Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-434/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (vergi öhdəliyi üzrə hüquq varisliyi, icraata xitam verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı X1 (bundan sonra-iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra-cavabdeh) qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məs uliyyətə cəlb edilməsi haqqında” 18.12.2019-cu il tarixli qərarın qismən, 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, həmin qərarla əlavə hesablanmış 264 365.9 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-549/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarından cavabdehin kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin 02.08.2018-ci il tarixli qərarına əsasən fərdi sahibkar X 3 (VÖEN **********) barəsində növbəti səyyar vergi yoxlaması aparılmış və səyyar vergi yoxlamasının nəticəsi haqqında 14.11.2019-cu il tarixli akt qəbul edilmişdir.
2. Həmin yoxlama aktı əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli qərar qəbul edilmiş, iddiaçıya həmin qərarla nəzərdə tutulmuş 309.488.15 manat əlavə vergi məbləğinin və 154.744,08 manat məbləğində maliyyə sanksiyasının 5 gün müddətində ödənilməsinə dair Tələbnamə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
3. İddiaçı D.H.İsmayılovun nümayəndəsi və vəkili Vəkil2 23.01.2020-ci il tarixdə cavabdehə qarşı “Fərdi sahibkar X3 barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş verg i ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərarın qismən, 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, həmin qərar ilə əlavə hesablanmış 264.365.9 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyasının fərdi sahibkar X1 şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı D.H.İsmayılov 03.07.2020-ci il tarixində vəfat etdiyi üçün, sonuncunun hüquqi varisi qismində qanun üzrə vərəsəlik hüququ haqqında 19.01.2021-ci il tarixli şəhadətnaməyə əsasən X2 tanınmışdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X5, 2-1(118)-77/2021 saylı iş) 9 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.12.2019-cu il tarixli qərarı qismən, iddiaçıya 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365,9 manat vergi məbləği və tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş, 18.12.2019-cu il tarixli qərarla əlavə hesablanmış 264.365,90 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
6. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
7. Sumqayıt İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X6-sədrlik edən və məruzəçi, X4, X7) 18 noyabr 2021-ci il tarixli, 2-1(105)-549/2021 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 9 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
77. Vergi öhdəliyi 77.4 Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab ol unur: 77.4.3. vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir; Maddə
81. Vəfat etmiş, fəaliyyət qabiliyyətini itirmiş və ya itkin düşmüş fiziki şəxslərin vergi öhdəliklərinin yerinə yetirilməsi 81.1. Vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Əvvəlki redaksiya Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) mira s qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.
10. İnzibati Prosessual Məcəllə Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
11. Mülki Prosessual Məcəllə Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə. Maddə
262. İcraata xitam verilmə qayd ası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası mübahisəyə dair icraat materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş üzrə icraata xitam verilməlidir.
13. Bu qərarın 9-cu bəndində istinad olunan Vergi Məcəlləsinin 77.4.3-cü maddəsinin tələbinə əsasən, vergi ödəyicisi vəfat etdikdə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə, onun vergi öhdəliyinə xitam verilmiş hesab olunur. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir. Həmçinin həmin məcəllənin 81.1-ci maddəsinin tələbinə görə, vəfat etmiş və ya Azərbaycan Respublikasının m ülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyir.
14. Nəzərə almaq lazımdır ki, qeyd edilən hüquq normalarının müddəalarının məzmununa görə, vergi ödəyicisi vəfat etdiyi təqdirdə onun vergi öhdəliyi yalnız əmlak vergilərinə münasibətdə vəfat etmiş şəxsin varisinə (varislərinə) keçə bilər. Həmin normalarda nəzərdə tutulmuş hüquqi tənzimləmə vəfat etmiş şəxsin digər vergilər üzrə vergi öhdəliyinin hüquq varisliyi qaydasında keçməsini istisna edir.
15. Hazırkı mübahisəyə münasibətdə iddiaçı D.H.İsmayılov barəsində olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəl b edilməsi haqqında” 18.12.2019-cu il tarixli qərar 309.488.15 manat əlavə vergi məbləğinin hesablanması və 154.744,08 manat məbləğində maliyyə sanksiyası ilə bağlıdır. Başqa sözlə, vəfat etmiş iddiaçının vergi öhdəliyi əmlak vergisi ilə əlaqədar deyildir.
16. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı D.H.İsmayılov 03.07.2020-ci il tarixində sol mədəcik çatışmamazlığı səbəbindən vəfat etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında 19.01.2021-ci il tarixli şəhadətnaməyə əsasən, onun hüquqi varisi qismində X2 tanınmışdır.
17. Bu baxımdan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.12.2019-cu il tarixli qərarla iddiaçı D.H.İsmayılov barəsində hesablanmış vergi öhdəliyinə qanunveric iyə əsasən xitam verilmiş sayılmalıdır.
18. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyi təqdirdə, iş üzrə icraata xitam verilir.
19. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən və İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinin, Mülki Prosessual Məcəllənin 261-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməlidir.
20. Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 1.2-ci, Mülki Prosessual Məcəllənin 261-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: 03.07.2020-ci il tarixində vəfat etmiş iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarə sinə qarşı hazırki iş üzrə icraata xitam verilir. Qərardad qətidir.