Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-435/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi GİRİŞ HİSSƏ 11.03.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi qazmaçı köməkçisi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi texnoloq, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi mü həndis-texnoloq, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi texnolojı xidmətdə mühəndistexnoloq, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilə kimi maili qazma üzrə mühəndis-texnoloq və xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə kimi texnoloji xidmətin rəis müavini peşələrində işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla xx xxxxxxx 2017-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-2053/2019) iddianın təmin edilməsi, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə ki mi qazmaçı köməkçisi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi texnoloq, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi mühəndis-texnoloq, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi texnolojı xidmətdə mühəndis-texnoloq, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilə kimi maili qazma üzrə mühəndis-texnoloq və xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə kimi texnoloji xidmətin rəis müavini peşələrində işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla xx xxxxxxx 2017-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edə n M.Tağızadə, hakimlər Ü.Mayılov və V.Ağayev; iş № 2-1(103)-1914/2019) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalar ına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin ed ilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı xx.xx.1965-ci ildə təvəllüdlü olmaqla, xx.xx.2017-ci ildə 52 yası tamam olmuşdur. İşin materiallarında olan MT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1983-cü il tarixli, 61 saylı əmrlə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş; xx.xx.1984-cü il tarixli, 36 saylı əmrlə işdən azad edilmiş; xx.xx.1986-cı il tarixdə, Əzizbəyov adına Azərbaycan Neft-Kimya Universitetinin 1-ci kursuna qəbul edilmiş; xx.xx.1991-ci il tarixdə həmin Universiteti bitirmiş; xx.xx.1991ci il tarixli, 313/K saylı əmrlə 5-ci dərəcəli neft qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmas ında qazmaçı koməkçisi kimi işə qəbul edilmiş; xx.xx.1993-cü il tarixli, 412/k saylı əmrlə mərkəzi mühəndis-texnoloji xidmətinə texnoloq vəzifəsinə keçirilmiş; xx.xx.1996-cı il tarixli, 50/k saylı əmrlə müvəqqəti olaraq maili qazma üzrə 11-ci dərəcəli mühəndis-texnoloq vəzifəsinə keçirilmiş; xx.xx.1997-ci il tarixli, 15/k saylı əmrlə mərkəzi mühəndis-texnoloji xidmətində mühəndis-texnoloq vəzifəsinə keçirilmiş; xx.xx.1997-ci il tarixli, 67/k saylı əmrlə “Bahar sahəsi”ndə maili qazma üzrə mühəndis-texnoloq vəzifəsinə keçirilmiş;xx.xx.2003-cü il tarixli, 25 saylı əmrlə mərkəzi mühəndis-texnoloji xidməti rəisinin müavini vəzifəsinə keçirilmiş; xx.xx.2005-ci il tarixi, 4/k saylı əmrlə işdən azad edilmiş; xx.xx.2005-ci il tarixli, 208 saylı əmrlə “KCA Deutag Caspian Limited” şirkətinə qazmaçı k öməkçisi vəzifəsinə qəbul edilmiş; xx.xx.2008-ci il tarixli 63/HR/08 saylı əmrlə işdən azad edilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 01/02-105 saylı, SOCAR "Kompleks qazma işləri” trestinin arayışına əsasən, iddiaçı "Qum Adası” X2 İdarəsi üzrə xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi 5-ci dərəcəli neft və qaz üzrə istismar və kəşfiyyat quyuların qazılmasında qazmaçı köməkçisi (şifr 1100000a11297), xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Mərkəzi Mühəndistexnoloji xidmətində texnoloq (şifr 1100000b-22247), xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi maili qazma üzrə mühəndis-texnoloq (şifr 1100000b-22247); xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi Mərkəzi Mühəndis-texnoloji xidmətində mühəndis-texnoloq (şifr 1100000b-22247), xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi “Bah ar sahəsi”ndə maili qazma üzrə mühəndis texnoloq (şifr 1100000b22247); xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilə kimi Mərkəzi Mühəndis-texnolojı xidmətində maili qazma üzrə mühəndis-texnoloq (şifr 1100000b-22247); xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə kimi Mərkəzi Mühəndis-texnoloji xidmətinin rəis müavini, "Kompleks qazma işləri” Tresti, ”Sahil” Qazma İşləri İdarəsi üzrə xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək "Ümid-1” Dərin dəniz stasionar özülün qazma ustası (şifr 1100000b- 23187); xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilə kimi "Ümid-1” Dərin dəniz stasionar özülünün rəis müavini (şifr 1100000b-24094), xx.xx.2012-ci ildən xx.xx.2014cü ilədək rəhbərlik yanında aparatda baş texnoloq; Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə kimi "Kompleks qazma işlər i” trestinin Qazma Departamentinin rəisi; xx.xx.2014-cü ildən hazırki vaxta kimi "Kompleks qazma işləri” trestinin istehsalat işləri üzrə müdir müavini vəzifəsində işləyir. SOCAR "KQİT” üzrə ümumi əmək stajı: 22 il 02 ay 22 gündür. "Kompleks qazma işləri” tresti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarına (siyahı 1, bölmə X "Neftin qazılması və hasilatı) və xx.xx.2007 il tarixli 12 saylı Qərarı ilə yaşa görə güzəştli şərtlərlə təqaüdə getmək hüquqi verən əmək stajı 15 il 08 ay 17 gündür. Bu faktlara əsaslanan iddiaçı 52 yaşının tamam olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ücün cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 196308/16514 saylı imtin a məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşma çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan yaş həddi olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Araşdırılan qəraran göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, hazırki iş üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 52 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il, sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası İPM-nin 1.2 -ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə uyğun olaraq qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cümaddəsinin “a” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan i şçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 10 ildən çox əmək şəraiti zərər li işlərdə işləmişdir. Hazırki iş üzrə iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanununvericiliyin tələblərinə uyğundur. Eyni zamanda iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qanunvericiliyə dəyişiklik edilənədək yarandığından ona pensiya təyin edilərkən yaranmış məbləğ fərqi hesablanaraq ödənilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə görə pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığort a haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən "mülkiyyət” və "əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icraə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1 -ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından "mülkiyyət” anlayışı müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Andreyeva Latviyaya qarşı» məhkəmə işinə dair xx.xx.2009-cu il tarixli Qərarı bunun bariz nümunəsidir. Sözügedən işdə Məhkəmə vurğulamışdır ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayand a, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1 -ci maddəsi ilə əhatə edilmişdir. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı onun iradəsindən asılı olmayan səbəblərdən gecikdirilmiş və uzun müddət pensiya hüququndan məhrum olmuşdur. Bu da özündə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsində göstərilən "mülkiyyət” anlayışını özündə ehtiva edir ki, bu hüquqların da Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət tərəfindən qorunmasına təminat verilir. Ona görə, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsu olmuş, 1-c i instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəs inə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda gö stərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-435/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-435/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver