Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-432/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( torpaq sahəsinə çıxarışın verilməsi, iddianın mümkün sayılmaması, preyudisiallıq. ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsin ə qarşı “Oğuz rayon Baş Daşağıl kəndinin Malıx yaşayış sahəsində yerləşən evə və həmin evin yerləşdiyi 0,32 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 21(107)-466/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Baş Daşağıl kəndində yerləşən, iddiaçı və ailə üzvlərinin qanuni istifadələrində olan 0,12 ha həyətyanı torpaq sahəsinə onun və ailə üzvlərinin adına 03 aprel 2006-cı il tarixli, JN-233A say lı şəhadətnamə verilmişdir.
2. İddiaçının bildirdiyinə görə, Baş Daşağıl kolxozu tərəfindən Oğuz rayonu Baş Daşağıl kəndinin ərazisi olan Malıx yaşayış sahəsindən iddiaçıya və ailə üzvlərinə fərdi yaşayış evi əmlak payı kimi verilmişdir. Bundan başqa, Baş Daşağıl kəndində torpaq islahatı aparılan zaman həmin evin yerləşdiyi 0,32 ha həyətyanı torpaq sahəsi də iddiaçının adına yazılmışdır. Eyni zamanda, həmin torpaq sahəsi zəbt kimi onların pay torpağından çıxılmışdır.
3. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, Oğuz rayonu Baş Daşağıl kəndində torpaq islahatı aparılarkən kənd yaşayış məntəqəsi ərazisində yerləşən, əmlak payı kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş fərdi yaşayış evinin yerləşdiyi 0,32 ha torpaq sahəsinin dövlət reyestrində adına qeydiyyata alınmasını xah iş etmişdir.
4. Cavabdeh iddiaçıya ünvanladığı 06.08.2021-ci il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları təsdiq olunmuş Əsasnaməyə əsasən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təqdim olunan mülkiyyət hüququna dair sənədlərə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparır. Müraciətdə iddiaçının qaldırdığı məsələ ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir.
5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2019-cu il tarixli, 2-1(84)-941/2019 nömrəli qərarının surətinə görə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayonu Baş Daşağıl kəndinin Mal ıx yaşayış sahəsində yerləşən, ona məxsus evə və həmin evin yerləşdiyi 0,32 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən onun iddiası təmin olunmamışdır. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2019-cu il tarixli, 21(107)-511/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraa t
6. İddiaçı Oğuz rayon Baş Daşağıl kəndinin Malıx yaşayış sahəsində yerləşən evə və həmin evin yerləşdiyi 0,32 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) müraciət etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz rayon Baş Daşağıl kəndinin ərazisi olan Malıx yaşayış sahəsindən Baş Daşağıl kolxozu tərəfindən iddiaçıya və ailə üzvlərinə fərdi yaşayış evi əmlak payı kimi verilmişdir. İddiaçı 1992-ci ildən hal-hazıradək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Baş Daşağıl kəndində islahat aparılan zaman həmin evin dəyəri əmlak payından çıxılmaqla ona əmlakdan pay haqqının verilməsi barədə 32 nömrəli akt tərtib olunmuşdur. İddiaçı qeyd edir ki, həmin ev Baş Daşağıl kəndindən təxminən 30-40 km məsafədə yerləşən maldarlıq fermasının ərazisində Daşağıl kolxozu tərəfindən tikilmiş evdir. Baş Daşağıl kəndində torpaq islahatı aparılan zaman həmin evin yerləşdiyi 0,32 ha həyətyanı torpaq sahəsi də iddiaçının adına yazılmışdır. Eyni zamanda həmin torpaq sahəsi zəbt kimi onların pay torpaqlarından çıxılmışdır. Bundan başqa, Baş Daşağıl kəndində yerləşən, iddiaçı və ailə üzvlərinin qanuni istifadələrində olan 0,12 ha həyətyanı torpaq sahəsinə onun və ailə üzvlərinin adına 03 aprel 2006-cı il tarixli JN-233A saylı şəhadətnamə verilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, Oğuz rayonu Baş Daşağıl kəndində torpaq isla hatı aparılarkən kənd yaşayış məntəqəsi ərazisində yerləşən, əmlak payı kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş fərdi yaşayış evinin yerləşdiyi 0,32 ha torpaq sahəsinin dövlət reyestrində adına qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
8. Şəki İnzibаti Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1389/2021 saylı qərardadı (hakim Fərid İsmayılzadə) ilə iddiaçının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndinin Malıx yaşayış sahəsində yerləşən evə və həmin evin yerləşdiyi 0,32 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası mümkün sayılmamışdır.
9. Məhkəmə hesab etmişdir ki, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxıldığından və iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan, hazırkı hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan, onlar eyni iddia tələbini eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər. 10. etmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş Apelyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2021-ci il tarixli, 2-1(107)-466/2021 nöm rəli (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Ayaz Mahmudov ) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2-1(116)-1389/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı əvvəllər də analoji iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin onun tələbi təmin edilməmiş, iddiaçı tərəfindən verilən apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəyə minmişdir. Qərar qüvvəyə mindikdən sonra, hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu 10.09.2021-ci il tarixədək iddiaçını n tələbinə dair faktiki və hüquqi hallarla bağlı dəyişikliyin olması (yəni iddia tələbində qeyd edilən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,32 ha torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olması) iş materiallarına əsasən müəyyən edilməmişdir. Artıq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş tələbin bu və ya digər şəkildə dəyişdirilərək, müxtəlif tərzdə ifadə və formulə edilərək, son nəticədə eyni tələbi ehtiva edən iddia qismində irəli sürülməsi yolverilməzdir.
13. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
14. İddi a ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində qeyd olunmuşdur ki, işə baxarkən məhkəmə kollegiyası işin hərtərəfli və ədalətli araşdırılması üçün lazımı şərait yaratmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozunt usuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, məzmun və mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinin dəlillərinə uyğundur.
22. Bununla bağlı qeyd edlməlidir ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Həmin hüqu qi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
24. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır.
25. İddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən, həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Hazırki mübahisəyə münasibətdə iddianın mümkün sayılmamasını şərtləndirən səbəb, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur hüquqi baxımdan etibarlıdır, yəni qüvvəsini saxlamaqdadır.
26. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2019-cu il tarixli, 2-1(84)-941/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz ra yonu Baş Daşağıl kəndinin Malıx yaşayış sahəsində yerləşən, ona məxsus evə və həmin evin yerləşdiyi 0,32 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2019-cu il tarixli, 2-1(107)511/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən Şəki Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır.
27. Göründüyü kimi, iddiaçı əvvəllər də analoji iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin on un iddia tələbi təmin edilməmiş və həmin tələblə bağlı qərar qanuni qüvvəyə minmişdir. Nəzərə almaq lazımdır ki, yeni iddianın qaldırıldığı 10.09.2021-ci il tarixədək iddiaçının tələbinin faktiki və hüquqi əsasları ilə bağlı hər hansı dəyişikliyin baş verməsi (iddia tələbində qeyd edilən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,32 ha torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədləri əldə etməsi) iş üzrə materiallardan müəyyən edilməmişdir.
28. Bu qərarın 16-ci bəndində istinad olunan normaya görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə istinadən, Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkün olduğu müddəaları baxımından, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
30. Bu qərarın 17-ci bəndində istinad olunan “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə olunmuş hüquqi mövqey ə görə, mübahisə predmeti haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi üçün əsasdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddiaların əsaslılığına baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
32. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddianın mümkün sayılmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür.
33. Beləliklə, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlan ılmalıdır.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2021-ci il tarixli 21(107)-466/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.