Məhkəmə qərarları › İş №2-1(102)-434/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-434/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-434/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Bakı şəhər Cavabdehnə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, şikayətin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verilməsi) GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla) qarşı əlavə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1728/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kasasiyanın mümkünl üyü məsələsinə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 66-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanının tələblərinə uyğun olaraq yaşayış evinə görə təklif olunan 91.700 manat kompensasiya məbləğinə 30% dəyərində əlavə hesablanmaqla, 27500 manat əlavə kompensasiyanın ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olumasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5082019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia rədd edilmişdir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1728/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və V.M.Ağayev) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-508/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, iş baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərkə n onun müddət ötürülməklə verildiyi müəyyən edilmiş, ona görə də kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi iddiaçıya təklif edilmiş, bu məqsədlə kassasiyanın mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. ƏSASLANDİRMA HİSSƏSİ: Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli qərarının surəti xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçı poçt vasitəsi ilə göndərilmiş, SS608125691AZ saylı poçt xəbərnaməsinə əsasən həmin qərar xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçıya təqdim olunmuşdur. Lakin həmin qərardan verilən kassasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürüldükdən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddətin ötürülməsi mübahisəsizdi r. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. İddiaçıya məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onun diqqətinə çatdırılmış və kassasi ya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi ona təklif edilməklə kassasiyanın mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilsə də, müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət ve rmək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, qərara aldım: Respublikası İPM-nin 96.2, 96.3-cü Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1728/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya i craatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar