Məhkəmə qərarları › İş №2-1(102)-430/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-430/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-430/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsindən imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "15.10.2020-ci il tarixli ***** *****9217 nömrəli və 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-413/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ına əsasən, iddiaçıya məxsus olan Zərdab şəhəri 4 yol ayrıcında yerləşən tikinti mallarının satışı mağazasında 03.09.2020-ci ildən 02.10.2020-ci ilədək operativ vergi nəzarətinin həyata keçirilməs i qərara alınmışdır. Həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmış və reyestrdən 03.09.2020-ci il tarixli KY201479819 nömrəli çıxarış verilmişdir. Cavabdehin 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ı 03.09.2020-ci ildə İddiaçı təqdim olunmuş və iddiaçı qərarla tanış olmasını qərarın surətinə yazaraq bunu imzası ilə təsdiq etmişdir. Cavabdehin əməkdaşı X1 tərəfindən 03.09.2020-ci ildə saat 11.10-da qeyd olunan mağazada bir ədəd duş şlanqı alınaraq 4 manat pul ödənilmiş, lakin ona nəzarət kassa aparatı çeki verilməmiş, araşdırma zamanı nəzarət kassa aparatının nasaz olması, eləcə də nəzarət kassa aparatının işləmədiyi dövrdə nağd pul hesablaşmalarının aparılmasına dair ə məliyyatların uçotu kitabının olmaması müəyyən edilmişdir. Bununla bağlı cavabdehin əməkdaşları tərəfindən 03.09.2020-ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt" tərtib edilmişdir. İddiaçı bu sənədi imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmiş, həmin sənəddə bu barədə qeydiyyat aparılmışdır. Cavabdeh tərəfindən iddiaçıya 08.09.2020-ci il tarixli **********474300 nömrəli bildiriş göndərilərək, onun barəsində tərtib edilmiş 03.09.2020-ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt"la bağlı işə 15.10.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. Həmin sənəd 12.09.2020-ci ildə poçt xəbərnaməsinə imza etdirilməklə iddiaçıya çatdırılmışdır. Cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

2. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarəti zamanı nəzarətin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında tələbnamə" verilmiş, iddiaçı tələbnaməni 03.09.2020-ci ildə almasını tələbnamənin surətində imza etməklə təsdiq etmişdir. Tələbnamədə vergi lərin hesablanması ilə bağlı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasını təsdiq edən sənədlərin, malların alış aktı, elektron qaimə olmadan malların satıldığı şəxs barədə məlumatların, ciddi hesabat blankı və idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən və həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin, vergilərin hesablanması ilə əlaqədar bütün sənədlərin 1(bir) iş günü müddətində təqdim olunması tələb edilmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə satış məqsədi ilə aldığı malların pərakəndə bazar qiymətinin müəyyən edilməsi zərurəti yarandığından cavabdehin 11.09.2020-ci il tarixli, **********6105 nömrəli "Eks pertizanın təyin edilməsi haqqında qərar"ı ilə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. Cavabdehin əməkdaşları iddiaçını 14.09.2020-ci ildə həmin qərarla tanış etmiş, lakin iddiaçı **********6284 nömrəli "Ekspertizanın keçirilməsi haqqında qərar”la tanış olma barədə protokolu imzalamaqdan imtina etmiş, ona görə də protokolda bu barədə qeyd aparılmışdır. "xxxx" MMC tərəfindən cavabdehə təqdim edilmiş 02.10.2020-ci il tarixli ekspert rəyində 538 adda olan malların pərakəndə bazar qiyməti 61783,45 manat müəyyən edilmişdir.

3. Cavabdeh tərəfindən tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX seriyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləs i ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə - faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Akt tərtib edilmişdir. Həmin aktda operativ vergi nəzarəti zamanı 02.10.2020-ci ildə, saat 14.00-da 538 adda ümumi dəyəri 61793,45 manat olan sənədsiz mal qalığının aşkar edilməsi göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 05.10.2020-ci il tarixli **********381600 nömrəli bildiriş göndərilərək, onun barəsində tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX ser iyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktla bağlı işə 13.11.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. Aktın surəti bildirişə əlavə edilmiş və həmin sənəd 06.10.2020-ci ildə poçt xəbərnaməsinə imza etdirilməklə iddiaçıya çatdırılmışdır. Cavabdehin 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə iddiaçı 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "15.10.2020-ci il tarixli **********9217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsini xahiş etmişdir.

5. Daha sonra o, cavabdehə qarşı digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" ın qanunsuz hesab edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan həmin işlər üzrə icraat bir icraatda birləşdirilmişdir.

7. İddiaçı hər iki iddianı belə əsaslandırmışdır ki, cavabdehin əməkdaşları ondan hər hansı sənəd tələb etməmiş, yoxlama aparmamışlar. Cavabdehin hər iki qərarı qanunsuz və əsassızdır.

8. Daha sonra, iddiaçı məhkəməyə ərizə verərək iddia tələbini dəqiqləşdirmiş və cavabdehin 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı"nın qanunsuz hesab edilməsini deyil, ləğv olunmasını xahiş etdiyini bildirmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını belə əsaslandırmış dır ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış maliyyə sanksiyasını ödəməkdən yayınmaq üçün özünümüdafiə xarakteri daşıyır və yoxlama zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(116)-493/2021 saylı qərarı ilə (hakim: V.K.Qasımov) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərarların qanunazidd olduğunu və həqiqəti əks etdirmədiyini sübuta yetirə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edi lməlidir.

12. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-413/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: E.Ş.Hüseynov və V.İ.Məlikov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(116)-493/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi nin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, vergi orqanı tərəfindən yoxlama aparılarkən qanunun tələbləri kobud şəkildə pozulmuş, ondan pul tələb edilmiş, sənədlər yoxlama aparılan gün tərtib edilməmiş, saxtalaşdırmalar aparılmışdır. Lakin bu halların heç birinə aşağı instansiya məhkəmələri düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aş kar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin təl əbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksi yası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. Maddə 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar:... 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdi m etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Maddə 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnı z apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsi nin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, iddiaçının mübahisələndirdiyi 15.10.2020-ci il tarixli **********9217 nömrəli və 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"lar onun ticarət fəaliyyəti həyata keçirdiyi mağazada cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi nəticəsində aşkar edilmiş hallarla bağlı qəbul edilmişdir. Cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli qərarı ilə iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məb ləğində vergi məsuliyyətinə, 13.11.2020-ci il tarixli **********1948 nömrəli qərarı ilə isə sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

24. Şikayət müəllifi qeyd edir ki, vergi yoxlaması aparan şəxslər qanunsuzluğa yol vermiş, ondan pul tələb etmiş, sənədlər yoxlama ap arıldığı gün tərtib edilməmiş və ona təqdim edilməmişdir.

25. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi xüsusatlar apelyasiya instansiyası məhkəməsində də mübahisələndirilmiş və apelyasiya instansiyası məhkəməsi bu halların hər birinə qanunvericiliyin müddəalarına əsaslanmaqla münasibət bildirmişdir.

26. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi 15.10.2020-ci il tarixli **********9217 nömrəli və 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"lar onun ticarət fəaliyyəti həyata keçirdiyi mağazada cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi nəticəsində aşkar edilmiş hallarla bağlı qəbul ed ilmişdir. Cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli qərarı ilə iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə, 13.11.2020-ci il tarixli **********1948 nömrəli qərarı ilə isə sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılmas ı aktının olmamasına görə 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

27. İddiaçı cavabdehin qərarları ilə razılaşmamasını bir neçə dəlillə əsaslandırmışdır. Onlardan biri 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə"də olan imzanın ona məxsus olmamasından ibarətdir. Yuxarıda qeyd olunan dəlilin yoxlanması üçün birinci instansiya məhkəməsinin 04.05.2021-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 22.06.2021-ci il tarixli 4/669 nömrəli ekspert rəyi alınmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, qeyd olunan sənədin aşağı hissəsində "İddiaçı" əlyazma mətni i lə "03.09.2020-ci il" əlyazma mətni arasında "İmza" qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçının bu dəlili ekspert rəyi ilə təkzib olunmuşdur.

28. Bundan başqa, iddiaçının digər dəlili bundan ibarətdir ki, yoxlama ilə bağlı tərtib edilmiş sənədlərə 03.09.2020-ci il tarixi qoyulsa da, əslində, cavabdehin əməkdaşları mağazada 08.09.2020-ci ildə olmuşlar və mağazanın təhlükəsizlik kamerası onları məhz həmin tarixdə çəkmişdir. Bu halın araşdırılması məqsədi ilə birinci instansiya məhkəməsinin 10.02.2021-ci il, 29.03.2021-ci il və 09.04.2021-ci il tarixli məktubları ilə iddiaçıya aşağıdakı sübutları məhkəməyə təqdim etməsi təklif olunmuşdur: - Mağazanızın giriş-çıxış qapılarının, nəzarət kassa aparatının qoyulduğu yerin və şəxsən özünün olduğu yerin videoçəki lişini aparan kameralar vardırsa, 03.09.2020-ci ildə saat 11.00-dan 12.00dək olan çəkilişlər. - 03.09.2020-ci ildə saat 11.00- dan 12.00-dək olan müddətdə iddiaçı özü mağazadan kənar başqa bir yerdə olmuşdursa, bunu təsdiq edən sübutlar. Lakin iddiaçı mağazada olan digər kameraların yaddaşının silindiyini bildirərək tələb olunan sübutları məhkəməyə təqdim etməmişdir.

29. Əksinə, iddiaçının 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ın bir nüsxəsində qərarla tanış olmasını yazaraq imzalaması və 03.09.2020-ci il tarixini yazması, eləcə də 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə"nin bir nüsxəsində tələbnaməni al masına dair imza edərək 03.09.2020-ci il tarixini yazması qeyd olunan hərəkətlərin məhz 03.09.2020-ci ildə yerinə yetirildiyini təsdiq edir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqında” 06.08.2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əsas yaradır.

31. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətində qeyd edilən xüusasatlar apelyasiya instansiyası məhkəməsində də mübahisələndirilmiş, həmin hallar məhkəmə tərəfindən ətraflı araşdırılmış və apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-413/2021 saylı iş üzrə 20 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar