Məhkəmə qərarları › İş №2-1(102)-431/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-431/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-431/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmiş şəxsə məcburi iş buraxma dövründə ödənilməli olan əməkhaqqının hesablanıb ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1989-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məcburi iş buraxma dövründə ödənilməli olan əməkhaqqının hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(104)-682/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli, 058gm nömrəli əmrinə əsasan, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) əsasən ehtiyata buraxılmışdır.

2. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci tarixli qərarına əsasən, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına, əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli, 057gm nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli, 058gm nömrəli şəxsi heyət üzrə əmrinin 4-cü paraqrafının 4-cü bəndi (1-ci Ordu korpusu (051 nömrəli hərbi hissə) komandirinin sərəncamında (703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7031-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım ko mandirinin sabiq müavini) olan gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətə görə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv edilmişdir. Həmçinin, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli, 610-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci abzasına əsasən həbsdə olma, cəza çəkmə müddətləri və vəzifədən kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət ixtisas üzrə fasiləsiz staja daxil edilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə müva fiq olaraq, 1-ci Ordu Korpusu (051 nömrəli hərbi hissə) komandirinin sərəncamında (703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7031-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin sabiq müavini) olan gizir İddiaçı xidmət müddəti başa çatdığına görə xx.xx.2022-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir.

4. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, müvafiq müddətin iş stajına daxil edilməsi və məcburi iş buraxma müddətinə görə əməkhaqqının hesablanaraq ona ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir.

5. Bakı şəhəri Nəsimi rayon Məhkəməs inin xx.xx.2023-cü il tarixli, 2(006)623/2023 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanunsuz olaraq həbsdə olması, cəza çəkməsi və vəzifədən kənarlaşdırılması ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmiş, məhkəmə iddianı qismən təmin edərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19982 manat məbləğində maddi zərərin, 27000 manat məbləğində mənəvi zərərin əvəzinin, ümumilikdə 46982 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsini qət etmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi (807 gün) qanunsuz olaraq həbsdə saxlanılması nəti cəsində aylıq əməkhaqqısından məhrum olmuş, nəticədə ona maddi zərər dəymişdir. Belə ki, məhkəmə qərarı ilə həbs olunduqdan sonra, yəni xx.xx.2017-ci il tarixindən faktiki olaraq işdə olma imkanı olmadığına görə ona əməkhaqqı ödənilməmiş, həmin tarixə qədər isə iddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin “gizir” rütbəli hərbi qulluqçusu olaraq Azərbaycan Ordusunda xidmət etmiş, onun barəsində hökmün qanuni qüvvəyə minməsi ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətlərə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq xx.xx.2018-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı tərəfindən təqdim edilən kart üzrə çıxarış əsasında müəyyən olunur ki, iddiaçının orta aylıq əməkhaqqı məbləği “(705,42 + 694, 48 + 738 + 484,01 + 365 + 937,16 + 593,55) / 6 = 752,93” manat, müvafiq olaraq orta günlük əməkhaqqı məbləği isə “752,93 / 30.4 = 24,76” manat təşkil etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunsuz olaraq həbsdə saxlanıldığı 807 gün müddətində iddiaçıya 19982 (24,76 * 807 = 19982) manat məbləğində maddi zərər dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19982 manat məbləğində maddi zərərin əvəzi İddiaçı ödənilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli, 058gm nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əməkhaqqının hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin may ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində taqım komandirinin müavini vəzifəsində xidmətdə olarkən hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb olunmuş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3- cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzanın 2 ildən artıq hissəsini çəkdikdən sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin tarixdən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən cinayət əməll ərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən, apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2017-ci il tarixli qərarı ləğv edilərək ci nayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən, Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olunduğu üçün xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində xx.xx.2022-ci il tarixdə iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iddiaçıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) madd ələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra iddiaçı xx.xx.2022ci il tarixdə cavabdehə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, itirilmiş vaxtın iş stajına daxil edilməsi, məcburi iş buraxma dövründə ödənilməli olan əməkhaqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov) 09 iyun 2023-cü il tarixli, 2-1(114)-1025/2023 nömrəli qərarı ilə iş üzrə icraata iddia tələbinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 058gm nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və itirilmiş illərin əmək stajına hesablanması” hissəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov) 09 iyun 2023-cü il tarixli, 2-1(114)-1025/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə iddiaçıya ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. Qanunsuz ola raq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsidir. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara işə bərpa edildikdən sonra işləmədikləri müddətə görə əməkhaqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ehtiyata buraxılması ilə bağlı əmr ləğv edildiyindən və o, xx.xx.2018-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunduğundan məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ona ödənilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. a pellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Aygül İsgəndərova və Azər Bayramov) 21 sentyabr 2023-cü il tarixli, 2-1(104)-682/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, bir halda cavabdeh tərəfindən iddiaçının ehtiyata buraxılmasına dair müvafiq əmr ləğv edilmiş və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli, 610-İ Q nömrəli Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci abzasına əsasən həbsdə olma, cəza çəkmə müddətləri və vəzifədən kənarlaşdırılması ilə əlaqədar iddiaçının işləmədiyi müddət ixtisas üzrə fasiləsiz staja daxil edilmişdirsə, artıq dolayısı ilə cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanunsuz və əsassız yerə xidmətdən ehtiyata buraxılması faktı qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının işləmədiyi, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlər onun təqsiri ucbatından deyil, məhz inzibati orqanın təqsiri nəticəsində yaranmış haldır. Bu səbəbdən də, iddiaçının məcburi iş buraxma müddətinə görə ödənilməyən əməkhaqqı hesablanaraq ona ödənilməlidir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı, barəsində aparılmış istintaq nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə (cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(006)-623/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19982 manat məbl əğində maddi zərər, 27000 manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 46982 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya dövlət büdcəsindən ona dəymiş maddi ziyanın ödənilməsi qət edilərkən onun almadığı əməkhaqqı ödənişləri də nəzərə alınaraq 19982 manat maddi zərərin ödənilməsi qət edilmişdir. Digər tərəfdən, iddiaçının işləmədiyi dövrlər üçün, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əməkhaqqını almaması cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmadığından bununla əlaqədar kompensasiyanın ödənilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması inzibati işin faktiki hallarına və qanunvericiliyin müvafiq normalarının imperativ şərtlərinə ziddir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 1.2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xid mətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Maddə 26.1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Maddə 26.2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində hə qiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Onlar a qarşı qanunsuz hərəkətlər nəticəsində yaşayış sahəsindən məhrum edilmiş hərbi qulluqçulara bir ay müddətində əvvəlki yaşayış sahələri qaytarılır və ya üç aydan gec olmayaraq bərabər dəyərli abad yaşayış sahəsi növbədənkənar verilir. Maddə 26.3. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. 18. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istint aq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə

4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; Maddə

5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət v ə başqa gəlirlər ödənilməlidir. Maddə

8. Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisə nin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti m əhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelly asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yo xlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmam asını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana mü raciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv olunmalı və həmin hissədə iddia mümkün sayılmamalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğvini və həmin hissədə iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, m übahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

26. Hazırkı mübahisə dair işdə iddiaçının hüquqi marağı və məqsədi qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması ilə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə məcburi iş buraxmaya görə almadığı əməkhaqqının ona ödənilməsinə nail olmaqdan ibarətdir.

27. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

28. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərə flərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

29. İş üzrə materiallardan müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-623/2023 nömrəli qətnaməsi ilə iddiaçının xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi (807 gün) qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində aylıq əməkhaqqından məhrum olduğu, həmin müddətdə iddiaçının orta aylıq əməkhaqqı məbləğinin (705,42 + 694,48 + 738 + 484,01 + 365 + 937,16 + 593,55) / 6 = 752,93 manat, müvafiq olaraq orta günlük əməkhaqqı məbləğinin isə 752,93 / 30,4 = 24,76 manat təşkil etdiyi, nəticədə ona 19982 (24,76 * 807 = 19982) manat məblə ğində maddi zərər dəydiyi müəyyən edilmiş və dövlət büdcəsinin vəsaiti hesabına həmin 19982 manat məbləğində maddi zərərin əvəzinin ona ödənilməsi qət edilmişdir.

30. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-623/2023 nömrəli qətnaməsi ilə iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə almadığı əməkhaqqı məbləğinin ödənilməsinə dair iddia tələbi artıq təmin olunmuşdur və bu baxımdan onun həmin müddətə münasibətdə əməkhaqqının ödənilməsinə dair tələb hüququ mövcud ola bilməz. Odur ki, həmin hissədə iddia mümkün sayılmamalıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə əməkhaqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalıdır.

33. İddiaçının iddia tələbinin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə almadığı əməkhaqqının ona ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, həmin hissədə şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, sözügedən hissədə kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, həmin hissədə işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə almadığı əməkhaqqının ödənilmə si üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən hissədə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Bununla yanaşı, kassasiya şikayətinin iddiaçının qeyd edilən müddətdə əməkhaqq ını almamasının cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmadığından bununla əlaqədar kompensasiyanın ödənilməsinin hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasının işin faktiki hallarına və qanunvericiliyin müvafiq normalarına zidd olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

39. Bu qərarın 17-ci bəndində istinad edilən normalara əsasən hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

40. Cavabdeh “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətə görə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) müvafiq olaraq, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2018ci il tarixli, 058gm nömrəli əmrin 4-cü paraqrafının 4-cü bəndinin ləğv edilməsi, onun həbsdə olma, cəza çəkmə müddətləri və vəzifədən kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət ixtisas üzrə fasiləsiz staja daxil edilməklə onun xidm ət müddəti başa çatdığına görə xx.xx.2022-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilməsinə dair əmr verdiyi halda, iddiaçının qeyd edilən müddətdə almadığı əməkhaqqının ona ödənilməsindən cavabdehin imtinası yuxarıda istinad olunan normaların mahiyyətinə və məqsədinə ziddir.

41. Həmçinin nəzərə alınmalıdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqan, yəni hazırkı iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edir. Həmin orqan məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdiyi dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyur. Məhkəmə icraatında vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına da məhz hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi malikdir. Vahid icra hakimiyyəti sistemi çərçivəsində inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr yarandığı halda belə, həmin mübahisələr məhkəmə qaydasında deyil, qanunvericiliyə əsasən müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.

42. Bu qərarın 17-ci bəndində istinad edilən normalara görə, barəsində cinayət təqibinə xitam verilmiş və bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər ödənilməlidir.

43. Beləliklə, yuxarıd a istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin sözügedən hissədə iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

44. Həmin hissədə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(104)-682/2023 nömrəli qərarı qismən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək olan müddət üzrə əməkhaqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edil məsi hissəsində ləğv edilir. Həmin hissədə iddia mümkün sayılmır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(104)-682/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar