Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-434/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-73/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 326 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 ha olan 254s saylı bağ sahəsi İddiaçı icarəyə verilmişdir.
2. Bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.1998-ci il tarixli 21331 nömrəli müqavilə bağlanılmışdır.
3. Nərimanov Rayon Məhkəməsinin 2-952/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən Binəqədi r ayonu, Göradil qəsəbəsində yerləşən 254s saylı bağın icarəyə verilməsi haqqında xx.xx.1998-ci il tarixli müqavilə ləğv edilmişdir. 4. “Bağın icarəyə verilməsi haqqında” 21331 nömrəli, xx.xx.2000-ci il tarixli müqavilədən görünür ki, X1 və X2 rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 ha olan bağ sahəsini İddiaçı istifadəsinə verilmişdir.
5. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir.
6. Cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2020ci il tarixli məktubla bildirmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 254 “s” saylı bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlav ə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, bağ sahəsi sənədlə 1200.0 kv.m göstərilsə də, faktiki 965.0 kv.m təşkil edir və elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, sxematik xəritədə sözügedən ərazi 285 nömrəsi ilə başlayan bağların ərazisidir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəsində bağın nömrəsi “326” kimi qeyd olunub. Bundan əlavə təqdim edilmiş Bakı şəhər İHB-nın 326 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı əsasında Sizə Bağlar İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli müqavilə məhkəmə qərarı əsasında ləğv edilmiş və daha sonra İdarənin arxivində mövcud olan, Sizinlə bağlanmış 21331 saylı, xx.xx.2000-ci il tarixli icarə müqaviləsi Bağları İdarəsi tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 ha olan 254s saylı bağ sahəsinə dair reyestrdən çıxarış və kadastr planın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
8. İddia tələbi onunla əsasland ırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1998- ci il tarixli 326 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 ha olan 254s saylı bağ sahəsi İddiaçı icarəyə verilmişdir. Bundan sonra həmin bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.1998-ci il tarixli 21331 nömrəli müqavilə bağlanılmışdır. Lakin Nərimanov Rayon Məhkəməsinin 2-952/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 254s saylı bağın icarəyə verilməsi haqqında xx.xx.1998-ci il tarixli müqavilə ləğv edilmişdir. Daha sonra, İddiaçı ilə X1 və İstismarı Birliyi arasında 21331 saylı xx.xx.2000-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Hazırda da həmin müqaviləyə əsa sən bağ sahəsi İddiaçı istifadəsindədir. Müvafiq qaydada sənədlərimi toplayıb sözügedən torpaq sahəsinə dair çıxarış və kadastr planın verilməsi ilə bağlı cavabdehə müraciət edilsə də, cavabdeh xx.xx.2020-ci il tarixli məktubu ilə bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi, 21331 saylı xx.xx.2000-ci il tarixli icarə müqaviləsinin imza və möhürlə təsdiq edilmədiyi bildirilərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 254 “s” saylı bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ********** nömrəli, xx.xx.2020-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Bağ sahəsi sənədlə 1200.0 kv.m göstərilsə də, faktiki 965.0 kv.m təşkil edir və elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, sxematik xəritədə sözügedən ərazi 285 nömrəsi ilə başlayan bağların ərazisidir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəsində bağın nömrəsi “326” kimi qeyd olunub. Bundan əlavə təqdim edilmiş Bakı şəhər İHB-nın 326 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı əsasında Sizə Bağlar İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli müqavilə məhkəmə qərarı əsasında ləğv edilmiş və daha sonra İdarənin arxivində mövcud olan, İddiaçı ilə bağlanmış 21331 saylı, xx.xx.2000-ci il tarixli icarə müqavi ləsi Bağları İdarəsi tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********11 saylı cavab məktubu ünvanlanmışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3967/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Ə.Əliyev) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisindəki 254s nömrəli bağ sahəsi hazırkı İddiaçı ayrılmasına dair X1 və İstismarı Birliyi ilə bağlanılmış 21331 nömrəli xx.xx.2000-ci il tarixli Müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edilməmişdir, yəni mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 21331 nömrəli xx.xx.2000- ci il tarixli Müqavilə (forması) mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında bağlanılmadığından, yəni tərəflərin imza və möhürü ilə təsdiq edilmədiyindən, hazırkı iddia əsassızdır və təmin edilməməlidir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-73/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş iddia tələbi qismən təmin edilmiş, iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 254s saylı bağ sahəsinin 965 kv.metr hissəsinə dair dövlət reyestrindən çıxarışın və kadastr planın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 254s saylı bağ sahəsinin 965 m2 hissəsinə mülkiyyət hüququ tanınmalıdır. Həmçinin, qeyd edilməlidir ki, bağ nömrəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə görə isə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnam ə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir.
16. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi ndə yerləşən 254s saylı bağ sahəsinin 965 kv.metr hissəsinə İddiaçı adına dövlət reyestrindən çıxarış və kadastr panının verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdır ılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçmə si müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak ba rəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağl arın altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiy a şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bil ər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 ha olan 254s saylı bağ sahəsinə dair reyestrdən çıxarış və kadastr planın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
27. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3967/2020 nömrəli qərarı ilə iddiaçının iddiası rədd edilsə də, iddiaçının həmin qərardan verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3967/2020 saylı qərarı ləğv edilm iş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 254s saylı bağ sahəsinin 965 kv.metr hissəsinə dair dövlət reyestrindən çıxarışın və kadastr planın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
28. Cavabdehin kassasiya şikayətindəki dəlilləri ondan ibarətdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritədə sözügedən ərazi 285 nömrəsi ilə başlayan bağların ərazisidir. Təqdim edilmiş Bakı ş əhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 326 saylı sərəncamı əsasında iddiaçıya X1 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli müqavilə məhkəmə qərarı əsasında ləğv edilmişdir. İdarənin arxivində mövcud olan iddiaçı ilə bağlanmış xx.xx.2000ci it tarixli, 21331 saylı icarə müqaviləsi isə X1 və İstismarı Birliyi tərəfindən imza və möhürlə təsdiq edilməmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki yuxarıda göstərilmiş dəlilləri əsassızdır.
30. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 326 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 ha olan 254s saylı bağ sahəsi İddiaçı icarəyə verilmişd ir.
31. Bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.1998-ci il tarixli 21331 nömrəli müqavilə bağlanılmışdır.
32. Nərimanov Rayon Məhkəməsinin 2-952/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 254s saylı bağın icarəyə verilməsi haqqında xx.xx.1998-ci il tarixli müqavilə ləğv edilmişdir.
33. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Bağın icarəyə verilməsi haqqında” 21331 nömrəli xx.xx.2000-ci il tarixli Müqaviləyə əsasən, X1 və X2 rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 ha olan bağ sahəsini İddiaçı istifadəsinə verilmişdir.
34. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, Nərimanov Rayon M əhkəməsinin 2-952/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 254s saylı bağın icarəyə verilməsi haqqında xx.xx.1998-ci il tarixli müqavilə ləğv edilmiş olsa da, həmin bağ sahəsinin iddiaçının faktiki istifadəsinə verilməsinə əsas olmuş Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 326 saylı sərəncamı qüvvədədir.
35. Cavabdeh tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 326 saylı sərəncamının həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sərəncam ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müd dəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
36. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 ha olan bağ sahəsinin icarəyə verilməsi haqqında” 21331 nömrəli xx.xx.2000-ci il tarixli müqavilənin Bağlar İdarəsi tərəfindən imzalanmaması və möhürlə təsdiq edilməməsi torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Belə ki, qeyd olunan müqavilənin Bağlar İdarəsi tərəfindən imzalanmaması iddiaçının təqsiri ucbatından olmamışdır. Bununla yanaşı, adıçəkilən müqavilə Azərbaycan Respublikası İqtisa diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilmişdir.
37. Bundan başqa apellyasiya baxışı zamanı təyin edilmiş 10/1853 saylı, 13 iyul 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 0,12 ha olan 254s saylı bağ sahəsinin faktiki ölçüsü 965 m2 təşkil edir.
38. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 254s saylı sahəsi 0.12 ha olan bağ sahəsinə mülkiyyət hüquqlarının tanınmasını xahiş etsə də, iş materiallarında olan ekspert rəyi ilə həmin bağ sahəsinin faktiki ölçüsü 965 m2 təşkil etdiyi müəyyən edilmişdir. Odur ki, ekspert rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 254s saylı bağ sahəsinin 965 m2 hissəsinə mülkiyyət hüququ tanınmalıdır.
39. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, bağ nömrəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə görə isə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir.
40. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir.
41. Eyni zamanda Qeyd olunmalıdır ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək onlar arasında müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair bağlanılan müqavilə, bununla yanaşı icra hakimiyyətinin sərəncamı, orderi vardır.
42. Məlum olduğu kimi iddiaçıda olan torpağa dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 326 saylı, 12 may 1998-ci il tarixli sərəncamı mövcuddur, qüvvədədir. eyni zamanda 29 sentyabr 2000-ci il tarixli, 21331 saylı icarə müqaviləsi də var.
43. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-73/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.