Məhkəmə qərarları › İş №2-1(102)-432/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-432/2019

05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-432/2019 05.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2520/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarix li qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin 13/01-1579 saylı, 09 aprel 2018-ci il tarixli məktubu ilə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh bu zaman ona əsaslanmışdır ki, şöbəyə təqdim edilən əmək kitabçasında qeyd olunmuş 06 sentyabr 1976-cı il tarixdən 01 may 2005-ci il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2379/2018 saylı, 05 iyul 2018-ci il tarixli qərarı (hakim – R.L.Kərimli) ilə iddia təmin edilərək İddiaçı onun əmək kitabçasında göstərilən 06 sentyabr 1976-cı il tarixdən 01 may 2005-ci il tarixədək dövr üzrə iş stajı sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövləı Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2520/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apellyasiya təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qərarı iddiaçıya 04.04.2018-ci ildən, yəni 63,5 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq nqormalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə söğorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilən 06.09.1976-cı il tarixdən 01.05.2005-ci il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin iddiaçının “Bakı Univermağı”nda işlədiyi dövrə aid sənədlər nə arxivə verilmiş, nə də müəssisənin özündə saxlanılmamışdır. Aparılmış araşdırmalar nəticəsində onun qanunvericiliklə tələb olunan sosial sığorta stajının olması müəyyən olmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçası əsasında tələb olunan ümumi iş stajı təsdiqini tapmadığından onun yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Beləliklə, əmək fəaliyyətinin düzgünlüyün yoxlamaq mümkün olmadığından ona 06.09.1976-cı il tarixdən 01.05.2005-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək yaş a görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdeh tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərkən cavabdeh o hala istinad etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim edilən əmək kitabçasında qeyd olunmuş 06 sentyabr 1976-cı il tarixdən 01 may 2005-ci il tarixədək sosial sığorta stajının yoxlanılmasi zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. İddianın təmin edilməli olduğu nəticəsinə gələn apellyasiya məhkəməsi isə özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 06 sentyabr 1976-cı il tarixdən 01 may 2005-ci il tarixədək illərdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunduğundan əmək kitabçasında mübahisələndirilən iş dövrünün qeyd edilməsi həmin dövrün yaşa görə əmək pensiyasının təyin edilməsində sosial sığorta stajı kimi nəzərə alınmasına əsas verir. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarınd an asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən t əsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), s ahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yan varın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 06.09.1976-01.05.2005-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istin ad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 5/206 saylı, 01 fevral 2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhər Ticarət İdarəsinin nəzdində Bakı Univermağının arxiv sənədləri Azərbaycan Respublikasının Döövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Bundan balşqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, birinc i instansiya məhkəməsi iddiaçının xx.xx.1954-cü il təvəllüdlü olmaqla, eləcə də Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddinin 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, hər il altı ay artırılmağını nəzərə almaqla iddiaçının 63 yaş yarımdan yaşa görə əmək pensiyasının təyin edilməsi nəticəsinə gəlsə də, qərarın nəticə hissəsində iddiaçıya yaşa görə əmək pensiyası almaq hüququnun yaranma vaxtını qeyd etməmişdir ki, bu da gələcəkdə qanuni qüvvəyə mindiyi halda qərarın icrasında mübahisələrin yaran biləcəyinə əsas verə bilər. Bu əsasdan çıxış etməklə apellyasiya məhkəməsi haqlı olaraq qərarın nəticə hissəsində iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi vaxtını dəqiq göstərmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respu blikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2520/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar