Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-432/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədiyi üçün tətbiq edilmiş cərimənin götürülməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1993-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" BOKT MMC) “mü vafiq siyahıya daxil edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-3440/2022 nömrəli qərardadından üçüncü şəxs "xxxx" BOKT MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 15 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, müvafiq fərman çərçivəsində adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: X4) xx.xx.2021-ci il tarixli, 2-1(112)10453/2 021 nömrəli qərardadı ilə "xxxx" BOKT MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli, 2-1(112)-2499/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və onunla "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CATov120943/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə 865,51 manat və xx.xx.2015-ci il tarixə 141,38 manat olmaqla, ümumilikdə 1.006,89 (bir min altı manat, səksən doqquz qəpik) manat kompensasiyanı n hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli, 2-1(112)-2499/2022 nömrəli qərardadı ilə "xxxx" BOKT MMC 2000 (iki min) manat miqdarında cərimə olunmuş və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
5. Üçüncü şəxs "xxxx" BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək cərimənin götürülməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, üçüncü şəxsin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edərək sorğunun cavablarını təqdim etmişdir, lakin sənədlər qəbul edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli, 2-1(112)-2499/2022 nömrəli qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş “cərimənin götürülməsi barədə” ərizə təmin edilməmişdir.
8. Birinc i instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs cərimənin götürülməsini xahiş etsə də, cərimənin qoyulmasına əsas olmuş halları, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq məhkəmə tərəfindən 4 dəfə sorğu göndərilməsinə baxmayaraq, həmin sübutların (məlumatların) məhkəməyə üzrsüz səbəbdən təqdim edilməməsini (və ya bunun mümkünsüzlüyü barədə məlumatın verilməməsini) təkzib edəcək hər hansı sübuta istinad etməmiş, cərimənin qoyulmasına dair qərardadın qəbul olunduğu gün, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında həmin sübutların (məlumatların) nümayəndə tərəfin təqdim edildiyini, lakin qəbul edilmədiyini bilmişdir. Əvvəla, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etməmişdir. Üçüncü şəxsin nümayəndəsi verilmiş suallara cavab olaraq da, ərizədə yazdığının əksinə olaraq, məhkəmə iclasına gecikdiyi üçün həmin iclasda iştirak etmədiyini bildirmişdir. İkincisi, ərizədə hakim tərəfindən həmin sübutların (məlumatların) qəbul edilmədiyi göstərilmişdir ki, nümayəndə məhkəmə iclasında iştirak etdiyi halda həmin sənədləri hakimə təqdim edə bilərdi, lakin yuxarıdakı abzasda qeyd edildiyi kimi nümayəndə məhkəmə iclasında iştirak etməmişdir ki, sənədləri də təqdim etsin. Həmçinin, üçüncü şəxsin nümayəndəsinin həmin sənədləri məhkəmənin dəftərxanası və ya poçt vasitəsilə məhkəməyə təqdim etmək imkanı olsa da, bundan istifadə etməmişdir. Sorğuya əsasən tələb olunan sənədlər yalnız, hazırkı “cərimənin götürülməsi barədə” ərizəyə əlavə edilməklə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
9. Üçüncü şəxs "xxxx" BOKT MMC 1 sentyabr 2022-ci il tarixli qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X3) 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-3440/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Üçüncü şəxs "xxxx" BOKT MMC həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən "xxxx" BOKT MMC-yə sorğu daxil olarkən, dəfələrlə məhkəməyə məlumat verilmişdir ki, müvafiq sənədlər axtarılır. Bundan sonra, "xxxx" BOKT MMC tərəfindən həmin sənədlər tapılaraq, Bakı İnzibati məhkəməsinə poçt vasitəsi ilə göndərilmişdir. Lakin məhkəmə iclası zamanı hakim Həmid Ağalarov tərəfindən bu kimi hal nəzərə alınmamışdır. Buna baxmayaraq, MMC tərəfindən məhkəmə iclası zamanı yenidən həmin sənədlər təqdim edilmişdir. Hakim sənədləri qəbul etməkdən imtina etmişdir. Həmin gün günün sonu olduğu üçün, məhkəmə dəftərxanası bağlı olmuş və sənədlərin dəftərxanaya verilməsini qeyri-mümkün olmuşdur. Növbəti gün isə məlum olmuşdur ki, hakim tərəfindən təşkilata cərimə tədbiq edilmişdir. Qeyd edilm əlidir ki, həmin iş üzrə hakim tərəfindən şəxsi münasibət məsələsi olduğu üçün, yuxarıda qeyd olunanları edərək, cəriməni tədbiq etmişdir. Bakı Apellyasiya Məhkəməsində məhkəmədən xahiş olunmuşdur ki, birinci instansiya məhkəməsinin iclasının video çəkilişini açsınlar və baxsınlar. Lakin hakim tərəfindən məlum olan səbəblərə görə imtina olunmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclası zamanı nümayəndə tərəfindən bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarov tərəfindən məhkəmə iclası zamanı həmin sorğuya verilən cavabın qəbul edilməsindən imtina olunmuşdur və məhkəmə iclası qərardadda qeyd olunduğu kimi 14:40 - 14:45-ə qədər yox, axşam saat 17:30 radələrində keçirilmişdir. Halbuki, məhkəmə iclasının cəmi 5 dəqiqə aparılması mümkün deyil. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclası zamanı məhkəmədən xahiş olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin məhkəmə iclasının video görüntüsünü əldə etsinlər. Həmin video görüntülərdə bütün məsələ bəlli olacaqdı. Lakin həmin video görüntülərin araşdırılması va baxılmasından imtina edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Tərəflər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Prosessual Məcəllə Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması... 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. 78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Maddə
126. Məhkəmə cərimələrinin qoyulması 126.1. Məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. 126.2. İşin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur. 126.3. Cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin işə tikilir. 126.4. C ərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir. Maddə
127. Cərimənin götürülməsi və ya azaldılması 127.1. Üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. 127.2. Bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur. 127.3. Cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsass ızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 1
8. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi məhkəmə tərəfindən qoyulmuş cərimənin götürülməsi ba rədə ərizə ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, inzibati işin araşdırılmış hallarından bəlli olduğu kimi iddiaçının tələbi müvafiq fərman çərçivəsində adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərb aycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi ilə bağlıdır. Cavabdehin də imtina və etirazının əsası kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində MKR-ə heç bir məlumatın daxil edilməməsi ilə bağlıdır. Belə olan halda, yeganə sübutedici sənədlər kredit təşkilatında saxlanılan sənədlərdir.
24. İşin halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi 2-1(112)10453/2021 saylı xx.xx.2021-ci il tarixli, 2-1(112)-2499/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(112)- 2499/2022 saylı xx.xx.2022-ci il tarixli sorğuları ilə İddiaçı ilə "xxxx" BOKT MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış Catov120943/14 №- li, 5090 ABŞ dolları dəyərində kredit müqavilənin əsli təqdim olunmaqla, müqavilə üzrə əsas kredit borclarını əks etdirən ssuda hesablanan çıxarışın, baş ve rmiş devalvasiya günlərinə (xx.xx.2015-ci il tarixinə günün əvvəlinə və xx.xx.2015-ci il tarixinə günün əvvəlinə) və hazırkı günə əsas kredit borcu qalıq məbləği barədə müvafiq arayışın 05 gün müddətində Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi iş üzrə üçüncü şəxs "xxxx" BOKT MMC-dən tələb edilmişdir.
25. Birinci instansiya məhkəməsi 2-1(112)-2499/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə (poçt qəbzinə əsasən xx.xx.2022-ci il tarixdə çatdırılmışdır), sonuncu (sayca dördüncü) dəfə yuxarıda qeyd edilən məlumatlar və sənədlərin xx.xx.2022-ci il tarixli məhkəmə iclasınadək məhkəməyə təqdim edilməsi üçüncü şəxs "xxxx" BOKT MMC-dən tələb edilmiş və prosessual qanunvericiliyin tələbləri izah olunaraq təqdim edilmədiyi təqdirdə cərimə olunacağı barədə xəbərdar edilmişdir. Lakin həmin məhkə mə iclasınadək sorğuya cavab olaraq müvafiq sübutlar (məlumatlar) məhkəməyə təqdim edilməmiş, eləcə də təqdim edilməsinin mümkünsüzlüyü barədə məlumat verilməmişdir.
26. Beləliklə, işin aqibəti məhz üçüncü şəxs tərəfindən təqdim edilən sübutlardan asılı olduğundan, qeyd edilən sübutlar isə heç bir üzürlü səbəb olmadan dəfələrlə rəsmi formada tələb edilməsinə baxmayaraq təqdim edilmədiyindən, bununla da 9 aydan artıq müddətdə məhkəmə prosesinin davam etməsinə səbəb olduğundan, həmçinin, üçüncü şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq məhkəmə tərəfindən 4 dəfə sorğu göndərilməsinə baxmayaraq, həmin sübutların (məlumatların) məhkəməyə üzrsüz səbəbdən təqdim edilməməsini (və ya bunun mümkünsüzlüyü barədə məlumatın verilməməsini) təkzib edəcək hər hansı sübuta istinad etmədiyindən, apellyasiya instansiyası məhkəməsi cərimənin tətbiq edilməsi barədə qərardadı dəyişdirmədən saxlamaqda haqlı olmuşdur.
27. Həmçinin, üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan məhkəmə iclas protokolundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etməmişdir.
28. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" BOKT MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-3440/2022 nömrəli qərardadı dəyişdirilməd