Məhkəmə qərarları › İş №2-1(102)-433/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-433/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-433/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X2 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: sərəncamın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X2 iştirakı ilə) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)-1956/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Cavabdeh Başçısının xx.xx.1993-cü il tarixli, 1687 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayon XDS-nin İK-nin xx.xx.1991 -ci il tarixli, 54 nömrəli qərarı əsasında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Lökbatan qəsəbəsi, 6-cı massiv ərazisində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu günlərdə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh Başçısının xx.xx.1993-cü il tarixli, 1687 nömrəli sərəncamı ilə Qaradağ rayon XDS-nin İK-nin xx. xx.1991-ci il tarixli, 54 nömrəli qərarı etibarsız hesab edilmişdir və həmin torpaq sahəsi Bakı şəhəri, Lökbatan qəsəbəsi, 4-cü massiv, 5-ci keçid, 13 nömrəli evdə yaşayan X1 adına rəsmiləşdirilmişdir. Həmin sərəncamın əsası kimi iddiaçının və arvadının bu barədə ərizə verməsi göstərilmişdir. Halbuki nə iddiaçı, nə də iddiaçının arvadı bu torpaq sahəsinə dair sərəncamın etibarsız edilməsi barədə ərizə verməmişlər. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1164/2019 nömrəli (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qə rarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-1956/2019 nömrəli (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)-1164/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmənin bu qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi bu qərarın əsaslandırıcı hissəsində «İnzibati icraat haqqında» Azərbaycan Respu blikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin bir çox normalarının adını sadalamış və onlara istinad edərək onun mübahisələndirdiyi sərəncamların qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini göstərmişdir. Bununla da məhkəmə tərəfindən əvvəla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14-cü maddəsinə görə mübahisələndirilmə haqqında iddialarda inzibati aktı qəbul etmiş dövlət orqanı həmin inzibati aktın hansı əsaslara görə qəbul edilməsini əsaslandırmalı və sübut etməlidir. Lakin inzibati işin sənədlərindən də görsənir ki, cavabdeh orqan həmin sərəncamları qəbul edərkən onun və həyat yoldaşının razılıq ərizəsinə istinad etmişdir. Amma onların razılıq ərizəl ərini məhkəməyə təqdim edə bilmir. Başqa vasitələrlə də onların öz xahişi ilə həmin torpaq sahəsindən imtina etmədiklərini sübut edə bilmir. Bir halda ki, qanunvericiliyin tələbinə görə həmin faktı sübut etmək birbaşa cavabdeh orqanın vəzifəsidir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən də işə baxılarkən bu hallar nəzərə alınmamış və cavabdeh orqanın öz arqumentini sübut edən heç bir dəlil olmadığı halda belə bir nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə tərəfindən onun prosesə üçüncü şəxs kimi də cəlb olunmuş X3 qarşı hər hansı bir iddia ərizəsi ilə məhkəməyə və digər hüquq-mühafızə orqanlarına müraciət etməməyi və ya buna etiraz bildirməməyi də apelyasiya şikayətinin təmin olunmamasında əsaslardan biri kimi göstərilmişdir. O, ilkin iddia ərizəsində də bildirmişdi ki, həmin sərəncamlardan o, yalnız 2018-ci ildə İsayev Nəsrəddin ona qarşı məhkəmədə iddia qaldırdıqdan sonra xəbər tutmuşdur, yəni, o vaxta kimi həmin şəxslə aralarında heç bir mübahisə və münaqişə olmamışdır. Ona görə də, məhkəmənin bu nəticəyə gəlməsi də tamamilə əsassızdır. İşin hallarından da görsənir ki, cavabdeh orqan sərəncamda istinad etdiyi halları heç bir məhkəmə prosesində sübut edə bilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1956/2019 saylı qərarını ləğv edib və iddiasının təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə l azımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs N.İsayev məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin in 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbu l etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-1956/2019 saylı qərarla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)1164/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 82, 87.6, 87.8-ci maddələrinə, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə, 75-ci maddəsinin 1, 2-ci hissələrinə, «İnzibati icraat haqqında» Qanunun 67.1, 67.2, 67.3, 67.4, 67.8, 68.2-ci maddələrinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin qənaətə gəlinərkən qeyd edilmişdir ki, «İşə olan sənədlərdən (Qaradağ rayon XDS-nin İK-nin xx xxxx 1991-ci il tarixli 54 nömrəli qərarı, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin başçısının xx xxxxxx 1993-cü il tarixli, 1687 nömrəli sərəncamı, Azərbaycan Respublikası Dövlət arxivinin Bakı filialının xx xxxx 2013-cü il tarixli, 1921 nömrəli arxiv çıxarışı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxxx 2017-ci il tarixli, **********95 nömrəli bildirişi, həmin xidmətin verdiyi «Torpaq sahəsinin yerləşmə cizgisi», üçüncü şəxsə ünvanlanmış xx xxxx 2017-ci il tarixli məktub, xx xxxxxxxx 2016-cı il tarixli «Mərzçəkmə planının tərtib olunması barədə akt, abunə haqqında sənəd, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış) müəyyən edilir ki, xx xxxx 1991-ci il tarixdə Puta qəsəbəsi, 1 nömrəli evdə yaşa yan İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün Lökbatan qəsəbəsində 6-cı massiv ərazisində 600 kvadrat metr torpaq sahəsi ayrılmış, sonradan cavabdehin xx xxxxxx 1993-cü il tarixli sərəncamı ilə iddiaçıya 1991-ci ildə torpaq sahəsinin ayrılması etibarsız hesab edilmiş və həmin torpaq sahəsi Bakı şəhəri, Lökbatan qəsəbəsi, 4-cü massiv, 5-ci keçid, 13 nömrəli evdə yaşayan X1 adına ayrılmışdır. Hazırkı tələbində iddiaçı ona torpaq sahəsinin ayrılmasının etibarsız hesab edilməsi barədə cavabdehin sərəncamının ləğv edilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, o və arvadı torpağın ayrılmasının etibarsız hesab edilməsi ilə bağlı heç bir ərizə verməmişlər və iddiaçı torpağın üçüncü şəxsə ayrılması haqqında sərəncam haqqında məlumata malik olmamışdır». Apelyasiya instansiyası məhkəməs inin hazırkı iş üzrə olan hüquqi mövqeyinə görə «ilkin sərəncam iddiaçının adına verilsə də iddiaçının və həyat yoldaşının razılıq ərizələri əsasında həmin sərəncam səlahiyyətli dövlət orqanı olan Cavabdeh tərəfindən etibarsız hesab edilmiş, qeyd edilən sərəncamda göstərilən torpaq sahəsi üçüncü şəxs Nəsrəddin İsayevə ayrılmışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi sərəncamın nə «İnzibati icraat haqqında» qanunun tələblərinin, nə də torpaq qanunvericiliyinin pozulmaqla qəbul edildiyi müəyyən olunmadığından, inzibati aktın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Digər tərəfdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02777391 nömrəli çıxarı şdan müəyyən olunur ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi ərazisində 0,06 hektar torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması üçün əsas kimi götürülmüş «Torpaq sahəsinin planı və ölçüsü»ndəkı əsas döngə koordinatları ilə iddiaçının mübahisələndirildiyi sərəncam əsasında tərtib edilmiş (X1 istifadəsində olan) «Torpaq sahəsinin yerləşmə cizgisi»ndə göstərilən koordinatlar eyni deyildir. Başqa sözlə, həmin çıxarışda göstərilən torpaqla X1 istifadəsində olan torpaq eyni torpaq sahəsi deyildir. Cavabdeh orqanın mövqeyinə görə iddiaçıya yalnız bir dəfə Qaradağ rayon XDS-nin İK-nin xx xxxx 1991-ci il tarixli, 54 nömrəli qərarı ilə torpaq ayrılmış, başqa bir torpaq sahəsi ayrılmamışdır. İddiaçı isə Nəsrəddin İsayevin 1993-cü ildən həmin torpaq sahəsindən istifadə etməsinə, yaşayış evi inşa edərək orda yaşamasını bildiyi halda buna etiraz etməmiş, üçüncü şəxsə qarşı torpaqla bağlı iddia qaldırmamışdır. Bu hal da iddiaçının ləğv edilməsini tələb etdiyi həmin sərəncamın qanunauyğun olmasını bir daha təsdiqləyir». Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarla və həmin qərardan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddələrinin inzibati mübahisələrin düzgün həll edilməsində böyük əhəmiyyət kəsb etdiyi xatırlatmağı zəruri hesab edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin hazırkı inzibati mübahisəni həll etmiş apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddələrinin tələblərinə riayət etməmiş və bu səbəbdən də inzibati mübahisənin düzgün həll edilməsi üçün önəmli olan məsələlər ümumiyyətlə araşdırılmamış, nəticə etibarı ilə də onlara hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də apelyasiya şikayətində göstərmişdir ki, Cavabdeh başçısının xx xxxxxx 1993-cü il tarixli 1687 nömrəli sərəncamı i lə Qaradağ rayon XDS-nin İK-nin xx xxxx 1991-ci il tarixli, 54 nömrəli qərarı etibarsız hesab edilmişdir. Bu sərəncamın qəbul olunmasının əsası kimi də iddiaçının və həyat yoldaşının həmin torpaq sahəsindən imtina etməyi barədə imzaladıqları ərizə olmuşdur. Lakin iddiaçı israrla bildirir ki, nə o, nə də onun həyat yoldaşı belə ərizələr yazmamışdır. Həmin torpaq sahəsi cavabdehin sərəncamı əsasında iddiaçının istifadəsinə verilmiş və faktiki olaraq həmin vaxtdan bu günə kimi onun istifadəsində olmuşdur. Eyni zamanda bu torpaq sahəsinə dair hüquqları da Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış da verilmiş və bundan sonra da başqa şəxslərə satılmışdır. Burada qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən torpaq sahəsinə dövlət çıxarışının mövcud olm ası faktını göstərdiyi halda, sözügedən torpaq sahəsinin və üçüncü şəxsin torpaq sahəsinin müxtəlif torpaq sahələrinin olması qənaətinə gəlir. Halbuki, iddiaçının məhz mübahisələndirdiyi Cavabdeh xx xxxxxx 1993-cü il tarixli sərəncamla sözügedən torpaq sahəsinin ondan alınaraq üçüncü şəxsə verilməsi qərara alınmışdır. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının və onun həyat yoldaşının mübahisə predmetinə çevrilmiş torpaq sahəsindən imtina etdikləri barədə və cavabdehin xx xxxxxx 1993-cü il tarixli sərəncamında, məhz bu ərizələrə istinadən torpaq sahəsinin üçüncü şəxsə verilməsi barədə olan məsələ araşdırılmamış, belə ki, adıçəkilən ərizələrin həqiqətən mövcud olmaları araşdırılmamış, yəni, onlar işdə yoxdur, iddiaçı isə yuxarıda artıq göstərildiyi kimi, belə ərizələrin yazılmadığını idd ia edir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçıya və üçüncü şəxsə verilmiş torpaq sahələri əgər fərqli yerlərdə yerləşirsə, o zaman iddiaçının mübahisələndirdiyi cavabdehin xx xxxxxx 1993-cü il tarixli, 1687 saylı sərəncamının iddiaçının hansı hüquqlarına toxunulması və ümumiyyətlə iddiaçının həmin sərəncamın nədən mübahisələndirilməsi məsələsi araşdırılmamışdır. Digər tərəfdən iddiaçının cavabdehin mübahisələndirdiyi xx xxxxxx 1993-cü il tarixli, 1687 saylı sərəncamından konkret şəkildə nə zaman məlumat alması da aydınlaşdırılmamış, halbuki həmin məsələnin iddianın İnzibati Prosessual Məcəllənin 35.1ci maddəsinə əsasən mümkünlüyü baxımından da son dərəcə böyük əhəmiyyəti vardır. Bununla yanaşı cavabdehin sözügedən sərəncamı ilə verilmiş torpaq sahəsin in həqiqətən kimin istifadəsində olması da tam, dəqiq və hərtərəfli araşdırılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə çox sayda sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68,69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1956/19 saylı qərarı ləğv edilsin. İş tək rar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar