Məhkəmə qərarları › İş №2-1(102)-4300/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4300/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4300/2025 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. ##.##.1984-cü il tarixli, NZ ******* nömrəli hərbi biletə əsasən X1 ##.##.1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

2. ##.##.1986-cı il tarixli, IT-İ № ******* nömrəli əmək kitabçasına əsasən X1 ##.##.1986-cı il tarixdən ##.##.1995-ci il tarixədək Alunitdağ müəssisəsində fəhlə və elektrik montyoru vəzifəsində işləmiş, ##.##.1996-cı il tarixdən X2 idarəsində 4-cü dərəcəli elektrik montyoru işinə qəbul edilmiş (##.##.2000-ci il tarixdə “Azəralüminium” ATSC-nin nizamnaməsinə uyğun olaraq X2 idarəsi Daşkəsən “Alunit” Istehsalat sahəsi adlandırılmış), ##.##.2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, ##.##.2011-ci il tarixdən X3 Şəbəkəsi MMC X9 PŞEX-nin 35/6 kv-luq “Alunit” y/st-na 3-cü dərəcə ilə növbətçi elektrik montyoru qəbul edilmiş, ##.##.2012-ci il tarixdən əmək haqqı 4-cü dərəcə ilə hesablanmış, ##.##.2015-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmiş, ##.##.2015-ci il tarixdə “xxxx” ASC Qərb RETSI-nin X9 YƏ Yarımstansiyalar üzrə növbətçi elektrik montyoru təyin edilmişdir.

3. “xxxx” ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair ##.##.2024-cü il tarixli ** nömrəli arayışında qeyd edilmişdir ki, X1 işlədiyi dövr ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək, ##.##.1996-cı il tarixdən ##.##.2011-ci il tarixədək Dağ-mədən işləri –fəhlə, elektrik montyoru peşələrindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə dağ-mədən fəhlələri peşəsi (2010100a-11709) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə elektrik montyoru peşəsi (2010100a-19855) peşə koduna uyğundur.

4. “xxxx” ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair ##.##.2024-cü il tarixli ** nömrəli və ##.##.2024-cü il tarixli ** nömrəli arayışlarında qeyd edilmişdir ki, X1 işlədiyi dövr ##.##.1986-cı il tarixdən ##.##.1995-ci il tarixədək, ##.##.1996-cı il tarixdən ##.##.2011-ci il tarixədək Dağ-mədən işləri - fəhlə, elektrik montyoru peşələrindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə dağ-mədən fəhlələri peşəsi (2010100a-11709) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə elektrik montyoru peşəsi (2010100a-19855) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə1, yarımbölmə 1.2a bəndinə elektrik montyoru peşəsi – peşə koduna uyğundur.

5. Azəralüminium” ASC Daşkəsən “Alunit” Istehsalat Sahəsi üzrə ##.##.2011-ci il tarixli **-k nömrəli əmrdən çıxarışdan görünür ki, X1 “Alunit” IS-nin Yarımalçaldıcı stansiyasının elektrik montyoru ##.##.2011-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış hesab edilmiş, onunla bağlanmış əmək müqaviləsinə ##.##.2011-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş hesab edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubunda qeyd edilmişdir ki, X7 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən # ### 2024-cü il tarixədək ümumi iş stajı 38 il 2 ay 20 gün (##.##.2006-cı il tarixədək 20 il 20 gün (##.##.1984-##.##.1986-cı il, ##.##.1986- ##.##.1995-ci il, ##.##.1996-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra isə 18 il 2 ay) təşkil edir. Eyni zamanda bildirilir ki, Şir Həsənovun # ### 2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 57022,40 manat təşkil edirdi.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixdən Daşkəsən «Alunit» Istehsalat Sahəsində fəhlə, ##.##.1996-cı il tarixdən ##.##.2011-ci il tarixədək isə sözügedən sahədə elektrik montyoru işləmişdir. Buna baxmayaraq, cavabdeh orqan müraciətinə mənfi cavab vermişdir. xxxx ASC-nin arayışı və əmək kitabçasındakı qeydlər onun əmək şəraiti zərərli sahədə çalışmasını təsdiq edir. Sözügedən sahədə fəaliyyət sahəsini əmək kitabçasında qeyd etməmişlər. Indiki müdiriyyət isə işlədiyi fəaliyyət sahəsinin hansı xarakterdə olduğuna münasibət bildirməmişdir.

9. Gəncə Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, “xxxx” ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair ##.##.2024-cü il tarixli ** nömrəli və ##.##.2024-cü il tarixli ** nömrəli arayışlarında göstərilmişdir ki, X1 işlədiyi dövr ##.##.1986-cı il tarixdən ##.##.1995-ci il tarixədək, ##.##.1996-cı il tarixdən ##.##.2011ci il tarixədək Dağ-mədən işləri –fəhlə, elektrik montyoru peşələrindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə dağ-mədən fəhlələri peşəsi (2010100a-11709) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə elektrik montyoru peşəsi (2010100a-19855) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1.2a bəndinə elektrik montyoru peşəsi – peşə koduna uyğundur. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, iddiaçının işlədiyi peşələr – fəhlə, elektrik montyoru peşələri müvafiq olaraq Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 1) nəzərdə tutulmuşdur. Iddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Göründüyü kimi, iddiaçıya ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: A.Isgəndərova /sədrlik edən və məruzəçi/, Ş.Rzaquliyev və R.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birnövdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИT-İ -******* nömrəli əmək kitabçasında və “xxxxu” ASC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli **-*-*/*-****/**** nömrəli arayışında ##.##.1986-##.##.1987-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Daşkəsən “Alunit” Istehsalat sahəsində fəhlə, ##.##.1987-##.##.1995-ci il və ##.##.1996- ##.##.2011-ci il tarixləri arasındakı dövrlər ərzində elektrik montyoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsinin yuxarıda qeyd olunan bölmədə (20101000) nəzərdə tutulan hansı işlərə aid olması, eyni zamanda fəhlə vəzifəsində işlədiyi müddətdə istehsalat sahələrində, həmçinin nümunələr seçilmiş və partladıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə məşğul olub-olmaması ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Eyni zamanda, sözügedən arayışda qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan kəsmələrdə, karxanalarda və laylarda məşğul olan elektrik ötürücü hava yollarının təmiri üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsinə yönəlmişdir.

24. Işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş və ümumi iş stajı ilə bağlı şərtlərin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçı ##.##.1964-cü il tarixdə doğulmuş və ##.##.2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Həmçinin, iddiaçının əmək kitabçası və hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi ##.##.2024-cü il tarixədək ümumi iş stajının 25 ildən çox (38 il 2 ay 20 gün) olması müəyyən edilir.

25. Mübahisə yalnız iddiaçının xüsusi iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh iddiaçının ##.##.1986-cı il–##.##.1987-ci il tarixlərində Daşkəsən “Alunit” Istehsalat Sahəsində fəhlə, ##.##.1987-ci il–##.##.1995-ci il və ##.##.1996-cı il–##.##.2011-ci il tarixlərində isə elektrik montyoru vəzifəsində işlədiyi dövrlərin xüsusi iş stajına daxil edilməsini qəbul etməmişdir. Cavabdeh bunu həmin vəzifələrin Siyahıda nəzərdə tutulmuş “kəsmələrdə, karxanalarda və laylarda məşğul olan elektrik ötürücü hava yollarının təmiri üzrə elektrik montyorları” peşəsinə uyğun gəlməməsi, eləcə də fəhlə işlədiyi müddətdə iddiaçının müvafiq istehsalat sahələrində, nümunələrin seçilməsi və partlayıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə çalışmasına dair məlumatların təqdim edilməməsi ilə əsaslandırmışdır.

26. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “ “xxxx” ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair ##.##.2024-cü il tarixli ** nömrəli və ##.##.2024-cü il tarixli ** nömrəli arayışlarında qeyd edilmişdir ki, X1 işlədiyi dövr ##.##.1986-cı il tarixdən ##.##.1995-ci il tarixədək, ##.##.1996-cı il tarixdən ##.##.2011-ci il tarixədək Dağ-mədən işləri–fəhlə, elektrik montyoru peşələrindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə dağ-mədən fəhlələri peşəsi (2010100a-11709) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə elektrik montyoru peşəsi (2010100a-19855) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə1, yarımbölmə 1.2a bəndinə elektrik montyoru peşəsi – peşə koduna uyğundur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı qərarın 21 və 22-ci bəndlərində qeyd olunanlara əsasən iddiaçının işlədiyi – fəhlə və elektrik montyoru peşələri Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nda nəzərdə tutulmuşdur.”

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xxxxu” ASC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli **-*-*/*- ****/**** nömrəli arayışında ##.##.1986-##.##.1987-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Daşkəsən “Alunit” Istehsalat sahəsində fəhlə, ##.##.1987- ##.##.1995-ci il və ##.##.1996- ##.##.2011-ci il tarixləri arasındakı dövrlər ərzində Dağ mədən sahəsində işləyən elektrik avadanlıqlarına nəzarət və xidməti, müdafiə vasitələrinin mürəkkəb qurğularında, avtomatika və telemexanika cihazlarında sxemlərin sazlanması və defektlərin aradan qaldırılması-elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə elektrik montyoru peşəsi (2010100a-19855) peşə koduna uyğundur.

28. Lakin sözügedən arayışda iddiaçının işlədiyi müəssisənin konkret fəaliyyət istiqaməti, eləcə də iddiaçının fəhlə işlədiyi dövrdə Siyahıda göstərilən istehsalat sahələrində və ya nümunələrin seçilməsi, partlayıcı materialların daşınması üzrə markşeyder və geoloji işlərdə faktiki məşğul olub-olmaması barədə məlumatlar öz əksini tapmamışdır.

29. Bundan başqa, arayışda göstərilən elektrik montyoru vəzifəsinin ümumiyyətlə funksiyalarının nədən ibarət olduğu konkret göstərilmədiyi üçün və bu hal cavabdeh qurum tərəfindən mübahisələndirildiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq dövrlərdə işlədiyi elektrik montyoru peşəsinin yuxarıda adı çəkilən Siyahıda nəzərdə tutulmuş “kəsmələrdə, karxanalarda və laylarda məşğul olan elektrik ötürücü hava yollarının təmiri üzrə elektrik montyorları” peşəsi ilə funksional baxımdan uyğunluğunun ayrıca araşdırılması zəruridir.

30. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və məhkəmələr tərəfindən iddianın təmin edilmə əsası kimi qəbul edilmiş arayışlarda iddiaçının Daşkəsən “Alunit” Istehsalat Sahəsində fəhlə və elektrik montyoru işlədiyi dövrlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 1, yarımbölmə 1a bəndinə elektrik montyoru peşəsi (2010100a-19855) peşə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə1, yarımbölmə 1.2a bəndində göstərilən elektrik montyoru peşəsinin funksiyaları ilə eynilik təşkil edibetməməsi bir daha araşdırılmalıdır.

31. Bununla yanaşı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. IPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

32. Eyni zamanda adı çəkilən ##.##.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

33. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən iddiaçının işlədiyi fəhlə və elektrik montyoru peşələrinin müvafiq Siyahının konkret bölmə və kodlarına uyğunluğu, habelə onun faktiki icra etdiyi əmək funksiyalarının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə funksional eyniliyi məsələsini Ali Məhkəmənin icmal məktubunda göstərilən hüquqi izahlara uyğun şəkildə tam, obyektiv və hərtərəfli araşdırmalıdır.

34. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ####### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar