Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4359/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi" tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Imişli Rayon şöbəsinin müdiri tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiq olunmuş rəydə qeyd olunmuşdur ki, “...İddiaçı satılması üçün nəzərdə tutulmuş torpaq sahəsi 130 kv.m olmaqla Imişli Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi 1-ci qiymət zonasına aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.
2. Imişli Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı iclas qərarı ilə İddiaçı yaşıllıq və bağ salmaq üçün şəhərin H.Əliyev prospektində sağ tərəfdə, kitab evinin arxasında Imişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə 130 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.
3. Imişli Bələdiyyəsinin sədri, iddiaçı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Imişli rayon şöbəsinin müdiri tərəfindən imzalanmış və adları qeyd olunan təşkilatların möhürləri ilə təsdiq olunmuş ## ###### 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” aktı tərtib edilmişdir. Akt Imişli rayon Torpaq və Xəritəçəkmə şöbəsində ## ##### 2008-ci il tarixdə 184 nömrə ilə qeydiyyata alınmışdır.
4. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, torpaq sahəsi ilə bağlı göstəricilər, o cümlədən döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, həmin məlumatlar X1 kitabında ## ######## 2008-ci il tarixdə 254 nömrə ilə uçota alınmışdır.
5. Iddiaçı bu torpaq sahəsi üzərində mükiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh qeydiyyat aparmaqdan imtina etmiş və iddiaçıya ##.##.2023-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarix qeyd edilməmi.dir. Sözügedən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumat aşkarlanmadı. X3 Uçotu və Informasiya Sistemində (bundan sonra – TEKUIS) sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, ümumi istifadə, bir hissəsi isə yaşayış məntəqələri torpaqları, dövlət torpağı olan torpaqlar kimi qeyd edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri əsasında Imişli şəhəri, M.Əsədov küçəsi ərazisində yerləşən 0.013 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ********** qeydiyyat nömrəli müraciətinizin icrasından imtina edilir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Imişli Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə yaşadığı evin yaxınlığında yaşıllıq və bağ salmaq üçün şəhərin H.Əliyev prospektində Imişlı Bələdiyyəsinə məxsus boş torpaq sahəsindən 130 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Bu fakt bələdiyyənin qərarı, torpağın alqı satqısına dair akt, torpaq şöbəsinin rəyi, arayış, plan-xəritə və aktlarla təsdiq olunur. Bu barədə məlumatlar X1 kitabında ## ######## 2008-ci il tarixdə 254 nömrə ilə uçota alınmış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Torpaq sahəsi tanıdılmış və yerində təhvil verilmişdir. Cavabdehə hüququn qeydiyyatı ilə bağlı müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumat aşkarlanmamışdır. Bundan əlavə, TEKUIS-da sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə, bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edildiyi və təqdim edilən sənədlərin araşdırılması zamanı ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarix qeyd edilmədiyi müəyyən edilmişdir.
9. Iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2024cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyində göstərilir ki: - Imişli bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı protokol qərarına əsasən Imişli şəhəri, H.Əliyev prospektində sağ tərəfdə, kitab evinin arxasında Imişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı satılmış 130 kv.m torpaq sahəsinin naturada sərhədləri keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Imişli rayon şöbəsinin mütəxəssisləri tərəfindən çəkilmiş, Imişli rayon şöbəsi və Imişli Bələdiyəsinin sədri tərəfindən təsdiq olunmuş 1:10000 miqyasında olan yerquruluşu planında olan istinad nöqtələrindən istifadə etməklə koordinatları müəyyən edilmişdir. - Qeyd olunan 130 kv.m torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. - Qeyd olunan 130 kv.m torpaq sahəsi ayrılan zaman bələdiyyə mülkiyyətinə aid boş torpaq sahəsi olmuşdur. Imişli Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı protokol qərarına əsasən 130 kv.m torpaq sahəsi ## ###### 2007-ci il tarixdə “Torpaqların alqı-satqı”sına dair tərtib olunmuş akta əsasən İddiaçı satılmışdır. Halhazırda isə TEKUIS-da 130 kv.m torpaq sahəsinin 71.64 kv.m hissəsi tikinti altında olmaqla dövlət mülkiyyətinə, 58.36 kv.m hissəsi isə ümumi istifadədə olan küçə və yollar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. - Qeyd olunan 130 kv.m torpaq sahəsi ayrılan zamanı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmuşdur. Hal-hazırda da TEKUIS-da yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi qeyd olunmuşdur.
10. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ilə iddia təmin edilmiş, Imişli bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə yaşıllıq və bağ salmaq üçün satılmış, şəhərin H.Əliyev prospektində sağ tərəfdə, kitab evinin arxasında yerləşən 130 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (Hakim Fehruz Abbasov)
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının Imişli bələdiyyəsinin hazırda qüvvədə olan ## ###### 2007-ci il tarixli, ** saylı qərarına əsasən mülkiyyət hüququnu əldə etdiyi 130 kv.m torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasından imtina etməsinin səbəbləri kimi göstərilən “DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarixin qeyd edilməməsi, müraciətə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumatın aşkarlanmaması, hətta müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində belə qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
12. İddiaçı Imişli bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı protokol qərarı əsasında ona satılmış 130 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır və həmin torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından cavabdeh inzibati orqanın imtina etməsinin hüquqi əsası yoxdur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Şirvan Inzibati Məhkəməsinin # #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Ceyhun Quliyev (sədrlik edən və məruzəçi), Samir Həsənov və Fikrət Hüseynov).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi iddiaçıya satılan zaman torpaqların idarə olunması sahəsində dövlətin funksiyalarını icra edən DTXK-nın yerli orqanı, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu təsdiq etmişdir. Qeyd edilən hal işin araşdırılması zamanı cavabdeh orqanın ##.##.2024-cü il tarixli mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli ekspert rəyi ilə də sübut edilir. Belə ki, ekspert rəyində 3-cü sual üzrə göstərilir ki, qeyd olunan 130 kv.m torpaq sahəsi ayrılan zamanı bələdiyyə mülkiyyətinə aid boş torpaq sahəsi olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi ## ###### 2007-ci il tarixli ** saylı qərarı məhz hüquqi akt olmaqla daşınmaz əmlakın qeydiyyata alınması üçün əsasdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarix qeyd edilmədiyi müəyyən edilmiş və sözügedən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumat aşkarlanmamışdır. TEKUIS-da sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edilmişdir. Belə olan halda isə Ərazi Idarəsi haqlı olaraq imtina vermişdir.
18. TEKUIS-da sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edilmişdir. Həmçinin iş üzrə təyin olunmuş ekspert rəyində göstərilmişdir ki, hal-hazırda TEKUIS-da 130 kv.m torpaq sahəsinin 71.64 kv.m hissəsi tikinti altında olmaqla dövlət mülkiyyətinə və 58.36 kv.m hissəsi isə ümumi istifadədə olan küçə və yol lar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Belə olan halda isə torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməzdi.
19. TEKUIS-da sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edilmişdir. Həmçinin iş üzrə təyin olunmuş ekspert rəyində göstərilmişdir ki, hal-hazırda TEKUIS-da 130 kv.m torpaq sahəsinin 71.64 kv.m hissəsi tikinti altında olmaqla dövlət mülkiyyətinə və 58.36 kv.m hissəsi isə ümumi istifadədə olan küçə və yollar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Belə olan halda isə göstərilən maddi hüquq normalarının imperativ tələblərinə əsasən mübahisəli torpaq sahəsi alqı-satqı obyekti ola bilməzdi, buna görə də iddia tələbi heç bir halda təmin edilə bilməzdi, deməli təmin edilməməli idi.
20. TEKUIS-da 130 kv.m torpaq sahəsinin 71.64 kv.m hissəsi tikinti altında olmaqla dövlət mülkiyyətinə və 58.36 kv.m hissəsi isə ümumi istifadədə olan küçə və yollar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən isə ümümi istifadədə olan torpaq sahəsi satıla bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # ###### 1999-cu il tarixli *** saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Deməli torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərar əsasında həyata keçirilə bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Bundan başqa qərarda göstərilmişdir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
22. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. Torpaq Məcəlləsi Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir
26. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2-1(106) ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.