Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-430/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( bağ sahəsinə çıxarışın verilməsi, işin hallarının obyektiv araşdırılmasının təmin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2217/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: xxxxndə yerləşən 79a saylı bağ sahəsi X4 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2002-ci il tarixli müqaviləyə əsasən, sonuncunun icarəsinə verilmişdir. İddiaçı (bundan sonra mətndə iddiaçı) həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir və mərzçəkmə işləri aparılmamışdır. Bundan əlavə, sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, təqdim olunmuş müqavilə Yeni Türkan qəsəbəsinə aid olduğundan, göstərilən ərazinin müqavilədə qeyd olunan bağ sahəsinə aidiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Mərzçəkmə işlərinin görülməsi, arxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən ona verilmiş xxxx ünvanında yerləşən 79a saylı bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi və xüsusi mülkiyyət kimi qeydə alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xxxxndə yerləşən 79a saylı bağ sahəsi X4 və İstismarı Birliyi ilə bağlanmış xx xxxx 2002-ci il tarixli müqaviləyə əsasən iddiaçının icarəsinə verilmişdir. Sözügedən bağ sahəsi həmin tarixdən onun istifadəsindədir. İddiaçı həmin bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlı hazırkı cavabde hə müraciət etmiş, lakin imtina cavabı almışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-294/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim R.Kərimli) Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bağ sahəsindən 16 ildir ki, istifadə edir və bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğu cavabdehin problemidir. Sənədlərdə yazıların düzgün göstərilməməsi iddiaçının təqsiri deyil və bu uyğunsuzluq cavabdehin özü tərəfindən aradan qaldırılmalıdır. Ona verilmiş müqavilədə bağ sahəsinin sxematik xəritədə yerinin düzgün göstərilməməsi aradan qaldırılması mümkün olmayan məsələ deyil və həqiqətən də belə hal mövcuddursa, cavabdeh özü buna düzəliş etməlidir. Qərarla razılaşmayan cavabdeh ondan apel yasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2217/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-294/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. (sədrlik edən və məruzəçi hakim V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov) Apellyasiya məhkəməsi hesab etmişdir ki, (...) iddiaçının faktiki bağ sahəsi ilə (..) onun anası X6 verilmiş 79 saylı bağ sahəsi yan-yana və ümumi hasar daxilində yerləşməklə (cəmi 0.3393 ha), sxematik xəritədə qeyd olunandan şərq istiqamətdə və çox uzaqda, həm də 77, 78, 80, 83 və 84 nömrəli bağların yaxınlığı nda deyil, 228 nömrəli bağın şimal qonşuluğunda yerləşir. Göründüyü kimi, iddiaçı ilkin olaraq ona ayrılan ərazidə deyil, ona aid olmayan başqa ərazidə yerləşən torpaq sahəsinin xxxx bağ sahəsi adı ilə dövlət qeydiyyatına alınmasını istəyir ki, bu tələbi də qanuna ziddir. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, xx xxxx 2002-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya icarəyə verilmiş xxxx ünvanında yerləşən bağ sahəsi müqavilə bağlandıqdan sonra ona yerində naturada təhvil verilmiş və ünvanı kimi 79a göstərilməklə faktiki olaraq iddiaçıya həmin bağ sahəsi verilmişdir. İddiaçı bağ sahəsinə görə icarə haqqını ödəmişdir. İddiaçıya yerində təhvil verilmiş bağ sahəsinin nömrəsinin düzgün göstərilməməsi isə onun səhvi deyil və bu səhv onun icarəsində olan torpaq sahəsinin əvəzsiz olaraq özəlləşdirilməsinə mane ola bilməz. Lakin məhkəmə ekspert rəyi olmadan iddiaçıya məxsus bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğunu müəyyən edə bilmişdirsə, bu zaman hal-hazırda iddiaçının istifadəsində olan bağ sahəsinin sxematik xəritə ilə hansı bağ sahəsinə aid olması və nömrəsinin neçə olması, həmin sxematik xəritəyə əsasən 79a saylı bağ sahəsinin hal-hazırda kimin istifadəsində və ya mülkiyyətində olması hallarını da müəyyən etməli idi. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yer i haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şik ayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelya siya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Hazırki işin hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən, vətəndaşların rəsmi - notarial qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin onların adlarına sənədləşdirilməsi məqsədilə xx xxxx 2002-ci il tarixli 74 nömrəli protokol əsasında Türkan qəsəbəsindəki 79 nömrəli bağ sahəsinin X11 adına sənədləşdirilməsi qərara alınmış, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı Məsələləri üzrə Komissiyasının xx xxxx 2002-ci il tarixli 452 nömrəli sərəncamı ilə vətəndaşların rəsmi-notarial qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X4 və İstismarı Birliyinin xx xxxx 2002-ci il tarixli 74 nömrəli protokolu təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı Məsələləri üzrə Komissiyasının xx xxxx 2002-ci il tarixli 452 nömrəli sərəncamını rəhbər tutaraq xxxxndə yerləş ən 79a saylı bağ sahəsi X4 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2002-ci il tarixli müqaviləyə əsasən, sonuncunun icarəsinə verilmişdir. Hazırda iddiaçı həmin bağ sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmaq istəyərkən cavabdeh iddiaçının müraciətini təmin etməmiş, sözügedən bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini mübahisələndirmişdir. İddiaçı həmin imtinanı məhkəmədə mübahisələndirmiş, işə baxan birinci instansiya məhkəməsi cavabdehə sorğu verərək xxxxndə yerləşən 79 və 79a saylı bağ sahəsinə dair arxiv sənədlərini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən iş materiallarına əlavə edilən sənədlərdən görünür ki, Xanlar Məcid oğlu zərərli iş şəraitində işlədiyindən Bakı şəhər Soveti İcraiyyə K omitəsinin X13 ilə Xanlar Məcid oğlu arasında bağlanmış 12186 nömrəli, xx xxxx 1966-cı il tarixli müqaviləyə əsasən Türkan qəsəbəsindən 0.25 ha sahəsi, 12 kv.m yaşayış sahəsi olan otaqdan ibarət tikili və yardımçı qurğulara malik 79 nömrəli bağ sahəsi sonuncunun icarəsinə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, xx xxx 1987-ci ildə Xanlar Məcid oğlu ölmüş və onun arvadı X1 Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, ərinin ölümü ilə əlaqədar Türkan qəsəbəsində yerləşən 12186 nömrəli müqavilə əsasında ərinin icarəsinə verilmiş 79 nömrəli bağ sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra, Bağlar Təsərrüfatı İdarəsi ilə X8 arasında xx xxxxxx 1987-ci il tarixdə bağlanmış 12186 nömrəli müqaviləyə əsasən Türkan qəsəbəsində yerləşən 0.25 ha torp aq sahəsi, 12 kv.m yaşayış sahəsi olan otaqdan ibarət tikili və yardımçı qurğulara malik 79 nömrəli bağ sahəsi onun icarəsinə verilmişdir. Daha sonra, X7 Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, Türkan qəsəbəsində yerləşən 79 nömrəli bağın sahibi X8 ilə yaxın münasibətlərinin olduğunu, sonuncunun xəstə olduğundan bağa qulluq edə bilmədiyini, ötən dövr ərzində onun bağa qulluq etdiyini, hazırda həmin bağın öz adına rəsmiləşdirilməsini istədiyini, xxxxnin də buna etiraz etmədiyini bildirmişdir. Eləcə də, işdə olan X.X2 İdarəsinə müraciətindən görünür ki, o, Türkan qəsəbəsində yerləşən 79 nömrəli bağ sahəsinin X3 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bağlar Təsərrüfatı İdarəsi ilə X7 arasında xx xxxx 1988-ci il tarixdə 12186 nömrəli müqaviləyə əsasən 79 nömrəli bağ sahəsi s onuncunun icarəsinə verilmiş, xx xxxxxx 1998-ci ildə müqavilənin müddəti yenilənmişdir. xx.xx.2002-ci il tarixdə X7 Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, həmin bağ sahəsinin 0.12 ha hissəsində tikintiyə icazə verilməklə X5, qalan 0.12 ha hissəsinin isə tikintiyə icazə verilmədən İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Eyni zamanda da, X9 Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, 79 nömrəli bağ sahəsinin 0.12 ha hissəsinin orada tikintiyə icazə verilməklə adına rəsmiləşdirilməsini xahiş etmiş və onunla İdarə arasında xx xxxx 2002-ci il tarixdə 79 nömrəli bağ sahəsinə dair müqavilə bağlanaraq 0.12 ha torpaq sahəsi icarəsinə verilmişdir. Eləcə də, X14 Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək həmin (79 nömrəli) bağ sahəsinin 0.12 ha hissəsinin t ikintiyə icazə verilmədən adına rəsmiləşdirilməsini xahiş etmiş və onunla İdarə arasında xx xxxx 2002-ci il tarixdə xxxx bağ sahəsinə dair müqavilə bağlanaraq 0.12 ha torpaq sahəsi icarəsinə verilmişdir. Beləliklə də müəyyən olunur ki, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 79 nömrəli bağ sahəsinin ümumi sahəsi ilkin olaraq 0.25 ha təşkil etmiş, sonra isə bölünərək 0.12 ha hissəsi müqavilə əsasında iddiaçıya icarəyə verilmişdir və o, da fasiləsiz olaraq uzun illər ərzində (18 il) həmin bağ sahəsindən istifadə edir. Bu səbəbdən də birinci instansiya məhkəməsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə istinad edərək iddianı təmin etmişdir. Lakin işdən görünür ki, apel yasiya məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən ona əsaslanmışdır ki, iddiaçının faktiki bağ sahəsi 77, 78, 80, 83 və 84 nömrəli bağların deyil, 228 nömrəli bağın şimal qonşuluğunda yerləşir. Bu qənaətlə isə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilkin olaraq ona ayrılan ərazidə deyil, ona aid olmayan başqa ərazidə yerləşən torpaq sahəsinin xxxx bağ sahəsi adı ilə dövlət qeydiyyatına alınmasını istəyir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, xəritədə torpaq sahələrinin nömrələrinin ardıcıl gəlməməsi barədə məhkəmə konkret sübuta deyil, ehtimala əsaslanmışdır. Bu hala əsaslanmaq üçün məhkəmə hər şeydən əvvəl torpaq sahələrinin mütləq sıra ardıcıllığı ilə yerləşməli olmasına dair konkret sübuta istinad etməl i idi. İşdə isə belə sübutlar yoxdur. Yəni, məhkəmə torpaq sahələrinin mütləq sıra ardıcıllığı ilə yerləşməli olmasına dair mötəbər sübuta malik olmadığı halda, bu qaydanın pozulduğu nəticəsinə gəlmişdir. Qeyd olunmalıdır ki, torpaq sahələrinin nömrələrinin ardıcıl gəlməməsi həmin sahəyə çıxarış verilməsindən imtina üçün əsas ola bilməz. Bundan əlavə sxematik xəritədən görünür ki, xəritənin şimal-qərb hissəsində yerləşən 79 saylı torpaq sahəsinin ətrafında da 242, 244, 246 saylı torpaq sahələri yerləşir. Bu isə o deməkdir ki, nömrələr arasında uyğunsuzluq sırf iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə baş verməmişdir. Nəhayət, nəzərə almaq lazımdır ki, hətta nömrələr arasında hər hansı uyğunsuzluq olsa belə, bu hal iddiaçının təqsiri ilə bağlı olmayan məsələdir və onun hüquqlarının mə hdudlaşdırılması nəticəsini doğurmamalıdır. Kollegiya qeyd edir ki, hazırki iş üzrə aydınlaşdırılmalı olan məsələ hazırda iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin ona ayrılmış bağ sahəsi olub-olmasıdır. İddiaçı bildirir ki, adı, nömrəsi fərqli qeyd olunsa da, o, ona ayrılmış bağ sahəsindən istifadə edir. Cavabdeh isə bunun əksini mübahisələndirir. Bununla bağlı olaraq isə apelyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamış, işin nəticəsi üçün əhəmiyyətli olan bu halı apelyasiya məhkəməsi sübutların aidiyyətinə və mümkünlüyünə dair qanunvericiliyin tələbləri əsasında müəyyən etməli olduğu halda, bunu etməmişdir. Belə ki, MPM-in 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini m üəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə isə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İPM-in 58.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin sadalanan müddəalarının tələblərinə əsasən iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin ona ayrılmış bağ sahəsi olub-olmadığı halını müəyyən etməyin xüsusi biliklər tələb edən hal olduğunu nəzərə almaqla müvafiq ekspertiza keçirməli olduğu halda, bunu etməmişdir. Bununla bağlı olaraq cavabdeh tərəfindən mötəbər sübutun təqdim olunmamasına baxmayaraq, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən sözügedən halı öz təşəbbüsü əsasında aparacağı araşdırma ilə aydınlaşdırmaq həm də işə baxan məhkəmənin İPM-in 12.1 və 58.7-ci maddələrinə əsasən xidməti vəzifəsi olmuşdur. Lakin apelyasiya instansiya məhkəməsi ekspertiza keçirməyərək xidməti vəzifəsindən irəli gələn zəruri araşdırmanın aparılmasını təmin etməmişdir. Bununla da apelyasiya məhkəməsinin hazırki nəticəyə gəlməsini məhkəmə kollegiyası yuxarıda göstərilmiş maddələrin tələblərinə görə qanuni hesab etmir və bu halda həmin mə hkəmə tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində təsbit edilmiş işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifəsinin icra edilmədiyini bildirir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası İnzibati Prosessual Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin e dilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2217/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-430/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-430/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver