Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4343/2025 22.07.2026 ALI MƏHKƏMƏ Üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: XDS IK-nin qərarı ilə ayrılmış torpaq sahəsinə dair istifadə hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi) Üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli Qərarı və həmin Qərara əlavə edilmiş ayrıc aktına əsasən Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 5800 kv.m torpaq sahəsi “xxxx” Kooperativinə ayrılmışdır.
2. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrdən çıxarışlara əsasən “xxxx” Kooperativinin sonradan təşkilati hüquqi forması dəyişərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir.
3. Üçüncü şəxsan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A nömrəli, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasən Suraxanı rayonu, Zığ qəsəbəsində “xxxx” Kooperativinə Bakı şəhər XDS IK-nın ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı ilə 5800 kv.m torpaq sahəsi asfalt qurğusunun tikintisi üçün daimi istifadəyə ayrılmışdır.
4. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən ##.##.2023-cü il tarixli, 3-21-3-30/2-27039/2023 ************ nömrəli və ##.##.2024-cü il tarixli, 3-21-3- 30/2-6687/2024 ************* nömrəli məktublarla imtina edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhər XDS IK-nin ##.##.1991-ci il tarixli, **/*** saylı Qərarı ilə “xxxx” kooperativi üçün ayrılmış 5800 kv.m torpaq sahəsi üzərində “xxxx” MMC-nin daimi istifadə hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** saylı qərarı ilə Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 5800 kv.m torpaq sahəsi “xxxx” Kooperativinə ayrılmış və Üçüncü şəxsan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” təsdiq edilmişdir. “xxxx” MMC tərəfindən ona ayrılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət olunmuşdur. Müraciətinin təmin edilməsindən imtina edilmişdir
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, ##.##.2023-cü il tarixli, ********** nömrəli, ##.##.2024-cü il tarixli ərizələr ilə müraciət etmiş və ona ##.##.2023- cü il tarixli, 23302027039 xaric olmA nömrəli, ##.##.2024-cü il tarixli, 243021106687 xaric olmA nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, vahid elektron baza məlumatına əsasən torpaq sahəsinin 2785 kv.m hissəsi (həmçinin üzərində yerləşən qeyri-yaşayış binasının bir hissəsi) yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin, göstərilən sahə Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Eyni zamanda təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. ##.##.2023-cü il tarixdə Idarənin mütəxəssisləri tərəfindən əmlaka baxış keçirilərkən məlum olmuşdur ki, ayrıc cizgisində torpaq sahəsinin 5820 kv.m, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 5800 kv.m qeyd edilsə də, faktiki olaraq 6070 kv.m təşkil edir.
8. Məhkəmənin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə Üçüncü şəxsan Respublikasının Dövlət Neft Şirkəti iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir.
9. 3-cü şəxs Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, işdə olan sənədlərdən göründüyü kimi, ümumi 6070 kv.m sahənin 3400 kv.m hissəsi “Azneft” IB-nin X13 ərazisinə düşür, 1764 kv.m hissəsi quyusunun mühafizə zonasına düşən hissəsi 906 kv.m hissəsi isə sərəncam əsasında Üçüncü şəxsan SSR-nin Elmlər Akademiyasına yardımçı təsərrüfatın aparılması üçün ayrılan ərazinin hüdudları daxilinə düşür. Məlum olduğu kimi, Üçüncü şəxsan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Üçüncü şəxsan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həyata keçirilir. Üçüncü şəxsan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2ci bəndinə əsasən obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi, sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Üçüncü şəxsan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Üçüncü şəxsan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərar əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Üçüncü şəxsan Respublikasının ##.##.1996-cı il tarixli Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Hesab edirlər ki, cavabdeh torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından əsaslı olaraq imtina etmişdir. Koordinatlar əsasın müvafiq araşdırma aparılmış və həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, ümumi sahə 6070 kv.m-dir. Aktda düşməyən hissə 3400 kv.m, quyunun mühafizəsinə düşən hissə 1764 kv.m, akta düşən və quyunun mühafizə zonasına düşməyən hissə 906 kv.m SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də, neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da, öz növbəsində Üçüncü şəxsan Respublikası Hökümətinin, eləcə də, SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.
10. Məhkəmənin sorğusuna əsasən Üçüncü şəxsan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ## ##### 2024-cü il tarixli, *-**-*F-***/**** nömrəli məktubla Bakı şəhər XDS IK-nin arxiv fondu üzrə ##.##.1991-ci il tarixli, **/*** saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli, 3- 21-3- 30/2-17635/2024 ************ nömrəli məktubla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “xxxx” Kooperativinin adına verilmiş AN-****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənəd ilə bağlı Idarənin arxivində saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
12. Bakı Inzibati Məhkəməsinin # #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim X8) iddia təmin edilərək Bakı şəhər XDS IK-nin ##.##.1991-ci il tarixli, **/*** saylı Qərarı ilə “xxxx” kooperativi üçün ayrılmış 5800 kv.m torpaq sahəsi üzərində “xxxx” MMC-nin daimi istifadə hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...hazırki işin hallarından da, göründüyü kimi, iddiaçıya torpaq sahəsinin daimi istifadəyə verilməsi barədə Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir. ....qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin məhkəmə tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Məhkəmə cavabdehin digər dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı hazırda torpaq sahəsinin faktiki 6070 kv.m hissəsində deyil, 5800 kv.m hissəsində hüquqlarının qeydiyyata alınmasını məhkəmədən xahiş edir. Həmçinin torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında uyğunsuzluğun mövcud olması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina həm qanunvericiliyin tələbləri, həm də, etimadın qorunması doktrinası ilə uzlaşmır. Məhkəmə həmçinin, mübahisəli torpaq sahəsinin 2785 kv.m hissəsinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərizədə yerləşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin torpaq sahəsinin qaz xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, Üçüncü şəxsan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, 3-cü şəxs məhkəməyə təqdim etdiyi etiraz ərizəsində torpaq sahəsinin bir hissəsinin Üçüncü şəxsan SSR-nin Elmlər Akademiyasına yardımçı təsərrüfatın aparılması üçün ayrılan ərazinin hüdudları daxilində yerləşməsini bildirsə də, bununla bağlı cavabdeh və 3-cü şəxs tərəfindən məhkəməyə hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. O cümlədən, belə bir dəlil cavabdeh inzibati orqan tərəfindən nə aparılmış inzibati icraat zamanı, nə də ki, məhkəmə icraatı zamanı irəli sürülməmişdir”.
14. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər.
b) apellyasiya instansiya məhkəməsində icraat
15. Apellyasiya baxışı zamanı işin obyektiv araşdırılması məqsədilə cavabdeh inzibati orqandan Bakı şəhər XDS IK-nin ##.##.1991-ci il tarixli, **/*** saylı Qərarı ilə “xxxx” kooperativi üçün ayrılmış Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 5800 kv.m torpaq sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək fotoşəkillərlə birlikdə torpaq sahəsinin təyinatına dair məlumatı özündə əks etdirən müayinə aktı və torpaq sahəsinin ətrafında olan torpaq sahələrinə dair ortofoto görüntü tələb olunmuşdur.
16. Məhkəmə sorğusuna əsasən Cavabdeh tərəfindən müayinə (baxış) aktı və ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən olunur ki, iddiaçı “xxxx” MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi 6073,5 m2-dir, torpaq sahəsinin koordinatları akta əlavə olunmuşdur, torpaq sahəsinin 1 tərəfindən 12,6 m və 10,3 metr məsafəsində diaqonalı 500 mm olan Neft kəməri keçir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimi göstərilmişdir:
1. 415784.452 1. 4469436.131
2. 415784.159 2. 4469428.737
3. 415781.578 3. 4469386.319
4. 415751.133 4. 4469388.53
5. 415751.107 5. 4469387.731
6. 415677.546 6. 4469390.1035
7. 415677.664 7. 4469457.4035
8. 415768.214 8. 4469437.558
17. Apellyasiya baxışı zamanı işin obyektiv araşdırılması məqsədilə eyni zamanda üçüncü şəxs Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinə Bakı şəhər XDS IK-nin ##.##.1991-ci il tarixli, **/*** saylı Qərarı ilə “xxxx” kooperativi üçün ayrılmış Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 5800 kv.m torpaq sahəsinin Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan torpaq sahəsi olub-olmaması, həmin torpaq sahəsinin ətrafında neft quyularının (işlək və yaxud ləğv olunmuş), neft-qaz kəmərlərinin olub-olmaması barədə, əgər varsa həmin neft quyuları və neft-qaz kəmərləri ilə iddia olunan torpaq sahəsi arasındakı məsafə (mühafizə zonasına düşübdüşməməsi) barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsinə dair məhkəmə sorğusu ünvanlanmışdır.
18. Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ## ####### 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən bildirilmişdir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd olunan koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 6070 m2 torpaq sahəsinin 3400 m2 hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün ## ######## 2005-ci il tarixli ***-IIQ nömrəli Üçüncü şəxsan Respublikasının Qanunu ilə təsdiq edilmiş ## ###### 2005-ci il tarixdə SOCAR, Rafi Oyl EfZeI (“xxxx”) və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanmış “Üçüncü şəxsan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə (Saziş) əsasən, “X6 Kompani S.A.” şirkətinin Üçüncü şəxsan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsinin 37 metrlik məsafəsində ** saylı ləğv edilmiş neft-qaz quyusu vardır. Eyni zamanda torpaq sahəsinin bir hissəsi “Qaz ixrac” idarəsi Abşeron MQKS-ə məxsus “* saylı QNAS - Qaraçuxur QPS” (D 530 mm, yerüstü, Layihə təzyiqi 1.2 MPa (12 kqq/kv. sm) yüksək təzyiqli qaz kəmərinin 10 metrlik məsafəsində və Abşeron MQKS-ə məxsus “Qum adası Qaraçuxur QPS” (D 530 mm, yerüstü, Layihə təzyiqi 1.2 MPa (12 kqq/kv. sm) yüksək təzyiqli qaz kəmərinin 11 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Torpaq sahəsinin 2670 m2 hissəsi isə SOCAR-ın daimi istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olmaqla, Bakı Şəhər X5 Icraiyyə Komitəsinin # ###### 1991-ci il tarixli **/*** nömrəli qərarı ilə Asfalt qurğusunun quraşdırılması üçün “Abadlıq5” Müstəqil Kooperativinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.
19. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı (hakimlər X3-məruzəçi, X1 və X2) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “...iddiaçıya torpaq sahəsinin ayrılması Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı əsasında həyata keçirilmişdir ki, həmin qərar da hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. .... Istinad olunan inzibati akt “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan Respublikası Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə aiddir. .... .....qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. .... ....3-cü şəxs torpaq sahəsinin bir hissəsinin Üçüncü şəxsan SSR-nin Elmlər Akademiyasına yardımçı təsərrüfatın aparılması üçün ayrılan ərazinin hüdudları daxilində yerləşməsini bildirsə də, bununla bağlı cavabdeh və 3-cü şəxs tərəfindən məhkəməyə hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. O cümlədən, belə bir dəlil cavabdeh inzibati orqan tərəfindən nə aparılmış inzibati icraat zamanı, nə də ki, məhkəmə icraatı zamanı irəli sürülməmişdir. Həmçinin, cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktında da bu barədə məlumat qeyd edilməmişdir”. Qərardan narazı qalan cavabdeh Üçüncü şəxsan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh və üçüncü şəxs Üçüncü şəxsan Respublikasının Dövlət Neft Şirkəti kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər.
Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri
a) kassasiya şikayətlərinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin 2785 kv.m hissəsi (həmçinin üzərində yerləşən qeyri-yaşayış binasının bir hissəsi) yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin göstərilən sahə Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Eyni zamanda təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur.
22. Üçüncü şəxsan Respublikasının Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır.
23. Şikayətdə həmçinin Üçüncü şəxsan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.1ci maddəsinə istinad edilərək qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən şikayətdə yazılan dəlillərlə bağlı ətraflı araşdırma aparılmamışdır.
24. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilinə görə neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilər, Saziş əraziləri və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonaları barədə məlumatlar adı çəkilən qurumun kadastr bazasında mövcuddur.
25. Şikayətdə Üçüncü şəxsan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci, 22.5-ci maddəsinə, “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə istinad edilərək həmin torpaqlar dövlət mülkiyyətində saxlanır.
26. “Texniki təhlükəsizlik haqqında” Üçüncü şəxsan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Üçüncü şəxsan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Üçüncü şəxsan Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
28. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Üçüncü şəxsan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
29. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Üçüncü şəxsan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin məhkəmə tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Üçüncü şəxs ARDNŞ öz kassasiya şikayətində mübahisəli torpaq sahəsinin 906 kv.m hissəsinin sərəncam əsasında Üçüncü şəxsan SSR-nin Elmlər Akademiyasına yardımçı təsərrüfatının aparılması üçün ayrılan ərazinin hüdudları daxilinə düşməsini qeyd etsə də, müvafiq sərəncamı məhkəməyə təqdim etməmişdir.
Tətbiq edilən hüquq
31. Üçüncü şəxsan Respublikasının Mülki Məcəlləsi: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Üçüncü şəxsan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Üçüncü şəxsan Respublikasının Torpaq Məcəlləsi: -50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil istismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. Həmin Maddənin 3-cü bəndinə əsasən Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Həmin maddənin 4-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. Həmin maddənin 4-1-ci bəndinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müvəqqəti istifadə müddətinin uzadılması həmin sahələrin mülkiyyətçiləri ilə yeni müqavilənin bağlanması əsasında həyata keçirilir. Həmin maddənin 6-cı bəndinə əsasən torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Üçüncü şəxsan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Həmin maddənin 7-ci bəndinə əsasən torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Üçüncü şəxsan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər. -84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
33. “Üçüncü şəxsan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Üçüncü şəxsan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Üçüncü şəxsan Respublikası Prezidentinin *** saylı ##.##.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Üçüncü şəxsan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.
34. Üçüncü şəxsan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Üçüncü şəxsan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan Respublikasının Qanunu: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Üçüncü şəxsan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
36. “Inzibati icraat haqqında” Üçüncü şəxsan Respublikasının Qanunu: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
37. “Üçüncü şəxsan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Üçüncü şəxsan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Üçüncü şəxsan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
38. Üçüncü şəxsan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
39. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Kassasiya şikayətlərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Üçüncü şəxsana qarşı” işi üzrə qərarı).
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya torpaq sahəsinə istifadə hüququnun qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Iddiaçının hüquqi marağı Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli Qərarı və həmin Qərara əlavə edilmiş ayrıc aktına əsasən ona ayrılmış Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 5800 kv.m torpaq sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlıdır.
48. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin 2785 kv.m hissəsi (həmçinin üzərində yerləşən qeyri-yaşayış binasının bir hissəsi) yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin göstərilən sahə Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Eyni zamanda təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. ##.##.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilərkən məlum olmuşdur ki, ayrıc cizgisində torpaq sahəsinin ölçüsü 5820 kv.m, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 5800 kv.m qeyd edilsə də, faktiki olaraq 6070 kv.m təşkil edir.
49. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə mühafizə zonaları ona görə tətbiq edilir ki, insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də boru kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Vətəndaşın həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Üçüncü şəxsan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
50. Işin mübahisə olunmayan hallarına görə iddia olunan torpaq sahəsi Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli Qərarı və həmin Qərara əlavə edilmiş ayrıc aktına əsasən Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 5800 kv.m torpaq sahəsi olmaqla iddiaçı “xxxx” Kooperativinə ayrılmış və həmin inzibati akta əsasən torpaq sahəsinə dair Üçüncü şəxsan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A nömrəli, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. A nömrəli, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən olunur ki, Suraxanı rayonu, Zığ qəsəbəsində “xxxx” Kooperativinə Bakı şəhər XDS IK-nın ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı ilə 5800 kv.m torpaq sahəsi asfalt qurğusunun tikintisi üçün daimi istifadəyə ayrılmışdır.
51. Iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olmuş Torpaq Məcəlləsinin 12-ci maddəsinə görə torpaq müddətsiz və ya müvəqqəti istifadəyə verilir. Torpağın müddətsiz (daimi) istifadəyə verilməsi o deməkdir ki, torpaqdan istifadə üçün qabaqcadan müddət müəyyən edilmir. Torpaqdan müvəqqəti istifadə qısamüddətli-üç ilədək və uzunmüddətli-üç ildən on ilədək ola bilər…
52. Həmin Məcəllənin 13-cü maddəsinə görə torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri…müvafiq X5 icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir…
53. Həmin Məcəllənin 20-ci maddəsinin üçüncü bəndinə görə şəhər X5 icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər.
54. Həmin Məcəllənin 107-ci maddəsinə görə şəhər torpaqlarından sahələr şəhər ərazisinin müəyyən edilmiş qaydada təsdiq edilmiş planlaşdırma və tikiliş layihələrinə və yer-təsərrüfat quruluşu planlarına uyğun olaraq, şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında istifadəyə verilir.
55. Iddiaçıya torpaq sahəsinin ayrılması Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı əsasında həyata keçirilmişdir Torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Həmçinin həmin qərar əsasında Üçüncü şəxsan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A nömrəli, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Odur ki, ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə istifadə hüququnun qeydə alınması üçün əsasdır.
56. Məhkəmə sorğusuna əsasən cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən olunur ki, iddiaçı “xxxx” MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi 6073,5 kvm-dir, torpaq sahəsinin koordinatları akta əlavə olunmuşdur, torpaq sahəsinin 1 tərəfindən 12,6 m və 10,3 metr məsafəsində diaqonalı 500 mm olan neft kəməri keçir.
57. Üçüncü şəxsan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 1.3-cü bəndinə qeyd edilmişdir ki, bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir.
58. Qaydaların 6.1-ci bəndində qeyd edilir ki, Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X12 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi.
59. Üçüncü şəxsan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndində qeyd edilir ki, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir.
60. Hazırkı işdə iddiaçının arzusu torpaq sahəsinə istifadə hüququnun qeydə alınması ilə bağlıdır, həmin torpaq sahəsində hansısa işlərin yerinə yetirməsi ilə bağlı deyildir. Adı çəkilən Qaydalarda aidiyyəti orqanların (istismarçı təşkilatın rəyini almadan) mühafizə zonasında qadağan olunan işlər sadalanmışdır və iddiaçının görəcəyi işlər hazırkı işin predmeti deyildir.
61. Məhkəmə kollegiyası həmçinin Üçüncü şəxsan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə istinad edərək qeyd edir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
62. Iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd olan Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarında qeyd edilmişdir ki, “Abadlıq 5” Müstəqil Kooperativinə ərizələri əsasında “xxxx” şirkətinin razılıq məktubları nəzərə alınaraq asfalt qurğusunun tikintisi məqsədilə Suraxanı rayonun cənub-şərq hissəsində yerləşən tikintisiz ərazidən torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi vaxtilə neft şirkətinin istifadəsində olan və istifadəsiz qalmış torpaq sahəsi neft şirkətinin razılıq məktubları nəzərə alınaraq iddiaçının daimi istifadəsinə verilmişdir.
63. Cavabdehin digər dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı hazırda Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı ilə istifadəsinə verilmiş torpaq sahəsindən faktiki olaraq istifadə edir. Torpaq sahəsinin faktiki istifadə etdiyi 6070 kv.m hissəsində deyil, hüquqmüəyyənedici sənəddə qeyd edilən 5800 kv.m hissəsində hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Həmçinin torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında uyğunsuzluğun mövcud olması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina həm qanunvericiliyin tələbləri, həm də etimadın qorunması doktrinası ilə uzlaşmır. Üçüncü şəxs torpaq sahəsinin bir hissəsinin Üçüncü şəxsan SSR-nin Elmlər Akademiyasına yardımçı təsərrüfatın aparılması üçün ayrılan ərazinin hüdudları daxilində yerləşməsini bildirsə də, bununla bağlı cavabdeh və 3-cü şəxs tərəfindən məhkəməyə hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. O cümlədən, belə bir dəlil cavabdeh inzibati orqan tərəfindən nə aparılmış inzibati icraat zamanı, nə də ki, məhkəmə icraatı zamanı irəli sürülməmişdir. Həmçinin, cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktında da bu barədə məlumat qeyd edilməmişdir.
64. Üçüncü şəxs “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Üçüncü şəxsan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli Fərmanının 2-ci bəndinə istinad edərək hüququn qeydi alınmalı olmadığını bildirmişdir.
65. Fərmanın 2-ci bəndində qeyd edilir ki, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
66. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, Fərmanın 2-ci bəndində magistral boru kəmərlərinin...mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməyən əmlakdan (tikilidən) bəhs olunur, torpaq sahəsinə hüququn qeydiyyatının məhdudlaşdırılmasından bəhs olunmur.
67. Məhkəmə kollegiyası həmçinin Üçüncü şəxsan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Üçüncü şəxsan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyini təkrarlayaraq bildirir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
68. Məhkəmə kollegiyası vurğulayır ki, kassasiya şikayətlərinin dəlilləri apelyasiya şikayətlərinin dəlilləri ilə eyni olmuş və apelyasiya məhkəməsi hər iki şikayətə münasibətdə şikayətin dəlillərinə ətraflı hüquqi qiymət vermişdir.
69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 5800 kv.m torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
70. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Üçüncü şəxsan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh və üçüncü şəxs Üçüncü şəxsan Respublikasının Dövlət Neft Şirkətinin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.