Məhkəmə qərarları › İş №2-1(102)-430/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-430/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-430/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik dərəcəsinin təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilit asiya Agentliyinə qarşı “əlillik təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-590/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 0452003AAKMZ nömrəli göndərişində qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixdən Gəncə şəhər 6 nömrəli şəhər poliklinikasında qeydiyyatda olan İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nda xx.xx.2015-xx.xx.2015-ci il aralığında müayinə və müalicədə olmuş, 166.1 klinik diaqnoz, xx.xx.2020-xx.xx.2020-ci il aralığında Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicədə olmuş, 166.1 diaqnoz, xx.xx.2020-xx.xx.2020-ci illər aralığında eyni müəssisədə müayinə və müalicədə olmuş, 166.1 diaqnoz, xx.xx.2021-xx.xx.2021-ci il aralığı eyni müəssisədə müayinə və müalicədə olmuş 166.1 diaqnoz, xx.xx.2019-xx.xx.2019-cu il aralığı Akademik Z.Məmmədov adına X10 Xəstəxanasında müayinə və müalicədə olmuş, 166.1 diaqnoz, xx.xx.2021-xx.xx.2021-ci il aralığı eyni müəssisədə müayinə və müalicədə olmuş 166.1 diaqnoz qoyulmuş, xəstəliyə görə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müraciətlər olmuş, əsas diaqnoz: İ166.1. ön beyin arteriyasının tıxanması və stenozu, öz beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun, heçoregik mompenentlə (2015) davamlı qalıq əlamətləri qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyası tərəfindən İddiaçı 19 yanvar 2016-cı il tarixdən 5 il müddətinə ilkin əlillik təyin edilmiş, əlilliyin səbəbi:2.2.ikinci dərəcə əlillik-qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beyin və sinir sistemin müxtəlif mənşəli xəstəlikləri qeyd edilmiş, əlavə olaraq ağır fiziki işlərin əks göstərişi olduğu bildirilmişdir.

3. İddiaçı əlilliyin yenidən qiymətləndirilməsi üçün cavabdehə müraciət etmiş, 01 yanvar 2021-ci il tarixdə göndərişin natamam doldurulması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

4. İddiaçı əlill iyin yenidən qiymətləndirilməsi üçün cavabdehə müraciət etmiş, 27 dekabr 2021-ci il tarixli əlilliyin yenidən qiymətləndirilməsinə dair məlumatdan görünür ki, İddiaçı instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, xəstəlik beynəlxalq təsnifatı kimi G40G47-epizotik və paroksizmal pozğunluqlar G40-epilepsiya-G40.3-generalizə olunmuş idiopatik epileptik sindromlar diaqnozu qoyulmuşdur.

5. İddiaçı əlilliyin yenidən qiymətləndirilməsi üçün 14 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən göndəriş verilmiş, cavabdeh 26 oktyabr 2022-ci il tarixdə instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, diaqnoz olaraq beyin infaktının nəticələri, sağ ön beyin arteriya hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, sol tərəfli hemiparez, kompleks passial qıcolma tutmaları ilə müşahidə olunan lokolizə olunmuş (lokal) simptomatik epilepsiya və epileptik simdromlar, tez-tez baş verən epilepsiya tutmaları( ayda 6-7 dəfə) qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xəstəliyi ilə bağlı əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsasland ırılmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixdən sol beyin boşluğunda "insult" xəstəliyindən əzab çəkir. Beyinin hipofiz nahiyyəsində ölçülər 1.1 x 1.1 sm. olan hamar konturu hiporteniz törəmə təyin edilib. Sol təpə payında sübarox aşkar edilib. Beyin orta strukturları yerini alın təpə paylarda təxminən 0.5 sm sağa doğru dəyişdirmişdir. Mütəmadi olaraq Gəncə şəhər A.Səhhət adına xəstəxanada müalicə olunmuşdur. Xəstəliyi davamlı olaraq davam edir və günü-gündən ağırlaşır, sağalmayan xəstəlikdir. Dəfələrlə Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicə və müayinələrdə olunmuş, beyini KT olunub. 18 ildir mütəmadi olaraq müayinə və müalicə olunmağına baxmayaraq xəstəliyi günü-gündən ağırlaşır. Mütəmadi olaraq dərmanlar qəbul edir. 18 ildir müalicə olunmağına baxmayaraq heç bir müsbət irəliləyi ş yoxdur. Buna baxmayaraq cavabdeh orqan tərəfindən qanunsuz və əsassız olaraq əlilliyi ləğv olunub və ona təyin olunmuş sosial müavinət 2 ilə yaxındır dayandırılıb, hər dəfə müxtəlif bəhanələr edərək bərpa olunmasından imtina edilir.

8. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən qeyd edilən hal baş verdikdə, həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoş ulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması iddiaçıda tam olaraq təsdiqini tapmamışdır.

9. Daha sonra iddiaçı ərizə təqdim edərək iddia tələbinin xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dəyişdirilməsini xahiş etmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(114)-1810/2023 saylı qərarı ilə (hakim X3) iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 2016-cı ildə n 2022-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq ona verilmiş imtina əsassız olmuşdur. Bundan əlavə, xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması əsası ilə imtina edilmiş, səbəb kimi iddiaçının xx.xx.2010-cu il tarixindən hazırda da qüvvədə olan əmək müqaviləsi xəstəliyin əlillik səviyyəsində olmasına şübhə yaratması qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya ilkin əlillik təyinatı zamanı əlillik zəmanəti verilmiş, yalnız ağır fiziki işlər əks göstəriş kimi qeyd edilmişdir. Odur ki, qeyd olunan səbəbdən imtina verilməsi əsassız olmuşdur.

13. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-590/2023 nömrəli iş üzrə 06 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X2) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(114)-1810/2023 saylı qərarı İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməsi tarixinin xx.xx.2021-ci il tarixdən müəyyən edilməsinə dair səhv nəticəyə gəlinmişdir. Belə ki, Forma 88 arayışının surətindən görünür ki, İddiaçı 14 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən göndəriş verilmişdir. Belə olan halda ona 14 oktyabr 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Şikayətdə qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh yalnız göndərişdə əlillik üçün əsaslar olduqda əlillik təyin etmək səlahiyyətindədir. Hazırki işdə əlilliyin yenidən təyin edilməsi üçün iddiaçının göndərişlər üzrə lazımi göstəricilərə malik olduğu müəyyən edilmədiyindən cavabdeh inzibati orqan əlilliyin təyinatından imtina etmişdir. Buna baxmayaraq məhkəmə qərar qəbul edən zaman bu kimi halları və qanunvericiliyin normalarını obyektiv qiymətləndirməyərək iddiaçı barəsində əsassız olaraq əlillik təyin edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlill iyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsaslar ı 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”

1. Ümumi müddəalar 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlı q imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.... 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyy ətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35G37.8, G45-G46.8, G95-G95.9)

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respub likası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qə rarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış gönd ərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə

5. Əlillik müddətinin müəyyən edilməsi və TSEK-in qərarlarından şikayət qaydaları 5.1. Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti s ağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1(bir) il müəyyənləşdirilir. 5.3. Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsin ə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. İş materiallarından, eləcə də kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi diaqnozda əlillik əlamətinin müəyyən etməməsi olmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəza rətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının göndəriş seriya və nömrəsi 0452003AAKMZ, TQS 088 göndəriş məlumatlarından görünür ki, göndəriş verən müəssisə Gəncə şəhəri 6 nömrəli şəhər poliklinikası, xx.xx.2015-ci il tarixdən müəssisədə qeydiyyatda olan İddiaçı xx.xx.2015-xx.xx.2015-ci il aralığında müayinə və müalicədə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə olmuş, 166.1 klinik diaqnozu, xx.xx.2020-xx.xx.2020-ci il aralığında Abbas Səhhət adına 1 nömrəli şəhər x əstəxanasında 166.1 diaqnozu, xx.xx.2020-xx.xx.2020-ci illər aralığında eyni müəssisədə İ66.1 diaqnozu, xx.xx.2021-xx.xx.2021-ci il aralığı eyni müəssisədə 166.1 diaqnozu, xx.xx.2019-xx.xx.2019-cu il aralığı Akademik Z.Məmmədov adına X10 Xəstəxanasında 166.1 diaqnozu, xx.xx.2021-xx.xx.2021-ci il aralığı eyni müəssisədə 166.1 diaqnozu qoyulmuş, xəstəliyə görə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müraciətlər olmuş, əsas diaqnoz: 1166.1. ön beyin arteriyasının tıxanması və stenozu, öz beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun, heçoregik mompenentlə (2015) davamlı qalıq əlamətləri qeyd edilmişdir.

34. Məhz bu göndəriş əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 19 yanvar 2016cı il tarixdən 5 il müddətinə ilkin əlillik təyin edilmiş, əlilliyin səbəbi:2.2.ikinci dərəcə əlillikqabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beyin və sinir sistemin müxtəlif mənşəli xəstəlikləri qeyd edilmiş, əlavə olaraq ağır fiziki işlərin əks göstərişi olduğu bildirilmişdir.

35. Əlilliyin təkrar qiymətləndirilməsi ilə bağlı müraciətlərdə iddiaçıya əlillik dərəcəsinin verilməsinə əsas olmuş diaqnozda dəyişikliyin olmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçıda qeyd edilən diaqnoz olduğuna görə ona ikinci dərəcə əlillik təyin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin qərarı qa nuni və əsaslıdır.

36. Kassasiya şikayətində mübahisə edilən məqamlardan biri məhkəmənin inzibati orqanın fəaliyyətinə müdaxiləsi ilə bağlıdır. Qeyd edilir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparmış və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçıda olan diaqnozun əlilik təyinatına əsas vermədiyi qeyd edilmişdir.

38. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış mövqeyinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüqu qları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.

39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndi rmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldi yi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. 40 Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

41. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

42. Beləliklə, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas mövcud olmuşdur. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

43. Belə olan halda kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-590/2023 saylı iş üzrə 06 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar