Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4303/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“ödənilməmiş kirayə pulunun ödənilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehə qarşı “ödənilməmiş kirayə pulunun ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı hər ay üçün 450 manat olmaqla, 10 ay, ümumilikdə 4500 manat ödənilməmiş kirayə pulunun öna ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cavabdehə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən imtina edilərək bildirilmişdir ki, müraciətin icrası məqsədilə qulluqda olduğu müddətdə yaşadığı müvəqqəti mənzilin kirayəsi üçün 945 manat 00 qəpik və istifadə etmədiyi məzuniyyət illərinə görə 2912 manat 96 qəpik kompensasiya hesablanaraq Penitensiar Xidmət tərəfindən onun cari hesabına köçürülmüşdür.
2. Azərbaycan Respublikası Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi məqsədilə 2020, 2021 və 2022-ci illər üzrə Penitensiar Xidmət tərəfindən hazırlanmış dövlət büdcəsinin layihəsinin 222420 "Kirayə haqqı maddəsinə 1*****0 manat vəsait tələb olunduğu halda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Penitensiar xidmətin 2020, 2021 və 2022-ci illər üzrə büdcə smeta xərclərinin müvafiq xərc maddəsinə 8***** manat vəsait ayrılmışdır. Bu səbəbdən kirayədə yaşayan əməkdaşların bir qisminə o cümlədən, İddiaçı 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında kirayə pulu ödənilməsi mümkün olmamışdır.
3. Azərbaycan Respublikası Cavabdeh Mühafizə Alayının ##.##.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək Cavabdeh Mühafizə alayında qulluq edən əməkdaş İddiaçı kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı 2020-ci il il (yanvar-sentyabr), 2021-ci il (yanvar-oktyabr) və 2022-ci il (yanvar-avqust) tarixlərdə İddiaçı “xxxx”ASC-də olan ******************* nömrəli bank hesabına köçürülmüşdür.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ədliyyə orqanlarında xidmət etdiyi 2020ci il tarixdən 2023-cü il tarixinə qədər olan dövrlərdə ona ödənilməli olan 4500 manat kirayə və köçürülmə pulu və geyim formasının əvəzinə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Cavabdeh Mühafizə Alayında xidmət etdiyi 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları, 2021-ci ilin noyabr və dekabr ayları, 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün – ümumi olaraq 09 ay üzrə ödənilməmiş kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2021-ci il tarixində Ədliyyə orqanlarında xidmətə başlamışdır. ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq, 2020-ci ildən 2023-cü ilə qədər Bakı şəhərində yerləşən * saylı İstintaq Təcridxanasında xidmət etmişdir. 2023-cü il tarixdə qulluq illərinə görə pensiyaya çıxmağı ilə əlaqədar olaraq, Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasından işdən azad edilərək ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir. Xidmət etdiyi müddət ərzində hüquqları pozulmuşdur və bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmiş, ona tələbi ilə bağlı imtina cavabı verilmiş və kirayə və köçürülmə pulunun kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Məktubda qeyd olumuşdur ki, qulluqda olduğu müddətdə yaşadığı müvəqqəti mənzilin kirayəsi üçün 945 manat və istifadə etmədiyi məzuniyyət illərinə görə 2912 manat 96 qəpik kompensasiya hesablanaraq onun cari hesabına köçürülmüşdür. İmtina əsassızdır. Göründüyü kimi, o, 2020-ci ildən 2023-cü ilə kimi Bakı şəhərində xidmət etmişdir. Bakı şəhərində xidmət etdiyi dövrdə kirayə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 4, mənzil 34 ünvanında və ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. 2020-ci ildən 2023-cü ilə kimi xidmət etdiyi dövrdə, 2020-ci ildə 3 ay, 2021-ci ildə 3 ay, 2022-ci ildə 4 ay, ümumilikdə 10 ay kirayə haqqı, hər ay üçün 450 manat, ümumilikdə 4500 manat ona verilməmişdir. Yaşayış yerindən uzaqda xidmət etmiş, həmçinin xidməti dövründə geyim əşyaları ilə də tam təmin olunmamış, yaşayış yerindən uzaqda xidmət etməsinə baxmayaraq ona hər hansı bir kompensasiya ödənilməmişdir.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2001-ci il tarixdən Penitensiar Xidmətdə kiçik rəis heyəti qismində qulluğa qəbul edilmiş, qulluq müddətində ##.##.2001-ci il tarixdən ##.##.2019-cu il tarixədək * saylı istintaq təcridxanasının rejim-nəzarət şöbəsinin nəzarətçisi və böyük nəzarətçisi, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək Mühafizə alayının 9-cu atıcı bölüyünün MTAQ üzrə texniki nəzarətçisi və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək * saylı istintaq təcridxanasının rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində işləmiş, penitensiar xidmət üzrə ##.##.2023-cü il tarixli ***/k saylı əmrlə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 40.1.12-ci maddəsinə müvafiq olaraq (qanunla nəzərdə tutulmuş digər hallarda) qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası" nın 8-ci bəndində qeyd olunub ki, işçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi və ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün ərizə (raport), yeni qulluq keçmə yerinə köçməsini və ev əşyalarının (əmlakın) daşınmasını təsdiq edən sənədlər (təyin olunma barədə əmr, sərəncam, göndəriş vərəqəsi, nəqliyyat vasitələrindən istifadə biletləri, yükdaşıma qəbzləri, hesab-faktura və digər sənədlər) təqdim edilməlidir. Həmin Qaydaların 9-cu bəndinə əsasən birdəfəlik kompensasiya işçinin ərizəsi (raportu), təyin olunma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir.
9. Gəncə İnzibati Məhkəməsinin (hakim R.N.Tağıyeva) 2025-ci il ## ### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan Penitensiar Xidmətin əməkdaşlarına kompensasiya ödənilir. Kompensasiyanın hər hansı bir səbəbdən ödənilməməsinin mümkünlüyü isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də, cavabdeh tərəfindən iddiaçının Bakı şəhərində xidmət etdiyi dövrdə ödənilməmiş kirayə pulu ödənilməlidir.
11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və R.A.Məcidov) 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, 2-1(114)-135/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, ədliyyə orqanlarında xidmətkeçmə dövlət qulluğunun xüsusi növü olmaqla, bu kateqoriyaya aid şəxslər müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Həmin imtiyazlardan biri də qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq əməkdaşlara mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsidir. Lakin, ədliyyə orqanlarının əməkdaşlarına münasibətdə kirayə haqqının kompensasiya edilməsi ilə bağlı normativ aktlarda birbaşa tənzimləmə nəzərdə tutulmasa da, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-ci maddəsinə müvafiq olaraq oxşar ictimai münasibətləri tənzimləyən hüquq normalarının tətbiqi mümkündür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq normativ-hüquqi aktları (o cümlədən ##.##.2000-ci il tarixli ** nömrəli, ##.##.2011-ci il tarixli ** nömrəli, ##.##.2011ci il tarixli *** nömrəli, ##.##.2014-cü il tarixli *** nömrəli qərarları) oxşar hüquqi vəziyyətlərə tətbiq edilə bilər. Bununla belə, hüquq tətbiqi təcrübəsində imperativ şəkildə tələb olunur ki, iddiaçı öz xidmət dövründə kirayə haqqının ödənilməsi üçün xidmət etdiyi orqana rəsmi raport vasitəsilə müraciət etməli, bu müraciətə yaşayış yerinin olmamasını və kirayədə yaşadığını təsdiq edən müvafiq sənədləri (notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsi, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq arayış və s.) əlavə etməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı Bakı şəhərində kirayədə yaşamasına dair notarial qaydada təsdiq edilmiş kirayə müqavilələrini cavabdeh orqana təqdim etmiş, bu əsasla sonuncu tərəfindən iddiaçıya məxsus “xxxx” ASC-də olan ******************* nömrəli bank hesabına müvafiq ödəmələr həyata keçirilmiş, lakin 2020-ci ilin oktyabr-dekabr ayları, 2021-ci ilin noyabr-dekabr ayları, 2022-ci ilin sentyabrdekabr ayları üzrə müvafiq kirayə haqları ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh məktub və arayışlarından görünür ki, cavabdeh tərəf iddiaçıya sözügedən aylarda kirayə pulu ödənilməməsini maliyyə vəsaitinin çatışmaması ilə əsaslandırmışdır. Belə ki, Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi məqsədilə 2020, 2021 və 2022-ci illər üzrə Penitensiar Xidmət tərəfindən hazırlanmış dövlət büdcəsinin layihəsinin 222420 "Kirayə haqqı maddəsinə 1*****0 manat vəsait tələb olunduğu halda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Penitensiar xidmətin 2020, 2021 və 2022-ci illər üzrə büdcə smeta xərclərinin müvafiq xərc maddəsinə 8***** manat vəsait ayrılmışdır. Bu səbəbdən kirayədə yaşayan əməkdaşların bir qisminə o cümlədən, İddiaçı 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021ci ilin noyabr, dekabr və 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında kirayə pulu ödənilməsi mümkün olmamışdır. Hazırki qərarın 18 və 20-ci bəndində qeyd olunan normalardan göründüyü kimi, xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına kompensasiya ödənilir. Cavabdeh tərəfin imtina əsası kimi qeyd etdiyi maliyyə vəsaitinin çatışmaması halı isə kirayə pulunun ödənilməməsi əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.
14. Bundan başqa cavabdeh tərəf apellyasiya şikayətində iddiaçının ailəsi haqqında məlumatları düzgün göstərmədiyini, belə ki, ailə üzvlərinin onunla birgə yaşamamasını, bununla bağlı təqdim olunan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubunda X2, X3 və X1 2020-2023-cü illər ərzində Gəncə şəhər İsmət Qayıbov adına * nömrəli tam orta ümumtəhsil məktəbində təhsil almalarının qeyd edildiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının övladlarının 2020-2023-cü il tarixlərində Gəncə şəhərində təhsil almaları həmin dövrdə ailə üzvlərinin Bakı şəhərində iddiaçı ilə birlikdə kirayədə yaşamalarını təkzib edən hal kimi qəbul edilə bilməz. Belə ki, məlum olduğu kimi qeyd olunan dövrdə koronavirus pandemiyasının mövcud olması ilə əlaqədar Azərbaycan Respublikasının təhsil müəssisələri distant təhsil formasına keçid etmişdir. Bundan başqa tələb olunan pul vəsaiti ailəyə ödənilir və həmin anda uşaqların müəyyən müddət ailənin yanında olmaması cavabdehin öhdəliyini aradan qaldırmır. Bundan başqa iş materiallarından məlum olur ki, inzibati orqan tərəfindən eyni ildə müəyyən aylar üzrə ödənişlər edilmiş, bu hal həmin aylara münasibətdə qeyd olunmamış, imtina yalnız vəsaitin çatışmaması ilə əsaslandırılmışdır. Beləliklə cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, nə imtina, nə də etiraz dəlillərində göstərilməmiş, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli məktubla İddiaçı tərəfindən ailə üzvləri haqqında məlumatların düzgün göstərilməməsi, eyni zamanda ailə üzvlərinin onunla birgə yaşamamasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi tələb olunduqdan sonra sözügedən xüsusat cavabdeh tərəfindən araşdırılmış, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə ##.##.2025-ci il tarixli sorğu təqdim edilmiş, yalnız sonuncu tərəfindən ##.##.2025-ci il tarixli cavab məktubu ilə sorğu cavablandırıldıqdan sonra apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübut kimi cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.4-1.Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir. 23.6. Başqa yerə daimi işə keçirilmiş ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir. 37.7. Müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni xidmət yerinə göndərilən penitensiar xidmətin əməkdaşlarının mənzil ehtiyacının növbədənkənar qaydada ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir.
19. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ## #### 2006-cı il *** nömrəli Fərmanı: 2.3. Qanunun 23.6 və 37.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi” Qaydası:
1. Bu Qayda "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## #### tarixli *** nömrəli Fərmanına əsasən hazırlanmışdır və başqa yerə daimi işə keçirilmiş ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi qaydasını müəyyən edir.
2. Köç pulu və birdəfəlik kompensasiyalar xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə orqanının işçisinə və onun ailə üzvlərinə verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakılar qeyd olunur.
28. Kassasiya şikayətinin əsas dəlili onunla bağlıdır ki, İddiaçı hər il kirayə pulunun ödənilməsi üçün sənədləri təqdim edərək qeyri-səmimilik göstərərək ailə haqqında məlumatları düzgün göstərməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı ailə üzvləri onunla birgə yaşamamışdır, lakin uzun müddət ərzində hər ailə üzvü üçün müəyyən edilmiş məbləğ Penitensiar xidmət tərəfindən ona ödənilmişdir (hər bir ailə üzvü üçün müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə pul kompensasiyası ödənilir). Bu haqda Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müvafiq sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı 3 övladı 2020-2023-cü illər ərzində Gəncə şəhər İsmət Qayıbov adına * nömrəli tam orta ümumtəhsil məktəbində təhsil aldıqları müəyyən edilmişdir.
29. Kassasiya şikayətinin həmin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, işin hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya sözügedən ödənişlərin ödənilməməsinin iddiaçının ailə haqqında məlumatları düzgün göstərməməsi olmamışdır.
30. Belə ki, Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi məqsədilə 2020, 2021 və 2022-ci illər üzrə Penitensiar Xidmət tərəfindən hazırlanmış dövlət büdcəsinin layihəsinin 222420 "Kirayə haqqı maddəsinə 1.000.000 manat vəsait tələb olunduğu halda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Penitensiar xidmətin 2020, 2021 və 2022-ci illər üzrə büdcə smeta xərclərinin müvafiq xərc maddəsinə 800.000 manat vəsait ayrılmışdır. Bu səbəbdən kirayədə yaşayan əməkdaşların bir qisminə o cümlədən, İddiaçı 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında kirayə pulu ödənilməsi mümkün olmamışdır.
31. Həmçinin iş materiallarından məlum olur ki, inzibati orqan tərəfindən eyni ildə müəyyən aylar üzrə ödənişlər edilmiş, bu hal həmin aylara münasibətdə qeyd olunmamış, imtina yalnız vəsaitin çatışmaması ilə əsaslandırılmışdır.
32. Bundan başqa apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının övladlarının 2020-2023-cü il tarixlərində Gəncə şəhərində təhsil almaları həmin dövrdə ailə üzvlərinin Bakı şəhərində iddiaçı ilə birlikdə kirayədə yaşamalarını təkzib edən hal kimi qəbul edilə bilməz. Belə ki, məlum olduğu kimi qeyd olunan dövrdə koronavirus pandemiyasının mövcud olması ilə əlaqədar Azərbaycan Respublikasının təhsil müəssisələri distant təhsil formasına keçid etmişdir. Bundan başqa tələb olunan pul vəsaiti ailəyə ödənilir və həmin anda uşaqların müəyyən müddət ailənin yanında olmaması cavabdehin öhdəliyini aradan qaldırmır.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.