Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4302/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvanlı dövlət sosial yardımın ##.##.2024-cü il tarixdən təyin edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: 1.
2. “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina barədə” ##.##.2025-ci il tarixli qərara əsasən, İddiaçı ##.##.2024-cü il tarixli, **************-* nömrəli müraciətinə cavab olaraq ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir
3. xxxxi publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, 3- 21-3-46/2- ***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Bərdə rayonu, Nazırlı kəndində 2 nəfər ailə üzvü ilə birlikdə 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (paylı mülkiyyət - 0.2396 ha) ##.##.2023-cü il tarixli, 1823010662 qeydiyyat nömrəsi ilə “xxxx” publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsində qeydiyyata alınmışdır. İddiaçı Bərdə rayonu, Nazırlı kəndində 6 nəfər ailə üzvü ilə birlikdə adına olmuş (JN-436) 3.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2017-ci il tarixli, 4Ə- *** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək, “##.##.2024-cü il tarixdən ünvanlı dövlət sosial təyin edilməsinə dair qərarın qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1984-cü ildə Bərdə rayonu, Nazırlı kəndində anadan olmuş, hazırda Bərdə rayonu Nazırlı kəndində yaşayır, ailəsi 4 nəfərdən, özü, 2-ci dərəcəli əlil olan həyat yoldaşı və iki az yaşlı övladından ibarətdir. O, Bərdə rayonu Nazırlı kəndində olan 0.48 hektar pay torpağında əmək fəaliyyəti ilə məşğul olur, pay torpağına görə vergi ödəyicisi kimi qeydiyyata alındığı tarixdən bu günədək MDSS ödənişi edərək sabit qəbz üzrə hesabatlar verir. Ailə təmsilçisi olduğu ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”na uyğun olaraq acınacaqlı vəziyyətdə yaşayan ailəsinə ünvanlı sosial yardım təyin edilməsi üçün X4 və X2nə (VEMTAS) dəfələrlə müraciət etmiş və imtina cavabı almışdır. Sonuncu dəfə ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində X4 və X2nə (VEMTAS) müraciət etmiş (ÜDSY üçün ərizə №si: 2433380023969), sənəd VEMTAS-a ötürüldükdən sonra heç bir aidiyyəti olmayan səbəbə görə, ailənin istifadəsində olan pay torpağına görə ardıcıl gələn 12 ay ərzində ödəniş olmadığına görə sistem tərəfindən sosial yardım təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”da ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi səbəbləri barədə heç bir dəyişiklik edilməmişdir və həmin qaydalarda pay torpağına görə MDSS ödənişi edilmədiyinə görə sosial yardım təyin edilməsindən imtina olunması barədə heç bir maddə yoxdur. Nədənsə cavabdeh tərəfindən mövcud qanunvericiliyin tələbləri pozularaq sosial yardımın təyin edilməsinə imkan verməmək üçün ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə rəsmi qaydalarda təsbit olunmuş maddələrə istinad edilmir, mövcud qanunların tələbləri pozularaq müxtəlif bəhanələrlə aztəminatlı ailələrə sosial yardım təyin edilməsindən imtina qərarı verilir. “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində pay torpağı olan şəxslərin məşğul şəxs olduğu qeyd edilmişdir. Pay torpağına görə ödəniş edilməməsinə görə ünvanlı sosial yardımı təyin edilməsindən imtina olunması heç bir qanunda və qaydalarda təsbit olunmamışdır. Vətəndaşın pay torpağından əldə etdiyi gəlir onun pay torpağına görə ödəniş edib etməməsindən asılı deyildir. Belə ki, pay torpağından əldə edilən gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Hər hansı qanunvericilik aktında pay torpağına görə 12 ay ardıcıl ödəniş olmadığına görə ünvanlı sosial yardım təyin edilməsi barədə imtina qərarı verilməsi əksini tapmamışdır. Bildirir ki, ailəsi çox acınacaqlı vəziyyətdə yaşayır. Pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda, ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina olunması barədə qərarı qanunsuz hesab etmişdir. Çünki bu barədə (ödəniş edilməməsi barədə) onlar nə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin Vergilər Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir
6. Cavabdeh etirazında bildirmişdir ki, ailəni təmsil edən şəxs qismində iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş ##.##.2024-cü il tarixli, **************-* nömrəli müraciəti əsasında 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul və sentyabr aylarında “Ərizə bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvü X1 muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. Belə ki, ““Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli *** nömrəli Fərmanı ilə 2006-cı il ######ın #-dən “Ünvanlı dövlət sosial vardımı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 6.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cu maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli, ** nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEIS) ünvanlı dövlət sosial yardımı üzrə X4 və X2 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Iş materiallarına əsasən, iddiaçının ailəsi 4 nəfərdən ibarət tərkibdədir: təmsilçinin özü, həyat yoldaşı və iki azyaşlı övladı. Ailənin mülkiyyətində Bərdə rayonu, Həsənqaya kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,48 ha pay torpağı vardır. Iddiaçının VEMTAS-a edilən son iki müraciətinə baxış keçirdikdə, “Ailə üzvləri barədə” məlumatlar qrafasında təmsilçinin özü İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd edilir. Bildirilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müvafiq dərəcələri üzrə (5 hektaradək olduqda - 2 faiz miqdarında: 5 hektardan 10 hektaradək olduqda 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda-10 faiz miqdarında) hesablanır. Həmçinin ##.##.2020-ci il tarixdə istinad olunan Qanuna edilmiş dəyişikliklərə sadələşdirilməsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları prosedurların inzibatçılığın istifadə edən fiziki şəxslər “sabit qəbz” əldə etməklə sığorta ödənişlərini həyata keçirməyə başlamışdır. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarında qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Məhkəmənin diqqətinə çatdırılr ki, iddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün ##.##.2024-cü il tarixli, ************** nömrəli müraciətinə ##.##.2025-ci il tarixdə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Belə ki, iddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına baxmayaraq 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul və sentyabr aylarında məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı ##.##.2024-cü il tarixli, ************** nömrəli müraciətinə ##.##.2025-ci il tarixdə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edildikdən sonra iddiaçı bu imtina ilə razılaşmış, ##.##.2025-cü il tarixdə 6,90 manat məbləğində, ##.##.2025-cü il tarixdə və ##.##.2025-ci il tarixdə isə 6.90 manat məbləğində MDSS ödənişinlərinin ödənilməsi müəyyənləşdirilmişdir.
7. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdur (hakim – N.Hüseynov).
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı müraciətini təmin etməkdən imtina edərkən cavabdeh ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmamasına istinad etmişdir. Cavabdeh orqan ünvanlı sosial yardım üçün müraciət edən ailənin orta aylıq gəlirlərini müəyyən edilməsi üçün iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (pay) torpaq sahəsindən əldə etdiyi gəliri MDSS ödənişləri vasitəsilə müəyyən etdiklərini və iddiaçının belə MDSS ödənişləri olmadığı üçün gəlirlərini müəyyən etməyin mümkün olmadığını əsas gətirərək, ÜDSY təyin edilməsindən imtina etmişdir. Halbuki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının görə 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Yəni, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla imtinası qanuni sayıla bilməz. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)- ***/**** nömrəli və ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarında da MDSS ödənişinin olmamasının ünvanlı sosial yardımın təyin edilməsindən imtina əsası olmaması kimi oxşar mövqe əks etdirilmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – A.Isgəndərova, hakimlər – R.Mamedov, R.Məcidov).
11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisələndirilən ##.##.2025-ci il tarixli qərarına münasibət bildirmədən iddia tələbini təmin etməsi” dəlilinə münasibətdə qeyd olunmalıdır ki, IPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin imtinaya dair təqdim edilmiş inzibati aktın məhkəmə tərəfindən ləğv olunmaması yekun məhkəmə aktının ləğvinə əsas deyildir və inzibati prosessual qanunvericilikdə məcburetmə haqqında iddia növü üzrə imtinaya dair inzibati aktın ləğvi imperativ qaydada nəzərdə tutulmamışdır.
12. Apellyasiya şikayətinin digər – iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin araşdırılmamasına münasibətdə qeyd olunmalıdır ki, IPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
13. Hazırkı işin hallarından göründüyü kimi iddiaçının müraciətinin müsbət həllindən ##.##.2025-ci il tarixli qərarla imtina olunmuş, iddiaçı məhkəməyə ##.##.2025-ci il tarixində müraciət etmiş, başqa sözlə, iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddəti ötürülməmişdir
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı ilkin olaraq VEMTAS tərəfindən yoxlama aparılır, əgər qurumlarla yoxlamada hər hansı bir uyğunsuzluq aşkar edilməmişdirsə daha sonra maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: 1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.4. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X6 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X7 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastrqiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ünvanlı dövlət sosial yardımın təyin edilməsinə nail olmaqdır.
24. Işin hallarından görünür ki, iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina barədə” ##.##.2025-ci il tarixli qərara əsasən, iddiaçının ##.##.2024-cü il tarixli, **************-* nömrəli müraciətinə cavab olaraq ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.
25. Cavabdeh ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmamasına istinad edərək ÜDSY təyin edilməsindən imtina etmişdir.
26. Məhkəmə kollegiyası ilk öncə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinası qanuni sayıla bilməz. Digər tərəfdən, yuxarıda qeyd olunan normalardan göründüyü kimi həmin əsas sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslarına aid edilməmişdir.
27. Belə ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.14-cü bəndinə əsasən, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır.
28. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.
29. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etməsə belə məhkəmə tərəfindən maddi normaların tələblərini nəzərə alınmadan ##.##.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması düzgün olmamışdır.
30. Belə ki, yuxarıda göstərilən maddi hüquq normalarının təhlilinə əsasən, məhkəmə kollegiyası tərəflər arasındakı hüquq münasibətlərinin təbiəti ilə bağlı belə qənaətə gəlir ki, şəxsin ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün proqramına cəlb edilməsi ikipilləli hüquqi prosedur çərçivəsində həyata keçirilir.
31. Belə ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir.
32. Hazırkı işin hallarına gəldikdə isə iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil edilmiş ##.##.2024-cü il tarixli **************-* nömrəli müraciəti əsasında, 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul və sentyabr aylarında "Ərizə-bəyannamə"də qeyd olunan əmək qabiliyyətli ailə üzvü İddiaçı (VÖEN**********) muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir.
33. Göründüyü kimi, hazırkı inzibati icraat çərçivəsində məhz iddiaçının ərizəsinin VEMTAS tərəfindən yoxlanılması həyata keçirilsə də, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması iş materiallarından aydın olmur.
34. Işə baxan apellyasiya instansiya məhkəməsi iddianın təmin olunması qənaətinə gəlsə də, ümumiyyətlə iddiaçının ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılıb-aparılmamasına qiymət verməmişdir. 35.Məhkəmə kollegiyası bildirir ki, təkrar apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı barəsində qeyd edilmiş hər iki mərhələnin aparılıb-aparılmaması müəyyən edilməli, aparılmaması müəyyən edildiyi təqdirdə isə bu proses aparılmadan da iddianın təmin olunmasın mümkün olub-olmamasına hüquqi qiymət verməlidir. 36.Məhkəmə kollegiyasının mövqeyinə görə, bu hallara qiymət verilməməsi məhkəmə tərəfindən qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüququn təməl sütunu hesab edilən hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, eləcə də Insan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir. 37.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (“N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ###### tarixli qərarı). 38.Insan Hüquqları üzrə Avropa Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il ## ##### tarixli, “Kraska Isveçrəyə qarşı” iş üzrə 1993-cü il ## ##### tarixli, “Hiro Balani Ispaniyaya qarşı” iş üzrə 1994-cü il # ###### tarixli, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2007-ci il ## ###### tarixli qərarları).
39. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Odur ki, yuxarıda sadalanmış hallar növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən dəqiqliklə yoxlanılmalı, bu halların həqiqətən mövcud olubolmaması 40. işdə olan digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməlidir.
41. Məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
42. Məhkəmə kollegiyası bildirir ki, əvvəlki abzaslarda da qeyd edildiyi kimi MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etməməsi ilə bağlı apellyasiya məhkəməsinin gətirdiyi əsaslandırma ilə razılaşdığından ikinci apellyasiya baxışı zamanı eyni məzmunlu dəlillər üzrə təkrar hüquqi əsaslandırma aparılmasına prosessual qənaət prinsipi baxımından zərurət görmür.
43. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.