Məhkəmə qərarları › İş №2-1(102)-430/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-430/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-430/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi; Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrə əməl olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin verilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(106)-335/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci tarixli 1(032)-67/2021 nömrəli hökmü ilə AR CM-nin 234.1-ci və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixəd ək cəza müddətini çəkərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 29 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

2. Bununla əlaqədar iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə birdəfəlik müavinətin təyini ilə bağlı müraciət etmiş və xx.xx.2021-ci il tarixli qərarla cavabdeh tərəfindən ona 1000 (bir min) manat məbləğində birdəfəlik müavinət təyin olunmuşdur.

3. Daha sonra iddiaçı yenidən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-194/2022 nömrəli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəza müddətini çəkib Bakı şəh əri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(002)-698/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 22 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

4. İddiaçının yenidən birdəfəlik müavinətin ödənilməsi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə194013/2023 nömrəli imtina məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2023-cü il tarixində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmə ilə əlaqədar həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixində ikinci dəfə azadlıqdan məhrum edilməsi ilə əlaqədar müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehin etirazının əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçıya xx.xx.2021-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənilmiş, lakin sosial adaptasiyada olduğu 1 il müddətində yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən xx.xx.2023-cü il tarixdə həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir.

7. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 29 mart 2024-cü il tarixli, 21(120)-1629/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqq ının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə heç bir hüquqi göstəriş yoxdur. Qanunvericilikdə belə maddi-prosessual hüquq normalarının mövcud olmaması səbəbindən cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-194013/2023 nömrəli imtina məktubunda və iddiaya qarşı etirazında iddiaçıya sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin edilərək ödənilməsindən imtina edilməsinə hüquq i tövsif verilməmişdir. Belə olan halda, iddiaçıya penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi (işin bu halı mübahisəli deyil) sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilməlidir. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsindəki icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(106)-335/2024 nömrəli qərarı (hakimlər F.Hüseynov /sədrlik edən və məruzəçi/, S.Həsənov və P.Hacıyev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-1629/2024 nömrəli qərarı dəyişdirmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 5.1, 6.1, 7.2, 14.1-ci maddələrinə istinad edərək mübahisənin həllinə dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, şəxsin cəza çəkməkdən azad ed ilməsi hələ ona birdəfəlik pul müavinətinin verilməsi üçün əsas deyildir. Belə ki, şəxsin tibbi və sosial yardıma ehtiyacının olması iş materialları ilə öz təsdiqini tapmalıdır. Həmçinin dövlətin konkret iş üzrə sosial adaptasiya tədbirini tətbiq edə bilməsi üçün şəxsin bu tədbirə ehtiyacının olub-olmadığı və həmin ehtiyacın xarakteri müəyyən edilməlidir. Əlavə olaraq iddiaçı ona birdəfəlik müavinət ödənildikdən cəmi 8 ay sonra yeni cinayət əməli törətmişdir. Bu da onu deməyə əsas verir ki, hazırkı iş üzrə sosial adaptasiya tədbiri kimi birdəfəlik pul müavinətinin verilməsi ilə həmin tədbirin məqsədinə nail olunmamış, əksinə iddiaçının həmin vəsaitdən təyinatı üzrə sosial mühitə uyğunlaşmaq məqsədilə deyil, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan yeni cinayətin törədilməsi üçü n istifadə etməsi ilə bağlı əsaslı şübhələr yaratmışdır. Eləcə də, iddiaçının sosial vardıma ehtiyacı da sübut olunmur, hətta ehtiyacı olsa belə, bu ehtiyacın adekvat qarşılığı ona müavinətin təyin edilməsi deyildir. Məhkəmə öz qərarında sosial adaptasiya müddətinin 1 il olmasına baxmayaraq sosial adaptasiya müddəti ərzində iddiaçının yenidən məhkum olunmasını nəzərə almamışdır.

14. Kassator «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3, 6.1, 6.2, 7, 14.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

24. İnsan və vətəndaş hüquqlarını n və azadlıqlarının əsas prinsipi... İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə

72. Vətəndaşların vəzifələrinin əsası I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 17. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anl ayışlar 1.0.3. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosialpsixoloji tədbirlər sistemi. Maddə

6. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; 6.1.2. sosial adaptasiya mərkəzləri yaratmaq; 6.1.3. daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; 6.1.4. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; 6.1.5. təhsil almalarına şərait yaratmaq; 6.1.6. şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; 6.1.8. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. 6.2. Bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi v ə digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. 6.3. Bu Qanunun 6.1.7-ci maddəsində nəzərdə tutulan birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə

8. Sosial adaptasiya müddəti 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Maddə

9. Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və vəzifələri 9.1. Cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanu nvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. 9.2. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. 9.3. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər.

18. İnzibati Prosessual Məcəllə: Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı i ş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiri lə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin Fernández Martínez İspaniyaya qarşı qərarı ([Böyük Palata], № 56030/07, § 124, AİHM 2014). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ 2

2. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

23. Məhkəmə kollegiyası ap ellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki hallarına əsasən iddiaçı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci tarixli 1(032)-67/2021 nömrəli hökmü ilə AR CM-nin 234.1-ci və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəza müddətini çəkərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 29 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2021-ci il t arixdə ərizə ilə birdəfəlik müavinətin təyini ilə bağlı müraciət etmiş və xx.xx.2021-ci il tarixli qərarla 1000 (bir min) manat məbləğində birdəfəlik müavinət təyin olunmuşdur. Daha sonra iddiaçı yenidən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-194/2022 nömrəli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəza müddətini çəkib Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(002)-698/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 22 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İddiaçının birdəfəlik müavinətin ödənilməsi ilə bağlı təkrar müraciəti isə cavabdeh orqan tərəfindən təmin olunmamışdır.

25. İş üzrə iddiaçı, tələbinin hüquqi əsası kimi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun “Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər” adlanan 6-cı maddəsində sadalanan, sosial adaptasiya məqsədilə həyata keçirilən tədbirlərdən biri kimi qeyd olunmuş birdəfəlik pul müavinətinin verilməsinə istinad edir. Məlum olduğu kimi, iddiaçı artıq bir dəfə - əvvəllər törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan və cəzasından şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra bu hüququndan istifadə etmişdir. Hazırkı mübahisə isə iddiaçının yenidən eyni əmələ görə təkrar azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək şərti olaraq vaxtından əvvəl azad edildiyi üçün birdəfəlik pul müavinətinin ödənilməsindən cavabdeh qurum tərəfindən verilmiş imtina ilə əlaqədar yaranmışdır.

26. Aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən ona istinad etmişlər ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə heç bir hüquqi norma yoxdur.

27. Qeyd edilən məsələ ilə əlaqədar qanunvericilikdə aşkar norma olmasa belə, məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaşların məsuliyyəti və vəzifələri ilə bağlı konstitusion normaları nəz ərə alaraq, eləcə də adıçəkilən Qanunun sistematik təfsiri əsasında onun əsas məqsəd və prinsiplərini rəhbər tutaraq aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşmır.

28. Kollegiya qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə aşkar normanın olmaması, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinə dair tələblərin yerinə yetirilməməsi vəziyyətləri mövcud olduqda belə, bu hüququn (birdəfəlik müavinət almaq hüququ) təmin olunması ilə nəticələnməməlidir. Çünki vətəndaşların vəzifələri onların hüquq və azadlıql arı ilə bilavasitə bağlıdır, ona görə də, haqlı olaraq onlardan Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi gözlənilir, eləcə də həmin vəzifələrin yerinə yetirilməməsi müvafiq məsuliyyət doğurur.

29. Bu mənada, nəzərə almaq lazımdır ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi kimi anlayış verilmişdir. Həmin Qanunun 8.1-ci maddəsində sosial adaptasiya müddətinin 1 il olduğu və 9.3-cü maddəsində isə cəza çəkməkdən azad edilmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməli olduğu göstərilmişdir.

30. İşin hallarından müəyyən olunur ki, iş üzrə iddaçıya xx.xx.2021-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənilmiş, sosial adaptasiyada olduğu 1 il müddətində onun tərəfindən qəsdən cinayət törədilərək yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hal onu deməyə əsas verir ki, iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçi rilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması (sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi) faktı baş verməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, sosial adaptasiya tədbirlərinin güddüyü məqsədə nail olunmaması hazırkı halda birbaşa iddiaçının təqsirli hərəkətləri ilə bağlı olmuşdur. Belə ki, 1 illlik sosial adaptasiya müddəti ərzində törədilmiş cinayət ehtiyatsızlıqdan deyil, qəsdən törədilmiş cinayət olmuşdur.

31. Xususilə vurğulanmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə (iddiaçıya) öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur.

32. Bu mənada, iddiaçı Qanunun verdiyi bu birdəfəlik müavinət hüququndan yararlandıqdan sonra sosial adaptasiyada olduğu 1 il müddəti ndə yenidən qəsdən cinayət törətdiyi üçün üzərinə düşən vəzifə və öhdəliklərə əməl etməmiş, Konstitusiyanın və Qanunun tələblərini pozmuşdur.

33. Beləliklə, cavabdeh inzibati orqanın imtinası qanunauyğun olmuş, kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində də bildirilmişdir ki, “müdaxilə o zaman qanuni məqsədə çatmaq baxımından “demokratik cəmiyyətdə zəruri” sayıla bilər ki, “təcili sosial ehtiyaca” cavab versin və xüsusən də, müdaxilə çatmaq istənilən qanuni məqsədə mütənasib olsun və dövlət orqanları tərəfindən irəli sürülən səbəblər “ağılabatan və kifayət qədər əsaslandırılmış” olsun” (Fernández Martínez İspaniyaya qarşı [Böyük Palata], № 56030/07, § 124, AİHM 2014).

34. Kollegiy a həçminin qeyd edir ki, sosial adaptasiya dövrü ərzində yenidən cinayətin törədilməsi faktının mövcudluğu, ümumiyyətlə bu kateqoriyaya aid şəxslərə münasibətdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş digər bütün sosial adaptasiya tədbirlərinin tətbiq edilməsindən imtina üçün də əsas yaradan hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsini mümkünsüz edər, Qanunun əsas məqsədi ilə ziddiyyət yaratmış olardı.

35. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə gəlinmiş nəticə mübahisə predmeti ilə əlaqəli şəkildə işin xüsusi halları nəzərə alınmaqla hazırkı halda iddiaçıy a münasibətdə sosial adaptasiya tədbirlərindən biri kimi məhz birdəfəlik müavinətin ödənilməsindən imtinanın yolverilənliyinə qiymət verilməsi ilə bağlıdır. Bu mənada, gələcək oxşar işlərdə məhkəmələr hər dəfə konkret hansı sosial adaptasiya tədbirinin tətbiqi ilə bağlı mübahisə yarandığını, eləcə də hər bir işin xüsusi hallarını və yuxarıda qeyd olunmuş hüquqi mövqeləri nəzərə almaqla konkret sosial adaptasiya tədbirinin tətbiqindən imtina üçün əsasın mövcud olub-olmadığına qiymət verməlidirlər.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(106)-335/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar