Məhkəmə qərarları › İş №2-1(102)-435/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-435/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-435/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi öhdəliyi barədə qərarın ləğvi edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin 13.11.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələ binə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)528/2021 saylı, 11 noyabr 2021-ci il qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sifarişçi iddiaçı ilə X1 arasında bağlanmış 05.09.2020-ci il tarixli 003 saylı podrat müqaviləsindən görünür ki, müqavilə, həmin müqavilənin qüvvədə olduğu 05.09.2020-31.12.2020-ci il müddət ərzində podratçı sifarişçi-iddiaçının 19 hektar meyvə bağlarında (xidmətlər) işlər görməyi öhdəsinə götürməsi, sifarişçinin isə podratçıya razılaşdırılmış muzdun ödəməsi barədədir.

2. Cavabdeh tərəfindən qəbul edilmiş 28.09.2020-ci il tarixli qərarla iddiaçıya məxsus obyektdə 29.09.2020-ci il tarixdən 28.10.2020-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan 28.09.2020-ci il tarixli “Sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışa əsasən iddiaçıda növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır. 28.09.2020-ci il tarixli tələbnamə ilə iddiaçıdan bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi barədə bildirişlər, bağlanmış xidmət müqavilələri, şəxsiyyəti təsdiq edən sənədlərin surəti, nəzarət kitabçası və operativ vergi nəzarəti tədbiri ilə əlaqədar digər zəruri sənədlər tələb edilmişdir. 3. 29.09.2020-ci il tarixli aktla iddiaçıya məxsus Xaçmaz rayon Çağar kəndinə yerləşən meyvə bağında meyvə yığımı ilə məşğul olan 17 nəfər işçidən 14 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontrakt) olmadan işlədiyi müəyyən olunmuşdur.

4. Cavabdeh tərəfindən qəbul edilmiş 13.11.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

5. Cavabdehin 13.11.2020-ci il tarixli tələbnaməsi ilə iddiaçıdan büdcəyə ödənilməli olan 28000 manat vəsaiti 23.11.2020-ci il tarixədək öd ənilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 24 noyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13.11.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Qusar rayon ərazisində alma yetişdirilməsi və satışı ilə məşğul olur. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Qusar rayonu ərazisindəki alma bağında keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 29.09.2020-ci il tarixində 000090 saylı akt tərtib olunmuş və aktın əsasında 13.11.2020-ci il tarixində 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********1985 saylı qərar qəbul edilmişdir. Vergi orqanının qərarı ilə şirkətə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 28000 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyası tam əsassız və qanunsuzdur. Belə ki, şirkətin əmək müqaviləsi əsasında işləyən daimi heyəti var. Alma yığılması mövsümündə isə mövsümi əsasda və qısa (bir-iki ay müddətinə) almaların yığılması, yüklənməsi və boşaldılması üçün işçi qüvvəsinin cəlb olunmasına ehtiyac duyulur. Şirkət 2020-ci ilin sentyabr ayında bu sahədə xidmət göstərən fərdi sahibkar X3 ilə podrat müqaviləsi və sözügedən işlərin görülməsini podratçıya həvalə etmişdir. Vergi or qanının əmək müqaviləsi bağlanılmadan işçi kimi cəlb edildiyini iddia etdiyi işçilər şirkətin deyil, podratçının işçiləridir və onlarla əmək müqaviləsi bağlamaq şirkətin öhdəliyi deyildir. Şirkət podratçının göstərdiyi xidmət əvəzində yoxlamadan da əvvəl onun bank hesabına xidmət haqqını köçürmüşdür. Həmin şəxslərlə hesablaşmaq, onlar barəsində qanunvericiliklə nəzərdə tutulan öhdəlikləri (o cümlədən, əmək müqaviləsi bağlamaq) yenə podratçının öhdəliyidir. Bu barədə vergi orqanının əməkdaşlarına məlumat verilmiş, podrat müqaviləsi təqdim olunmuş, lakin vergi orqanı buna məhəl qoymayaraq, şirkətin məsuliyyətə cəlb etmə barədə qərar qəbul etmişdir.

8. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, idarənin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 28.09.2020-ci il tari xli qərarına əsasən 29.09.2020-ci il tarixdə iddiaçıya məxsus Qusar rayonu Cağar kəndində yerləşən təsərrüfat subyektində (**********-47001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının müəyyən edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama ilə bağlı vergi ödəyicisinə məxsus obyektdə, özünü müəssisənin əməkdaşı kimi təqdim edən X4 yoxlamanın keçirilməsi üçün əsas olan “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 28.09.2020-ci il tarixli qərar, 28.09.2020-ci il tarixli “Sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış və 28.09.2 020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş və onun tərəfindən qeyd edilmiş sənədlərlə tanış olduqdan və onlara imza edildikdən sonra o, həmin sənədlərin bir nüsxəsini qəbul etmişdir. X6 eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş 28.09.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarla da tanış olmuşdur. Lakin, o, onda heç bir sənədin olmadığını qeyd etmiş və heç bir səbəb göstərmədən bu barədə tərtib edilmiş 29.09.2020-ci il tarixli aktı imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmişdir. Nəzarət tədbiri zamanı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb olunan 14 nəfər fiziki şəxs müəyyən edilmiş və bu hal 29.09.2020-ci il tarixl i Akt tərtib edilərək rəsmiləşdirilmişdir. Həmin fiziki şəxslərin hər birindən müvafiq izahat alınmış və yoxlama materiallarına əlavə edilmişdir. Tərtib edilmiş aktla tanış olmaq və bir nüsxəsini almaq üçün, akt yoxlamada iştirak edən müəssisənin nümayəndəsi X4 təqdim edilmiş, lakin o heç bir səbəb göstərmədən aktla tanış olmaqdan, onu imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmiş və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılmışdır. Tərtib edilmiş akta əsasən, müəssisəyə cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.11.2020-ci il tarixli qərarı əsasında 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, müəssisəyə cavabdeh tərəfindən 13.11.2020-ci il tarixli “Vergi borcunun, faizlərin, mal iyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə təqdim edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçı, özünün iddia ərizəsini onunla əsaslandırır ki, guya operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı onun obyektində aşkar olunmuş 14 nəfər əmək m üqaviləsi olmayan işçilərin ona heç bir aidiyyəti yoxdur və onlar guya ki, müəssisəyə podrat müqaviləsi əsasında xidmət göstərən fərdi sahibkar X2 işçiləridirlər. Halbuki, iddiaçının gətirdiyi bu dəlilin heç bir əsası yoxdur. Aşkar olunmuş 14 nəfər əmək müqaviləsi olmayan işçilərin heç biri, yoxlamaya təqdim etdiyi izahatında belə bir şəxsin adını qeyd etməyib və xüsusi olaraq, qeyd ediblər ki, onlarla nə əmək və nə də ki, xidmət müqaviləsi bağlanmamışdır, yerinə yetirdikləri işin müqabilində hər bir gün üçün müəssisə tərəfindən onların hər birinə 13 manat haqq ödənildiyini bildirmişlər. Operativ vergi nəzarəti zamanı müəssisə tərəfindən vergi orqanı əməkdaşlarına hər hansı bir podrat müqaviləsi və bununla bağlı podratçıya müvafiq ödənişlərin edildiyini təsdiq edən sənədlər də təqdim edilm əmişdir. Bu isə iddiaçının məhkəməyə təqdim etdiyi podrat müqaviləsinin saxta olmaqla məsuliyyətdən yayınmaq məqsədilə sonradan tərtib olunmuşdur. Vergi ödəyicisinə məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən, qanunvericiliyin bütün tələblərinə əməl edilmiş, faktiki aşkar olunmuş qanun pozuntusu rəsmiləşdirilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X8, e-2-1(118)-537/2021 saylı iş) 8 may 2021-ci il tarixli qərarı ilə iddia təmin olunmuş, cavabdehin 13.11.2020-ci il tarixli qərarı ləğv olunmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı MMC-i ilə X3 arasında 05.09.2020-ci il tarixdə podrat müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə podratçı İddiaçı MMC-nin 19 ha meyvə bağlarında xidmətlər, işlər görməyi, sifarişçi isə podratç ıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. 09.09.2020-ci il tarixdə, yəni həmin müqavilə bağlandıqdan sonra və vergi orqanı tərəfindən aparılan yoxlamadan əvvəl MMC tərəfindən İmran Balahmədovun hesabına 6393,0 manat məbləğində və 06.10.2020-ci il tarixdə 6880.0 manat məbləğində pul vəsaiti ödənilmişdir. Vergi orqanı tərəfindən alınmış izahatlarda alma yığımında iştirak etmiş 14 nəfərdən heç biri iddiaçı müəssisənin işçiləri olması barədə izahat verməmişlər.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakiml ər X9-məruzəçi, X5 və X10, 2-1(105)-528/2021 saylı iş) 11 noyabr 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 8 may 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh 24 noyabr 2021-ci il tarixdə qərarın surətini almış, 21 dekabr 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

14. İddiaçıya məxsus obyektdə aşkar olunmuş 14 nəfər əmək müqaviləsi olmayan işçilərin heç biri, yoxlamaya təqdim etdiyi izahatında X2 adını qeyd etməmiş, həmin şəxslə əmək müqaviləsi bağladığını bildirməmiş və onlar izahatlarında xüsusi olaraq, qeyd etmişlər ki, o nlarla nə əmək, nə də ki, xidmət müqaviləsi bağlanmamış və yerinə yetirdikləri işin müqabilində hər gün üçün müəssisə tərəfindən onların hər birinə 13 manat haqq ödənilir.

15. Yoxlama zamanı hər hansı podrat müqaviləsi təqdim edilmədiyi təqdirdə bu müqavilə üzrə hansı dəqiqləşdirmə aparmaq olar?! Digər tərəfdən də iş materiallarına və işin faktiki hallarına nəzər yetirdikdə aydın olur ki, podrat müqaviləsinə əsasən iddiaçının işçiləri olmadığı deyilən sözügedən, aşkar olunan işçilərin eyni zamanda X1nun işçiləri olduğu da iş materialları ilə təsdiqini tapmamışdır.

16. İşin faktiki hallarına əsasən birmənalı şəkildə müəyyən olunur ki, iddiaçıya məxsus obyektdə aşkar olunan işçilər məhz iddiaçının işçiləri olmuşdur. Bu hallar fiziki şəxslərin iddiaçıya məxsus obyektdə işləməsi ilə, onların təqdim etdiyi izahatlarla, həmin işçilərin podratçı hesab edilmiş şəxslə hər hansı müqavilələrinin olmaması ilə bir daha təsdiq olunur.

17. Məhkəmə kollegiyası gəldiyi qənaəti əsaslandırmaq üçün qeyd edir ki, iddiaçının müştərisi olduğu Paşa Bankda aparılmış olduğu əməliyyatların cədvəllərindən görünür ki, 09.09,2020-ci ildə MMC tərəfindən İmran Balahmədovun hesabına 6.393,0 manat məbləğində, 06.10.2020-ci il tarixdə 6.880,0 və 5315.0 manat məbləğlərində pul vəsaiti ödənilmiş, həmin ödənişlərin təyinatının müəyyən edilməsi üçün tələb edilən ödəniş tapşırıqları ilə təsdiq edilmişdir ki, hər üç ödəniş 05.09.2020-ci il tarixli müqavilə əsasında bağa qulluqla bağlı olmuşdur.

18. İddiaçı iddia tələbinin dəlili kimi bildirir ki, o, meyvələrin yığılması və yüklənməsi məqsədilə yaranmış işçi qüvv əsinə olan ehtiyacını podratçının sözügedən xidmətlərindən istifadə etməklə təmin etmişdir. Lakin ödəniş sənədlərində olan təyinatın bağa qulluqla bağlı olmasını nəzərə alsaq, məlum olur ki, iddiaçı ilə podratçı arasında bağlanmış müqavilə sırf bağa qulluqla bağlı olub və təsərrüfatın yaxşılaşdırılması istiqamətində tədbirlər planını nəzərdə tutduğu ehtimal olunur.

19. Aqrotexniki nöqteyi-nəzərdən meyvələrin yığılması, yüklənməsi və boşaldılması ümumiyyətlə bağa qulluq hesab edilmir və sözügedən ödənişlə heç bir bağlılığı yoxdur. Bu fakt da təsdiq edir ki, aşkar olunan işçilər məhz iddiaçının işçiləri olmuş, həmin işçilərin X3 ilə hər hansı hüquqi bağlılığı olmamışdır.

20. Həmçinin aşkar olunan işçilərin vergi ödəyicisi X3 ilə hər hansı əmək müqaviləsinin olmaması da hesabat axtarış sistem indən əldə edilmiş əmək müqavilələri bildirişləri barədə məlumat ilə təsdiq edilir.

21. Şikayətin maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 33.4, 39.7, 50.6 və 150.1.7-ci, “İnzibati icraat haqqında” Qanunun 36.1, 36.1.1, 36.1.2, 36.1.3-cü və 51.1-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

23. Vergi Məcəlləsi: Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istis na olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (-); 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; (-); 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; (-). 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habel ə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Re spublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. (-). Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksi yası tətbiq edilir. (-). 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədə n işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

24. Əmək Məcəlləsi: Maddə

49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməz dir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və l əğv edilməsi üçün əsaslar olmamışdır.

29. Cavabdehin 29.09.2020-ci il tarixli aktına əsasən iddiaçıya məxsus Xaçmaz rayon Çağar kəndinə yerləşən meyvə bağında meyvə yığımı ilə məşğul olan 17 nəfər işçidən 14 nəfərin əmək müqaviləsi (kontrakt) olmadan işlədiyi müəyyən olunmuş, bu səbəbdən 13.11.2020-ci il tarixli qərarla iddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28.000 manat məbləğində ona maliyyə sanksiyası tətbiq edilmişdir.

30. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilə X3 arasında 05.09.2020-ci il tarixdə podrat müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə podratçı İ.Balahmədov iddiaçı ya məxsus 19 ha meyvə bağlarında xidmətlər, işlər görməyi, iddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. 09.09.2020-ci il tarixdə, yəni həmin müqavilə bağlandıqdan sonra və vergi orqanı tərəfindən aparılan yoxlamadan əvvəl iddiaçı tərəfindən İ.Balahmədovun hesabına 6.393,0 manat məbləğində və 06.10.2020-ci il tarixdə 6.880.0 manat məbləğində pul vəsaiti ödənilmişdir. Vergi orqanı tərəfindən alınmış izahatlarda alma yığımında iştirak etmiş 14 nəfərdən heç biri iddiaçı müəssisənin işçiləri olması barədə izahat verməmişlər.

31. Cavabdehin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. Xaçmaz rayon Çağar kəndinə iddiaçıya məxsus meyvə bağı olması, operativ vergi yoxlaması zamanı meyvə bağında 17 nəfər şəxsin işləməsi və onlardan 14 n əfərinin iddiaçı ilə əmək müqaviləsinin olmaması mübahisə doğurmur.

33. Araşdırılmalı hal iddiaçı ilə X3 arasında 05.09.2020-ci il tarixdə bağlanmış podrat müqaviləsinin icrası ilə bağlı iddiaçıya məxsus bağ sahəsində əmək fəaliyyəti ilə məşğul olan 14 nəfər işçinin iddiaçının işçiləri olub-olmamasıdır.

34. İddiaçı (sifarişçi) ilə X1 arasında bağlanmış 05.09.2020-ci il tarixli podrat müqaviləsindən görünür ki, müqavilə, həmin müqavilənin qüvvədə olduğu 05.09.202031.12.2020-ci il müddət ərzində podratçı sifarişçinin 19 hektar meyvə bağlarında (xidmətlər, işlər) görməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

35. Müqavilənin 2.2-ci bəndinə görə podratçının hüquq və öhdəlikləri sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqların ı yerinə yetirmək üçün işçi ilə təmin etmək, işçilərin daşınmasını təmin etmək və sairdir.

36. X1 birinci instansiya məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə 5 sentyabr 2020-ci il tarixli podrat müqaviləsi bağlamış, müqavilənin predmeti yığım işləri üçün işçiləri gətirib mövsümi işləri gördürmək olmuş, işçilərin daşınması da bura daxil olmuş, almanın yığılması işçilər tərəfindən həyata keçirilmiş, müqavilə bağlandıqdan 1 ay sonra bu işlə məşğul olan Sevinc adlı xanımla əlaqə saxlamış, işçilərin gətirilməsini və gündəlik haqlarının ödənilməsini həmin xanım təşkil etmiş, işçilərə gündəlik əmək haqqı kimi 13 manat ödəniş edilmiş, iddiaçı 5.000-6.000 manat, 2.500 manat və 4.000-5.000 manat ödəniş etmişdir.

37. İddiaçının müştərisi olduğu Paşa Bankda aparmış olduğu 02.03.2020 -ci ildən 15.03.2021-ci ilədək bank əməliyyatlarının cədvəlindən görünür ki, 09.09.2020-ci ildə iddiaçı tərəfindən İmran Balahmədovun hesabına 6.393,0 manat məbləğində, 06.10.2020ci il tarixdə 6.880.0 və 5.315.0 manat məbləğlərində pul vəsaiti ödənilmiş, hər üç ödənişdə 05.09.2020-ci il tarixli müqavilə əsasında bağa qulluqla bağlı olduğu qeyd edilmişdir.

38. İşçilər cavabdehə verdikləri izahatlarında iddiaçıya məxsus meyvə bağında meyvə yığımı ilə məşğul olduğunu, iddiaçı ilə əmək və ya xidməti müqavilə bağlamadığını, əmək haqqı gündəlik 13 manat aldığını bildirmişlər. İşçilər izahatlarında iddiaçının xahişi ilə işə cəlb edildiklərini, 13 manatın iddiaçı tərəfindən ödənilməsini, iddiaçının işçiləri olduqlarını bildirməmişlər.

39. Bəhs olunan sübutlar 14 nəfər fiziki şəxsin iddiaçının işçi si olmasını, iddiaçı tərəfindən işə cəlb edilməsini təsdiq etmir.

40. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə maliyyə sanksiyası tətbiq edilir.

41. İddiaçı tərəfindən 14 nəfərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetmədiyindən cavabdehin qərarı əsaslı olmamışdır.

42. İddiaçı ilə İ.Balahmədov arasında bağlanmış 5 sentyabr 2020-ci il tarixli müqaviləni yoxlama aparılan 29 sentyabr 2020-ci il tarixdə yoxlamaya təqdim etməsə də, 6 oktyabr 2020-ci il tarixli iki ədəd bank ödəniş tapşırığında 5 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən bağa qulluq sözlərinin qeyd edilməsi müqavilənin yoxlama zamanı mövcud olduğuna dəlalət edir.

43. Kasasiya şikayətinin 14 nəfər işçinin İ.Balahmədovun işçisinin olmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, iddiaçıya maliyyə sanksiyası tətbiq edilməsi üçün fiziki şəxslərin İ.Balahmədovun işçiləri deyil, iddiaçının işçiləri olub-olmaması araşdırma predmeti ola bilər. İddiaçı tərəfindən 14 nəfər fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetmədiyindən kasasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

44. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən s axlanılmalıdır.

45. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-528/2021 saylı, 11 noyabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar