Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-432/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, müddət ötürülməklə verilmiş apellyasiya şikayəti) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxx xxxx 2019-cu il tarixli, 2-1(103)2502/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə qarşı 1002 manat maddi ziyanın, 10000 manat mənəvi ziyanın cavabdehdən tutularaq, ona ödənilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1656/2019 nömrəli (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2505/2019 nömrəli (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və İ.Əhmədov) qərardadı ilə iddiaçı tərəfindənbirinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından verilmiş apelyasiya şikayətinin mümkün sayılmaması, apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,işə baxılarkən prosessual pozuntulara yol verilmişdir. İşə baxılmasında onun tərəf kimi iştirakı təmin olunmamış və hakim bir prosesin nəticəsi əsasında tez-tələsik qərar çıxarmışdır. Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətini bu əsasla mümkün saymamışdır ki, guya iddiaçı, şikayət müddətini buraxmışdır. Əslində isə belə deyil. Belə ki, iddiaçı, apelyasiya şikayətini poçta xx.xx.2019-cu ildə yox, xx.xx.2019-cu ildə vermişdir və bunu sübut edən, üzərində "xx.xx.2019" tarixli poçt ştempeli olan poçt qəbzinin əsli hazırkı şikayətə əlavə edilir. Bakı Apelyasiya Məhkəməsinin qərardadında guya iddiaçının apelyasiya şikayətini poçta xx.xx.2019-cu ildə təqdim etməyinin göstərilməsi qeyri-qanuni xarakter daşıyır. Məhkəmə bu hala düzgün qiymət verə bilməmişdir. Kassasiya şikayətində bildirilir ki, xx.xx.2019-cu il tarixli qərardad iddiaçıya poçt vasitəsi ilə xx.xx.2 019-cu ildə çatdırılmışdır və bunu sübut edən poçt zərfi şikayətə əlavə edilir. İPM-nin 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İPM-nin 22.2-ci maddəsinə əsasən, "Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur". MPM-nin 128.3-cü maddəsinə görə, günlərlə hesablanan prosessual müddətin axımı hadisənin baş verməsindən sonrakı gündən başlanır. Deməli, qərardaddan şikayət verilməsi üçün müəyyən olunmuş 10 günlük müddət xx.xx.2019-cu ildən hesablanmalıdır ki, bu halda müddət xx.xx.2019-cu ildə bitir. Göstərilənlər nəzərə alınmaqla, o, qərardaddan şikayəti xx.xx.2019- cu ildə poçt vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə göndərir. MPM-nin 129.3-cü maddəsinə əsasən, "Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kasasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur”. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-2502/2019 saylı qərardadını ləğv edərək, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(81)-1656/2019 saylı qərarından verdiyi apelyasiya şikayətinə yenidən baxılması üçün işi Bakı Apelyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessua l Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağını bildirmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2502/2019 saylı qərardadla, iddiaçınınbirinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından verdiyi apelyasiya şikayətinin mümkün sayılmaması, apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 22.1, 85.1, 87.2, 87.3-cü maddə lərinə istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati-İqtisadi məhkəmə vasitəsilə verilir. İş materiallarından göründüyü kimi, məhkəmə qərarı xx.xx.2019-cu il tarixdə rəsmi qaydada iddiaçıya təqdim olunmuşdur (iş vərəqi-62). Apelyasiya şikayətində isə iddiaçı məhkəmə qərarının xx.xx.2019-cu il tarixdə ona təqdim olunduğunu qeyd etmişdir (i.v-66). İPM-in 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim e dilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, iş üzrə qərardan apelyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2019-cu il tarixdə, iş günündə başa çatmışdır. Lakin işdən görünür ki, xx.xx.2019-cu il tarixli apelyasiya şikayəti xx.xx.2019-cu il tarixdə poçta verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən 1 gün buraxılmışdır. Apelyasiya şikayəti vermə müddəti, xx.xx.2019-cu il tarixdən hesablandıqda isə, xx.xx.2019-cu il tarixdə, iş günündə başa çatmış, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən 3 gün buraxılmış olmuşdur. İPM-in 87.2-ci maddəsinə müvafiq olaraq, apelyasiya instansiyası məhkəməsi apel yasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə görə apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2502/2019 saylı qərardadı
Məhkəmə qərarları › İş №2-1(102)-432/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-432/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver