Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-437/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-437/21) Açar sözlər: (təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövl ət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-450/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı uzun illər Şəki rayon X1 şöbəsində işləmişdir. Pensiya yaşına çatdığı üçün xx.xx.2015-ci ildən işdən azad olunaraq pensiyaya çıxmışdır. Həmin vaxt onun yalnız, xəstəxanada işlədiyi illər sosial sığorta stajına daxil edilmişdir. Lakin sonradan ona məlum olmu şdur ki, əyani təhsil aldığı dövrlər də sosial sığorta stajına daxil edilməli idi. Lakin ona pensiya təyin edərkən həmin dövr nəzərə alınmamışdır. Məhz buna görə ümumi əmək stajı ilə yanaşı əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondu Şəki şəhər şöbəsinə müraciət etmişdir. Bununla bağlı olaraq orta ixtisas təhsil haqqında diplomun surətini təqdim etmişdir. Lakin sözügedən qurum xx.xx.2019-cu il tarixli məktubla əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin mümkün olmamasını əsas göstərmişdir. Onların göstərdiyi həmin əsasla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı 1968-ci ildən 1972-ci ilə kimi Şəki Tibb məktəbində təhsil alaraq mama ixtisası üzrə diplom almışdır. İddiaçının pensiya yaşı 2016-cı ildə olmuşdur və o, həmin ildən pensiyaçıdır. Həmin zaman onun təhsil müddəti nəzərə alınmayıb. Buna görə də cavabdeh tərəfin imtinası əsassızdır.
2. Cavabdeh məhkəmənin sərəncamına əsasən göndərdiyi xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubunda Vətəndaş İddiaçı xx.xx.2007-ci ildən yaşa görə əmək pensiyaçısı olduğunu, hal-hazırda 235.62 manat miqdarında pensiya aldığını və xx.xx.1968-ci il tarixindən xx.xx.1972-ci il tarixədək əyani təhsil aldığı illər sosial sığorta stajına daxil ediləcəyi halda pensiyanın məbləğinin 10.37 man artaraq cəmi pensiyası 235.62 man olacağını qeyd etmişdir.
3. Bundan sonra cavabdeh birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktub göndərərək bildirmişdir ki, İddiaçı xx.xx.2007-ci il ta rixində xx.xx.2006-cı il tarixinədək 35 il 5 ay sosial sığorta stajı nəzərə alınaraq ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın əyani təhsil müddəti stajına daxil edilərsə xx.xx.2006-cı ilədək sosial sığorta stajı 38 il 11 ay olar və pensiyası yenidən hesablanarsa artım olacaqdır. ƏƏSMN yanında DSMF-nin direktorunun təlimat məktubu ilə xx.xx.2006-cı il tarixədək əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilərək əmək pensiyası məbləğlərinin yenidən hesablanması məqsədəmüvafiq hesab edilmişdir. Bu məktuba istinadən vətəndaşların əyani təhsil müddəti nəzərə alınaraq əmək pensiyaları yenidən hesablanaraq son 36 ayı ödəmək mümkündür. Odur ki, yuxarıdakıları nəzərə alaraq vətəndaşın iddia ərizəsini baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.
4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)397/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Cavabdeh üzərinə İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Dövlət pensiyaları haqqında» SSRİ Qanununun 1-ci maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 32.1, 32.1-1-ci maddələrinə əsaslanmışdır.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə ape lyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-450/2020 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmanverdi Şükürov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-397/2020 nömrəli qərarının qismən, yəni, xx xxxxxxx 2007-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması hissəsində dəyişdirilməsi, pensiyanın yenidən hesablanması və ona xx xxxxxx 2016-cı il tarixdən müraciət etdiyi xx xxxxxx 2019-cu il tarixə kimi yaranmış fərqin ödənilməsi öhdəliyinin qoyulma sı, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını tətbiq edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini tam təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
10. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
11. Həmin Qanununun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
12. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlar ın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir
13. İlk öncə qeyd edilməlidir ki, hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun təhsil illərinin sosial sığorta stajı illərinə daxil edilməsi nəzərdə tutulmamışdır.
14. Həmin Qanununun 21.1-ci maddəsində qeyd edilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, h ərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
15. Qanunun 21.2-ci maddəsində isə digər bu kimi dövrlər konkret şəkildə sadalanmışdır. Buradan da müəyyən edilə bilər ki, təhsil illəri sosial sığorta illəri kimi nəzərə alına bilməz.
16. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
18. Bu səbəblərə əsasən, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-450/2020 nömrəli qərarı əsassızdır.
19. Bununla bağlı olaraq DSMF-nin Şəki şəhər Şöbəsinin imtina məktubu əsaslıdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da, öz növbəsində, qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır.
20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)450/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı işt irakçılarının izahatları
22. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq y oxlanılacaqdır. Əsaslandırıcı hissə
25. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının nəticə hissəsinin Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(10 7)-450/2020 saylı qərarının nəticə hissəsinin “Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-397/2020 saylı qərarı qismən, yəni, xx xxxxxxx 2007-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması hissəsində dəyişdirilsin” eləcə də «iddia tələbi qalan hissədə tə min edilməsin» hissələri ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir.
26. İddiaçının iddiasının pensiyanın xx xxxxxx 2016-cı il tarixdən müraciət etdiyi xx xxxxxx 2019-cu il tarixə kimi yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilsin.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilm əməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
29. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarla və cavabdeh tərəfindən həmin qərardan verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən prosessual və maddi hüquq normaları düzgün tətbiq etmişdir.
30. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda mü əyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
31. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə istinad etməsi doğru olmuşdur.
32. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, «İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir».
34. Bu nöqteyi-nəzərdən apelyasiya instansiyası məhkəməsinin əsaslandığı maddi hüquq normaları qanunauyğun tətbiq edilmişdir.
35. Belə ki, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş «Dövlət pensiyaları haqqında» SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 36. 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəbl ərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
37. Buna görə də apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Bu səbəbdən də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir.
38. Apelyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq hesab etmişdir ki, «şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün «qazanılmış hüquq» konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tə nzimləmə müstəqilliyinin mütləq olmayıb, «qanuni gözlənti» və «hüquqi müəyyənlik» prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni, qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
39. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüq uqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
40. Məlum olduğu kimi, İddiaçı iddia ərizəsindən görünür ki, o, xx xxxxxxxx 1968ci il tarixdən xx xxxxxx 1972-ci il tarixədək Şəki Tibb məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxxx 2007-ci il tarixdən pensiyanın yenidən hesablanması xahiş etmişdir.
41. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyə ti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
43. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbay can Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli qərarında «pensiyanın yenidən hesablanması» tələbinə dair işlər üzrə hüququn tələbi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin edilməsi məqsədlə qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan «müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə» müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
45. Apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh orqanın imtina məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçı pensiya nın yenidən hesablanması və ödənilməsi üçün cavabdehə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, işin bu və digər hallarını nəzərə alan apelyasiya instansiyası məhkəməsi inzibati mübahisənin mahiyyəti üzrə düzgün qərar qəbul etmiş, lakin apelyasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsində prosessual uyğunsuzluğa yol verilmişdir.
47. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(10 7)-450/2020 saylı qərarının nəticə hissəsinin “Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-397/ 2020 saylı qərarı qismən, yəni, xx xxxxxxx 2007-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması hissəsində dəyişdirilsin” eləcə də «iddia tələbi qalan hissədə təmin edilməsin» hissələri ləğv edilsin və iddia tələbi həmin hissədə rədd edilsin. İddiaçının iddiasının pensiyanın xx xxxxxx 2016-cı il tarixdən müraciət etdiyi xx xxxxxx 2019-cu il tarixə kimi yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.