Məhkəmə qərarları › İş №2-1(102)-434/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-434/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-434/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2255/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 1974-1979-cu illərdə S.M.Kirov adına Azəbaycan Dövlət Universitetində riyaziyyat ixtisası üzrə təhsil almış, 01.08.1979-cu ildə əmək fəaliyyətinə başlamış, 01.08.1979-09.08.1982-ci il tarixləri arasındakı dövrdə mühəndis, 16.08.1982-16.02.1989-cu il tarixləri arasındakı dövrdə mühəndis-proqramçı, 02.01.1990-03.10.1994-cü il tarixləri arasındakı dövrdə mühəndis proqramçı, 29.09.199417.08.1998-ci il tarixləri arasındakı dövrdə uşaq bağçasında tərbiyəçi köməkçisi, 11.09.2012-27.10.2017-ci il tarixləri arasındakı dövrdə xadimə vəzifəsində işləmişdir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 07.06.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının 1974-1979-cu illərdə təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1974-1979-cu ilə kimi təhsil aldığı illəri və əmək kitabçasında qeyd olunan illərin sosial sığorta stajı kimi nəzərə almaqla 60 yaş 06 ayın tamam olduğu 31.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməs i vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3052/2018 saylı 11.07.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2255/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı İnizbati-İqtisadi Məhkəməsinin 2-1(82)-3052/2018 saylı 11.07.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi “Vətəndaşların pensiya təminatı haqqında “ Qanunun 67-ci maddəsinin “d” bəndinə əsasən qanunidir. Həmçinin iddiaçının əmək fəaliyyə ti əmək kitabçası ilə öz təsdiqini tapdığından cavabdehin imtinası əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2255/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının sosial sığorta stajı yoxdur. Belə ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş stajı üzrə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsini yoxlamaq mümkün olmadığından həmin illəri iş stajı kimi nəzərə alına bilməz. Bundan əlavə iddiaçının pensiya hüququ 31.01.2018-ci il tarixdən yarandığından “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan müddəaları tətbiq edilməlidir. Hazırkı qanunvericilikdə isə təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Kassator AR MPM-nin 416, 417.1.5, 418, 419-cu maddələrinə, İPM-nin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2255/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2255/18 say lı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə bağlı qeyd edir ki, **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 1974-1979-cu illərdə S.M.Kirov adına Azəbaycan Dövlət Universitetində riyaziyyat ixtisası üzrə təhsil almış, 01.08.1979-cu ildə əmək fəaliyyətinə başlamış, 01.08.1979-09.08.1982-ci il tarixləri arasındakı dövrdə mühəndis, 16.08.1982-16.02.1989-cu il tarixləri arasındakı dövrdə mühəndis-proqramçı, 02.01.1990-03.10.1994-cü il tarixləri arasındakı dövrdə mühəndis proqramçı, 29.09.199417.08.1998-ci il tarixləri arasındakı dövrdə uşaq bağçasında tərbiyəçi köməkçisi, 11.09.2012-27.10.2017-ci il tarixləri arasındakı dövrdə xadimə vəzifəsində i şləmişdir. İddiaçının tələbi 1974-1979-cu ilə kimi təhsil aldığı illəri və əmək kitabçasında qeyd olunan illərin sosial sığorta stajı kimi nəzərə almaqla 60 yaş 06 ayın tamam olduğu 31.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsidir. Təhsil illərinin sosial sığorta stajına daxil edilməsinə dair iddia tələbi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tu tulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin III hissəsinin «G» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək və zifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı onun təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsinin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası əmək kitabçasında qeyd olunan illərin sosial sığorta stajı kimi nəzərə alınmasına dair iddia tələbi ilə əlaqədar qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi gü nədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 01.08.1979-09.08.1982-ci il tarixləri arasındakı dövrdə mühəndis, 16.08.1982-16.02.1989cu il tarixləri arasındakı dövrdə mühəndis-proqramçı, 02.01.1990-03.10.1994-cü il tarixləri arasındakı dövrdə mühəndis proqramçı, 29.09.1994-17.08.1998-ci il tarixləri arasındakı dövrdə uşaq bağçasında tərbiyəçi köməkçisi işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. İddiaçının 11.09.2012-27.10.2017-ci il tarixləri arasındakı dövrdə xadimə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dövr üzrə iddiaçı məcburi sosial sığorta haqqını ödədiyindən həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəy yən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qər arı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2255/18 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar