Məhkəmə qərarları › İş №2-1(102)-433/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-433/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-433/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, qanunla müəyyən edilmiş qaydada tərxis olunma. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(NN5 )-596/2N2N nömrəli, 27 oktyabr 2N2N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh N2 aprel 2N2N-ci il tarixli, N/Q-9N93 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Arxivin N2.N7.2NN9-cu il tarixli, 9/29N32 nömrəli arayışına əsasən, iddiaçının N nömrəli hərbi hissədə xidmət zamanı N8.NN.N993-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına və hansı tarixdən hərbi hissəni özbaşına tərk etdiyi gün, ay dəqiq bilinmədiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, noyabr N993-cü il tarixdə bir qrup Sumqayıt şəhər sakinləri ilə bərabər Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət edərək, vətənin ərazi bütövlüyü və müstəqilliyinin qorunması məqsədilə könüllü olaraq döyüş bölgəsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt şəhər Hərbi Komissarlığının nümayəndəsinin müşayiəti ilə Ağdam rayonunda Sumqayıt batalyonu N saylı hərbi hissəyə göndərilmişlər. Hərbi hissənin N8.NN.N993-cü il tarixli, 3N3 nömrəli əmri ilə onu motoatıcı taboruna atıcı kimi təyin etmişlər. Hərb i hissə 25.N7.N996-cı il tarixdə ləğv edildiyindən onlar Sumqayıt şəhər Hərbi Komissarlığına qaytarılmışlar. O, komissarlıqda qeydiyyata alındıqdan sonra komissarlığın yazılı göstərişinə əsasən, işlədiyi müəsissə tərəfindən cəbhə bölgəsində olduğu bütün müddət üçün əmək haqqı yüz faiz məbləğində ödənilmişdir. Müharibə veteranı statusu və müvafiq olaraq müharibə veteranı vəsiqəsi almaq üçün may 2NN9-cu il tarixdən hal-hazıra kimi dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, hər dəfə bir bəhanə ilə dövlət qurumlarından müxtəlif sənədlərin təqdim olunmasını tələb edirlər. Tələb olunan sənədlərin təqdim edilməsinə baxmayaraq, bu sənədləri hüquqtəsdiqedici sübut kimi qəbul etməyərək, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddia çının hərbi biletinin 4-cü səhifəsində onun N5.N3.N994-cü ildə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi, N8.N4.N994-cü ildə siyahıdan çıxarılması barədə qeyd vardır. Hərbi biletin N9-cu səhifəsində iddiaçının N6.N4.N994-cü ildə N nömrəli hərbi hissədə hərbi andı qəbul etməsi barədə qeyd aparılmışdır. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər. N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçı iddia etdiyi dövrdə hərbi andı qəbul etmədiyindən döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilməzdi. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmamasını xahiş edir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-NN73/ 2N2N saylı, 26 iyul 2N2N-ci il tarixli qərarı ilə (hakim: L.E.Mirzəyeva) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ordu sıralarından qanuni əsaslarla tərxis olunmadığından onun iddiası əsassızdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(NN5)-596/2N2N nömrəli iş üzrə 27 oktyabr 2N2N-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: R.Ə.Ağayev və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-NN73/2N2N saylı, 26 iyul 2N2N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. NN. Apellyasiya instansiya mə hkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. NN. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri N2. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarıının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, hər iki məhkəmə instansiyası iddiaçının təqdim etdiyi hüquq müəyyənedici sənədləri təhlil etməmişdir. İş materiallarından görünür ki, iddiaçı N8.NN.N993-cü il tarixində Sumqayıt şəhərində ölkənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etmək üçün “Sumqayıt könüllülər batal yonunun” tərkibində Ağdam rayonuna göndərilmişdir. Ağdam rayonunda olan 7N8№li hərbi hissənin N8.N N.N993-cü il tarixli 3N3№li əmrinə əsasən, iddiaçı digər könüllülər ilə birlikdə hərbi hissənin şəxsi heyət siyahısına və bütün növ təminatlara daxil edilmiş (arxiv arayışı: N2.N7.2NN9 N9N2-9N32), həmin hərbi hissə 25.N7.N996-cı il tarixində ləğv edildiyindən digər könüllülər kimi o, da Sumqayıt şəhərinə qayıdaraq hərbi komissarlıqda qeydiyyata alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N3. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N4. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsl ər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparı ldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. N5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublik asının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş ar ayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərarili yə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. N6. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvəl ərdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. N7. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. N8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda NN gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə veril ir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ N9. Kassasiya şikay əti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 2N. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 2N. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.

23. İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N2 iyul 2NN9-cu il 9/2-9N32 saylı arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N8.NN.N993-cü il tarixli 3N3 nömrəli əmrində Sumqayıt ŞHK-dan çağrılmış bir qrup hərbi mükəlləfiyyətlinin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə edilmiş 26-cı motoatıcı taborun şəxsi heyətinin siyahısında çavuş İddiaçı adı qeyd edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli, 339 nömrəli əmri ilə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissə komandirinin oktyabr N993-cü il, noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. -N saylı hərbi hissə komandirinin 3N3 saylı N 8 noyabr N993-cü il tarixli əmrindən görünür ki, həmin tarixdən etibarən Sumqayıt şəhər hərbi komissarlığından göndərilmiş 26-cı motoatıcı taburun şəxsi heyətinin N nömrəli hərbi hissənin tərkibinə daxil edilməsi və bütün növ təchizatlarla təmin edilməsi əmr edilmişdir. -N saylı hərbi hissənin N3.N2.N992-24.N2.N993-cü il tarixli adlı siyahısından görünür ki, serjant İddiaçı adı həmin siyahıda qeyd edilmişdir.

24. Lakin, N saylı hərbi hissə komandirinin N saylı N dekabr N994-cü il tarixli əmrinə əsasən, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə ştatdan kənar çıxarılması və bütün növ təminatların dayandırılması əmr edilmişdir.

25. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N9 iyun 2N2N-ci il tarixli 9/2-44N2 saylı arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-noyabr N994-cü il, iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

26. Beləliklə, iş materiallarında olan sənədlərlə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapsa da, o, hərbi hissəni özbaşına tərk etmiş, qanuni əsaslarla tərxis olunmamışdır. Belə olduğu təqdirdə məhkəmə tərkibi qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz.

27. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(NN5)-596/2N2N saylı iş üzrə 27 oktyabr 2N2N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar