Məhkəmə qərarları › İş №2-1(102)-4309/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4309/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4309/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ##.##.2021-ci il tarixdən ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ##.##.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1985-ci ildə təyinatla X3 Zavodunda mühasib olaraq əmək fəaliyyətinə başlamışdır. ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub yenidən ##.##.1987-ci ildə X3 Zavodunda mühasib olaraq əmək fəaliyyətinə başlamışdır. ##.##.1990-cı il tarixədək həmin müəssisədə əmək fəaliyyətini davam etdirmişdır. ##.##.1990-cı ildən köçürmə yolu ilə AzərAvtoNəqliyyat Nazirliyinin tabeliyində Mingəçevir şəhər Təsərrüfat hesablı Təmir Tikinti Idarəsinə Baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin müəssisədə ##.##.1991-ci ilədək işləmişdir. ##.##.1991ci ildən Mingəçevir şəhərində yerləşən “Radiotexnika Firma” mağazasında şöbə müdiri təyin edilmişdir. ##.##.1992-ci ilədək həmin təşkilatda işləmişdir. ##.##.1992-ci ildən köçürmə yolu ilə Mingəçevir SU-** saylı tikinti idarəsinə Baş mühasib vəzifəsinə təyin olunmuşdur. ##.##.1992-ci il tarixdən köçürmə yolu ilə Mingəçevir şəhər Icra Hakimiyyətinə iqtisadçı vəzifəsinə təyin olunmuş və Mingəçevir şəhər Icra Hakimiyyətində müxtəlif vəzifələrdə ## #### 2017-ci il tarixədək dövlət qulluqçusu işləmişdir. ## #### 2017-ci il tarixdə səhhətində yaranmış ciddi problemlərlə bağlı öz ərizəm əsasında işdən azad olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət edərək, ## #### 2017-ci il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasına çıxmışdır və ona ## #### 2017-ci il tarixdən ona dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanmışdır.

3. Iddiaçı hələ yuxarıda göstərilən dövlət qulluğunda işləyən zaman 2008-ci itdən aldığı xəsarət nəticəsində əlil olmuş və 2015-ci ilin dekabr ayınadək hər il müəyyən olunmuş qaydada tibbi müayinələrdən keçərək yenidən 3-cü dərəcə əlillik təyin olunmuş və işləyərkən müəyyən olunmuş müavinəti almışdır. Iddiaçıya təyin olunmuş 702 (yeddi yüz iki) manat dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası 2021-ci ilin fevral ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunsuzluq edilərək kəsilmişdir. Bundan sonra, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Əlillik dərəcəsinin təkrar təyin edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi (bərpa edilməsi) və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" Şəki Inzibati Məhkəməsində iddia qaldırmışdır. Şəki Inzibati Məhkəməsində ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası ##.##.2023-cü il tarixli , *-l(***)-**/**** saylı qərarı ilə Şəki Inzibati məhkəməsinin qərarı ləğv edildi və inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmişdir. Bundan sonra, Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-l(***)-*/**** saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Bildirilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ### **** saylı məktubunda göstərilən hallar doğru deyil, iddiaçı qeyd edir ki, onun səhhətində yaranmış problemlərlə bağlı işdən çıxmağı barədə verdiyi ərizə Mingəçevir şəhər Icra Hakimiyyətində ##.##.2017-ci il tarixdən qeydiyyata düşmüş və iddiaçı ##.##.2017-ci il tarixdən Mingəçevir şəhər Icra Hakimiyyəti Başçısının əmrinə əsasən, öz ərizəsi əsasında işdən azad olunmuşdur. ## #### 2017-ci il tarixdən isə artıq pensiya hesablanması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət etmiş və ## #### 2017-ci il tarixdən də sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanmışdır. Həmçinin yuxarıda qeyd olunan məktubda göstərilmişdir ki, guya hesablanmış sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının düzgün hesablanmadığı və ##.##.2017-ci il tarixdən - ##.##.2021-ci il tarixədək olan dövr ərzində 2621,29 manat pul vəsaitinin artıq ödənilməsi olmuşdur. Elə həmin məktubun özündə də ziddiyyət vardır. Belə ki, məktubda bir tərəfdən bildirilir ki, əlilliyə görə əmək pensiyasının ##.##.2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Digər tərəfdən isə bildirilir ki, ##.##.2017-ci il tarixdən ##.##.2021-ci il tarixədək 26217,29 manat vəsait artıq hesablanmışdır. Buradan da, cavabdehin açıq aydın öz məktublarında özlərinin qanunsuzluq etdiklərini özləri də bilmədən bir daha göstərmişlər.

5. Bundan başqa, sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ## ###### 2024-cü il tarixli məktubunda iddiaçının dövlət qulluğunda işlədiyi staj illəri və əmək kitabçasında göstərilmiş xidmət illəri gizlədilərək və saxtalıq edilərək qəsdən dövlət qulluğu pensiyanı verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu pensiyanı qəsdən ləngidərək məcbur edirlər ki, təyin olunmuş az məbləğdə pensiya ilə razılaşsın və bununla da işlərini bitmiş saysınlar. Iddiaçı ##.##.2017-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasına çıxan zaman aylıq ona 702 manat pensiya təyin olunmuşdur. Həmin müddətdən sonra mənim kimi kateqoriyadan olan şəxslərin pensiyaları müəyyən miqdarda artırılmış və pensiyanın üzərinə əlavə edilmişdir. Iddiaçı hesab edir ki, iddiaçı hazırda sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının məbləği 1000 (bir min) manatdan çox olmalı və iddiaçıya həmin məbləğdə pensiyanı Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası ##.##.2023-cü il tarixli, *-l(***)-**/**** saylı qərarında göstərilən vaxtdan ödənilməlidir.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus pensiya işinə aid sənədlərdə ona Fondun Mingəçevir şəhər şöbəsi tərəfindən ## #### 2017-ci il tarixdən dövlət qulluqçusu kimi III dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur, iddiaçının əlillik dərəcəsinin etibarsız edilməsi ilə əlaqədar pensiya ödənişi # #### 2021-ci il tarixdən dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının # #### 2023-cü il tarixli 2- 1(107)- **/**** nömrəli qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edilmişdir. Iddiaçının pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlara əsasən iddiaçının dövlət qulluğuna ## #### 2017-ci il tarixdən xitam verilmişdir. Iddiaçının işdən azad olunduğu ## #### 2017-ci il tarixi sonuncu iş günü hesab edildiyindən, yəni həmin gündə də iddiaçı dövlət qulluqçusu kimi əmək fəaliyyəti göstərdiyi üçün qanunvericiliyin tələblərinə görə ona həmin gün üçün Fond tərəfindən dövlət qulluqçusu kimi əmək pensiyası deyil, işəgötürən tərəfindən dövlət məvacibi ödənilməlidir və qeyd edilən gün dövlət qulluğu stajına aid edilməlidir. Eyni zamanda, əmək pensiyasına dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr dövlət qulluğuna xitam verildiyi halda təyin edilə bilər. Belə ki, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında’ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs dövlət qulluğunda fəaliyyətini davam etdirdikdə onun pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. Buna görə də iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə işdən azad edildiyi ## #### 2017-ci il tarixdən sonrakı növbəti gün - # #### 2017-ci il tarixdə Qanunun qüvvədə olan redaksiyasına uyğun qaydada baxılmalı idi. Iddiaçının əlilliyi isə İ dərəcəli deyil, III dərəcəli olduğundan ona sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməməli idi. Lakin qanunvericiliyə zidd olaraq iddiaçıya ## #### 2017-ci il tarixdən hesablanmaqla həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən sabiq dövlət qulluqçusu kimi III dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sabiq dövlət qulluqçusu kimi pensiya hüququ olmadığından pensiya ödənişinin bərpası mümkün olmamış, həmçinin iddiaçıya ##.##.2017-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş 26217,29 manat (həmin dövr üzrə digər sosial ödəniş edilməli olduğu halda həmin məbləğ nəzərə alınmadan) pul vəsaiti artıq ödəmə hesab olunmuşdur. Inzibati orqan iddiaçının ona artıq ödənilmiş əmək pensiyasından əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir.

7. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim - E.Mustafayev).

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, iddiaçıya ## #### 2017-ci il tarixdən ##.##.2021-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilmişdir. Həmçinin müəyyən olunur ki, Mingəçevir şəhər Icra Hakimiyyəti Başçısının ## #### 2017-ci il tarixli ** nömrəli əmri ilə iddiaçı şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi kimi ##.##.2017-ci il tarixdən vəzifəsindən azad edilmişdir. Iddiaçıya ## #### 2017-ci il tarixdən dövlət qulluqçusu kimi III dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edildiyi işin mübahisəsiz halıdır. Onun pensiya ödənişi əlilliyinin ləğv edilməsi ilə əlaqədar # #### 2021-ci il tarixdən dayandırılsa da, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2023-cü il tarixli *-(***)-**/**** nömrəli qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edilmişdir.

9. Məhkəmə xüsusi ilə qeyd etmişdir ki, həmin qərarla əlillik dərəcəsinin təyini deyil, məhz əlillik dərəcəsinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi qərara alınmışdır. Bu da ona dəlalət edir ki, iddiaçının əlilliyi olan sabiq dövlət qulluqçusu kimi pensiya hüququ ##.##.2021-ci il tarixədək və ondan sonra da mövcud olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, ##.##.2021-ci il tarixdən iddiaçının pensiyasının dayandırılması qanunsuz olmuşdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.(sədrlik edən – T.Həsənov, hakimlər – R.Rəfiyev, V.Musayev).

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı icra olunduqdan sonra cavabdeh orqan tərəfindən iddiaçının pensiyası bərpa olunmalı olduğu halda, yenidən bu dəfə başqa əsasla iddiaçının ## #### 2021-ci il tarixdən sonra pensiyasının dayandırılması davam etdirilmiş, nəticədə iddiaçının sosial təminat hüququ pozulmuşdur.

13. Belə ki, cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən etibarsız hesab olunduğundan pensiya ödənişi dayandırılmış, daha sonra məhkəmə qərarı ilə əlillik dərəcəsi bərpa edilmiş, bu səbəbdən də onun pensiya ödənişi davam etdirilməli olduğu halda, yenidən pensiya təyin olunduqdan 7 il sonra araşdırma aparılaraq ## #### 2017-ci il tarixinin iddiaçının sonuncu iş günü hesab edilməsi əsası ilə pensiyası ## #### 2021-ci il tarixdən dayandırılmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında’ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.3.4. Bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd: 2017-ci il ####un #-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur

18. 2017-ci il ####un #-dək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.1.7. qulluq stajına görə əmək pensiyasına əlavələr «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. Yəni # #### 2017-ci il tarixədək əlillik dərəcəsi üzrə hər hansı məhdudiyyət olmadan sabiq dövlət qulluqçularına pensiya təyin edilə bilərdi.

19. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ##.##.2021-ci il tarixdən ödənilməsinə nail olmaqdan ibarətdir.

27. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ## ###### 1963-cü ildə anadan olmuş, 1985-ci ildən etibarən müxtəlif vəzifələrdə əmək fəaliyyəti göstərmiş, ## ######## 1992-ci il tarixdən ## #### 2017-ci il tarixədək Mingəçevir şəhər Icra Hakimiyyətində dövlət qulluqçusu kimi çalışmışdır. Iddiaçı uzunmüddətli dövlət qulluğu stajına malik olmaqla yanaşı, hələ dövlət qulluğunda işlədiyi müddətdə 2008-ci ildən başlayaraq aldığı xəsarət nəticəsində orqanizmin funksiyalarının pozulması səbəbi ilə III dərəcəli əlillik almışdır. Onun əlilliyi 2016-cı ildə Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə təsdiqlənmiş və mütəmadi olaraq təsdiq olunmuşdur.

28. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı sağlamlıq vəziyyətində yaranan ağır problemlərlə əlaqədar olaraq ## #### 2017-ci il tarixli ərizəsi əsasında ## #### 2017-ci il tarixdən dövlət qulluğundan azad olunmuş, həmin tarixdən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət əsasında dövlət qulluqçusu kimi III dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mübahisəsiz olaraq iddiaçıya həmin tarixdən sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilmiş və ## #### 2021-ci il tarixinədək ödənilmişdir. 30. X2-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlillik dərəcəsi etibarsız hesab olunmuş, bu səbəbdən də onun pensiya ödənişi ## #### 2021-ci il tarixdən dayandırılmışdır. Lakin Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddiaçının əlillik müddətinin bitdiyi sonuncu tarixdən əlillik dərəcəsi bərpa edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.

29. Cavabdehin isə mübahisələndirdiyi hal və kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının işdən azad olunduğu ## #### 2017-ci il tarixi sonuncu iş günü hesab edildiyindən, yəni həmin gündə də iddiaçı dövlət qulluqçusu kimi əmək fəaliyyəti göstərdiyi üçün qanunvericiliyin tələblərinə görə ona həmin gün üçün Fond tərəfindən dövlət qulluqçusu kimi əmək pensiyası deyil, işəgötürən tərəfindən dövlət məvacibi ödənilməlidir və qeyd edilən gün dövlət qulluğu stajına aid edilməlidir. Buna görə də, iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə işdən azad edildiyi ## #### 2017-ci il tarixindən sonrakı növbəti gün - # #### 2017-ci il tarixində Qanunun qüvvədə olan redaksiyasına uyğun qaydada baxılmalı idi. Belə ki, iddiaçı əlilliyi isə l dərəcəli deyil, lll dərəcəli olduğundan ona sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməməli idi. Lakin qanunvericiliyə zidd olaraq iddiaçıya ## #### 2017-ci il tarixdən hesablanmaqla həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən sabiq dövlət qulluqçusu kimi III dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmayaraq məhz əlillik dərəcəsinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi qərara alınmışdır. Bu da ona dəlalət edir ki, iddiaçının əlilliyi olan sabiq dövlət qulluqçusu kimi pensiya hüququ ##.##.2021-ci il tarixədək və ondan sonra da mövcud olmuşdur. Buna görə də, ##.##.2021-ci il tarixdən iddiaçının pensiyasının dayandırılması qanunsuz olmuşdur.

31. Bundan başqa, işdən azad edilmə barədə əmrdə göstərilən tarix sonuncu iş günü hesab olunur, bu tarixdə işçi artıq dövlət qulluqçusu kimi faktiki əmək fəaliyyəti göstərmir. Buna görə də iddiaçı ## #### 2017-ci il tarixdə işdən azad olunmaq üçün ərizə verməklə 30 iyun tarixindən dövlət qulluğuna xitam verilib və həmin tarixdən etibarən sabiq dövlət qulluqçusu statusu qazanmışdır. Onun ## #### 2017-ci il tarixdən pensiya hüququnun yaranması qanuna zidd hesab edilə bilməz.

32. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar