Məhkəmə qərarları › İş №2-1(102)-4351/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4351/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4351/2025 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: imtiyazlı əsaslarla mənzil uçotuna alınmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “imtiyazlı əsaslarla mənzil uçotuna alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı müharibə veteranıdır və ona bu barədə ##.##.2024-cü il tarixli, ******* №-li vəsiqə verilmişdir. 2.Iddiaçı həmçinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. 3.Iddiaçı ##.##.2022-ci il tarixə qədər Ağdaş rayonu Ərəb kəndində, həmin tarixdən isə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında pasport qeydiyyatındadır. 4.Iddiaçı Bakı şəhəri Cavabdeh ərizə ilə müraciət edərək, mənzil uçotuna alınmasını xahiş etmişdir. 5.Cavabdeh ##.##.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən iddiaçı son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından onun xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 6.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü qrup vətən müharibəsi əlilinin, imtiyazlı şəxslərin mənzillə təmin olunması ilə bağlı mənzil növbəsinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7.Iddia tələbi onunla əsaslandırılmışdır ki, vətən müharibəsində iştirak edib. Vətən müharibəsi iştirakçısı medalı, o cümlədən iştirak etdiyi şəhərlərin alınması ilə əlaqədar dövlət təltifləri alıb. Döyüş zamanı yaralandığı üçün üçüncü qrup əlil, yəni müharibə əlilidir. Əvvəl Ağdaş rayonunda, sonra isə Bakı şəhəri Yasamal rayonunda yaşamışdır. Müharibə veteranı əlili kimi sosial təminatları, o cümlədən ev növbəsinə durmağı ilə əlaqədar Ağdaş rayon Icra Hakimiyyətinin qeydiyyatındadır. Hesab edir ki, bir döyüşçü, bir veteran, bir müharibə əlili olaraq yaşadığı yerin icra hakimiyyəti onu mənzil növbəsi üçün qeydə almalıdır. Ağdaş rayonunda artıq yaşamır. Təqdim olunan sənədlərdən də görünür ki, Bakı şəhərində Yasamal rayonunda yaşayır. 8.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi rədd edilmişdir. 9.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının müharibə veteranı statusunun olması və vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilməsi, ona imtiyazlı əsaslarla mənzil uçotuna alınmaq hüququnu vermir. Həmçinin iş materiallarından müəyyən edilir ki, iddiaçı ##.##.2022-ci il tarixə qədər Ağdaş rayonu Ərəb kəndində, həmin tarixdən isə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Göründüyü kimi, mübahisələndirilən qeydiyyatın aparılmasının əsasını isə ##.##.2021-ci il tarixində X2 və X1 arasında torpağın icarə hüququnun alqı-satqı müqaviləsi təşkil edir. Belə ki, iddiaçı əlil olduğunu bildirmiş, lakin məhkəmənin sorğusuna cavab olaraq “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, iddiaçının ümumiyyətlə əlilliyi yoxdur. Iddiaçı iddia ərizəsində müharibə əlili kimi Ağdaş rayon Icra Hakimiyyətində mənzil uçotunda qeydiyyatda olduğunu bildirmiş, lakin məhkəmə sorğusuna cavab olaraq Ağdaş rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubunda iddiaçının mənzil komissiyası tərəfindən mənzil uçotuna götürülmədiyi bildirilmişdir. Iddiaçı iddia ərizəsində əvvəl Ağdaş rayonunda, sonra isə Bakı şəhəri Yasamal rayonunda yaşadığını bildirmiş, lakin məhkəmə iclasında verdiyi izahatında hazırda Ağdaş rayonunda yaşadığını və orada işlədiyini bildirmişdir. Bakı şəhərində pasport qeydiyyatında olması isə iddiaçının Bakı şəhərində yaşaması anlamına gəlmir. 10.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat 11.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 13.Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri: 14.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Yasamal rayonu, H.ünvan 2-də yaşayır. Müharibə veteranı kimi sosial təminatları, o cümlədən ev növbəsinə durmağı ilə əlaqədar Ağdaş rayon Icra Hakimiyyətində qeydiyyata alınıb. Lakin yaşayış yerini dəyişib. Iddiaçı onu da qeyd edir ki, o, artıq Ağdaş rayonunda yaşamır. Artıq təqdim olunan sənədlərdən də görünür ki, Bakı şəhərinin Yasamal rayonunda yaşayır.

TƏTBIQ EDILƏN HÜQUQ

15.Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

16.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunu: Maddə 2-ci maddəsində şəxsin yaşayış yeri və olduğu yer anlayışları verilmişdir. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

17.“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2009-cu il tarixli, *** nömrəli Fərmanının 2.3-cü yarımbəndinə əsasən həmin Məcəllənin 51.3-cü maddəsində nəzərdə tutulmuş həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

18.Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur.

19.«Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il # ##### tarixli qərarı ilə təsdiq edilmişdir) 4-cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. Icraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci bəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. 17-ci bəndin İ hissəsinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X4 Icraiyyə Komitəsinə ərizə verir. 17-ci bəndin II hissəsinə görə, ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. 17-ci bəndin III hissəsinə görə, ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin.

20.“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin” ##.##.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il ######ın #-dən 2020-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

21.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 23.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 25.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 26.Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 27.Hazırkı işdə iddiaçının hüquqi marağı imtiyazlı əsaslarla mənzil uçotuna alınmasından ibarətdir. 28.Işə baxmış məhkəmələrin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının “müharibə veteranı” statusuna malik olması və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunması özlüyündə ona imtiyazlı əsaslarla mənzil uçotuna götürülmək hüququ yaratmır. Mənzil münasibətlərini tənzimləyən normativ hüquqi aktlara əsasən şəxsin sosial mənzil və ya imtiyazlı mənzil təminatı hüququnun yaranması üçün təkcə hərbi xidmət və ya veteran statusu kifayət etmir. Bunun üçün qanunvericilikdə müəyyən olunmuş əlavə şərtlər, yaşayış yerinin daimi qeydiyyatı, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacın mövcudluğu, aidiyyəti icra hakimiyyəti orqanında uçota alınma və xüsusi sosial statusun rəsmi təsdiqi kimi meyarlar mövcuddur. 29.Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdi ki, iddiaçı ##.##.2022-ci il tarixədək Ağdaş rayonu Ərəb kəndində qeydiyyatda olmuş, yalnız həmin tarixdən sonra Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 2 ünvanında qeydiyyata düşmüşdür. Bu isə onu göstərir ki, iddiaçının Bakı şəhərində fasiləsiz və qanunvericiliyin tələb etdiyi müddətdə, yəni azı 5 il daimi qeydiyyatda olması sübuta yetirilmir. Halbuki, yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmə üçün şəxsin həmin inzibati ərazi vahidində müəyyən edilmiş müddət ərzində daimi yaşayış qeydiyyatında olması mühüm hüquqi şərt hesab olunur. 30.Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında həyata keçirilir və bu norma birbaşa olaraq onu ifadə edir ki, şəxs yalnız daimi yaşadığı yer üzrə mənzil uçotuna dura bilər. Bu tələbin məqsədi dövlət və bələdiyyə mənzil fondunun düzgün bölüşdürülməsi, ehtiyacın real vəziyyətə uyğun qiymətləndirilməsi və süni şəkildə mənzil növbələrinin dəyişdirilməsinin qarşısının alınmasıdır. 31.Bu mənada, “yaşayış sahəsinə ehtiyacı olan şəxs” anlayışı yalnız formal hüquqi vəziyyətlə - yaşayış sahəsi üzrə qeydiyyatla deyil, məhz onun faktiki yaşayış yeri üzrə real yaşayış sahəsinə ehtiyacının mövcudluğu ilə müəyyən edilməlidir. Yəni, şəxsin müvafiq ünvanda qeydiyyatda olması və ya hüquqi statusunun dəyişməsi hələ onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsi üçün yetərli sayılmamalıdır. 32.Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 33.Iddiaçının Ağdaş rayonundan daimi qeydiyyat yerindən çıxaraq Yasamal rayonuna qeydiyyata düşməsi faktı hələ öz-özlüyündə onun faktiki olaraq daimi şəkildə Yasamal rayonunda yaşamasını və həmin ərazi ilə möhkəm, davamlı sosial-məişət və hüquqi bağlılığının mövcud olmasını sübuta yetirmir. 34.Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin yaşayış yeri anlayışı yalnız inzibati qeydiyyatla məhdudlaşmır, bu hal həm də faktiki yaşama, ailə, əmək fəaliyyəti, sosial münasibətlər və digər obyektiv hallar əsasında müəyyən edilməlidir. Şəxsin müəyyən ünvanda qeydiyyata düşməsi onun həmin ünvanda real olaraq daimi yaşadığını birmənalı şəkildə təsdiqləmir, çünki qeydiyyat formal xarakter daşıya və müxtəlif səbəblərlə, o cümlədən hüquqi, məişət və ya müvəqqəti ehtiyaclarla əlaqədar həyata keçirilə bilər. 35.Işin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən həm də iddiaçının təqdim etdiyi məlumatların etibarlılığı məsələsinə də ayrıca hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində özünü əlil şəxs kimi təqdim etmiş və bu halı tələbinin əsaslarından biri kimi göstərmişdir. Lakin məhkəmə sorğusuna cavab olaraq “xxxx” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli rəsmi məktubda iddiaçının ümumiyyətlə əlillik statusunun olmadığı bildirilmişdir. Bununla yanaşı, iddiaçı Ağdaş Rayon Icra Hakimiyyətində müharibə əlili kimi mənzil uçotunda olduğunu bildirmişdir. Lakin həmin qurumun da ##.##.2025-ci il tarixli rəsmi cavab məktubunda onun mənzil komissiyası tərəfindən uçota götürülmədiyi açıq şəkildə göstərilmişdir. 36.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar