Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-432/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1958) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev ş əhərində məktəblərdə işlədiyi illərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-ci il tarixli, 2-1(104)-650/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil almış, xx.xx.1978-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Bərdə şəhərində, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixdən Ukraynada Ukrayna azərbaycanlıları X3 Təşkilatının nəzdində yaradılan kurslarda, xx.xx.2011-ci il tarixdən Kiyev şəhərindəki işləmişdir.
2. İddiaçıya xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin və 1975-1978-ci illərdə X2 təhsil aldığı illərin sığorta stajına daxil edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanaraq təhsil illəri nəzərə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin və 1975-1978-ci illərdə X2 təhsil aldığı illəri n sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması barədə qərar çıxarılması”nı xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 3 uşağa görə pensiya təyin edilmişdir. İddiaçı 2022-ci ilin aprelində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət - Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2007 -ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində işlədiyi müddətlərin və 1975-1978-ci illərdə X2 təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması haqqında ərizə ilə müraciət etmişdir. Lakin sonuncu ərizəyə hərəkətsizlik edərək cavab verməmişdir. İddiaçı xx.xx.2007-ci il tarixdən Ukraynada Ukrayna azərbaycanlıları X3 Təşkilatın ın nəzdində yaradılan kurslarda Azərbaycan dili müəllimi, xx.xx.2009-cu il tarixdən yenə də Kiyev şəhərindəki 37,135,188, 209 və 247 saylı məktəblərdə Azərbaycan dili müəllimi təyin edilmiş, Kiyev şəhərində yaşayan 300 nəfərə yaxın azərbaycanlı uşaqlarına Azərbaycanın mədəniyyət tarixini, adət- ənənələrini, milli bayramlarını, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycan mədəni irsini öyrənmələrinə dərindən yardım etmiş, Azərbaycanın məşhur elm xadimlərini, məşhur musiqiçilərini, siyasətçilərini, sairlərini və s. azərbaycanlı uşaqlara təlqin etməklə yanaşı, Ukraynada yaşayan digər millətlərin uşaqlarının da nəzərlərinə çatdırmışdır. Bundan başqa, iddiaçının həyat yoldaşı X5 2002-2006-cı illərdə Ukrayna Respublikasındakı Azərbaycan Səfirliyinə işləməyə ezam edilmiş və iddiaçı da onun həyat yoldaşı kimi həmin vaxtdan digər ailə üzvləri ilə birlikdə Kiyev şəhərində yaşamışdır. İddiaçı Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi nəticəsində Ukraynadan qayıdaraq müvəqqəti olaraq Bərdə şəhərində məskunlaşmışdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Ukrayna Respublikasında isə daimi yaşayış hüququna malikdir. Ona mart 2009-cu il tarixdən pensiya təyin edilərkən 1975 və 1978-ci illərdə X2 təhsil aldığı müddətlər də sosial sığorta stajına daxil edilməmişdir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi birbaşa qanunvericilikdə nəzərdə tutulur.
6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Sosial ödənişlərin tə yinatı üzrə mərkəzi filialına əyani təhsil illərinin və əmək kitabçasında qeyd olunan dövrlərin sığorta stajına əlavə olunaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi ilə müraciət etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cavab məktubunda iddiaçının əyani təhsil illəri (xx.xx.1975- xx.xx.1978) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 2 ay siğorta stajına uyğun olaraq 274,18 manat pensiya təyin edilməsi və keçmiş dövr üzrə yaranmış fərq məbləği iddiaçının cari pensiyasına əlavə edilərək ödəniləcəyi qeyd olunmuşdur. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiya sı hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri siğor ta stajına daxil edilir. Hər iki normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensi ya, müavinət) almaq hüququ yoxdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi sərt kimi nəzərdə tutulmuşdur. İddiaçının 2006-cı il tarixdən əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də "X1 Sistemi"nin Sığorta Alt Sisteminin X4 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tə ləblərinə uyğun deyil. Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək siğortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pens iyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyə n edilir. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay Sözügedən Qanunun 10.3- cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığ orta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunanları nəzərə alaraq iddiaçının yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli q ərardadı ilə iddia “19751978- ci illərdə X2 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır.
8. Gəncə İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(114)-140/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia qismən təmin edilmiş, iddiaçının 2011-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək Ukrayna Respublikasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Ukrayna azərbaycanlıları X3 Təşkilatının nəzdində yaradılan kurslarda işləməsi ilə bağlı yalnız əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçasındakı h əmin qeydlər Azərbaycan dilində tərtib edilməklə Ukrayna dilində tərtib olunmuş möhür ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı cədvəllərində isə onun 2011-ci ilin sentyabr ayından etibarən əmək haqqı alması əks olunmuşdur. Belə olan halda, iddia “xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi” hissəsində təmin oluna bilməz. Digər tərəfdən, iddiaçının 2011-ci ilin sentyabr ayından etibarən Ukrayna Respublikasında işləyərkən aldığı əmək haqqından Ukrayna Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər edildiyindən Sazişə əsasən o, Ukrayna Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınmasını tələb edə bilər. İddiaçının həmin dövrdə qa zandığı əmək haqqından məhz Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına məcburi sosial sığorta ayırmalarını ödəməməsi vəziyyəti dəyişmir. Çünki Sazişin istinad olunan müddəalarına, eləcə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq iddiaçının halı ümumi qaydadan istisnanı təşkil edir. Buna görə iddiaçı Ukraynada sosial sığorta haqqı ödəməklə işlədiyi dövrün ona Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınmasını tələb edə bilər.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-ci il tarixli, 2-1(104)-650/2023 nö mrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2011-ci ilin sentyabr ayından 2022-ci ilə kimi əmək haqqı almışdır. Bu dövr ərzində iddiaçının aldığı əmək haqqından Ukrayna Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər edildiyindən “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və s osial müdafiəsi haqqında Sazişə əsasən iddiaçının, Ukrayna Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının ona əmək pensiyasının hesablanmasında nəzərə alınması qanunvericiliyin tələblərinə uyğundur.
13. Öz mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 3.1, 21.1, 23.1-ci maddələrinə, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Sazişə istinad etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 2006-cı il tarixdən əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də “X1 Sistemi”nin Sığorta Alt Sisteminin X4 Statistika 2 keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Xüsusilə qeyd edilməlidir ki. İddiaçının cavabdeh orqana ona təyin edilmiş əmək pensiyasının təyin edilmə si barədə müraciəti xx.xx.2022-ci il tarixdə olmuşdur. Bununla belə isə baxan birinci instansiya məhkəməsi 2022-ci ilin noyabr ayınadək iddiaçının işlədiyi illərin sosial sığorta stajına əlavə edilərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyini cavabdeh orqanın üzərinə qoymuş, apellyasiya instansiyası məhkəməsi isə qərarı dəyişdirilmədən saxlamışdır. Halbuki, iddiaçının müraciət etdiyi tarixdən sonrakı illərin onun sosial sığorta stajına əlavə edilməsi qanunsuzdur. Belə ki, iddiaçının həmin tələbi üzrə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmamış və həmin hissədə müraciətə imtina edilməmişdir.
16. Kassator apellyasiya məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 21.1-ci maddələrinin pozulmasını qeyd etmişdir 1
7. Cavabdeh həmçinin Ali Məhkəməyə kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Ukrayna Respublikasının Pensiya Fonduna iddiaçıya əmək pensiyasının təyin edilib-edilməməsi barədə məlumatların təqdim edilməsinə dair sorğu göndərilmişdir. Ukrayna respublikasının Pensiya Fondunun 2600-0207-8/206264 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda iddiaçıya Ukrayna qanunvericiliyinə əsasən xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edildiyi qeyd edilmişdir. “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Höküməti arasında təqaüd təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinə əsasən, təqaüdçü Tərəflərdən birinin ərazisindən digər Tərəfin ərazisinə köçdükdə əvvəlki yaşayış yerində təqaüd ödənişi köçmə tarixindən sonra gələn ayın 1-dən dayandırılır. G öründüyü kimi, iddiaçının xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikasında və xx.xx.2014-cü il tarixdən Ukrayna Respublikasından yaşa görə əmək pensiyası həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin tərəflər arasında bağlanmış Sazişin müddəalarına ziddir. İddiaçının hər iki ölkədən yaşa görə əmək pensiyası alması özlüyündə qanunsuz olmaqla bərabər, onun sosial sığorta stajına əlavə edilməsini xahiş etdiyin illərində hər iki ölkə tərəfindən qəbul edilməsi də qanunsuzdur. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən Ukrayna Respublikasında yaşa görə əmək pensiyası təyin edildiyindən və hazıradək ödənildiyindən, həmin ərazidə işlədiyi illərin onun sosial sığorta stajına əlavə edilməsi tələbi ilə Ukrayna Respublikasının Pensiya Fonduna müra ciət etmək hüququ vardır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Höküməti arasında təqaüd təminatı sahəsində əməkdaşlıq haqqında” Saziş Maddə
6. Təqaüdçü Tərəflərdən birinin ərazisindən digər Tərəfin ərazisinə köçdükdə əvvəlki yaşayış yerində təqaüd ödənişi köçmə tarixindən sonra gələn ayın 1-dən dayandırılır. Yeni yaşayış yeri üzrə təqaüdçüyə əvvəlki yaşayış yeri üzrə təqaüd ödənişi dayandırılan aydan sonra gələn aydan, lakin yeni yaşayış yeri əldə edilən və ya qeydiyyata götürülən ayadək 6 aydan artıq olmamaqla, təyin edilir. Təqaüdçünün yeni yaşayış yeri olan Tərəfin qanunvericiliyində nəzərdə tutulmayan əsaslarla təqaüd təyin olunduğu halda, t əqaüd ödənişi təqaüdçünün köçüb gəldiyi Tərəfdən davam etdirilir. Bu zaman təqaüdün ödənişi təqaüd verilməsi üçün vəsaitin daxil olduğu günə Milli Bankın rəsmi müəyyən etdiyi valyuta kursuna müvafiq olaraq təqaüdçünün gəldiyi Tərəfin milli valyutası ilə aparılır.
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hiss əsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
24. İşin araşdırılmış hallarına əsasən, iddiaçı xx.xx.1978-ci i l tarixdən xx.xx.2007-ci il tarixədək Bərdə şəhərində, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixdən Ukraynada Ukrayna azərbaycanlıları X3 Təşkilatının nəzdində yaradılan kurslarda, xx.xx.2011-ci il tarixdən isə Kiyev şəhərindəki işləmişdir.
25. Hazırkı işdə iddiaçının hüquqi marağı onun Ukrayna Respublikasında işlədiyi illəri sosial sığorta stajına daxil edilməsi və təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır.
26. Apellyasiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2011-ci ilin sentyabr ayından 2022-ci ilə kimi əmək haqqı almış və bu dövr ərzində iddiaçının aldığı əmək haqqından Ukrayna Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər edildiy indən “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Sazişə əsasən iddiaçının, Ukrayna Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının ona əmək pensiyasının hesablanmasında nəzərə alınması qanunvericiliyin tələblərinə uyğundur.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.
28. Belə ki, apellyasiya məhkəməsinin istinad etdiyi Sazişin 6-cı maddəsinə əsasən təqaüdçü Tərəflər dən birinin ərazisindən digər Tərəfin ərazisinə köçdükdə əvvəlki yaşayış yerində təqaüd ödənişi köçmə tarixindən sonra gələn ayın 1-dən dayandırılır.
29. Lakin apellyasiya məhkəməsi tərəfindən iddiaçıya Ukrayna Respublikasında əmək pensiyasının təyin olunub-olunmaması, təyin olunduğu halda isə, hal-hazıradək ödənişlərin edilib-edilməməsi istiqamətində araşdırma aparılmamışdır.
30. Halbuki, belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.
32. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsin i xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.
33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(104)-650/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.