Məhkəmə qərarları › İş №2-1(102)-4327/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4327/2025

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4327/2025 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iş üzrə Q Ə R A R D A DI Açar sözlər: güzəştli mənzil növbəsinə götürülmə, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınma tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı ##.##.1965-ci ildə doğulmuşdur.

2. Sabirabad rayon Icra Hakimiyyətinin ** saylı, ##.##.2019-cu il tarixli sərəncamı ilə iddiaçı 3-cü qrup Qarabağ müharibəsi əlili kimi ##.##.2019-cu ildən birinci növbəli mənzil növbəsindədir.

3. Yaşayış yeri üzrə qeydiyyat haqqında Daxili Işlər Nazirliyinin arayışlarından görünür ki, iddiaçı İddiaçı, ailə üzvləri X5, X1 və X4 yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadırlar. Qeydiyyat ## #### 2024-cü il tarixdə aparılmışdır.

4. ##.##.2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən, iddiaçı və ailə üzvlərinin qeydiyyatda olduğu ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ ilə X3 adının dövlət qeydiyyatına alınmışdır.

5. Iddiaçı cavabdehə müraciət edərək müharibə əlili kimi Sabirabad rayonunda olan növbəsinin Bakı şəhəri Cavabdeh köçülməsini xahiş etmiş, cavabdeh iddiaçını güzəştli mənzil siyahısına daxil edilməsindən imtina etmişdir.

6. Iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iddia qaldıraraq iddiaçının Sabirabad rayon Icra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli sərəncamına əsasən 3-cü dərəcə müharibə əlili olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməyi nəzərə alınmaqla ##.##.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 4 nəfər (özü, həyat yoldaşı, oğlu və gəlini) ailə üzvlərilə birlikdə daxil edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Bakı Inzibati Məhkəməsinin (hakim X6) *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər X10-məruzəçi, X8 və X9) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-c il tarixli, *-*(***)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tətbiq edilən qanunvericilik aktlarının tələblərindən məlum olur ki, yerli icra hakimiyyəti orqanları qanunla müəyyən edilmiş tələblərə uyğun olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını, mənzil növbəsi siyahısına daxil edilməsini həyata keçirməlidir. Işin hallarından görünür ki, Sabirabad rayon Icra Hakimiyyətinin ** saylı, ##.##.2019-cu il tarixli sərəncamı və ona əsas olan sənədlər Bakı şəhər Cavabdeh köçürülməmiş, həmçinin, həmin sərəncam hazırda qüvvədədir. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna Sabirabad rayon Icra Hakimiyyəti ##.##.2025-ci il tarixli məktubunda bildirmişdir ki, Sabirabad rayon Cəngan kənd sakini İddiaçı Sabirabad rayon Icra Hakimiyyətinin ** saylı, ##.##.2019-cu il tarixli sərəncamına əsasən 3-cü qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürülüb və hazırda sözügedən sərəncam qüvvədədir. Eyni zamanda məlum edirik ki, İddiaçı Bakı şəhər Cavabdeh mənzil növbəsinə götürülməsi ilə bağlı Sabirabad rayon Icra Hakimiyyəti ilə Bakı şəhəri Cavabdeh arasında hər hansı bir yazışma aparılmamışdır.

11. Iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

13. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

14. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

15. Kassasiya şikayətində Mənzil Məcəlləsinin vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsaslarını tənzimləyən 50ci maddəsinə və yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınmasını müəyyən edən 51-ci maddəsinə istinad edilmişdir.

16. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmayaraq bildirir ki, iddiaçının mövqeyi qanunvericiliyin tələbinə ziddir.

17. Belə ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə

22. ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Qaydalara əsasən respublikanın rəhbər orqanlarının qərarı ilə başqa yerə işə keçirilən işçilər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna həmin yaşayış məntəqəsində yaşamaq müddətindən asılı olmayaraq, hər bir ayrı halda rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə götürülə bilərlər.

18. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının ## ##### 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır.

19. Həmin Qaydaların 8-ci bəndinə əsasən isə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.

20. Məhkəmə kollegiyası Qaydaların yuxarıda qeyd edilən müddəalarına əsaslanaraq bildirir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı Bakı şəhərində (Yasamal rayonunda) 2024-cü ildən qeydiyyata düşmüşdür. Həmin vaxtadək isə Sabirabad rayonunda qeydiyyatda olmuş və orada mənzil növbəsinə götürülmüşdür. Beləliklə, göründüyü kimi iddiaçı barəsində imperativ tələblə bağlı müddəa -Bakı şəhərində pasport qeydiyyatında yeddi il yaşaması müəyyən edilmədiyindən onun iddia tələbi təmin edilə bilməz.

21. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına əsas olan halları müəyyən etməlidir. Iddiaçının yaşadığı ünvanı tərk edərək, başqa şəhərə köçüb, həmin şəhərdə yaşayış yeri üzrə qeydiyyata düşməsi onun Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən işlər üzrə müəyyən edilir ki, (hazırkı işdə də olduğu kimi) iddiaçı əvvəlki yaşadığı rayon icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdadır, həmin uçot hazırda qüvvədədir və ləğv edilməmişdir. Şəxsin eyni vaxtda iki fərqli ünvan üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi mənzil qanunvericiliyində nəzərdə tutulmamışdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarları). Həmçinin mənzilin yerləşmə yerinin seçilməsi müvafiq sahədəki idarəçiliyi həyata keçirən orqanların diskresion səlahiyyətinə aiddir. Nəzərə almaq lazımdır ki, dövlətin sosial dövlət prinsipindən irəli gələn müəyyən kateqoriyaya aid şəxsləri mənzillə təmin etmək öhdəliyinin icrası sosial ədalətin təmin edilməsi məqsədinə yönəlsə də, dövlətin maliyyə imkanları ilə sıx bağlı olan məsələdir. Bu zaman məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsinin qarşısı alınmalıdır. Odur ki, müvafiq sahədəki idarəçiliyi həyata keçirən orqanlar konkret şəraitdə mənzil təminatı məsələsini həll edərkən diskresion səlahiyyətlərə malik olurlar. Buna görə də, hazırkı halda məhkəmə yalnız iddiaçının mənzillə təmin edilməli olub-olmaması məsələsini qiymətləndirə bilər. Məhkəmə iddiaçının mənzillə təmin edilməli olması ilə bağlı müsbət nəticəyə gəldikdə, həmin məhkəmə qərarının icrası zamanı mənzilin yerləşmə yerinin seçilməsi inzibati orqanın diskresion səlahiyyətləri çərçivəsində həllini tapacaqdır.

23. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından verdiyi kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar