Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-436/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: hərbi xidmət dövrü sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Fərid Abdullayevin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai ra yon Şöbəsinə qarşı əmək kitabçasında göstərilən - xx xxxxxx 1973cü il tarixdən xx xxx 2016-cı ilə qədər iş illəri və 1974-1976-cı illər üzrə hərbi xidmət dövrü sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1463/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixində anadan olmuşdur. Cavabdeh, dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini h əyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı əmək kitabçasında göstərilən - xx xxxxxx 1973cü il tarixdən xx xxx 2016-cı ilə qədər iş illəri və 1974-1976-cı illər üzrə hərbi xidmət dövrü sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış hər bir kişinin yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı bu hüququ olan şəxs kimi sənədl əri toplayıb cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı, tələb olunan 25 il staj və ya minimum pensiya təminatı üçün pensiya kapitalı toplanmadığına görə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun əmək kitabçasında işlədiyi müəssisələrin və vəzifələrin adları göstərilmiş, oxuduğu peşə məktəbi qeyd olunmuş, hərbi biletində hərbi xidməti barədə qeyd aparılmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-381/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı onun əmək kitabçasında əksini tapmış 1973 – 2006-cı illərdəki iş illəri və 1974 - 1976-cı illər üzrə hərbi xidmət dövrü sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasın ın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-1463/2019 nömrəli (hakimlər KəmaləAbiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu il tarixli, 2-1(82)-381/2019 saylı qərarının «yaşa görə» sözlərindən son ra «xx xxxxxx 2018-ci ildən (63 yaş 6 aydan)» sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2018-ci il tarixli **********0 saylı məktubla cavab məktubunda mövcud qanunvericilikdə yaşa görə əmək pensiyası təyin etmək üçün iddiaçının nə tələb olunan 25 il sosial sığorta stajı, nə də qanunla nəzərdə tutulan pensiya kapitalı olmadığından ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Sığortaolunana əmək pensiyası təyin edilməsi üçün onun əmək kitabçasında qeyd olunan iş stajı mütləq qaydada arxiv arayışları əsasında təsdiqlənməlidir. Hazırkı mübahisə üzrə iddiaçının əmək kitabçasında qeyd edilən sosial sığorta stajını təsdiq edən arxiv arayışını cavabdeh orqan a təqdim etmədiyindən və əmək kitabçası üzrə qeydlərin yerində qarşılıqlı yoxlaması aparılmadığından ona pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edilir ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1463/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Abdullayev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunver icilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir ha lda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,cavabdeh xx.xx.2018-ci il tarixli **********0 saylı məktubla cavab məktubunda mövcud qanunvericilikdə yaşa görə əmək pensiyası təyin etmək üçün iddiaçının nə tələb olunan 25 il sosial sığorta stajı, nə də qanunla nəzərdə tutulan pensiya kapitalı olmadığından ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Sığortaolunana əmək pensiyası təyin edilməsi üçün onun əmək kitabçasında qeyd olunan iş stajı mütləq qaydada arxiv arayışları əsasında təsdiqlənməlidir. Hazırkı mübahisə üzrə iddiaçı nın əmək kitabçasında qeyd edilən sosial sığorta stajını təsdiq edən arxiv arayışını cavabdeh orqana təqdim etmədiyindən və əmək kitabçası üzrə qeydlərin yerində qarşılıqlı yoxlaması aparılmadığından ona pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli **********0 saylı məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il 06 ay artırılır. İddiaçının nə tələb olunan 25 il stajı, nə də minimum pensiya təminatı üçün tələb o lunan pensiya kapitalı olmadığı üçün ərizəni təmin etmək mümkün deyildir. (xx.xx.1992-ci ildən sonra Rusiya Federasiyası ərazisində qazanılmış iş stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən sığorta stajına daxil edilməmişdir)”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006 -cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Hal hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçalarındakı qeydlərə əsasən 2006-cı ilədək 25 ildən artıq iş stajı mövcud olmuşdur. Cavabdeh orqan iddiaçının 2006-cı ilədək iş stajına dair əmək kitabçalarındakı qeydləri mötəbər saymasa da, buna dair nə xx xxxxxxxx 2018-ci il tarixli 19/**********0 saylı imtinasında hər hansı dəlil irəli sürməmiş, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajının ümumi qaydada sığorta stajına daxil edilməməsinin səbəblərini göstərməmişdir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək p ensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır (22-1.2-ci maddə); 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır (22-1.2.1-ci maddə); İddiaçı hazırkı tələb ində yaşa görə əmək pensiyası hüququnun 63 yaş 6 aydan yarandığını iddia edir. İddiaçının qeyd olunan yaşdan pensiya hüququnun olub-olmamasına gəldikdə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edi lmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır: xx xxxx 2017-xx xxxx 2018-ci ilədək kişilər üçün 63 il 6 aydan təyin edilir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının 63 yaş 6 ayının xx xxxxxx 2018-ci ildə tamam olması və həmin tarixədək 25 ildən artıq sığorta stajı mövcuddur, bu baxımdan da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə apelyasiya in stansiyası məhkəməsinin gəldiyi hazırkı nəticə düzgün olmuş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 21(103)-1463/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-436/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-436/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver