Məhkəmə qərarları › İş №2-1(102)-431/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-431/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-431/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Bakı şəhəri Açar sözlər: ( icarə hüququnun qeydiyyata alınması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Zərdab rayonu, Gödəkqobu bələdiyyəsi) “Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 16 nömrəli qərarı və Gödəkqobu bələdiyyəsi ilə onun arasında bağlanmış eyni tarixli icarə müqaviləsi əsasında ayrılmış 3,80 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.12.2021-ci il tarixli, 2-1(107)-440/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı və Gödəkqobu bələdiyyəsi ilə onun arasında bağlanmış eyni tarixli icarə müqaviləsinə əsasən 3.80 ha torpaq sahəsi 25 il müddətinə iddiaçın ın icarəsinə verilmişdir.

2. Müqaviləyə uyğun olaraq tərəflər üzərlərinə düşən öhdəliyi yerinə yetirmiş, Gödəkqobu bələdiyyəsi torpağın naturada ayrılıb iddiaçının istifadəsinə verilməsini təmin etmiş, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, bu barədə X3 kitabında 07 dekabr 2011-ci il tarixdə, 301-ci nömrə ilə uçota alınmış və iddiaçıya A№378813 saylı müvafiq sənəd verilmişdir.

3. İddiaçı Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı və Gödəkqobu bələdiyyəsi ilə aralarında bağlanmış eyni tarixli icarə müqaviləsi əsasında ona icarəyə ayrılmış 3.80 ha torpaq sahəsi üzərində icarə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrində qeydiyyata alınması üç ün cavabdeh orqana müraciət etmişdir.

4. Cavabdeh 02.06.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinin icrası ilə bağlı Gödəkqobu kəndində yerləşən 3.80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “********** qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilməsi, Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 16 nömrəli qərarı və Gödəkqobu bələdiyyəsi ilə onun arasında bağlanmış eyni tarixli icarə müqaviləsi ilə ona icarəyə verilmiş 3,80 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reye strində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarına və Gödəkqobu bələdiyyəsi ilə aralarında bağlanmış eyni tarixli icarə müqaviləsinə əsasən 3.80 ha torpaq sahəsi 25 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqaviləyə uyğun olaraq, tərəflər üzərlərinə düşən öhdəliyi yerinə yetirmiş, Gödəkqobu bələdiyyəsi torpağın naturada ayrılıb iddiaçının istifadəsinə verilməsini təmin etmiş, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü işlənib hazırlanmış, bu barədə X3 kitabında 07 dekabr 2011-ci il tarixdə, 301-ci nömrə ilə uçota alınmış və bu barə də A№378813 saylı müvafiq sənəd verilmişdir. Ona icarəyə verilmiş 3.80 ha torpaq sahəsi üzərində icarə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 02.06.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinin icrası ilə bağlı Gödəkqobu kəndində yerləşən 3.80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının Qanunun 7ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, hab elə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasından imtina olunmuşdur.

7. Cavabdeh orqan məhkəməyə ünvanladığı 15.07.2020-ci il tarixli etirazında qeyd etmişdir ki, İddiaçı Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən 3.80 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı Gödəkqobu kəndində yerləşən 3.80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən z aman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestıi Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

8. Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-130/2021 saylı qərarı (hakim İlqar Cabbarov) ilə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, arxivə və inzibati nəzarət orqanına sorğular verilmiş, arxivdə və inzibati nəzarət orqanında Gödəkqobu bələdiyyəsin in 29.12.2006-cı il tarixli, 16 saylı qərarının olmadığı aşkar olunmuşdur. Bundan başqa, bələdiyyədən 2006-cı il üzrə bələdiyyə iclaslarının protokol kitabı və 29.12.2006-cı il tarixli, 16 saylı qərar tələb olunsa da, məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya 3.80 ha torpaq sahəsinin icarəyə verilməsi barədə DT və XK-nin Zərdab rayon şöbəsinin rəyi şöbə müdiri E.Məlikov tərəfindən imzalandığı halda, eyni tarixli qərar əsasında İddiaçı 2.60 ha torpaq sahəsinin icarəyə verilməsi barədə rəy şöbə müdiri A. Orucov tərəfindən imzalanmışdır. 2011-ci il tarixində qeydə alınmış A seriyalı, 378813 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində isə şöbə müdiri E.Məlikov qeyd olunmuşdur. Ümumiyyətlə, iddiaçının təqdim etdiyi Gödəkqobu bələdiyyəsi nin 29.12.2006-cı il tarixli, 16 saylı iclas protokolundan bələdiyyə sədri R. İmanov və hazırki bələdiyyə sədri K.İxtiyarov tərəfindən təsdiqlənmiş çıxarışlar bir-birindən fərqlənir. Qeyd olunan hallar və bələdiyyə qərarının əslinin olmaması iddia tələbinin təmin olunmasını istisna edir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, A seriyalı, 378813 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində və A seriyalı 378812 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində 29.12.2006-cı il tarixli, 16 saylı icarə müqaviləsi qeyd olunmuşdur. İki müxtəlif torpaq sahəsinə dair eyni nömrə ilə müqavilələrin olması real deyil və nəzərə almaq lazımdır ki, 3.80 ha torpaq sahəsinin icarə müqaviləsində, ümumiyyətlə nömrə qeyd olunmamışdır.

10. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edil məsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.12.2021-ci il tarixli, 2-1(107)-440/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Mahir Əsədli ) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(116)-130/2021 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 29.12.2006-cı il tarixli müqavilədən müəyyən edilmişdir ki, Gödəkqobu bələdiyyəsi adından icarəyə verən bələdiyyənin sədri X2 ilə Gödəkqobu kənd sakini İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən 3.80 ha göl (balıqçılıq) sahəsi 25 il müddətinə Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilmişdir.

13. Bundan başqa, Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 16 saylı iclas protokolundan çıxarışdan görünür ki, DT və XK-nin Zərdab rayon şöbəsinin sxem və rəyinə əsasən 3.80 ha göl (axmaz) sahəsinin Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Bununla yanaşı, DT və XK-nin Zərdab rayon şöbəsinin rəyindən görünür ki, Gödəkqobu kənd sakini İddiaçı 3.80 ha torpaq sahəsinin icarəyə verilməsi qanunvericiliyin tələblərinə uyğundur və şöbə qeyd olunan torpaq sahəsinin İddiaçı icarəyə verilməsini məqsədəuyğun hesab edir.

14. Bundan əlavə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində h üquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur.

15. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilmədi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, icarə hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dö vlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

17. Bundan başqa, məhkəmə kollegiyası nəzərə almamışdır ki, torpağın icarəyə verilməsi barədə qərar - bələdiyyə tərəfindən ümumi (publik) hüqüq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, icarəyə götürən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. İcarə müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlik və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi, qanun bələdiyyə torpaqlarına icarə hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi icarə müqaviləsinə devil. bələdiyyənin qərarına üstünlük v erir. Göstərilən halda isə məhkəməyə iddiaçı tərəfindən torpağın icarəyə verilməsi barədə bələdiyyə qərarı təqdim edilməmiş, məhkəmə tərəfindən verilmiş sorğulara alınan cavablara əsasən arxivdə həmin qərar aşkar edilməmiş, bələdiyyənin 2006-cı il üzrə bələdiyyə iclaslarının protokol kitabı təqdimedilməmişdir, qərardan çıxarışın mötəbərliyi isə təsdiq olunmamışdır. Lakin məhkəmə kollegiyası torpağın icarəyə verilməsi barədə qərarın olmaması kimi təkzib edilməyən halı nəzərə almamış, bunu icarə Müqaviləsinin və A seriyalı 378813 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad etmiş, lakin nəzərə almamışdır ki, özünün istinad etdiyi sənəddə 29.12.2006-cı il tarixli, 16 saylı qərar deyil, 16 saylı icarə müqaviləsi əks olunmuşdur. Beləlikə də, məhkəmə kollegiyası sözügedən Qanunun 8.0. 1ci maddəsinə istinad etməklə hesab etmişdir ki, Zərdab ravonu. Gödəkqobu bələdiyyəsi tərəfindən 29.12.2006-cı il tarixli, 16 saylı icarə müqaviləsi ilə bələdiyyə məxsus olan 38000 kv.m balıqçılıq sahəsinin Gödəkqobu sakini İddiaçı icarəyə verilməsinə dair qəbul olunmuş akt mövcuddur. Göründüyü kimi, məhkəmə kollegiyası torpağın icarəyə verilməsi barədə qərarı deyil (belə qərarın olmamasını qəbul etdiyindən), icarə müqaviləsini akt kimi qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Yəni icarə müqaviləsi heç bir halda akt kimi deyil, ancaq əqd kimi qəbul edilə bilər. Əks halda Qanunda aktlar deyil, müqavilələr (əqdlər) göstərilərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etirazda qeyd edilmişdir ki, DT və XK-nin Zərdab rayon şöbəsinin rəyindən görünür ki, Gödəkqobu kənd sakini İddiaçı 3.80 ha torpaq sahəsinin icarəyə verilməsi qanunvericiliyin tələblərinə uyğun və qeyd olunan torpaq sahəsinin İddiaçı icarəyə verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda, A seriyalı 378813 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zərdab rayonu, Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 16 saylı qərarı və 29.12.2006-cı il tarixli, 16 saylı icarə müqaviləsi ilə 38000 kv.m balıqçılıq sahəsi Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilmişdir. Sənəd X4 kitabında 07.12.2011-ci il tarixdə 301-ci nömrə ilə qeydiyyata alınmışdır. Bundan başqa, həmin sahənin iddiaçıya icarəyə verilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Komitəyə ünvanladığı 31.10.2019-cıı il tarixli məktubdan da görünür. Bundan əl avə, üçüncü şəxs kimi cəlb edilmiş Gödəkqobu bələdiyyəsinin sədri K. İxtiyarov birinci instansiya məhkəməsinin iclasında çıxış etmiş, torpaq sahəsinin ona icarəyə verildiyini, tərəflər arasında icarə müqaviləsi bağlandığını, icarə müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı tərəflər arasında fikir ayrılığı olmadığını, icarəyə verilmiş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına etiraz etmədiyini bildirmiş, eyni zamanda məhkəməyə bununla əlaqədar məktub ünvanlamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun Maddə

4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0. 1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; M a d d ə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəy ə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbayca n Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 30 dekabr 2004-cü il tarixli 819-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 6.5-ci maddədə "razılığı" sözü "rəyi" sözü ilə əvəz edilmişdir. 2 8 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 6.5-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyə ti orqanıdır Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2 Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Şikayətdə apelyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya ş ikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə r ədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı mübahisə mahiyyət etibarı ilə təsərrüfat fəaliyyəti məqsədləri üçün Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı (protokol qərarı) əsasında və Gödəkqobu bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış eyni tarixli icarə müqaviləsi üzrə iddiaçıya ayrılm ış torpaq sahəsi üzərində onun istifadə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

29. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ on un müraciəti əsasında qeydiyyata alınmalıdır.

30. Bu zaman inzibati orqanların funksional səlahiyyət bölgüsü, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanla r hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

31. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

32. Bu qərarın 19-cu bəndində istinad olunmuş normalara görə, bələdiyyələr müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətinə malikdir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İstinad olunan Qanunun 6.5-ci maddəsinin 2008-ci ilə qədər qüvvədə olmuş əvvəlki redaksiyasına görə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

33. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Gödəkqobu bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 16 saylı qərarına (protokol qərarına) və Gödəkqobu bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış eyni tarixli icarə müqaviləsinə əsasən 3.80 ha torpaq sahəsi 25 il müddətinə iddiaçının icarəsinə verilmişdir.

34. İş üzrə materiallara əlavə olunmuş Azərbaycan Respublikası DT və XK-nin Zərdab rayon şöbəsinin rəyindən görünür ki, 3.80 ha torpaq sahəsinin Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilməsi qanunvericiliyin tələblərinə uyğun sayılmış və məqsədəuyğun hesab edilmişdir.

35. Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 16 saylı iclas protokolundan (protokol qərarından) çıxarışdan görünür ki, DT və XK-nin Zərdab rayon şöbəsinin müvafiq rəyinə və təqdim etdiyi sxemə əsasən 3.80 ha göl (axmaz) sahəsi nin Gödəkqobu kənd sakini İddiaçı icarəyə ayrılması qərara alınmışdır.

36. Mübahisəyə dair iş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 29.12.2006-cı il tarixli müqavilədən görünür ki, Gödəkqobu bələdiyyəsi adından icarəyə verən bələdiyyənin sədri X2 ilə Gödəkqobu kənd sakini İddiaçı arasında bağlanmış müqaviləyə əsasən 3.80 ha göl (balıqçılıq) sahəsi 25 il müddətinə Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilmişdir.

37. Tərəflər müqaviləyə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmiş, Gödəkqobu bələdiyyəsi torpağın naturada ayrılıb iddiaçının istifadəsinə verilməsini təmin etmiş, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X3 kitabında 07 dekabr 2011ci il tarixdə, 30 1-ci nömrə ilə uçota alınmış və bu barədə iddiaçıya A№378813 saylı müvafiq sənəd verilmişdir.

38. İş materiallarında olan A seriyalı 378813 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zərdab rayonu, Gödəkqobu bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 16 saylı qərarı və 29.12.2006-cı il tarixli 16 saylı icarə müqaviləsi əsasında 38000 kv.m balıqçılıq sahəsi Gödəkqobu kənd sakini İddiaçı icarəyə verilmişdir. Sənəd X4 kitabında 07.12.2011-ci il tarixdə 301-ci nömrə ilə uçot qeydiyyatına alınmışdır.

39. Mübahisəyə dair iş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində İddiaçı naturada göstərdiyi torpaq sahəsinin (S=9.56 ha) elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olmaqla su fondu (axmaz) torpaqlarına aid olduğu (sxem əlavə olunmuşdur) q eyd edilmişdir. İddiaçının adına hazırlanmış A seriyalı 378813 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsi və iddiaçının faktiki naturada istifadə etdiyi torpaq sahəsi rəyə əlavə edilmiş sxemdə göstərilmişdir.

40. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı 22.07.2021-ci il tarixli məktubda İddiaçı icarə hüquqlarını qeydiyyata aldırmaq istədiyi Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən 3.80 ha və 2.60 ha torpaq sahələri üzərində hər hansı bir hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı qeyd olunmuşdur.

41. İş üzrə materiallara əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 31.10.2019-cu il tarixli məktubuna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21.11.2019-cu il tar ixli cavab məktubunda bildirilmişdir ki, 42 balıqçılıq təsərrüfatı subyektlərinə köməklik göstərilməsi barədə xidmətin ərazi idarələrinə müvafiq tapşırıqlar verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Komitəyə ünvanladığı 31.10.2019-cu il tarixli məktuba əlavə edilən siyahıdan görünür ki, İddiaçı adı həmin siyahıda 26-cı sırada qeyd edilmişdir. Qeyd edilən məktubda həmçinin iddiaçıya aid 3.80 ha təbii göl ərazisi üzərində onun icarə hüququ haqqında reyestrdən çıxarışın olmadığı göstərilmişdir.

42. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Gödəkqobu bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və məhkəmə baxışında təmsil olunmuşdur. Bələdiyyənin qanuni təmsilçisi Gödəkqobu bələdiyyəsinin sədri K. İxtiyarov mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya icarəyə verildiyini, tərəflər arasında icarə müqaviləsinin bağlandığını, icarə müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı tərəflər arasında fikir ayrılığı olmadığını, icarəyə verilmiş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına bələdiyyənin etiraz etmədiyini bildirmişdir. Bununla əlaqədar eyni zamanda məhkəməyə müvafiq məktub da ünvanlamışdır. Başqa sözlə, Gödəkqobu bələdiyyəsi iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılması barədə iradəsini məhkəmə icraatında bir daha təsdiq etmişdir.

44. Göründüyü ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli bələdiyyə tərəfindən müvafiq prosedurlara əməl olunmaqla protokol qaydasında qəbul olunmuş qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, b ələdiyyə torpaqları müəyyən olunmuş prosedurlara uyğun olaraq daimi və ya müvəqqəti istifadəyə bələdiyyələr tərəfindən ayrılır. Bələdiyyə torpaqlarının icarə məqsədləri üçün ayrılmasının onun müstəsna səlahiyyətlərinə və məsuliyyət sferasına aid olduğu nəzərə alınmalıdır. İddiaçıya torpaq sahəsi ayrılarkən qeyd olunan prosedurlara əməl olunmuş, müvafiq icra hakimiyyəti orqanının rəyi alınmış, protokol qərarı qəbul olunmuş, plan-ölçü sənədi hazırlanmış və sənəd X4 kitabında 07.12.2011-ci il tarixdə 301-ci nömrə ilə uçot qeydiyyatına alınmışdır.

45. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə, o cümlədən Torpa q Məcəlləsinin 56-cı və 67-ci maddələri ilə tənzimlənir. Həmin normalara görə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

46. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

47. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

48. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Gödək qobu bələdiyyəsinin iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılması barədə iradəsini məhkəmə icraatında bir daha təsdiq etməsi nəzərə alınmalı, hazırkı mübahisəyə münasibətdə Gödəkqobu bələdiyyəsi tərəfindən qəbul olunmuş protokol qərarı (protokol qərarından çıxarış) hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

50. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyya tın aparılması üçün yetərli sayılmalıdır.

51. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

52. Cavabdehin imtinasında istinad etdiyi və məhkəmə icraatının gedişində dəfələrlə dəyişdirdiyi, o cümlədən torpaq sahəsinə münasibətdə şikayətlərin olması, bələdiyyənin 2006-cı il üzrə bələdiyyə iclaslarının protokol kitabının təqdim edilməməsi, arxivdə həmin qərarın aşkar edilməməsi və qərardan çıxarışın mötəbərliyinin təsdiq olunmaması və sair əsaslarla bağlı məhkəmə kollegiyası, Konstitusiya Məhkəməsi Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyar ı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Gödəkqobu bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi haqqında qanuni qüvvədə olan qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

54. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilmə lidir.

55. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.12.2021-ci il tarixli, 2-1(107)-440/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar