Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-434/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya məbləğinin gecikdirilməsi ilə əlaqədar ödəncin hesablanıb ödənilməsindən imtina) 11.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “ödəncin hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 a vqust 2024-cü il tarixli, 2-1(103)-1208/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017ci il tarixli, 2-1(81)-3306/2017 nömrəli qərarı ilə 1993/1994-cü iş ili üçün 1994-cü ildə istifadə etmədiyi əmək məzuniyyətinə görə İddiaçı kompensasiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilmişdir.
2. Həmin qərar əsasında Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə xx.xx.2018-ci il tarixdə icra vərəqəsi göndərilmiş və icra qurumu tərəfindən “İcraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərarla həmin icra sənədi üzrə icraata başlanı lmışdır. 3. 02.08.2019-cu il tarixdə icra qurumu tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, sözügedən məhkəmə qərarına əsasən ödənilməli kompensasiya məbləği ilə bağlı anlaşılmazlıq yarandığı, iddiaçının hazırda ödənilməli olduğu üçün həmin məbləğin hazırkı əmək haqqına uyğun, cavabdehin isə həmin məbləğin 1994-cü ildəki əmək haqqına uyğun hesablanmalı olduğunu bildirdiyi qeyd edilmiş və sözügedən məhkəmə qərarına izah verilməsi xahiş olunmuşdur.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-1(112)-13/2020 nömrəli qərardadı ilə məhkəmə qərarına izah verilməsinə dair ərizə təmin edilməmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-1(103)-3/2020 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdehin xx.xx.2022-ci il tarixli mə ktubunda qeyd edilmişdir ki, iddiaçının prokurorluq orqanlarında işlədiyi dövrdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın məbləği 161,07 manat təşkil etmişdir. Bu barədə ona dəfələrlə məlumat verilsə də, o məbləğin düzgün hesablanmamasını əsas gətirərək pul vəsaitini götürməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi və həmin əmək haqqı ödənişinin gecikdirilməsinə görə xx.xx.1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödəncin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməsi barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, 1994-cü ildə istifadə etmədiyi 1993/1994-cü iş ili hesabına əmək məzuniyyətinə görə kompensasiyanın ona hesablanıb ödənilməsi cavabdehə həvalə olunmuşdur. Məhkəmənin qərarı ilə onun 1993/1994-cü iş ili hesabına əmək məzuniyyətinə görə hazırkı Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin aylıq əmək haqqının iki misli həcmində kompensasiyanın ona hesablanıb ödənilməsi cavabdehə həvalə edilmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Sözügedən qərar icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin cavabdeh sözügedən məhkəmə qərarını bu günə kimi icra etməmiş, həmin kompensasiyanı iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə görə, 2000-ci ilin sentyabr ayında işdən çıxdığı zaman verilməli olan bütün ödənclər tam məbləğdə ona işdən çıxdığı gün verilməli idi. Hakim vəzifəsinə təyin edilməsi ilə bağlı 2000-ci ilin sentyabr ayında işdən azad olunduğu zaman ona cavabdeh tər əfindən son haqq- hesab ödənilmiş, lakin 1993/1994-cü iş ili hesabına istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanmamış və ödənilməmişdir. 1993/1994cü iş ili hesabına əmək məzuniyyətinə görə kompensasiya onun əmək haqqına daxil olan məbləğdir, əmək haqqıdır. Həmin məbləğ (əmək haqqı) ona 1994-cü ildə verilməli idi. İddiaçı sözügedən məhkəmə qərarının icrası üçün cavabdehə, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə dəfələrlə müraciət etmişdir. Lakin həmin dövlət qurumları onun bu müraciətlərinə cavab verməmişlər. İcra qurumunun isə qanuni qüvvəsini almış həmin məhkəmə qərarının icrasını təmin etməyə səlahiyyəti çatmamışdır. İcra qurumu cavabdehin bu qərarı icra etməli olan vəzifəli şəxslər i haqqında qanunvericilikdə nəzərdə tutulan tədbirləri görməmişdir. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixli müraciətində həmçinin xahiş etmişdir ki, əmək haqqı, eləcə də əmək haqqının ödənilməsi cavabdehin təqsiri üzündən gecikdirildiyindən, 1994-cü ildən (ən azı 2000-ci ilin sentyabr ayından) gecikdirilən hər gün üçün 1% həcmində ödənc hesablanmaqla həmin ödənc məbləği bank hesabına köçürülsün. İddiaçının dəfələrlə müraciətindən sonra cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmə qərarına əsasən 1993/1994-cü iş ili hesabına istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanmış, kompensasiya məbləği 161,07 manat təşkil etmiş və həmin məbləğin alınması ilə bağlı ona məlumat verilmişdir. İddiaçıya guya hesablanan kompensasiyanın məbləği olan 161,0 7 manat hansı mənbədən götürülübsə, hansı əmək haqqına əsasən, Azərbaycan manatının hansı vaxt üçün mövcud olan məzənnəsi ilə hesablanıbsa məlumat verilmir. İddiaçının həmin dövrdəki 161 manat aylıq əmək haqqının iki mislinə bərabər olmasını təsdiq edən məlumatlar iddiaçıya verilən cavabda göstərilməli idi. Məhkəmə qərarını icra etməli vəzifəli şəxs hesablamaları öz istədiyi kimi yox, qanunun tələblərinə uyğun aparmalı idi. Həmin məktubda göstərilmişdir ki, həmin məbləğ məhkəmə qərarına əsasən hesablanmışdır. Məhkəmə qərarına əsasən icra vərəqəsi xx.xx.2018-ci ildə verilmişdir. Lakin iddiaçıya göndərilən cavabda Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün həmin əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanıbhesablanmaması göstərilməmişdir. İddiaçıya kompe nsasiya məbləği cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Qanunun tələbi pozularaq cavabdeh tərəfindən əmək haqqının gecikdirilməsinə görə ödənc məbləği isə ümumiyyətlə hesablanmamışdır. Cavabdeh bunları etməməklə onun qanunla qorunan hüquqlarını bu günə kimi pozmaqda davam edir, ona qanuni verilməli kompensasiyanı (əmək haqqını), həmçinin həmin əmək haqqının gecikdirilməsinə görə ödənci bu gün də hesablamır və ödəməkdən imtina edir. İddiaçı uzun illər, 25 ildən artıq prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Qanunun tələbinə əsaslanaraq hesab edir ki, kompensasiyanın məbləği Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində hesablanmalı, ona hesablanmalı olan kompensasiyanın və ödəncin məbləği məhkəmə q ərarında göstərilməlidir. Cavabdeh tərəfindən məhkəmə qərarı hazırkı vaxta qədər icra olunmadığından ən azı xx.xx.1995-ci ildən xx.xx.2022-ci ilə kimi gecikdirilən 27 il və ya 9855 gün üçün cavabdeh hər gecikdirilən günə əmək haqqının bir faizindən az olmayaraq ona ödənc hesablayıb ödəməlidir. Ödənc ödənməsi də cavabdehin təqsirindən həyata keçirilmədiyindən, ödənməli ödəncin məbləği də hazırkı Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqına uyğun müəyyən edilməlidir. Cavabdeh bunu könüllü həyata keçirməkdən imtina etdiyindən, iddiaçıya ödənilməli kompensasiya və ödənc məbləğləri qanun normalarına istinadən 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə apa rılmaqla məhkəmə qərarına əsasən məhkəmə qaydasında müəyyən edilməlidir, yəni ona ödənməli kompensasiya və ödənc məbləğləri məhkəmə qərarında öz əksini tapmalıdır. Əmək haqqının həcmi barədə arayış cavabdeh tərəfindən məhkəməyə təqdim edilməlidir
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 01 dekabr 2022-ci il tarixli, 21(112)-6741/2022 nömrəli qərardadı ilə “1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi vəzifəsinin c avabdehin üzərinə qoyulması” hissəsində iddia mümkün sayılmamışdır.
9. Həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
10. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 01 dekabr 2022-ci il tarixli, 2-1(112)-6741/2022 nömrəli qərarı ilə “Əmək haqqı ödənişinin gecikdirilməsinə görə xx.xx.1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbini Əmək Məcəlləsinin 172-ci maddəsi ilə əsaslandırmışdır. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzü ndən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun.
12. Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzrsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172.5-ci maddəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilməməsi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Məcəllənin 172-ci maddəsinin qeydindən də göründüyü kimi “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesabla nmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi, maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Bu baxımdan hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödə ncin tutulmasına dair iddia tələbi təmin edilməməlidir.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Mehriban Qarayeva) 14 avqust 2024-cü il tarixli, 2-1(103)-1208/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan və məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdeh tə rəfindən əmək haqqının ödənişinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi həcmində ödənc tələb etsə də, əmək haqqının verilməsinin cavabdehin təqsirindən gecikdirilməsi halı öz təsdiqini tapmamışdır.
16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər g ecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayət də mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv ed ərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsində mübahisəyə hüquq normalarının tətbiqində pozuntuya yol verilsə də, həmin pozuntunun məhkəmənin gəldiyi nəticəyə təsir etməyən xarakterdə olduğu nəzərə alınmalı və İnzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinə əsasən qərar dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Mübahisəyə tətbiq edilməli olan hüquq norması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı iş üzrə iddiaçı tələbini “əmək haqqının ödənişi” kimi ifadə etsə də, onun əsl hüquqi marağı və məqsədi 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə münasibətdə kompensasiya məbləğinin gecikdirilməsinə görə xx.xx.1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin məbləğin bir faizi həcmində ödəncin hesablanıb ödənilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı iddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etmişdir.
27. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
28. Göründüyü kimi, istinad olunan maddədə əmək haqqının ödənilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə maddi məsuliyyət tədbiri müəyyən edilir. Nəzərə almaq lazımdır ki, həmin norma işəgötürən tərəfindən əmək haqqının ödənilməsi ilə bağlı vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsinin təminatı qismində çıxış edir.
29. Bu baxımdan hazırkı mübahisənin həlli üçün yuxarıda istinad olunan normalara əsasən “əmək haqqı”nın normativ-hüquqi anlayışının açıqlanması həlledici əhəmiyyət kəsb edir. Əmək Məcəlləsinin 154.1-ci maddəsinə görə, əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
30. Əmək məzuniyyətindən istənilən səbəbdən istifadə olunmadığı hallarda isə, işçiyə həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilir. Belə ki, Əmək Məcəlləsinin 135.2-ci maddəsinə görə, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məblə ğdə kompensasiya ödənilir.
31. Göründüyü kimi, qanunverici Əmək Məcəlləsində “əmək haqqı” və “istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya” anlayışlarını bir-birindən fərqləndirmişdir. Belə fərqləndirmə həmin institutların mahiyyətindən irəli gəlir.
32. Bu baxımdan iddiaçı Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinadən 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya məbləğinin gecikdirilməsinə görə xx.xx.1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin məbləğin bir faizi həcmində ödəncin hesablanıb ödənilməsi tələbində haqlı sayıla bilməz.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələnd irilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2-1(103)-1208/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.