Məhkəmə qərarları › İş №2-1(102)-4353/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4353/2025

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4353/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Göyçay rayonu Cəyirli Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Göyçay rayonu Cəyirli Bələdiyyəsinə qarşı “Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin ##.##.2003-cü il tarixli ** saylı qərarının faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Göyçay rayonu Cəyirli Bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə müraciət edərək “Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin ##.##.2003-cü il tarixli, ** saylı qərarının 0,27 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsin” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – V.Musayev).

4. Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmişdir. Inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin olunmamışdır (sədrlik edən – R.Rəfiyev, hakimlər – T.Həsənov, T.Musayev).

6. Iddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

8. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq iddiaçının iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

9. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 6-cı bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

10. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş ərizənin ikinci abzasında “kassasiya şikayətinin predmetini təşkil edən mübahisəli torpaq sahəsi üzrə mülkiyyətçi dəyişmiş, yeni mülkiyyətçi ilə tərəflər arasında razılıq əldə olunmuş və mübahisə tam aradan qalxmışdır. Bu səbəbdən kassasiya baxışının davam etdirilməsinə zərurət qalmamışdır” məzmunlu ifadələri iddiadan imtina kimi görünsə də, ərizənin həm birinci, həm də üçüncü abzaslarında iddiaçı tərəfindən “kassasiya şikayətindən imtina etməsi” xahiş edildiyindən hazırkı ərizə də məhz “kassasiya şikayətinin geri götürülməsi” kimi qəbul edilməlidir.

11. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI :

Iddiaçı İddiaçı cavabdeh Göyçay rayonu Cəyirli Bələdiyyəsinə qarşı “Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin ##.##.2003-cü il tarixli ** saylı qərarının faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçın kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar