Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4342/2025 12.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizənin təmin olunmaması”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə “Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi, işə yenidən baxılması və iddia tələbinin təmin olunması barədə qərarın qəbul edilməsi” barədə yeni açılmış hallar üzrə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2022-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ***/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)- ****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ##.##.2025-ci il tarixdə yeni açılmış hallar üzrə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *- *(***)-****/**** saylı qərarının ləğv edilməsini, işə yenidən baxılması və iddia tələbinin təmin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, o, döyüşlərdə iştirakını təsdiq edən yeni sənədlər əldə etmişdir. Belə ki, Binəqədi Rayon Hərbi Kommisarlığı üzrə Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısında onun adı qeyd olunmuş və bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin Binəqədi Rayon Hərbi Kommisarlığı tərəfindən verilmiş ##.##.2012-ci il tarixli ** saylı arayışda deyilir: Arayış verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda 1988-ci ilin ######ın #-dən 1991-ci ilin #######ın #-dək erməni işğalçı quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd İnzibati Ərazi Vahidlərində və keçmiş DQMV-i ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir və o, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə “Müharibə veteranı adı və vəsiqəsi almaq hüququna malikdir. Həmçinin adlı siyahıdan çıxarış imzalanmış və möhürlə təsdiq edilmişdir, (arayış və adlı siyahı əlavə olunur). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şuşa rayon Hərbi Komisarlıgnın ##.##.2005-ci il tarixli **** saylı Arayışda onun 1988-1990-ci illərdə Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmağını, döyüş əməliyatlarında iştirakını təsdiq edir. Şuşa şəhər sakinləri X3, X2, X1 2013-ci ilin iyun ayında Notaral təsdiq edilmiş ərizələrində-də onun Qarabağ hadisələrinin ilk günlərində 1988-1990-ci illərdə Azərbaycan Respublikasının Ərazi Bötüvlüyü uğrunda Şuşa könüllü ərazi özünü Müdafiə dəstələrinin döyüşçüləri ilə birlikdə erməni millətçi quldur dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında dəfələrlə iştirak etməyini təsdiq edirlər. Həmçinin onun döyüş bölgəsinə 3 dəfə ezam olunmağı barədə əmrlər var. Həmçinin 1 dəfə də 1990-ci ilin avqust ayında ezamının artırılması barədə əmr var. Bir sözlə onun əlində tutarlı məhkəmə tərəfindən nəzərə alınmayan sənədləri vardır və həmin sənədlərin bir çoxunu hazırda əldə etmiş və həmin sənədləri yeni açılmış hal kimi qiymətləndirir. Həmçinin ##.##.2024-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrinin İnkişaf Xidmətinin məktubunu da yeni əldə etmiş, həmin məktubda aşağıdakı məzmundadır: “Sizin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar, 1988-1990-cı illərdə Şuşa, Əskəran, Laçın, Kəlbəcər rayonlarına və Xankəndi şəhərinə ezamiyyət əmrləriniz, habelə Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmağınızı, döyüş əməliyyatlarında iştirak etməyinizi təsdiq edən Azərbaycan Respublikası Şuşa Rayon icra Hakimiyyətinin başçısının ## ####### 2005-ci il tarixli **** saylı arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şuşa rayon Hərbi Komissarlığının ##.##.2005-ci il tarixli **** saylı arayışı və Meşələrin inkişafı Xidmətinin arxivində saxlanılan digər rəsmi, sənədlərin surətləri Sizə təqdim edilir.” Burdan da görünür ki, onun döyüşlərdə iştirakını bu məktub da təsdiq edir. Həmin məktub dövlət idarəsi tərəfindən verilmiş qanuni əsaslı məktubdur. Həmçinin onunla döyüşlərdə iştirak edən və notarial təsdiq olunmuş şahid ifadələri də onun döyüşlərdə iştirakını təsdiq etdiyi halda bunu da məhkəmə nəzərə almamış və onun hüquqlarını pozmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı” ərizə təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunubolunmadığı
8. və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həmçinin ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da qeyd edilən qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün İnzibati Prosessual Məcəllənin 100-cü maddəsində təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir. İddiaçının iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi göstərilmiş adlı siyahısı, arayışlar, əmrlər və ərizələr iddiaçı tərəfindən birinci instansiya məhkəməsində, sonradan yuxarı instansiya məhkəmələrində sübut kimi təqdim edilmiş və onlara məhkəmə tərəfindən münasibət bildirilmişdir. Məhkəmə tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə, hazırkı ərizəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmadığından, iddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsini tələb etməkdə haqlı sayıla bilməz. Bundan başqa, həm də iddiaçı tərəfindən istinad edilən halların məhkəmənin gəldiyi nəticəyə və iddiaçıya münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli və həlledici təsir göstərmək keyfiyyətinə malik olmadığı da nəzərə alınmalıdır.
9. Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadından narazı qalan ərizəçi İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və F.İ.Mədətli) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ərizədə qeyd olunan hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz və apellyasiya şikayətinin və yeni açılmış hallarla bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatının təzələnməsi üçün əsas yaratmır. Belə ki, iddiaçı tərəfindən icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi göstərilmiş siyahı, arayışlar, əmrlər və ərizələr iddiaçı tərəfindən birinci instansiya məhkəməsində, sonradan yuxarı instansiya məhkəmələrində sübut kimi təqdim edilmiş və onlara məhkəmə tərəfindən münasibət bildirilmişdir. İddiaçı tərəfindən istinad edilən halların məhkəmənin gəldiyi nəticəyə və iddiaçıya münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli və həlledici təsir göstərmək keyfiyyətinə malik olmadığı da nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər onun həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təzavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olarkən döyüş əməliyyatlarında iştirak etməsini sübut etmir və iddianın təmin edilməsi üçün əsas deyil.
12. Ərizəçi kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti ərizə və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Bununla belə Kollegiya qeyd edir ki, yeni açılmış hallar yalnız işə baxılarkən mövcud olan, lakin ərizəçiyə məlum olmayan və sonradan ortaya çıxan, işin nəticəsinə həlledici təsir göstərə biləcək faktlar olduqda qəbul edilir. Bundan əlavə, bəzi hallar (məsələn, yalan ifadə, saxta sübut və s.) yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməlidir.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yeni açılmış hallarla bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
24. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.