Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-436/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-436/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 30 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-1(103)1837/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsa sən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 2006-cı il 10 noyabr tarixli, 37495 saylı müqaviləyə əsasən, ünvan 1 yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 385/t nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 yerləşən, torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir. Cavabdeh 2016-ci il 1 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, müvafiq bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir. Bundan əlavə, göstərilən bağ sahəsinə dair digər f iziki şəxsin (x2) adına “JN-21942” saylı şəhadətnamə verilmişdir. Bu səbəbdən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2016-cı il 15 aprel tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 yerləşən, torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, Görədil ərazisində yerləşən, torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrin də qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun arasında bağlanmış 2006-cı il 10 noyabr tarixli, 37495 saylı müqaviləyə əsasən, ünvan 1 yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 385/t nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1-ci maddələrinə və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 may tarixli 2-1(81)-37/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Görədil ərazisində yerləşən, torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinin iddiaçının adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli bağ sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmi şdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-1(103)-1837/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 2 noyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 22 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin obyektiv araşdırılması məqsədil ə Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və x2 məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş et di. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əs aslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 2006-cı il 10 noyabr tarixli, 37495 saylı müqaviləyə əsasən, ünvan 1 yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 385/t nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası bağ sahəsinə dair digər fiziki şəxsin adına “JN-21942” saylı şəhadətnamə verilməsi barədə cavabdehin dəlili ilə bağlı qeyd edir ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının istifadəsində olan bağ sahəsinin “JN21942” saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə x2na ayrılmış bağ sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-1(103)-1837/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-436/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-436/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver