Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-433/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı 52 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2452/18 saylı 25 oktyabr 2018-ci il tarix li qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı Iddiaçı 10 avqust 1976-cı il tarixdən 06 may 1980-cı ilədək 9 saylı Mincivan Yol Distansiyasında xadimə, 06 may 1980-cı ildən 27 iyun 1993-cü il tarixdək isə həmin Distansiyada yol mantyoru, 08 noyabr 1993-cü il tarixdən 24 may 2015-ci il tarixədək Bakı Şin Zavodunda avtokamer sexində üçüncü dərəcəli avtokamer calayıcısı işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh **/**-*** saylı 21.02.2018-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, 9 saylı Mincivan Yol Distansiyasının və 6 saylı müəssisənin sənəd ləri Dövlət Arxivinə təhvil verilmədiyindən və “X” ASC-nin əmək haqqı ödəniş cədvəllərini və əmr kitablarını təqdim edə bilməməsi səbəbindən həmin illərin sosial sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. 25.10.1994-cü il taixdən 24.02.2015-ci il tarixədək iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlər sosial sığorta stajına daxil edilmir. 01.0.2006-cı il tarixdən 24.05.2015-ci il tarixdək işlədiyi müəssisə tərəfindən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmədiyi üçün sığorta stajı hesablanarkən 01.0.2006-cı il tarixdən 24.05.2015-ci il tarixədək olan dövr nəzərə alınmamışdır. İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək iddiaçıya 10 avqust 1976-cı il tarixdən 06 may 1980-cı ilədək 9 saylı Mincivan Yol Distansiyasında xadimə, 06 may 1980-cı ildən 27 iyun 1993-cü il tarixdək isə həmin Distansiyada yol mantyoru, 08 noyabr 1993-cü il tarixdən 24 may 2015-ci il tarixədək Bakı Şin Zavodunda avtokamer sexində üçüncü dərəcəli avtokamer calayıcısı işlədiyi dövrlər sığorta stajına daxil edilməklə, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2383/2018 saylı 25 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2452/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2383/2018 saylı 25 iyun 2018-ci il tarixli qərarı 31.05.2002-ci il tarixdən 24.05.2015-ci il tarixədək (“X” ASC-yə aid) dövrün iddiaçı Iddiaçı sığorta stajına daxil edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməmiş, qərar, iddiaçı Iddiaçı 9 saylı Mincivan Yol Distansiyasında 10 avqust 1976-cı il tarixdən 06 may 1980-cı ilədək xadimə, 06 may 1980-cı il dən 27 iyun 1993-cü il tarixdək isə yol mantyoru və Bakı Şin Zavodunda 08 noyabr 1993-cü il tarixdən 31 may 2002-ci il tarixədək avtokamer calayıcısı -peşələrində işlədiyi dövrlərin onun sığorta stajına daxil edilməklə, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması hissəsində dəyişirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2452/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı tərəfindən 10 avqust 1976 -cı il tarixdən 27 iyun 1993-cü il tarixdək və 08 noyabr 1993-cü il tarixdən 24 may 2015-ci il tarixədək dövrlərin Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə müvafiq olaraq yoxlanılması, müəssisə sənədləri barəsində heç bir məlumatın mövcud olmaması səbəbindən mümkün olmamışdır. İddiaçının təqdim etdiyi arayışlar araşıdırılarkən müəyyən edilmişdir ki, müəssisənin arxiv sənədləri Baş İdarənin Arxivinə təhvil verilməmişdir. “X” ASC-də sosial sığorta stajının qarşılıqlı yoxlanılması müəssisənin əmək haqqı ödəniş cədvəllərini və əmr kitablarını təqdim edə bilməməsi səbəbindən mümkün olmamışdı r. İddiaçı 25.10.1994-cü il taixdən 24.02.2015-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu üçün həmin dövr sosial sığorta stajına daxil edilmir. 01.01.2006-cı il tarixdən 24.05.2015-ci il tarixdək işlədiyi müəssisə tərəfindən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmədiyi üçün sığorta stajı hesablanarkən 01.10.2006-cı il tarixdən 24.05.2015-ci il tarixədək olan dövr nəzərə alınmamışdır. Kassator İPM-nin 90, 99-cu maddələrinə, MPM-nin 416, 417.1.5, 418, 419-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2452/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı ba rədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2452/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi 10 avqust 1976-cı il tarixdən 06 may 1980-cı ilədək 9 saylı Mincivan Yol Distansiyasında xadimə, 06 may 1980-cı ildən 27 iyun 1993-cü il tarixdək isə həmin Distansiyada yol mantyoru, 08 noyabr 1993-cü il tarixdən 24 may 2015-ci il tarixədək Bakı Şin Zavodunda avtokamer sexində üçüncü dərəcəli avtokamer calayıcısı işlədiyi dövrlər sığorta stajına daxil edilməklə, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2452/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2383/2018 saylı 25 iyun 2018-ci il tarixli qərarı 31.05.2002-ci il tarixdən 24.05.2015-ci il tarixədək (“X” ASC-yə aid) dövrün iddiaçı Iddiaçı sığorta stajına daxil edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməmiş, qərar, iddiaçı Iddiaçı 9 saylı Mincivan Yol Distansiyasında 10 avqust 1976-cı il tarixdən 06 may 1980-cı ilədək xadimə, 06 may 1980-cı ildən 27 iyun 1993-cü il tarixdək isə yol mantyoru və Bakı Şin Zavodunda 08 noyabr 1993-cü il tarixdən 31 may 2002-ci il tarixədək avtokamer calayıcısı -peşələrində işlədiyi dövrlərin onun sığorta stajına daxil edilməklə, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması hissəsində dəyişirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermədiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(103)-2452/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarı iddia tələbinin təmin edilmiş hisəsində (iddiaçı Iddiaçı 9 saylı Mincivan Yol Distansiyasında 10 avqust 1976-cı il tarixdən 06 may 1980-cı ilədək xadimə, 06 may 1980-cı ildən 27 iyun 1993-cü il tarixdək isə yol mantyoru və Bakı Şin Zavodunda 08 noyabr 1993-cü il tarixdən 31 may 2002-ci il tarixədək avtokamer calayıcısı -peşələrində işlədiyi dövrlərin onun sığorta stajına daxil edilməklə, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması hissəsində) yoxlanılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017 -ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar -52yaşına çatdıqda, azı 20 ilsığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin apellyasiya instansiya məhkəməsi ilə araşdırılan halları ilə müəyyən olunur ki, 10 avqust 1976-cı il tarixdən 06 may 1980-cı il tarixədək (3 il 8 ay 26 gün) 9 saylı Mincivan Yol Distansiyasında xadimə, 06 may 1980-cı ildən 27 iyun 1993-cü il tarixədə k isə (13 il 1 ay 21 gün) həmin qürumda yol mantyoru peşəsində işləmiş, 08 noyabr 1993-cü il tarixdən 24 may 2015-ci il tarixədək (21 il 6 ay 16 gün) “Bakı Şin Zavodu”nda avtokamer calayıcısı kimi çalışmışdır. Göründüyü kimi, onun 01.0.2006-cı ilədək olan dövr üzrə iş stajının 20 ildən çoxu (29 il) 01.01.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyalarını tənzimləyən qanunvericiliyin qüvvədə olduğu dövrə düşür. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azə rbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlilləri n mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda iddiaçının 9 saylı Mincivan Yol Distansiyasında 10 avqust 1976-cı il tarixdən 06 may 1980-cı ilədək xadimə, 06 may 1980-cı ildən 27 iyun 1993-cü il tarixdək isə yol mantyoru və Bakı Şin Zavodunda 08 noyabr 1993-cü il tarixdən 31 may 2002-ci il tarixədək avtokamer calayıcısı peşələrində işlədiyi dövrlərin onun sığorta stajına daxil edilməməsi barədə cavabdehin hərəkətləri qanunsuzdur. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdi qlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahı”sının “Nəqliyyat” bölməsində yol montyoru peşəsi “23001000-19825” kodu altında əmək şəraiti zərərli və ağır olan peşələrə aid edilmişdir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı 01.07.2017-ci il tarixədək qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olmuş, bununla da ona güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsa sən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2452/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-433/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-433/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver