəçevir regional “ASAN xidmət” mərkəzi Notariat ofisinin xx.xx.2023-cü il tarixli V-438/2023 vərəsəlik işi nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”sinə əsasən, şəhid X1nun qanun üzrə yeganə vərəsəsi hesab edilmişdir və Azərbaycan Respublikasının N saylı hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 2514 saylı məktubuna uyğun olaraq ona ödəniləcək pul vəsaitindən ibarət miras əmlakından tam hissədə pay almışdır. Qeyd edilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixində “Şəh id adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq, Şəhid ailəsi hesab edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Nazirlik) müraciət etmişdir. Nazirliyə ünvanladığı müraciət aidiyyəti üzrə Nazirliyin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində (Agentlik) baxılmış və müraciətinə xx.xx.2023-cü il tarixli 3-17-3/2- A-31618/2023 nömrəli məktubu ilə “Şəhid ailəsi üzvü” vəsiqəsi ilə təmin edilməsinə imtina cavabı bildirilmişdir. Hesab edir ki, Agentliyin sözügedən imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarında da qeyd edildiyi kimi onun atası və anası dünyalarını dəyişməyindən sonra şəhid qardaşı kimi ondan başqa heç bir yaxı n qohumu və ailə üzvü olmamışdır. Bu əsasla da o Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, onun qanun üzrə yeganə vərəsəsi hesab edilmişdir. Hazırda Şəhidin heç bir qohumu olmadığından və onun da ondan başqa heç bir ailə üzvü və yaxın qohumu olmadığından, onun yeganə ailə üzvü odur və bu əsasla da onun ailəsi olaraq Şəhid ailəsi hesab edilməlidir. Sual olunur ki, əgər şəhidin yeganə ailə üzvü onun və Agentliyin imtinasına əsasən, o şəhid ailəsinin üzvü hesab edilmirsə, bəs ondan başqa heç kimi olmayan şəhidin ailə üzvü kim hesab ediləcəkdir? “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 1-ci maddəsindən göründüyü kimi qanunverici normativ hüquqi aktın mətnində “; ” (nöqtəli vergül) i şarəsindən istifadə etməklə, şəhid ailəsinin üzvləri hesab edilən şəxsləri aşağıdakı 3 qrupa bölmüşdür. - ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; - peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; - qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 1-ci qrupa nəzər yetirsək bu qrupda olan şəxslərin siyahısını sadalayarkən qanunverici “, (vergül)” işarəsindən istifadə etmişdir. Bu isə o deməkdir ki, bu qrupda olan şəxslərin hər birinin sosial statusu şəhidə münasibətdə eyni hesab edilməkdədir. Yəni ər-arvad, valideyn və qardaşl ar və bacılar şəhidə münasibətdə eyni statusa malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalan”nın 2.1.4-cü bəndində şəhidin qardaşları və bacılarının şəhid ailəsinin üzvü hesab edilməsi üçün “ — ” (defis) işarəsinin istifadəsi ilə uşaq evlərində tərbiyə olunmaq kimi xüsusi şərt müəyyən edilmişdir. Bildiyiniz kimi, sözügedən Qaydalar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən həmin Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Lakin Qaydalardan fərqli olaraq Qanu nun 1-ci maddəsinin 2-ci abzası normayaratma texnikası baxımdan “uşaq evlərində tərbiyə olunanlar” xüsusi şərtinin şəhid qardaş və bacılarına aid edildiyi hüquqi müəyyən prinsipi baxımından təsbit edilməmişdir. Belə ki, Qanunun sözügedən norması aşağıdakı formada yazılmışdır: “ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar;” Normadan da göründüyü kimi - “ər-arvad, valideyn qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar;”, Qanunvericinin əgər “uşaq evlərində tərbiyə olunanlar” xüsusi şərtini şəhid qardaşlar və bacılarına şamil etmək məqsədi olsaydı, bu zaman normayaratma texnikasına və struktruna əsasən “ — ” (defis) işarəsi istifadə etməli idi. Göründüyü kimi sözügedən normada “ — ” (defis) işarəsi istifadə edilməmişdir. Bunun əvəzinə istifadə edilən (vergül) işarəsi normada sadalama funksiyasını icra etməkdədir. Bu isə sözügedən xüsusi şərtin şəhid qardaş və bacılarına şamil edilməsinə əsas verməməkdədir. Xüsusən də nəzərə alsaq ki, normanın hüquqi qeyri-müəyyənliyi hüquq və azadlıqlarının pozulması nəticəsində şəhid ailəsinin üzvü kimi ona ağır və bərpaedilməz zərərin vurulmasına səbəb olur

7. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 19 aprel 2024-cü il tarixli, 2-1(116)1705/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, uşaq evlərində tərbiyə olunmayan qardaşlar və bacılar şəhid ailəsi üzvü sayılmadıqlarından onların hazırkı mübahisəyə münasibətdə hüquqi s tatusu hər hansı kənar şəxslə eynidir. Bu isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edir

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və G.İ.Cavadova) 2 iyul 2024-cü il tarixli, 2-1(107)407/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(116)-1705/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2024-cü il tarixli, 2-1(107)-407/2024 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Şəhid və şəhid ailəsi anlayışı. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməl iyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetin in 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”:

1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir....

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstər ilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İ PM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİY ASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Göründüyü kimi hazırda iddiaçının hüquqi mar ağı “şəhid ailələrinə vəsiqənin verilməsi haqqında inzibati aktı qəbul eləmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasından” ibarət olmuşdur.

25. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının uşaq evində tərbiyə olunması müəyyən edilməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəm ələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

27. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzər də tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

28. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarının 2.1.4-cü bəndinə əsasən yalnız uşaq evlərində tərbiyə olunan qardaşlar şəhid ail əsinin üzvü hesab olunurlar.

29. Halbuki, iddiaçı həm birinci instansiya məhkəməsinə ünvanladığı ərizədə, həm də məhkəmə iclaslarında qeyd etmişdir ki, o və şəhid qardaşı uşaq evində böyüməmişlər.

30. Belə olduğu təqdirdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquqa) malik olması üçün qanunvericilikdə nəzərdə tutulmuş subyektlər dairəsinə düşməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

31. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəm əsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2024-cü il tarixli, 2-1(107)407/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar