Məhkəmə qərarları › İş №2-1(102)-433/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-433/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-433/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ‘‘yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1919/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək 11 nömrəli Hərbi Ticarət İdarəsində xidmətçi, xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 11 nömrəli Hərbi Ticarət İdarəsində çörək bişirən peşəsində işləmişdir.

2. AZ-İ 009607 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Şəhadətnaməyə əsasən xx.xx.1959-cu il təvəllüdlü X1 adını və soyadını “İddiaçı”na dəyişdirmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş ИТ-İ ******* saylı əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixinədək sığorta stajı 12 il 7 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Cavabdeh qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 18 may 2021-ci il tarixli, 12/1165 saylı məktubuna əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 11 nömrəli Hərbi Ticarət İdarəsinin mülki işçilərə əmək haqqının ödənilməsi cədvəlləri Nazirliyin Mərkəzi Arxivinə daxil olmadığına görə, həmin dövrlərin araşdırılması imkan xaricindədir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən qeyd olunan dövrlərin iddi açının sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək işləmiş, yəni əmək stajı olmuşdur. xx.xx.1979-cu il tarixində 11 nömrəli hərbi ticarət bölməsində əmək fəaliyyətinə başlamışdır. Əmək Məcəlləsinin 68-ci bəndinə əsasən xx.xx.2005-ci il tarixində işdən azad olunmuşdur. Yəni əmək kitabçası ilə onun 25 il 7 ay əmək stajı vardır. Bu barədə xx.xx.1979-cu il tarixli, ******* saylı əmə k kitabçası tərtib edilmişdir. İddiaçı bu dövr ərzində işləmiş və fəaliyyət göstərmişdir. İşlədiyi idarə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 11 nömrəli Hərbi ticarət idarəsi olmuşdur. Əmək kitabçasına diqqət yetirilsə, həmin dövr keçmiş SSRİ və Azərbaycan SSR dövrünü əhatə edir. O, dövlətin bir hərbi nazirliyinin strukturunda işləmiş, əmək haqqı almışdır. SSRİ dağılandan sonra da işləmişdir. Əmək kitabçası, işlədiyi illərin tarixini müəyyən edən möhürlü qeydlər həmin kitabçada təsbit edilmişdir. Hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.

6. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, işin tam, obyektiv və hərtərəfli araşdırılması üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə iddiaçının müvafiq idarədə əmək fəaliyyətinin olub-olmaması ilə bağlı 21,09.2022-ci il tarixli, **********5 nömrəli sorğu ünvanlanmışdır. Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 4/2-100 nömrəli cavab məktubunda 11 nömrəli Hərbi Ticarət idarəsinin 1994-cü il, 1996-cı il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərində iddiaçının pul təminatı ilə təmin olunması barədə məlumatın qeyd edilmədiyi bildirilmişdir. Eyni zamanda 11 nömrəli Hərbi Ticarət idarəsi rəisinin 1992-ci il, 2005-ci il tarixli nizami hissə üzrə əmrlərinin və 1992-1993-cü il, 1995-ci il, 1997-2005-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərinin Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə daxil olmadığı bildirilmişdir. Məktuba qoşma kimi əlavə olunmuş arxiv çıxarışında isə, iddiaçıya yalnız 19 91-ci il üçün əməkhaqqının hesablanması cədvəli göstərilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajına daxil edilən illər 12 il 07 aydır. xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək olan dövrlər üzrə əməkhaqqı cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyi üçün vətəndaşın əmək fəaliyyətinin olub-olmaması inzibati orqan tərəfindən araşdırıla bilməmişdir. Bu səbəbdən də həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Tələb olunan staj qarşılanmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir.

7. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-2011/2022 nömrəli qərarı ilə (hakim E. Əliyev) iddia təmin edilmiş, iddiaçıya 62 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək p ensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, 11 nömrəli Hərbi Ticarət İdarəsinin mübahisələndirilən dövrdə, yəni xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək fəaliyyət göstərməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təkzib edilməmişdir. Həmçinin 1991-ci il tarixində əmək haqqı aldığına dair təqdim edilmiş sənəd də iddiaçının həmin idarədə işlədiyinə dair sübut kimi qiymətlənilməlidir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək, o cümlədən cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrdə 11 nömrəli Hərbi Ticarət İdarəsində işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Beləliklə, 11 nömr əli Hərbi Ticarət İdarəsinin 1979-cu ildən fəaliyyət göstərməsi və iddiaçının işlədiyi dövrdə, yəni xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrdə mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək həmin idarədə işləməsi əmək kitabçasında qeyd edildiyindən, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir.

10. Məhkəmə iddiaçının əmək kitabçasını sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, cavabdeh əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1919/2022 nömrəli qərarı ilə (hakimlər A.Hüseyn – sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-2011/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın və apellyasiya şikayətinin dəliləri ilə eynilik təşk il edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sı ğorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratm adan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şa hidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçası nda lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasə n müəyyən edilir. 21. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblə rinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instan siyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə ə mək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Hazırkı qərarın 17-ci bəndində istinad olunan normalara əsasən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 25 il sığorta stajı olmalı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin əsas dəlili iddiaçının işlədiyi mübahisələndirilən dövrlər üzrə əmək haqqı cədvəllərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyi üçün onun əmək kitabçasında qeyd olunmuş həmin dövrə aid iş illərinin qarşılıqlı yoxlanılmasının və bu səbəbdən həmin müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması ilə bağlıdır.

32. Bu qərarın 18-20-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından idd iaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, həmin normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək k itabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

33. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının həmin dövrdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

34. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitab çası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 21(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajına malik olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.

36. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apel lyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

38. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 21(103)-1919/2022 nömrəli qərarı dəyişdiri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar