Məhkəmə qərarları › İş №2-1(102)-435/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-435/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-435/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı prezident təqaüdün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2599/2018 saylı 02 noyabr 201 8-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 17.10.2008-ci il tarixdən 2-ci qrup əlillik təyin edilmiş, əlilliyin müddəti 01.11.2009-cu il tarixədək müəyyən edilmiş, əlilliyin səbəbi “hərbi xidmət dövründə alınmışdır” göstərilmişdir. 12.01.2016-cı il tarixdə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar təkrar 2-ci qrup əlillik təyin edilmiş və səbəbi kimi sinir sisteminin kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları göstərilmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2017-ci il tarixli, 2-1(81)-4681/2017-ci il tarixli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazir liyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 05.07.2017-ci il tarixli *** saylı qərarda "travmadır, hərbi xidmət dövründə alınmışdır" ifadəsinin ləğv edilərək, "hərbi travmadır, xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır" ifadəsi ilə əvəz edilməsini cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi qərara alınmışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2017-ci il tarixli, 2-1(81)-4681/2017-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq iddiaçıya 11.12.2017-ci il tarixdən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” təyin edilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 17.10.2008-ci il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina olunmuş, iddiaçıya ünvanlanmış 06 fevral 2018-ci il tarixli **/*** nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə 11.12.2017-ci il tarixdən iddiaçıya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş və müharibə əlilləri üçün Prezident təqaüdünün 21.11.2008-ci il tarixdən hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir”. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəri manov rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 17.10.2008-ci il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh DSMFnin Nərimanov rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-cı il tarixli, 2-1(82)-1650/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 11.12.2014-cü il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2-1(82)-1650/2018 saylı qərarını qismən ləğv ləğv edərək, iddia tələbinin tam təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2599/2018 saylı 02 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2-1(82)-1650/2018 saylı qərarı dəyişdirilmiş, AR Preziden tinin 569 nömrəli, 20.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 17.10.2008-ci il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq Iddiaçı ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmədən hesab etmişdir ki, prezident təqaüdü deyil, yalnız sosial müavinət ən çoxu müraciət edilməzdən əvvəlki 3 il ödənilməklə, aylıq müavinətlər isə müraciət edilmə vaxtından asılı olmayaraq, bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2599/2018 saylı 02 noyabr 2018-ci il tarixl i qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə təqaüd iddiaçıya onu almaq hüququ yarandığı gündən, yəni 11.12.2017-ci il tarixdən ödənilməlidir. Kassator Mülki Prosessual Məcəllənin 416, 417.1.5, 418, 419-cu maddələrinə, İnzibati Prosessual Məcəllənin 90, 99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2599/2018 saylı 02 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin iştira kları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2599/2018 saylı 02 noyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əl il olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü“nün təsis edilməsi və onun aylıq məbləğinin müəyyən edilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət“(yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlilləri hesab olunurlar. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Iddiaçı 17.10.2008-ci il tarixdən 2 -ci qrup əlillik təyin edilmiş, əlilliyin müddəti 01.11.2009-cu il tarixədək müəyyən edilmiş, əlilliyin səbəbi “hərbi xidmət dövründə alınmışdır” göstərilmiş, səbəb kimi sinir sisteminin kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları qeyd edilmişdir. 12.01.2016-cı il tarixdə isə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar təkrar 2-ci qrup əlillik təyin edilmişdir. Halbuki iddiaçıya yalnız 11.12.2017-ci il tarixdə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” təyin edilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçı müharibə əlillik statusunu 11.12.2017-ci il tarixdə əldə etdiyindən iddiaçının elə həmin tarixdən təqaüd almaq hüququ yaranır, iddiaçıya 2008-ci il tarixdən həmin təqaüdün hesablanması əsassızdır. Lakin hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqt isadi Məhkəməsinin 24 iyul 2018-cı il tarixli, 21(82)-1650/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 11.12.2014-cü il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan isə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-cı il tarixli, 2-1(82)-1650/2018 saylı qərarı Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 11.12. 2014-cü il tarixdən 11.12.2017-ci il tarixədək olan müddət üçün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə qoyulması hissəsində qüvvəyə minmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məc əlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, qismən, Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 17.10.2008-ci il tarixdən 11.12.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Res publikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2599/2018 saylı 02 noyabr 2018-ci il tarixli qərarı qismən, Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 17.10.2008-ci il tarixdən 11.12.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin. İddia tələb i həmin hissədə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2599/2018 saylı 02 noyabr 2018-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar