Məhkəmə qərarları › İş №2-1(102)-430/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-430/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-430/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyanın əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosi al Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1310/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Müdafiə Nazirliyini n əsgəri hərbi qulluqçu olaraq, xx.xx.1992-ci ildə (xəstəliyə görə) hərbi xidmətdən tərxis olunmuş, ona xx.xx.1993-cü ildə ikinci qrup əlili kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının hərbi qulluqçu kimi əmək pensiya almaq hüququ artıq 1993-cü ildə yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2007-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır.

2. Cavabdehin təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsinin 082588 nömrəli pensiyaçının uçot vərəqinə əsasən iddiaçıya xx.xx.1993-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. TSEK-in 781632 nömrəli arayışına əsasən iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəbli əlaqə si kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralandığı qeyd olunmuşdur. 3. “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçı Müdafiə Nazirliyinin əsgəri, xx.xx.1992-ci ildə (xəstəliyə görə) xidmətdən tərxis olunmuşdur, cəmi təminatı 474,00 manat təşkil etmişdir.

4. İddiaçı xx.xx.2015-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək əlilliyə görə pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 15/3124 nömrəli məktubuna əsasən iddiaçıya xx.xx.2015-ci il tarixədək 203.47 AZN pensiya ödənilmişdir. Pensiya ödənişi xx.xx. 2015-ci il tarixdən dayandırılmışdır.

5. Pensiyaçının uçot vərəqinə əsasən cavabdehin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən 2-ci qrup əlil kimi əmək pensiyası xx.xx.2015-ci il tarixdən ömürlük 379,20 manat məbləğində təyin edilmiş; xx.xx.2007-ci il tarixdən isə yenidən hesablanmış və xx.xx.2016-cı ildən ömürlük 407 manat 20 qəpik məbləğində pensiya təyin olunmuşdur.

6. Cavabdehin iddiaçının xx xxxx 2018-ci il tarixli müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 49 5 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən pensiya qanuna müvafiq olaraq xx.xx.2007-ci il tarixdən yenidən hesablanmış və yaranmış pensiya fərqi 2 ay ərzində (2016-cı ilin aprel və may aylarında) pensiya üzərinə əlavə olunmaqla ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia on unla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikasının Qasım İsmayılov (Goranboy) rayonunda anadan olmuşdur, 1983-85-ci illər ərzində Sovet Ordusu tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Erməni silahlı birləşmələrinin Vətən torpaqlarımızın işğalına başlayan zaman Azərbaycan Respublikasının Milli X1 tərkibində xx.xx.1991-ci ildə beşinci tağımın ikinci bölümünün komandiri xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək ikinci tağım komandirinin müavini olaraq hərbi xidmət keçmişdir və döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1992-ci il tarixində Ağdərə rayonu ərazisində gedən döyüş əməliyyatlarında odlu güllə yarası almışdır, müalicədən sonra ordudan tərxis olunmuşdur. Hazırda 2 qrup müharibə əlillidir. Əlilliyi müddətsizdir. Əlilliyin səbəbi Azərbayc an Respublikasının ərazi bütövlüyü ilə əlaqədardır. İddiaçıya yaralanaraq ömürlük əlil olduğu vaxtdan ikinci qrup müharibə əlili kimi əmək pensiyası almaq hüququ yarandığı üçün pensiya təyin edilmişdir. Lakin pensiya düzgün hesablanmamışdır. Belə ki, cavabdehə müraciət edərək, müddətdən artıq xidmət edən (MAXE) həqiqi hərbi qulluqçu kimi pensiyanın məbləğinin yenidən hesablanmasını xahiş etmiş və pensiya yenidən hesablanmışdır. Lakin pensiya fərqi məbləği pensiya hüququnun yarandığı, əlil olduğu gündən deyil, xx.xx.2007-ci ildən hesablanmış, əvvəlki illərin pensiya fərqinin ödənilməsindən isə əsassız olaraq imtina edilmişdir.

9. Cavabdeh iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçi rilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı İİ 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 1 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. İddiaçının ərizəsində iddia etdiyi, 1992-ci ildən hesablanaraq birdəfəlik ödənilməsi iddiası tam yanlışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Həmin tarixdən əvvəlki dövrə pensiyaların yenidən hesablanaraq ödənilməsi cavabdehin səlahiyyətləri çərçivəsində deyildir. İddiaçıya pensiya fərqi xx.xx.2007-ci il tarixdən tam ödənilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Hаcıbəyоvа Miminаt Tаcib qızı, 2-1(81)-1431/2019 saylı iş) x xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası xx xxxx 1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin x xxxxxx 2007ci il tarixədək hərbi qulluqçuların pensiya təminatı məsələlərinə Dövlət Sosial Müdafiə Fondu cavabdehlik daşımamasına istinad etməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Əsasnaməsi”nin 8.5, 8.6, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 7-ci maddəsinə istinad etmişdir.

12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2-məruzəçi, X3 və X4, 21( 103)-2397/2019 saylı iş) xx xxxxxxxx 2019-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

14. Cavabdeh həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edir. b) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər Sevda Hüseynova-məruzəçi, Kəmaləddin Bədəlov və İlqar Dadaşov, 2-1(102)-158/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndəril mişdir.

16. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən hansı sübut əsasında faktın, yəni iddiaçının ümumi əsaslarla ikinci qrup əlil olduğunun müəyyən edilməsi aydın deyildir. Halbuki, iddiaçıya 1993-cü il tarixində hansı növ pensiyanın və hansı qaydada təyin edilməsinin araşdırılması o səbəbdən zəruridir ki, 1993-cü il tarixindən yaranmış pensiya fərqinin ödənilməsi üçün pensiya təyin edən orqanların təqsiri üzündən onun düzgün olaraq hesablanmaması müəyyən edilməli idi. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Kassasiya məhkəməsinin göstərişi ilə əlaqədar təkrar apelyasiya baxışı zamanı tələb edilmiş iddiaçıya aid pensiya işinin surəti tədqiq olunarkən müəyyən olunmuşdur ki, iddiaçıya pensiya müharibə əlili kimi 1993-cü ildə təyin edilsə də, sonradan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqəsinə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə ünvanlandığı xx.xx.2015-ci il tarixli ərizəsinə əsasən ona hərbi qulluqçu kimi xx.xx.2015-ci il tarixdən pensiya yenidən hesablanmışdır.

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X5-məruzəçi, X6 və X11, 2-1(103)-1310/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilərək iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2006-cı il ta rixdən xx.xx.2007-ci il tarixə kimi olan pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi məsələ onun hərbi vəzifəsi və hərbi xidmətdə olduğu müddətlərlə bağlı hesablanmalı olan və təminat xərcliyində əks olunmuş məbləğlərə aiddir. Yəni iddiaçının mübahisələndirdiyi məsələ pensiya təyin edən orqanların təqsiri üzündən vaxtında almadığı pensiya məbləğinin düzgün hesablanmamasına aid olmamışdır ki, müddət məhdudiyyəti tətbiq edilməsin. Dolayısı ilə hüququn 1993-cü ildə yaranması əsası ilə pensiyanın yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi barədə iddia tələbi qanunvericiliyin zamana görə qüvvədə olmuş müddəalarına uyğun olmadığı kimi qiymətləndirilməlidir.

20. Cavabdeh xx xx xxxx 2020-ci il tarixdə qərarın surətini almış, x xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

21. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən, hərbi qulluqçulara pensiya təyin edilməsi 2007-ci il 1 yanvar tarixdən Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Bu tarixədək pensiya təyin etmək hüququ cavabdehdə olmayıb. Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqi varisi deyil və onun öhdəliklərinə görə hər hansı məsuliyyət daşımır. Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti x xxxxxx 2007-ci İl tarixdə yaradılmış olduğu halda, üzərinə yaradıldığı dövrdən əvvələ dair hər hansı məsuliyyət qoyulmasının heç bir hüquqi əsası yoxdur. Cavabdehə bununla əlaqədar hər hansı səlahiyyət verilməmiş, özündən əvvəlki öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar ona hər hansı maliyyə vəsaiti ayrılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44.1ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.

22. Bundan əlavə, məlum olduğu kimi, Qanunun 32.1-1 -ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən ç oxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 -ci maddəsinin tətbiqinə dair x xxxxxxx 2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

24. İddiaçının hüququ 2017-ci il tarixindən əvvəl yaransa da, ona pensiyanın xx.xx.2007-ci il tarixindən deyil, xx.xx.1993-cü il tarixindən hesablanması, yəni yenidən hesab lama ilə bağlı müraciəti xx.xx.2017-ci il tarixindən sonra olmuşdur. Buna görə də, hesab edirik ki, məhkəmə tərəfindən iddiaçıya yalnız geriyə üç il üçün pensiya fərqi ödənilməsi barədə qərar qəbul edilə bilərdi (əgər ona ödənilməmiş olsaydı). b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

27. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş mə hkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 28. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun: Maddə

1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bu Qanunda nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya almaq hüququna malikdirlər. (-). Maddə

17. Əlil olmuş hərbi qulluqçulara əlilliyə görə pensiyalar, əl illik onların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Maddə

43. Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər. Maddə

45. Bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara-xidmətdən buraxıldığı kündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi kündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə-ailə başçısının vəfat etdiyi kündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi kündən tez olmayaraq təyin edilir, onl ara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar istisna olunur: xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara-əlilliyin müəyyən edildiyi gündən; həmin hərbi qulluqçuların və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə-pensiya almaq hüququnun yarandığı kündən, yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya almaq hüququ əldə etmiş valideynlərə və ər-arvada-pensiya almaq üçün müraciət edildiyi kündən. Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı kündən, lakin pensiya üçün müraciət edildiyi kündən ən çoxu 12 ay əvvəl təyin edilir. Maddə

46. Hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır. həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənilməlidir. Maddə

49. Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. 29. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 32.1-1. Əmək pensiyaları o nu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (x xxxx 2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (x xxxx 2017-ci ildən qüvvəyə minmiş redaksiya).

30. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Mə hkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

31. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qayda da əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İş apelyasiya məhkəməsinin təkrar icraatında olarkən apelyasiya məhkəməs inin araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1992-ci ildə (xəstəliyə görə) hərbi xidmətdən tərxis olunmuş, ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəbli əlaqəsi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralandığı qeyd olunmuşdur. İddiaçıya xx.xx.1993-cü ildə ikinci qrup əlili kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, sonradan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqəsinə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə ünvanlandığı xx.xx.2015ci il tarixli ərizəsinə əsasən ona hərbi qulluqçu kimi xx.xx.2015-ci il tarixdən pensiya yenidən hesablanmışdır. Cavabdehin xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya 2-ci qrup əlil kimi əmək pensiyası xx.xx.2015-ci il tarixdən ömürlük təyin edilmiş, xx.xx.2007-ci il tarixdən isə yenidən hesablanıb təyin olunmuşdur. x xxxxxx 2007-ci ildən 2015-ci ilin sentyabr ayına qədər olan pensiya məbləğinin fərqi cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

35. Hazırkı mübahisə pensiya məbləği fərqinin x xxxxxx 2006-cı ildən x xxxxxx 2007-ci ilə qədər olan dövrün iddiaçıya ödənilməsi ilə bağlıdır.

36. Cavabdehin şikayətinin dəlilinə görə hərbi qulluqçulara pensiya təyin edilməsi və ödənilməsi ilə bağlı səlahiyyəti x xxxxxx 2007-ci ildən yarandığından və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilmə aparılmalı olduğundan, iddiaçının tələb etdiyi məbləğ müraciətdən əvvəlki 3 il dövrə düşmədiyindən apelyasiya məhkəmə sinin gəldiyi nəticə əsaslı olmamışdır.

37. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

38. İddiaçının pensiya hüququnun 1993-cü ildə yaranması mübahisə doğurmur.

39. Həmçinin apelyasiya məhkəməsinin apardığı araşdırmadan görünür ki, 1993cü ildə Müdafiə Nazirliyi tərəfindən iddiaçıya hərbi qulluqçu kimi pensiya təyin edilmiş, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 1 yanvar tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən x xxxxxx 2007-ci ildən hərbi qull uqçulara pensiya təyin edilməsi, yenidən hesablanması və sair məsələlər cavabdehin səlahiyyətinə aid edilmiş, x xxxxxx 2007-ci ildən başlayaraq cavabdeh hərbi qulluqçularla bağlı pensiya təyinatını həyata keçirməyə başlamış, 2015-ci ildə iddiaçının pensiyasının düzgün hesablanmadığı müəyyən edilmiş, bu vaxtdan başlayaraq iddiaçının pensiyası yenidən hesablanmış, x xxxxxx 2007-ci ildən 2015-ci ilin oktyabr ayınadək olan pensiya fərqi cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 1 yanvar tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondu olduğundan cavabdehin yalnız x xxxxxx 2007-ci ildən səlahiyyətli olması və ondan əvvəlki dövr üçün cavabdehlik daşımaması barədə şikayətinin dəlili əsaslı sayıla bilməz.

41. İddiaçının pensiya hüququ 1993-cü ildə yarandığından mübahisəyə cavabdehin şikayətdə bildirdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında baxılmalıdır. 42. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin ikinci hissəsinə görə pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

43. Pensiya təyin edən orqanın təqsiri üzündən iddiaçının pensiyası düzgün hesablanmamış, cavabdeh x xxxxxx 2007-ci ildən sonrakı dövr üçün pensiyanı yenidən hesablayıb fərqini iddiaçıya ödəmişdir.

44. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi x xxxxxx 2006-cı ildən x xxxxxx 2007-ci ilədək olan dövr üzrə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının fərqi məbləğini tələb etməkdə haqlı olduğundan həmin dövr üzrə pensiya məbləği fərqinin ödənilməsi vəzifəsini cavabdehə həvalə etməklə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

45. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1310/2020 saylı x xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar