Məhkəmə qərarları › İş №2-1(102)-435/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-435/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-435/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının ləğvi, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 21(104)-243/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraa tı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpaqdan istifadə hüququna dair” aktın təsdiq edilmiş surətindən görünür ki, “Ə.Nəvai” adına sovxozun direktorunun xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrinə əsasən 0,06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədilə iddiaçıya verilmişdir.

2. Cavabdeh xx.xx.2004-cü il tarixli, 58 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, istifadəyə az yararlı 0,03 ha torpaq sahəsi həyətyanı sahəsinə bitişik olduğu üçün abadlaşdırmaq məqsədi ilə iddiaçıya verilmişdir.

3. Cavabdeh xx.xx.2005-ci il tarixli, 34 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının adına “Ə.Nəvai” adına sovxozun direktorunun xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrinə əsasən 0,06 ha və Dağ Kəsəmən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 57 nömrəli əmrinə əsasən 0,03 ha – cəmi 0,09 ha həyətyanı torpaq sahəsi vardır.

4. Cavabdeh xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarının surətindən görünür ki, bələdiyyənin alqı-satqı predmeti olan sair torpaq sahəsindən 375 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə X2 qərara alınmışdır.

5. Cavabdeh xx.xx.2012-ci il tarixli, 01 nömrəli qərarından çıxarışa əsasən, Cavabdeh mülkiyyətinə aid olan 400 kv.m torpaq sahəsinin qeyri-kənd təsərrüfatı məqsədləri üçün müsabiqəyə çıxarılması qərara alınmışdır.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.20 13-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin həmin torpaq sahəsinə dair AA 007118 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

7. Cavabdeh xx.xx.2013-cü il tarixli, 01 nömrəli qərarından çıxarışa əsasən, 400 kv.m torpaq sahəsinin qeyri-kənd təsərrüfatı məqsədləri üçün müsabiqəyə çıxarılması qərara alınmışdır. Həmin qərar əsasında qeyd edilən torpaq sahəsinə dair A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin xx.xx.201 3-cü il tarixli 01 nömrəli, xx.xx.2012-ci il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 87 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Məhkəməsinin icraatında olan 2-676/2020 nömrəli mülki iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə ilə tanış olduqdan sonra iddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə iş materiallarının surətini almış və ona məlum olmuşdur ki, onun adına verilmiş “Ə.Nəvai” adına sovxozun direktorunun xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrinə əsasən 0,06 ha və Cavabdeh xx.xx.2004-cü il tarixli, 57 nömrəli əmrinə əsasən 0,03 ha həyətyanı torpaq sahəsinin 400 kv.m hissəsini öz mülkiyyətinə tanınması ilə bağlı cavabdeh xx.xx.2013-cü ildə 01 nömrəli saxta, qanunsuz qərar qəbul etmiş və həmin saxta qərar əsasında xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsinin müdiri Ələkbər İsgəndərovun adından saxta, onun imzası olmadan, imzası saxtalaşdırılmaqla “Torpaq sahəsinin planı və ölçüsü” sənədi düzəltdirilmişdir. Qeyd edilən plan-ölçü sənədi həmin şöbədə qeydiyyatdan keçməmişdir. Həmçinin qərar qəbul edilməzdən öncə müvafiq rəylər – Ağstafa rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsinin müvafiq rəyləri alınmamışdır. İddiaçının adına torpaq sahələrinin verilməsinə dair cavabdeh orqanın xx.xx.2004-cü il tarixli, 58 nömrəli əmri bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli, 34 nömrəli arayışı ilə ta m təsdiq olunur. Həmin əmrlər bugünə kimi mübahisələndirilməmişdir. Bələdiyyənin xx.xx.2013-cü il tarixli qərarı, həmçinin eyni torpaq sahəsinə təkrarən daha əvvəlki tarixə yenə bələdiyyənin xx.xx.2012ci il tarixli, 01 nömrəli qərarı onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı, bilərəkdən vəzifə saxtakarlığı ilə qəbul edilmişdir. Bələdiyyə sədri Ariz Bayramov həmin torpağın iddiaçıya xx.xx.2004-cü il tarixdə satılmasını xx.xx.2005-ci il tarixli, 34 nömrəli arayışı ilə təsdiq etdiyi halda, belə bir saxtakarlıq etmişdir. Görünür ki, məqsədi belə bir saxtakarlıqla rüşvət alıb, həmin torpağı kiməsə satmaq olub. Hətta bu azmış kimi sonradan, yenə heç bir ödəniş ödənilmədiyi halda, heç bir rəylər alınmadan iddiaçıya məxsus torpaq sahəsinin 375 (175 rəqəmini, 375 etməklə) kv.m sahəsinin X2 ilə bağ lı xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarla və “Torpaqların alqı-satqısına dair” aktla saxta yollarla alqı-satqı etmişdir. Həmin akt və qərarlar AR DTXK-nın Ağstafa rayon şöbəsinin müdiri tərəfindən imza edilməmiş və təsdiq olunmamışdır. Qeyd edilən hər üç qərar və bir akt saxtadır, qanunsuzdur, əsassızdır, heç bir rəyi, razılığı, ödənişi olmamışdır. Hər üç qərar özüözlüyündə bir-birini təkzib edən, saxta olduğunu təsdiq edən sənədlərdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

11. Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov ) 13 dekabr 2022-ci il tarixli, 2-1(114)-23/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli 01 nömrəli, xx.xx.2012-ci il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 87 nömrəli qərarları ləğv edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının adına “Ə.Nəvai” adına sovxozun direktorunun xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrinə əsasən 0,06 ha və Dağ Kəsəmən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 57 nömrəli əmrinə əsasən 0,03 ha – cəmi 0,09 ha həyətyanı torpaq sahəsi vardır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin bir hissəsi üçüncü şəxs X1. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4 573 nömrəli ekspert rəyinə əsasən, "xxxx" MMC-nin Tovuz Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 15/M-155 nömrəli mütəxəssis rəyindən də görünür ki, A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədində olan əsas döngə nöqtələrinin koordinatlarının əmələ gətirdiyi cizgi ilə həmin nömrəli kadastrın torpaq sahəsinin planı hissəsindəki cizgisi arasında fərqlilik olduğundan və A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində olan torpaq sahəsinin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin elektron məlumat bazasında olmadığından iddiaçıya verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X3 istifadəçi kimi təqdim etdiyi torpaq sahəsinin 248 kv.m-ə qədər hissəsi Cavabdeh yerquruluşu planından çıxarışa əsasən iddiaçıya həyətyanı məqsədilə verilməsi nəzərdə tutulan 0,03 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Göründüyü kimi, bələdiyyələr yalnız öz mülkiyyətində olan torpaq sahələrinə dair qərar qəbul etmək səlahiyyətində olduqları halda, hazırkı iş üzrə Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi üçüncü şəxsə verilmişdir. Hazırkı iş üzrə cavabdeh mübahisələndirilən qərarları qəbul edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq üçüncü şəxs X2 barədə qərar qəbul edərək, iddia çının xüsusi mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən inzibati aktlar ləğv edilməlidir.

14. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

15. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri götürülmüş hesab edilmiş və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir.

16. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında üçüncü şəxs izahat verərək bildirmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi xx.xx.1993-cü il tarixdə Ağstafa rayon Xalq Deputatları Soveti İK-nın iclas protokolları ilə ona verilmiş və o, həmin torpaq sahəsi üzərində kafe inşa etmişdir, hazırda da həmin kafe fəaliyyət göstərir.

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Ədil Məmmədov və Aygül İsgəndərova) 24 avqust 2023-cü il tarixli, 2-1(104)-243/2023 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, baza məlumatlarında Cavabdeh xx.xx.2004-cü il tarixli, 58 nömrəli əmrinə əsasən ayrılmış 0,03 ha torpaq sahəsi barədə iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Göründüyü kimi, mübahisəli torpa q sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquqmüəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da Cavabdeh xx.xx.2013-cü il tarixli 01 nömrəli, xx.xx.2012-ci il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 87 nömrəli qərarlarının ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbinə dair təqdim olunmuş iki sənəd mövcuddur. Bunlar Cavabdeh xx.xx.2005-ci il tarixli, 34 nömrəli arayışı və Cavabdeh xx.xx.2004-cü il tarixli, 58 nömrəli istifadəyə az yararlı 0,03 ha torpaq sahəsinin həyətyanı sahəsinə bitişik olduğu üçün abadlaşdırmaq məqsədi ilə iddiaçıya verilməsinə dair əmri. İddiaçı özünün iddia tələbinin əsası kimi Cavabdeh xx.xx.2004-cü il tarixli, 58 nömrəli əmrinə istinad edir. Qeyd olunan əmr üzrə torpaq sahəsinə dair hər hansı təhkim aktı, sxematik plan və ya torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd iş materiallarına əlavə edilməmiş və məhkəmə araşdırması zamanı da əldə edilməmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda iddiaçının üzərində mülkiyyət hüquqlar ının qeydiyyata alındığı Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0,04 ha torpaq sahəsi hazırda mübahisə predmeti olan torpaq sahəsinə aid olmayan başqa sahədir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrini vətəndaşların mülkiyyətinə müvafiq bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında verir. Hazırkı işdən də müəyyən edilir ki, Cavabdeh ilə iddiaçı arasında hər hansı müqavilə və bələdiyyənin qərarı mövcud deyildir.

19. İşdə olan xx.xx.2022-ci il tarixli, 10/4573 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X3 istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin 248 kv.m-ə qədər hissəsi Cavabdeh yerquruluşu planından çıxarışa əsasən iddiaçıya həy ətyanı məqsədilə verilməsi nəzərdə tutulan 0,03 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı kollegiya qeyd edir ki, Cavabdeh yerquruluşu planından çıxarışa əsasən verilən rəy əsas götürülə bilməz. Belə ki, Cavabdeh yerquruluşu planından çıxarış hüquqmüəyyənedici sənəd kimi nəzərə alına bilməz və nə qədər ki, iddiaçı tərəfindən təqdim edilmiş müvafiq bələdiyyə əmri üzrə sxematik plan, təhkim aktı, plan və ölçü sənədi və sair sənədlər yoxdur, Cavabdeh yerquruluşu planından çıxarış mötəbər hesab edilə bilməz.

20. Şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəm əyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışdır.

21. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə bələdiyyənin yerquruluşu planından çıxarış təqdim edilmiş və həmin çıxarış bələdiyyə aktı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin planını göstərir. Lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq bələdiyyənin yerquruluşu planından çıxarışı hüquqmüəyyənedici sənəd kimi qəbul etməmişdir və iddiaçıdan əlavə sxem, plan-ölçü sənədi tələb edir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçı ilə bələdiyyə arasında sözügedən torpaq sahəsi ilə bağlı hər hansı müqavilə və bələdiyyə qərarı yoxdur. Əslində apellyasiya instansiyası məhkəməsi bu halları ümumiyyətlə araşdırmamışdır. Bələdiyyənin sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması barədə aktı olmuş, sənədlər də olmuşdur. Bu səbəbdən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır. Cavabdeh də sonradan qəbul edilmiş mübahisələndirilən qərarlarla iddiaçının subyektiv hüququnu pozmuşdur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Üçüncü şəxs tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsini n qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (Mübahisələndirilən dövrdə qüvvədə olan redaksiyada) Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlama aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Maddə 65.3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərh ədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Maddə 65.5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Maddə 65.7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 65.9. Torpaq sahəsinin a yrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Mübahisələndirilən dövrdə qüvvədə olan redaksiyada) Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan R espublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ma ddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) ye ni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblə rinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərar ı).

32. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 01 nömrəli, xx.xx.2012-ci il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 87 nömrəli qərarlarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı Cavabdeh xx.xx.2004-cü il tarixli, 58 nömrəli əmrinə və həmin əmrlə ona ayrılmış torpaq sahəsinə dair bələdiyyənin yerquruluşu planından çıxarışa istinadən hesab edir ki, ona verilmiş 0,03 ha torpaq sahəsi ilə bağlı bələdiyyə tərəfindən sonradan mübahisələndirilən qərarlar qəbul edilərək onun subyektiv hüququ pozulmuşdur.

34. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı m əhdudiyyətlərə tabedir.

35. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

36. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ir əli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 37. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətl ərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüquq una istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 39. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməs inin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

40. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi mübahisəli torpaq sa həsinin ona ayrılmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd, yəni iddia edilən torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada iddiaçının mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsini təsdiq edən sənədlərin mövcudluğu iş üzrə materiallarla müəyyən edilmir. İddiaçı tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır.

42. İddiaçının istinad etdiyi Cavabdeh xx.xx.2004-cü il tarixli, 58 nömrəli əmri istifadəyə az yararlı 0,03 ha torpaq sahəsinin həyətyanı sahəsinə bitişik olduğu üçün abadlaşdırmaq məqsədi ilə iddiaçıya verilməsi ilə bağlıdır və həmin sənəd iddia edilən mübahisəli torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada iddiaçıya mülkiyyətə, icarəyə və ya istifadəyə verilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz.

43. Bununla yanaşı, bu q ərarın 24-cü bəndində istinad olunan normalara görə, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlama aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

44. İstinad edilən həmin n ormalara əsasən, torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Torpaq sahələri üzərind ə qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

45. Göründüyü kimi, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və bu qərarın 24-cü bəndində istinad olunan normalarda təsbit olunmuş hər hansı sənədin tərtib olunduğunu və belə sənədlərin mövcudluğunu məhkəmə araşdırması nəticəsində müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən də məhkəməyə həmin sənədlər təqdim edilməmişdir. İddiaçının istinad etdiyi bələdiyyənin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinə dair isə baza məlumatlarında iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığı müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh xx.xx.2004-cü il tarixli, 58 nömrəli əmri mahiyyət baxımından iddia edilən torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada iddiaçının mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Belə ki, torpaq sahəsi bələdiyyə sədrinin əmri ilə deyil, hər bir halda bələdiyyə üzvlərinin ümumi iclasının qərarı ilə ayrıla bilər və yalnız belə qərar (bələdiyyə sədrinin əmri deyil) hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə iddia edilən torpaq sahəsinin bələdiyyə tərəfində n qəbul olunmuş qərarla ayrıldığı iş üzrə materiallardan görünmür.

47. Bundan başqa, həm də nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması barədə qərar (hüquqmüəyyənedici sənəd) və əlaqəli sənədlər iddia edilən torpaq sahəsini fərdiləşdirməyə və müəyyən etməyə imkan verən məzmunda olmalıdır. Başqa sözlə, həmin sənədlər şəxsə ayrılmış torpaq sahəsinin yerləşmə yerini və onu fərdiləşdirməyə imkan verən digər texniki göstəriciləri nəzərdə tutmalıdır. Hazırkı mübahisəyə münasibətdə bu qərarın 24-cü bəndində istinad edilən normalarda təsbit olunmuş müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.

48. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qald ırmağa iddiaçının subyektiv hüququ mövcud ola bilməz. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialar a mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

50. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(104)-243/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar