Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4361/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: göndərişdə qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2021-ci il tarixli *** nömrəli qərarında (Xəstəlik haqqında şəhadətnamədə) iddiaçının aldığı travma diaqnoz: partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi; xəstəliyin səbəb əlaqəsi: Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir.
2. Yardımlı rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə ## ###### 1995-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
3. Yardımlı rayon Icra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli, ** nömrəli sərəncamı ilə İddiaçı arvadı Qanuni nümayəndə qəyyumluğuna verilmişdir.
4. “xxxx” publik hüquqi şəxs tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **** nömrəli Həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il 3-28/3-1- ***/**** saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim psixiatr komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları (ayda 2-3 dəfə) koqnitiv funksiyaların enməsi ilə F 07.0”.
5. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları və amnestik sindromla. Ağırlaşma: F06.7 Yüngül koqnitiv pozuntu, yaddaş və intellekt zəifliyi ilə. Ağırlaşma: R25.2 Qıcolma və spazm, Cəngolma tutmaları ilə.(ayda 2-3 dəfə), Ağırlaşma: Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. müəyyən edilərək, ##.##.2023-cü il tarixli P********AME nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Həkim müayinəsi” adlanan bölmədə: nəticə olaraq PS.Status: “Ümumi vəziyyati ağırdır. Müayinənin keçirildiyi otağa tibb personalının müşayiəti altında daxil olur, salamlaşaraq ona təklif olunan yerdə oturur. Düşüncəsinin kobud pozulmadığı, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin saxlanıldığı müəyyənedilir. Zahirən səliqəsiz və süst görünür. Mimikasında narazılıq ifadəsi, hərəkətlərinda lənglik müşahidə edilir. Söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyrifəal şəkildə qoşulur. Suallara adətən ləng və konkret cavab verməyə başlayır, onları müxtəsər cavablandırır. Təfəkkürü tempinə görə ləng olmaqla tropid xarakter daşıyır. Mülahizə və mühakimələrinin bir qədər səthi xarakterli olduğu qeydə alınır. Aparılan sorğusual gedişatında kəskin produktiv psixopatoloji simptomatika (qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri) müəyyən edilmir. Mnestik funksiyalarında müəyyən dərəcədə pozuntu nəzərə çarpır. Belə ki, aparılan testlər nəticəsində yaddaşında zəiflik, yeni məlumatları pis qavrama, diqqətində dağınıqlıq olduğu aşkarlanır. Anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırmaqda çətinlik çəkir. Müayinə zamanı affektiv qeyrisabitliyi və əsəbiliyi özünü büruzə verir. Söhbət zamanı tez yorulduğu aşkarlanır. Davranışı üzərində nəzarətin zəiflədiyi müşahidə olunur. Özünü psixi xəstə hesab edib-etməməsi ilə bağlı sualı cavablandırarkən müharibədə aldığı psixi və somatid travmalardan sonra vəziyyətində kəskin dəyişkənliklər yarandığını qeyd edir, xəstəliyinə görə dəfələrlə psixiatriya xəstəxanasında müalicə aldığını və hal-hazırda da həmin müalicəni ev şəraitində qəbul edir. Keçirilən müayinənin məqsədini və mahiyyətini düzgün başa düşsə də, onun gedişinə və nəticəsinin necə olacağına aşkar şəkildə maraq göstərmir, gələcək aqibətinə biganə yanaşır. Hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləmir.” göstərilmişdir.
6. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli qərar ilə “Imtina səbəb: Diaqnoz öz təsdiqini tapmaması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixli *******0004 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. ## ###### 2020-ci il tarixdə döyüş zamanı Murovdağ yaxınlığında mərmi partlaması nəticəsində xəsarət almışdır. Ilkin yardım göstərildikdən sonra hərbi hissəyə göndərilmiş, oradan da Şəmkir Rayon Mərkəzi Xəstəxanasına köçürülmüşdür. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi həmin xəstəxananın cərrahiyyə şöbəsində stasionar qaydada müalicə və müayinə olunmuşdur. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının verdiyi ##.##.2020-ci il tarixli ****/** nömrəli epikrizində qeyd olunmuşdur ki, “İddiaçı partlayış travması, hər iki budun arxa səthinin yanmış qəlpə yarası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixə kimi Silahlı Qüvvələrin Baş X4 bölməsində “Partlayış travması (##.##.2020). Keçirilmiş qapalıkəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Soltərəfli II dərəcəli varikosele. Sol gözün hipermetopiyası Hm 1,0D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya olunmur. Sağ qulaqarxası nahyyəsinin limfadeniti. Partlayış yaralanması. Hər iki bud nahiyyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların 1-li cərrahi işlənilməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuşdur. ##.##.2021-ci il tarixli *** nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilir ki, İddiaçı “partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş baş beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürlər. Hər iki budun arxa səthinin və sağrı nahiyyəsinin kor qəlpə yaralanmasına görə aparılmış birinci cərrahi işlənilməsindən, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə xəstədir. Hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. ## ######## 2021-ci ildə xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətdən tərxis olunmuşdur. ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi Sumqayıt Psixiatriya Xəstəxanasında “partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravma. Ensefalopatiya ilə nəticələnən üzvi şəxsiyyət və davranış pozuntuları, amnestik sindrom” diqanozu ilə stasionar müalicədə olmuşdur. Bundan sonra ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi “xxxxnda” “Üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, yaddaşın enməsi cəngolma tutmaları ilə (ayda 2-3 dəfə), davranış pozuntularlı amnestik sindromla” diqanozu ilə stasionar qaydada müalicə olunmuşdur. “xxxx” publik hüquqi şəxsin Həkim psixiatr komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli rəyində göstərilir ki, Azərbaycan Respublikası SN-nin ## ###### 2023-cü il tarixli *-**/*-*-***/**** saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları (ayda 2-3 dəfə) koqnitiv funksiyaların enməsi ilə F 070. Mütəmadi olaraq ambulator və stasionar qaydada müalicələr olunsa da, səhhətində heç bir irəliləyiş olmamış, əksinə səhhəti tamamilə ağırlaşmışdır. Baş ağrılarından, əsəbilikdən, yuxu və davranış, yaddaş və intellekt zəifliyindən, qıcolmadan əziyyət çəkir, psixi vəziyyəti tamamilə dözülməz hala düşmüşdür. Öz hərəkətlərini ölçüb-biçmək, mənasını başa düşmək və onları idarə etmək qabiliyyəti yoxdur. Öz həyatının vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. Yardımlı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin bundan imtina edilmişdir. Hesab edir ki, işdə olan sənədlər ona əlillik təyin edilməsinə əsas verir.
9. Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni Üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları və amnestik sindromla yaddaş və intellekt zəifliyi ilə. Cəngolma tutmaları itə (ayda 2-3 dəfə) Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Yardımlı rayon sakini ##.##.1995-ci il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, E Mahmudova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2021-ci il tarixli *** nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsinin beynin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı astno-nevrotik təzahürlər. Hər iki budun arxa səthinin və sağrı nahiyəsinin kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı dıaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxusuzluqdan, unutqanlıqdan şikayətlənmişdir. Zahirən sakit, ünsiyyətə həvəssiz, emosional iradə sferası qeyri-sabit olmuş, düşüncəsi aydın, bələdliyi və özünə tənqidi tam saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya koqnitiv funksiyaların zəifləməsi ilə” (Tibbi sənədlər və instrumental müayinələrdə etıolon faktor öz təsdiqim tapmır) kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksıonal pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022- ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.
10. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## ### 2025-ci il tarixli qərarı ilə (hakim P.Qurbanova) iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Səhiyyə Nazirliyi “xxxx” X1 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “X2, Depressiv Daxilolmalar, X3 ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘xxxxda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Qıcolma tutmaları (ayda 2-3 dəfə), koqnitiv funksiyaların enməsi, amnestik sindrom ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri - təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional. Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. İddiaçı müəyyən edilən pozuntu döyüşlərdə aldığı kəllə-beyin travması nəticəsində yaranmış və xroniki xarakter daşıyır. Beləliklə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: C.Quliyev /sədrlik edən və məruzəçi/, H.Bəhmənov və Y.Həşimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı verilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla belə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır.
27. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.