Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-435/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yenidən hesablanma barədə qərar ləğv edilməklə əvvəlki pensiya məbləğinin bərpa olunması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) 13.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əvvəlki pens iya məbləğinin ödənilməsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2586/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2011-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Q-167394/2023 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği 693 manatdan 554,37 manata azaldılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qar şı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Q-167394/2023 nömrəli qərarın ləğv edilməsi və ona ödənilən 693 manat əvvəlki pensiya məbləğinin ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir pensiya alır. Əmək pensiyasının məbləği 2023-cü ilin yanvar ayınadək 587,52 manat, 2023-cü il ərzində isə 693 manat olmuşdur. İddiaçı 2023-cü ilin avqust ayının 7-də pensiya alarkən məbləğin 554,37 manat olduğunu görmüş, bununla bağlı, müraciətinə isə ş ifahi olaraq ona pensiyanın “artıq” ödənildiyi, həmin aydan etibarən pensiya məbləğinin az ödəniləcəyi, həmçinin ona 4000 manat artıq ödənilmiş məbləğin ondan aybaay tutulacağı bildirilmişdir. İddiaçı pensiyaçı olduğundan və hazırda da işləmədiyindən, yeganə gəliri pensiya məbləğidir. Eyni zamanda, pensiyanın “artıq” ödənilməsində iddiaçının təqsiri də olmamışdır. Həmçinin, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi birmənalıdır.
5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2011-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği xx.xx.2023-cü il tarixdən indeksləşdirilməklə 693 manata çatdırılmışdır. İddiaçı xx.xx.2023cü il tarixdə cavabdehə müraciət edərək işdən azad olduğu xx.xx.2023-cü il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalının yenidən hesablanaraq əmək pensiyasının üzərinə əlavə olunmasını xahiş etmişdir. Sözügedən müraciətin araşdırılması zamanı iddiaçıya 4236,53 manat məbləğində artıq ödənilmiş məbləğ aşkar edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının əmək pensiyasının sığorta hissəsinə elmlə r doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. Sözügedən Qanunun 19.2-ci maddəsinin xx.xx.2021-ci il tarixdə qüvvədən düşməsinə baxmayaraq, 120 manat məbləğində əlavə iddiaçının əmək pensiyasının sığorta hissəsinə hesablanmış və illər üzrə indeksləşdirilərək xx.xx.2023-cü il tarixədək ödənilmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Q-167394/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 554,37 manat müəyyən edilmiş və Qanunun 19.2-ci maddəsinin qüvvədən düşdüyü xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4236,53 manat artıq ödəmə aşkarlandığı qeyd edilmişdir. Əsas məqam kimi qeyd edilməlidir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən iddiaçıya ödənilən pensiya məbləğinin artıq hesablandığı müəyyən edilmiş və pensiya məbləği yenidən hesablanaraq həqiqətən ödənilməli olan məbləğ müəyyən edilmişdir. Bu zaman arada yaranan fərqin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxılmasında inzibatı orqan haqlı olduğu kimi, əsassız olaraq artıq hesablanmış məbləğin iddiaçının əmək pensiyasına əlavə olunmaqla ödənişinin davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı əlavə olaraq cavabdehin ona təyin edilmiş əmək pensiyasından tutulma apardığını iddia edir, lakin “Pensiya təyinatı” Altsistemindən məhkəməyə təqdim edilmiş çıxarışlardan görünür ki, iddiaçının əmək pensiyasından hər hansı tutulma aparılmır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 27 noyabr 20 23-cü il tarixli, 2-1(112)-13272/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğin onun pensiyasının sığorta hissəsinə əlavə edilməklə ödənilməsinin davam etdirilməsinə dair tələbinin hüquqi əsası mövcud deyil. Buna görə də, hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddia tələbi təmin edilməməlidir.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Elvin Əliyev /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Xəyalə Cəmilova) 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2586/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının bilavasitə hüquqi marağı 2021-ci il yanvarın 1-dək olan pensiyanın sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə hesablanmış 120 manat məbləğində əlavənin bərpa olunmasıdır. Hazırkı işin hallarından da müəyyən olunur ki, iddiaçının tələbi ondan tutulan hər hansı artıq ödəmənin geri qaytarılmasından ibarət deyil. xx.xx.2021-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə əmək pensiyalarının sığorta hissəsinə hesablanaraq aylıq əmək pensiyası ilə birlikdə ödənilirdisə, xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə ödənilən 120 manat məbləğ, əmək pensiyasına əlavə statuslu ödəniş olmaqdan çıxarılmış, artıq Prezident təqaüdü statuslu ödənişə keçirilmişdir, hansı ki, bu ödənişin ödənilmə qaydası xx.xx.2020-ci il tarixli, 1229 nömrəli Fərmanla tənzimlənir. İddiaçı hazırda qüvvədən düşmüş normaya əsasən ona hesablanmış pensiya məbləğinin bərpa edilməsini xahiş edir, lakin hazırda qüvvədə olan qanunvericilik əmək pensiyaçısına pensiyanın tərkib hissəsi kimi elmi dərəcəyə görə əlavə ödənilməsini nəzərdə tutmur. İddiaçı sözügedən Fərmanın tələblərinə cavab verdiyi halda müvafiq olaraq aidiyyəti üzrə müraciət edərək Prezident təqaüdünün təyin olunmasını tələb etmək hüququnu özündə saxlayır. İddiaçıya təqaüd təyin edilmədiyi halda, maddi hüquqi əsas kimi müvafiq Fərmandan çıxış edərək onun məhkəmədə iddia qaldırmaq hüququ mövcuddur.
11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbayca n Respublikasının Qanunu Maddə 19.2 (xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir). Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (ə ri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səb əbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmla kdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübu tlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icr aat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipin in tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər müba hisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh tərəfindən iddiaçının onun fərdi hesabında toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə baxılarkən, “Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsinin xx.xx.2021-ci il tarixdən qüvvədən düşməsinə baxmayaraq, iddiaçının əmək pensiyasının sığorta hissəsinə xx.xx.2023-cü il tarixəd ək fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavənin ödənildiyi aşkar olunmuş, bununla bağlı “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Q167394/2023 nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya ödənilən pensiya məbləği azaldılmışdır.
24. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Q-167394/2023 nömrəli qərarının ləğv edilməsi vasitəsilə əvvəlki pensiya məbləğinin bərpasına nail olmaqdan və bunun üzərindən ona hesablanmış artıq ödəmənin onun əmək pensiyasının məbləğindən çıxılmasının qarşısını almaqdan ibarətdir.
25. Birinci instansiya məhkəməsi iddiaçının fəlsəfə d oktoru elmi dərəcəsinə görə 120 manat məbləğin onun pensiyasının sığorta hissəsinə əlavə edilməklə ödənilməsinin davam etdirilməsinə dair tələbinin hüquqi əsasının (istinad olunan Qanunun 19.2-ci maddəsi xx.xx.2021-ci il tarixdən qüvvədən düşdüyü üçün) mövcud olmadığına istinadən iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğin pensiyanın sığorta hissəsinə əlavə edilməklə ödənilməsinin davam etdirilməsi barədə tələbin hüquqi əsasının mövcud olmadığına dair qənaətində haqlı olan məhkəmə bu zaman nəzərə almamışdır ki, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsinə istinadən iddianın təmin olunmaması iddiaçının hüquqi marağının mə zmunu və prosessual qənaət prinsipinin tələbi baxımından yetərli sayıla bilməz. Belə ki, mübahisələndirilən “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Q-167394/2023 nömrəli qərarla həm də cavabdeh tərəfindən iddiaçıya artıq vəsaitin ödənildiyi müəyyən olunmuş və həmin vəsaitin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxılması qərara alınmışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə icraat çərçivəsində həmin hallar, eləcə də bu kontekstdə “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.567.6-cı maddələrinin tələbləri baxımından iddiaçının etimad hüququnun mövcudluğu, bundan asılı olaraq hüquqi vəziyyətinin və ya əmlak vəziyyətinin qorunmalı olub-olmaması ilə əlaqədar xüsusatlar da araşdırılmalı və iş üzrə obyektiv qərarın qəbulu baxımından həmin hallara da qiymət verilməlidir. Belə yanaşma artıq ödəmə və həmin ödəmənin iddiaçının əmək pensiyasından çıxılması ilə bağlı gələcəkdə yarana biləcək yeni məhkəmə mübahisəsinin qarşısının alınması (iş üzrə materiallardan bunun real olduğu görünür) və səmərəli məhkəmə araşdırmasının təmin olunması məqsədlərinə xidmət edir. Bu zaman həm də iddiaçının etimad hüququnun qorunmağa layiq olduğu təqdirdə, artıq ödəmənin qaytarılması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Yalnız bu qaydada araşdırma əsasında qəbul olunmuş qərar obyektiv və əsaslandırılmış qərar sayıla bilər.
28. Belə ki, istinad olunan normalara görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqla rına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
29. Lakin mübahisəyə dair hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən bu qərarın 27-ci bəndində qeyd edilən tələblərə əməl olunub -olunmadığını yoxlamamışdır.
30. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququn un pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq yoxlanılmalı və müəyyən edilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli ol duğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2586/2024 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.