Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-430/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli stajın mövcudluğunun sübuta yetirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-432/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının məlumatlarına görə o, xx.xx.1982-ci ildə Azərbaycan Dəmir yolu 9 saylı Mincivan dəmir yol distansiyasına Qumlax məntəqəsinə xadimə işinə qəbul edilmiş, xx.xx.1982-ci ildə ərizəsi nəzərə alınaraq həmin məntəqədə yol montyoru işinə keçirilmiş, xx.xx.1993-cü ildə ərizəsi nəzərə alınaraq yol montyoru işindən məntəqədə xadimə işinə keçirilmiş, xx.xx.2004-cü ildə iş yeri ixtisara düşməsi ilə bağlı işdən azad edilmişdir.
2. Azərbaycan Dövlət Dəmir Yolu Mincivan 9 saylı yol distansiyasının xx.xx.2006cı il tarixli NK №-416 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1982ci ildən xx.xx.2004-cü ilə qədər Mincivan 9 saylı yol distansiyasında müxtəlif vəzifələrdə işləmişdir. 1993-cü ilə qədər bütün sənədlər işğal altında olan ərazidə qalmışdır.
3. Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasının xx.xx.2018-ci il tarixli 446 saylı güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1982-ci ildən xx.xx.2004-cü il tarixə qədər Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı Bakı yol dista nsiyasında yol montyoru vəzifəsində işləmişdir. Bu vəzifədə güzəştli ümumi iş stajı qadın üçün 10 il edir ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin №12, xx.xx.2007-ci il tarixli qərarına uyğundur. Qanuni nəqliyyat bölməsinin 2121.04.XXİ bölməsinə əsasən pensiya hüququ verilir. Şifr 1200100a-18540.
4. Azərbaycan Dəmir Yolları QSC-nin 9 saylı yol sahəsinin xx.xx.2021-ci il tarixli NK №567 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1982ci ildən xx.xx.2004-cü il tarixə qədər Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı yol sahəsində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər yol montyoru (yol təmir fəhləsi) vəzifəsində işləmişdir. Yol montyorunun gördüyü işlər vaxtı keçmiş reysləri, reysaltı tirlərin yanlıqla bir-birinə bağ lanması, kastillə reyslərin ağac tirlərə tikilməsi, yolun təlimata uyğun genliyi-darlığ nəzarətdə saxlanması, bolt və qaykaların daima yoxlanması, yolun cari təmiri ilə məşğul olub qatarların təhlükəsiz hərəkətini təmin etməklə məşğuldur. Bu vəzifə qadın üçün 10 il iş stajı təsdiq edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cil tarixli, 12 saylı qərarının 21 Nəqliyyat bölməsinin 21.4 bəndinə əsasən magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları güzəştli pensiya hüququna malikdirlər. 5. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 146475 nömrəli məktubunda qeyd edilmişdir ki, ADY-nin İnfrastruktur departamenti yol xidmətinin 9 nömrəli Mincivan yol sahəsinin arxiv bölməsində aparılmış araşdırma nəticəsində İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işləməsini təsdiq edən hər hansı sənəd aşkarlanmamışdır. 6. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 188961 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçıya verilmiş arayışlara dair "xxxx" QSC-nin (ADY) aidiyyəti struktur qurumlarında araşdırma aparılmış, xx.xx.2018-ci il tarixli 446 nömrəli və xx.xx.2021-ci il tarixli 567 nömrəli arayışlar barədə ADY-də məlumat aşkar edilməmişdir (ümumiyyətlə sözügedən barədə ADY-də heç bir məlumat mövcud deyil). Həmçinin qeyd edirik ki, 2018-ci il ərzində ADY-nin strukturunda 9 saylı Mincivan yol distansiyası olmamışdır.
7. Zəngilan Rayon Dövlət Arxivinin 25 fevral 2022-ci il tarixli, 3 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 2 9-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir müəssisəsinin, o cümlədən “Azərbaycan Dəmiryolu 9 saylı Mincivan Dəmirçi yolu distansiyası”nın sənədləri arxivə daxil olmadığı üçün sorğu barəsində məlumat təqdim edilmir.
8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
9. Cavabdeh 16 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən İT-N ******* nömrəli əmək kitabçasının 42-43-cü səhifələrinin 2-ci qeydində sonradan düzəlişlərin edildiyi aşkar görünür. Bu da əmək kitabçanızda qeyd olunan məlumatların həqiqil iyinə əsaslı şübhələr yaradır. Qeyd olunanlara əsasən ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
10. İddiaçı, iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasında işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. Onun 20 ildən çox ümumi və 10 ildən çox xüsusi stajı vardır. O, cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh cavab məktubu ilə onun əmək kitabçasında düzəliş olduğundan əsaslı şübhələr olduğunu əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdehin qeyd olunan əsaslarla onun müraciətindən imtina etməsi qanunsuz və əsassızdı r. Belə ki, ona məxsus əmək kitabçasında düzəlişlər olsa da, həmin müəssisənin möhürü ilə düzəliş olduğu təsdiqlənmişdir. Belə halda həmin düzəlişlər qanuni hesab olunmalıdır və şübhələr olmasına heç bir əsas yoxdur.
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi İT seriyalı ******* nömrəli əmək kitabçasında 42-43-cü səhifələrinin 2-ci qeydində sonradan düzəlişlərin edildiyi aşkar görünür. Bu da iddiaçının əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
13. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-4 934/2021 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
15. Cavabdeh həmin qərardan apellya siya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-432/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X3 və X1) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Dəmir Yolları QSC 9 saylı yol sahəsinin xx.xx.2021-ci il tarixli NK №567 nömrəli güzəştli arayışında iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər işlədiyi yol montyoru (yol təmir fəhləsi) vəzifəsinin Azərbaycan Resp ublikasının Nazirlər Kabinetinin xx.xx.2007-cil tarixli, 12 saylı qərarının 21 Nəqliyyat bölməsinin 21.4 bəndinə əsasən magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğun olduğu qeyd olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının XXVİİİ bölməsində (Nəqliyyat, Dəmiryol nəqliyyatı) nəzərdə tutulmuş istehsalat sahəsinə aidiyyəti, həmçinin iddiaçının həmin istehsalat sahəsində gördüyü (icra etdiyi) işlərin/vəzifələrin zərərli işlərə/peşələrə aidiyyəti özü-özl üyündə, digər sübutlar olmadan, qeyd-şərtsiz təsdiq edilmir. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olmadığından, iddiaçıya həmin yaşdan pensiya təyin edilə bilməz.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Dəmir Yolları QSC 9 saylı yol sahəsinin xx.xx.2021-ci il tarixli, NK №567 nömrəli güzəştli arayışında iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər işlədiyi yol montyoru (yol təmir fəhləsi) vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 21 Nəqliyyat bölməsinin 21.4-cü bəndinə əsasən, magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğun olduğu qeyd edilmişdir. Bu vəzifə iddiaçı üçün 10 il iş stajı təsdiq edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 21 Nəqliyyat bölməsinin 21.4 bəndinə əsasən, magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları güzəştli pensiya hüququna malikdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək yenidən həmin dəlilə istinadla qeyd etmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi İT seriyalı ******* nömrəli əmək kitabçasında 42-43-cü səhifələrinin 2-ci qeydində sonradan düzəlişlərin edildiyi aşkar görünür. Belə ki, əmək kitabçasının ağardıcı ilə silinərək alt sətirdən xx.xx.1982-ci ildə tarixinin yazıldığını müəyyən etmək olar. Apellyasiya məhkəməsində iddiaçıya məxsus əmək kitabçasındakı qeyd və onun 1982-1993-cü illərdə Azərbaycan Dəmir Yolları QSC 9 saylı yo l sahəsində işləməsi faktı araşdırılmışdır. Bununla bağlı "xxxx" QSC tərəfindən verilmiş arayışlarla müəyyən olunmuşdur ki, iddiaçının qeyd edilmiş müəssisədə işləməsi barədə məlumat aşkar edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin iş lərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmay araq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:... qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, iddiaçı məhkəmədən 52 yaşdan, yəni hüququnun yarandığı 1 aprel 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
28. Hazırkı qərarın 21-22-ci bəndlərində göstərilən qanunvericilik normalarına əsasən iddiaçının 5 2 yaşının tamam olduğu 1 aprel 2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması və 1 yanvar 2006-cı il tarixədək azı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı stajının mövcud olması lazımdır.
29. İddiaçının kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Dəmir Yollan QSC 9 saylı yol sahəsinin xx.xx.2021-ci il tarixli, NK №567 nömrəli güz əştli arayışında iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər işlədiyi yol montyoru (yol təmir fəhləsi) vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 21 Nəqliyyat bölməsinin 21.4 bəndinə əsasən, magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğun olduğu qeyd edilmişdir. Bu vəzifə iddiaçı üçün 10 il iş stajı təsdiq edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 21 Nəqliyyat bölməsinin 21.4 bəndinə əsasən, magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları güzəştli pensiya hüququna malikdir.
30. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1982-ci ildə Azərbaycan Dəmir yolu 9 saylı Mincivan dəmir yol distansiyasına Qumlax məntəqəsinə xadimə işinə qəbul edilmiş, xx.xx.1982-ci ildə ərizəsi nəzərə alınaraq həmin məntəqədə yol montyoru işinə keçirilmiş, xx.xx.1993-cü ildə ərizəsi nəzərə alınaraq yol montyoru işindən məntəqədə xadimə işinə keçirilmiş, xx.xx.2004-cü ildə iş yeri ixtisara düşməsi ilə bağlı işdən azad edilmişdir.
31. Lakin iddiaçının güzəştli iş stajının mövcduluğu ilə bağlı apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 146475 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" QSC-nin İnfrastruktur departamenti yol xidmətinin 9 nömrəli Mincivan yol sahəsinin arxiv bölməsində aparılmış araşdırma nəticəsində iddiaçını n xx.xx.1982-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işləməsini təsdiq edən hər hansı sənəd aşkarlanmamışdır.
32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Dəmir Yollan QSC-yə sorğu göndərək iddiaçıya təqdim edilmiş güzəştli iş stajını təsdiq edən arayışların hansı sənədlər əsasında verilməsi barədə məlumat verilməsini xahiş etmişdir. Cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022ci il tarixli, 188961 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya verilmiş arayışlara dair "xxxx" QSC-nin (ADY) aidiyyəti struktur qurumlarında araşdırma aparılmış, xx.xx.2018-ci il tarixli 446 nömrəli və xx.xx.2021-ci il tarixli 567 nömrəli arayışlar barədə ADY-də məlumat aşkar edilməmişdir (ümumiyyətlə sözügedən barədə ADY-də heç bir məlumat mövcud deyil).
33. Bu ndan əlavə, Zəngilan Rayon Dövlət Arxivinin 25 fevral 2022-ci il tarixli, 3 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir müəssisəsinin, o cümlədən “Azərbaycan Dəmiryolu 9 saylı Mincivan Dəmirçi yolu distansiyası”nın sənədləri arxivə daxil olmadığı üçün sorğu barəsində məlumat təqdim edilmir.
34. İş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hak imiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, iş yerindən təqdim edilmiş belə arayış heç də həmişə birmənalı sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.
35. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş ye rindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər işlədiyi yol montyoru (yol təmir fəhləsi) vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının XXVİİİ bölməsində (Nəqliyyat, Dəmiryol nəqliyyatı) nəzərdə tutulmuş istehsalat sahəsinə aidiyyəti, həmçinin iddiaçının həmin istehsalat sahəsində gördüyü (icra etdiyi) işlərin/vəzifələrin zərərli işlərə/peşələrə aidiyyəti özü-özlüyündə, digər sübutlar olmadan, qeyd-şərtsiz təsdiq edilmir.
37. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalarla iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olması təsdiq olunmadığından, iddiaçı tərəfindən məhkəməyə güzəştli iş stajının mövcudluğu barəsində mötəbər sübut təqdim edilmədiyindən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz.
38. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-432/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.