Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-437/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nizamnamə kapitalının artırılması kimi malların qoyuluşu; vergi məsuliyyətinə cəlbetmə haqda qərarın ləğvindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisad iyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.11.2021-ci il tarixli, 2-1(103)-2454/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 24.12.2019-cu il tarixli qərarına əsasən vergi ödəyicisi kimi İddiaçı MMC-yə məxsus təsərrüfat subyektlərində (mağaza və anbar) malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişd ir.
2. Vergi orqanı tərəfindən operativ vergi nəzarətinin nəticələri üzrə iddiaçıya məxsus mağazada qalıq kimi aşkar olunmuş 1.106.712,25 manat dəyərində malların alışını təsdiqləyən hər hansı sənədin təqdim edilməməsi əsas gətirilərək, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə istinad olunmaqla 110.671,23 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə 05.03.2020-ci il tarixli **********5654 nömrəli qərar qəbul olunmuşdur.
3. Həmçinin, vergi orqanı tərəfindən operativ vergi nəzarətinin nəticələri üzrə iddiaçıya məxsus anbarda qalıq kimi aşkar olunmuş 565.777,75 manat dəyərində malların da alışını təsdiqləyən hər hansı sənədin təqdim edilməməsi əsas gətirilərək, həmin normaya istinad olunmaqla 56.577,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə 05.03.2020-ci il tarixli **********5646 nömrəli qərar qəbul olunmuşdur İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 05.03.2020-ci il tarixli **********5654 nömrəli qərarının və 05.03.2020-ci il tarixli **********5646 nömrəli qərarının ləğv edilməsinə və İddiaçı MMC-nin hesablarından silinərək dövlət büdcəsinə köçürülmüş vəsaitlərin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İda rəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 mart 2020-ci il tarixli **********5654 nömrəli və **********5646 nömrəli qərarları ilə İddiaçı MMC 167.249,01 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Bu qərarlarda İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 23 yanvar 2020-ci il tarixli 000346 nömrəli və 000337 nömrəli aktlara istinad edilərək göstərilmişdir ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaiməfaktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin m allar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə, Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə alınmış malların dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Hesab olunur ki, vergi orqanının 5 mart 2020-ci il tarixli sözügedən qərarları qanunsuz olduğundan, ləğv edilməli və iddiaçının hesablarından tutulub dövlət büdcəsinə ödənilmiş pul vəsaiti geri qaytarılmaqla hesablarına bərpa edilməlidir. İddiaçı MMC-nin təsisçisinin 19 iyun 2017-ci il tarixli qərarı ilə qurumun nizamnamə kapitalının ümumilikdə dəyəri 1.672.490 manat olan mallar nizamnamə kapitalına təsisçi payı kimi qoyulması yolu ilə artırılmışdır. Nizamnamə kapitalının artır ılması və buna uyğun nizamnamədə edilən dəyişikliklər AR Vergilər Nazirliyi tərəfindən 20 iyun 2017-ci il tarixdə qeydə alınmışdır. Nizamnamə kapitalında yuxarıda göstərilən dəyişikliyin qeydə alınmasından sonra cəmiyyətdə vergi yoxlaması həyata keçirilmiş, lakin vergi orqanı bu əməliyyatla bağlı hər hansı irad bildirməmişdir. Cavabdeh orqan tərəfindən 24 dekabr 2019-cu il tarixdə İddiaçı MMC-də operativ vergi yoxlamasının aparılması barədə **********6247 nömrəli qərar qəbul edilmişdir, vergi yoxlamasının nəticəsi olaraq 23 yanvar 2020-ci il tarixli aktlar tərtib edilmiş, daha sonra qeyd olunan qərarlar qəbul edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı onun təsisçisinin qərarı ilə artırılmış və təsisçi tərəfindən müvafiq mallar nizamnamə kapitalının artırılmasına yönəldilmişdir. Bu zaman həm in mallar bazar qiymətlərinə uyğun olaraq müstəqil audit tərəfindən qiymətləndirilmişdir. Cəmiyyət (onun orqanları) isə, təsisçinin qərarını icra edərək nizamnamə kapitalının artırılması və nizamnaməyə dəyişikliklər barədə təsisçinin qərarını vergi orqanlarına təqdim etmiş, vergi orqanları bu sənədlərdə hər hansı qanunsuzluq aşkar etməyərək müvafiq dəyişikliyi qeydiyyata almışlar. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 90.1ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Məcəllənin 90-cı maddənin tələblərinə görə isə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı 90.4-cü maddədə müəyyən edilən hallarda iki yolla artırıla bilər: 90.5-ci maddədə nəzərdə tutulduğu kimi, cəmiyyətin əmlakı hesabına və ya 90.6-cı maddədə nəzərdə tutulduğu kimi iştirakçıların əlavə payları hesabına. Əgər İddiaçı MMC-nin nizamnamə kapitalının artırılması cəmiyyətin amlakı hesabına artırılmış olsaydı, o zaman nizamnamə kapitalının artırılmasına yönəldilmiş malların alışını təsdiq edən sənədlərin cəmiyyətdən tələb edilməsi doğru hesab edilə bilərdi. Lakin indiki halda, cəmiyyətin nizamnamə kapitalı onun iştirakçısının (təsisçisinin) qərarı ilə, onun özünə məxsus əmlak (mallar) hesabına artırılmışdır. Bu isə, o deməkdir ki, b u mallar əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar olmaqla, onlara dair təhviltəslim aktı yetərli sayılmalıdır və sənədlərin təsisçinin nizamnamə kapitalının dəyişdirilməsi və nizamnamədə dəyişiklik barədə qərarını qeydə alarkən vergi orqanı özü də həmin halı belə formada qəbul etdiyindən, həmin qərarı qeydə almışdır. Vergi Məcəlləsinin 146.1.1-ci maddəsindən göründüyü kimi, təsisçi (iştirakçı) tərəfindən cəmiyyətin nizamnamə kapitalına qoyulmuş vəsait cəmiyyətin vergi tutulan gəlirlərinə aid edilmir. Həmçinin, təsisçi (iştirakçı) hüquqi şəxsin nizamnamə kapitalına əmlak şəklində vəsait qoyduqda bu əmlaka sahiblik həmin hüquqi şəxsə keçir və bu halda da hüquqi şəxs üçün hər hansı vergi öhdəliyi yaranmır. Beləliklə, İddiaçı MMC tərəfindən nizamnamə kapitalının təsisçisinin (iştirakç ısının) qərarı ilə müvafiq malların təqdim edilməsi yolu ilə nizamnamə kapitalının artırılması zamanı vergi qanunvericiliyinin hər hansı pozuntusuna yol verilməmişdir. Çünki, təqdim edilən mallar təhvil qəbul aktına əsasən balansa qəbul edilmiş və nizamnamə kapitalında (qeydə alınmaqla) və balans sənədlərində öz əksini tapmışdır. Əvvəlcədən sifariş edilmədən təqdim edilən bu malların təhvil-qəbul aktı onların müəssisənin sahibliyində olmasına əsas verən yetərli hüquqi sənəddir. Digər tərəfdən hesab edilir ki, hətta vergi orqanının nizamnamə kapitalına daxil edilmiş malların alışını təsdiq edən sənədlər barədə mövqeyi doğru olsaydı belə, bu, İddiaçı MMC-nin Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi tətbiq edilməklə həmin malların dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi üçün əsas olan bilməzdi. Belə ki, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2.1-ci maddəsində göstərilir ki, “Bu Qanuna əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.3, 58.7 – 58.10, 58.13 – 58.16, 60.3.1, 60.3.2 və 60.3.4-cü maddələrində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verdikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.” Vergi orqanı tərəfindən İddiaçı MMC-yə operativ vergi yoxlaması açılmasına dair qərar 2019-cu ildə qəbul edilmiş və onun tərəfindən iddia edilən vergi qanunvericiliyi pozuntusu aşkar edilmişdir. Həmin qərardan da göründüyü kimi, vergi orqanı iddia etdiyi vergi qanunvericiliyi pozuntusunun İddiaçı MMC tərəfindən birinci dəfə yol verildiyini qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Hesab olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının norması əsas götürülməklə, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2.1-ci maddəsi İddiaçı MMC-yə münasibətdə tətbiq edilməli və vergi orqanının iddia etdiyi vergi qanunvericiliyinin poz untusu (uçot qaydalarının pozulması) baş vermiş olsaydı belə, ona münasibətdə maliyyə sanksiyası tətbiq edilməyərək rəsmi xəbərdarlıq təqdim edilməli idi.
6. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı MMC-nin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbarda ümumi 4.623.690,50 manat mal qalığı aşkar olunmuşdur. Aşkar olunmuş malların 565.777,75 manat dəyərində dəyərində olan hissəsinin nizamnamə kapitalına pay şəklində qoyulduğu bildirilmiş, lakin həmin malların alışını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Operativ vergi nəzarətinin nəticələri üzrə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 56.577,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində sənədsiz malların nizamnamə kapitalına təs isçi payı kimi qoyulmasının qeyd edilməsinə rəğmən həmin malların təsisçi tərəfindən əldə edilməsinə dair sənədlər və ya təsisçi şəxsə keçməsi ilə bağlı təhvil-təslim aktlarının mövcud vergi nəzarəti zamanı malmaterialın sənədsiz olmaqla təsisçiyə məxsus olduğu bildirilmişdir. Lakin malların siyahısındakı növü və miqdarının fərdi istehlak tələbinə uzlaşmadığı tam açıq aydın şəkildə görünməklə yalnız sahibkarlıq məqsədləri üçün əldə olunduğu və bununla da təsisçi malları bilərəkdən sənədsiz olaraq əldə edərək pərakəndə satışı həyata keçirən təsisçisi olduğu vergi ödəyicisinin balansına nizamnamə kapitalı qoyuluşu şəklində qoymaqla dövriyyəyə dolayısı yolla sənədsiz mallar daxil etmişdir. Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən təsisçidən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malla rın qoyuluşu malların elektron qaimə-faktura ilə əldə olunmasını istisna etmir. Malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən İddiaçı MMC-yə qoyuluşu Vergi Məcəlləsinin 13.2.10- cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Lakin təsisçi tərəfindən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu zamanı elektron qaimə-faktura təqdim edilməmişdir. Bundan başqa, Müstəqil Auditor rəyinin 6-cı bəndində nizamnamə kapitalının artırılması məqsədi ilə əmlak şəklində 1.672.500 mnat əsas vəsait qoyulduğu qeyd edilsə də, həmin əsas vəsaitlərin istehsal tarixi, növü, çeşidi, miqdarı, habelə əsas vəsait qrupuna aid olması barədə məlumatlar rəyə əlavə olunmamışdır. Bu halda nizamnamə kapitalına malmaterialın satış məqsədi ilə qoyulması əsas vəsait deyil, dövriyyə vəsaitlərinə müh asibat yazılışı aparılmalı olduğundan, verilmiş Müstəqil Auditor rəyinin bu mallara şamil edilməsinə hüquqi əsas vermir. Qeyd olunanlara əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25A və Dərnəgül S/Zonası, 507-ci küçə, məhəllə 2096 ünvanlarında yerləşən mağaza və anbarda keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə görə qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarlarla tətbiq edilmiş maliyyə sanksiyası qanuni və əsaslıdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı MMCnin 20 iyun 2017-ci il tarixli kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizədə ərizəyə əlavə olunmuş adlı vərəq sənədlərin içərisində nizamnamə kapitalına qoyulan malların təhvil-təslim aktı əlavə olunmamışdı r. Odur ki, nizamnamə kapitalına qoyulan malların sayı, miqdarı, növü və məbləğini müəyyən etmək mümkün olmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-887/2021 saylı, 25.05.2021-ci il tarixli qərarı ilə (hakim Rüstəm Kərimli) İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və iddiaçının hesabından silinmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin 05.03.2020-ci il tarixli qərarları ilə məsuliyyətə cəlb edilməsindən əvvəl 27.12.2019-cu il tarixli **********7346 nömrəli qərarı ilə İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edildiyindən, iddiaçının Azərb aycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsinə əsaslanaraq, mübahisə predmeti olan 5 mart 2020-ci il tarixli qərarların rəsmi (yazılı) xəbərdarlıq edilmədən həyata keçirilən vergi nəzarəti tədbirlərinin nəticəsi kimi qiymətləndirilməsi dəlili əsaslı deyil. Vergi orqanı tərəfindən həyata keçirilən operativ vergi nəzarəti zamanı İddiaçı MMC-nin təsərrüfat subyektlərində (anbar və mağaza) aşkar olunmuş qalıq malların iddiaçının təsisçisinin nizamnamə kapitalına pay qoyuluşu kimi təqdim etdiyi mallarla eynilik təşkil etməsi birmənalı görünmür. Çünki, bir tərəfdən nizamnamə kapitalının artırılması kimi malların qoyuluşu barədə vergi ödəyicisi İddiaçı MMCnin müraciətində həmi n mallaın çeşidi, miqdarı və s. əlamətləri geniş əks olunmamışdır, digər tərəfdən də həmin mallar iddiaçının fəaliyyət istiqaməti üzrə satışını həyata keçirdiyi mallarla eyni təyinatlıdır. Sadalanan iki hal, həmin malların qurumun satış dövriyyəsinə dolayısı yolla sənədsiz daxil olunmasını nəinki istisna etmir, hətta buna şərait yaratmış olur.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsnin 2-1(112)-887/2021 saylı, 25.05.2021-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.11.2021-ci il tarixli, 21(103)-2454/2021 nömrəli qərarına əsasən (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira N ağıyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-887/2021 saylı, 25.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.11.2021-ci il tarixli, 2-1(103)-2454/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq norma larının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, əgər İddiaçı MMC-nin nizamnamə kapitalının artırılması cəmiyyətin əmlakı hesabına artırılmış olsaydı, o zaman nizamnamə kapitalının artırılmasına yönəldilmiş malların alışını təsdiq edən sənədlərin cəmiyyətindən tələb edilməsi doğru hesab edilə bilərdi. Lakin indiki halda, cəmiyyətin nizamnamə kapitalı onun iştirakçısının (təsisçisinin) qərarı ilə, onun özünə məxsus əmlak (mallar) hesabına artırılmışdır. Bu isə o deməkdir ki, bu mallar əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar olmaqla, onlara dair təhvil-qəbul aktı yetərli sayılmalıdır və sənədlərin təsisçinin nizamnamə kapitalının dəyişdirilməsi və nizamnamədə dəyişiklik barədə qərarını qeydə alarkən vergi orqanı özü də bunu elə bu cür qəbul etdiyindən həmin qərarı qeydə almışdır.
14. Digər tərəfdən, cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı mallar audit rəyi əsasında və müvafiq təhvil təslim aktı ilə təhvil verilmişdir. Məhkəməyə də təqdim edilmiş, İddiaçı MMC-nin təsisçisi ilə müəssisə arasında, təsisçinin müəssisənin nizamnamə kapitalının artırılmasına dair qərarına uyğun tərtib edilmiş və audit rəyinə əlavə edilmiş təhvil-təslim aktından göründüyü kimi, orada nizamnamə kapitalına qoyulan malların istehsal tarixi, növü, çeşidi, miqdarı, qiyməti dəqiqliklə öz əksini tapmışdır. Məhz buna görə də vergi orqanı 2017-ci ildə bu aktı qəbul etmiş və onun əsasında nizamnamə kapitalında dəyişiklik qeydə alınmışdır. Bundan əlavə, 2017-ci ildən sonra müəssisədə keçirilən vergi yoxlamalarında da nizam namə kapitalının artırılması qərarı ilə bağlı hərhansı irad bildirilməmişdir. Bir-birinə tam zidd olan iki fikir, arqument, akt eyni zamanda düz ola bilməz. Əgər vergi orqanının 2017-ci ildə nizamnamə kapitalının artırılmasının qeydə alınması barədə qərarı düzdürsə, onda 23.01.2020-ci il tarixli aktlar və 05.03.2020-ci il tarixli qərarlar səhvdir. Əksi olsaydı, vergi orqanı özünün əvvəlki qərarını da ləğv etməli, nizamnamə kapitalının onun iddiasına görə “sənədsiz, mənşəyi bilinməyən və əsas vəsait qrupuna aid olması barədə sənədi olmayan mallarla” artırılmış nizamnamə kapitalı əvvəlki vəziyyətə qaytarılmalı idi.
15. Hətta vergi orqanının nizamnamə kapitalına daxil edilmiş malların alışını təsdiq edən sənədlər barədə mövqeyi doğru olsaydı belə, bu İddiaçı MMC-nin Vergi Məcəlləsinin 58.8.2- ci maddəsi tətbiq edilməklə həmin malların dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi üçün əsas ola bilməzdi. Belə ki, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2.1-ci maddəsində göstərilir ki, “Bu Qanuna əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.3, 58.7 – 58.10, 58.13 – 58.16, 60.3.1, 60.3.2 və 60.3.4-cü maddələrində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verdikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.” Qanunun normasından göründüyü kimi orada “vergi pozuntusu birinci dəf ə aşkar edildikdə” ifadəsi yox, “belə hala birinci dəfə yol verildikdə” ifadəsi işlədilir.
16. İlk növbədə, Vergi pozuntusu olduğu iddia edilən qərar (akt) qanunun qəbul edilməsindən əvvəl – 2017-ci ildə baş vermişdir və vergi ödəyicisinin vəziyyətini pisləşdirən qanun konstitusiyanın tələbinə əsasən geriyə şamil edilə bilməz. İkincisi, vergi orqanı tərəfindən İddiaçı MMC-yə operativ vergi yoxlaması açılmasına dair qərar 2019-cu ildə qəbul edilmiş və onun tərəfindən iddia edilən vergi qanunvericiliyi pozuntusu aşkar edilmişdir. 30.11.2018-ci il tarixli, 1356-VQD nömrəli Qanunun 2.1-ci maddəsindən göründüyü kimi, onun məqsədi qanunun qəbul edilməsindən sonra bir il ərzində baş verən pozuntulara sanksiya tətbiq etmədən, xəbərdarlıqla “cəzalandırmaq”dır. Başqa cür olsaydı, belə çıxır ki, eyni hərəkətə görə birinci dəfə xəbərdarlıq edildikdən sonra hər il eyni qaydada sanksiya tətbiq edilməli idi.
17. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən hallara qiymət verməmiş, sübutları tam, hərtərəfli araşdırmamış, İPM ilə məhkəmənin üzərinə qoyulmuş vəzifələrini pozmuş, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Nəzərə alınmaldır ki, təsisçi tərəfindən özünə məxsus malların İddiaçı MMC-nin nizamnamə kapitalının artırılmasına yönəldilməsi nəinki vergidən yayınma deyildir, əksinə, bununla həmin mallar vergiyə cəlb edilmiş, onların satışından əldə edilən vəsaitdən müəssisə vergiləri ödəmişdir. Bu isə o deməkdir ki, bu əməliyyat müəssisəyə (və ya təsisçiyə) hər-hansı əlavə iqtisadi fayda gətirməmişdir. Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsinə dair Konstitusi ya Məhkəməsi Plenumunun 07.12.2011-ci il tarixli Qərarının əsaslandırıcı hissəsində deyilit ki, iqtisadi faydanın olmaması, vergitutma obyektinin olmamasına dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, 2017-ci il tarixində təsisçi tərəfindən müvafiq malların nizamlama kapitalının artırılmasına əmlak şəklində ******* manat əsas vəsait qoyulduğu qeyd olunsa da, həmin əsas vəsaitlərin istehsal tarixi, növü, çeşidi, miqdarı, habelə əsas vəsait qrupuna aid olması barədə məlumatlar rəyə əlavə olunmamışdır. Belə ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizədə ərizəyə əlavə olunmu ş sənədlərin içərisində nizamnamə kapitalına qoyulan malların sayı, miqdarı, növü və məbləği ilə bağlı heç bir sənəd əlavə edilməmiş, əlavə olunan sənəd müstəqil auditor rəyidir ki, bu sənədə əsasən əmlak və ya əmlakların nədən ibarət olmasını, həmçinin əsas vəsait qrupuna aid olmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa, həmin malların siyahısındakı növü və miqdarının fərdi istehlak tələbinə uzlaşmadığı aydın şəkildə görünməklə yalnız sahibkarlıq məqsədləri üçün əldə olunduğu və bununla da təsisçisi malları bilərəkdən sənədsiz olaraq əldə edərək pərakəndə satışı həyata keçirən təsisçisi olduğu vergi ödəyicisinin balansına nizamnamə kapitalı qoyuluşu şəklində qoymaqla dövriyyəyə dolayısı yolla sənədsiz malları daxil etmişdir.
19. Həmçinin, malların nizamnamə kapitalı kimi təsisçi t ərəfindən İddiaçı MMC-yə qoyuluşu Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Həmin Məcəllədə malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi kimi qeyd olunmuşdur. Lakin təsisçi tərəfindən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu zamanı elektron qaimə faktura təqdim edilməmiş, bu malların nə zaman hansı sənəd əsasında əldə olunması məlum olmadığından tək verilmiş Müstəqil Auditor rəyinin bu mallara şamil edilməsinə hüquqi əsas vermir.
20. Bundan başqa, iddiaçı barəsində məsuliyyət qərarı qəbul edilərkən 30.11.2018ci il tarixli 1356-VQD nömrəli Qanunun 2.1-ci maddəsinin tələbləri (1 il müddət) nəzərə alınmışdır. Belə ki, iddiaçı ona məxsus obyektlərdə 23.01.2020-ci il tarixində tərtib edilmiş aktlara əsasən məsuliyyətə cəlb edilmişdir. Qanunvericilik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət vermişdir. Cavabdeh həmin səlahiyyətindən istifadə edərək qanunvericiliyin tələblərinə uyğun olaraq vergilərin hesablanması barədə qərar qəbul etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar (-) 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: (-) 13.2.10. Mallar ın təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxs lə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (-) 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə- faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi (-) 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlid ir. (-) 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdi m edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: (-) 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehs al edilən hazır məhsullara münasibətdə tətbiq edilmir (-) Maddə
62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. (-) 22. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30.11.2018-ci il tarixli 1356-VQD nömrəli Qanun Maddə
2. Keçid müddəaları 2.1. Bu Qanuna əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.3-cü, 58.7ci – 58.10-cu, 58.13-cü – 58.16-cı, 60.3.1-ci, 60.3.2-ci və 60.3.4-cü maddələrində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir. (-)
23. İnzibati Prosessual Məcəllə Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədlə ri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Məhkəmə qərarı bütövlükdə mübahisələndirildiyindən onun qanuniliyi və əsaslılığı tam həcmdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassatorun əsas dəlilləri on dan ibarətdir ki, operativ vergi nəzarəti zamanı mal qalığı kimi aşkar olunmuş mallar MMC-nin təsisçisinin nizamnamə kapitalına pay şəkilində qoyulmuşdur və bu bununla bağlı müvafiq qeydiyyatı aparan aidiyyəti vergi orqanına ünvanlanmış müraciət nəzərə alınmaqla həmin qurum tərəfindən nizamnamə kapitalının artırılması, nizamnaməyə dəyişiklik qeydə alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2- ci maddəsinə əsasən maliyyə sanksiyaları il ərzində belə hala birinci dəfə yol verildiyinə görə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilə bil ərdi. Halbuki, belə xəbərdarlıq olmamışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı eyni dəlilləri həm iddia ərizəsində, həm də apellyasiya şikayətində bildirmiş, məhkəmələr tərəfindən həmin dəlillərə lazımi hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin həmin dəlillərə münasibətini əsaslı hesab edir.
28. Belə ki, cavabdehin 05.03.2020-ci il tarixli **********5646 və **********5654 nömrəli qərarları qəbul edilməzdən əvvəl 27.12.2019-cu il tarixli **********7346 nömrəli qərarı ilə İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edildiyindən, iddiaçının Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30.11.2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2- ci maddəsinə əsaslanaraq, mübahisə predmeti olan 05.03.2020-ci il tarixli qərarların rəsmi (yazılı) xəbərdarlıq edilmədən həyata keçirilən vergi nəzarəti tədbirlərinin nəticəsi kimi qiymətləndirilməsi dəlili əsaslı deyildir.
29. Belə ki, vergi orqanı tərəfindən həyata keçirilən operativ vergi nəzarəti zamanı İddiaçı MMC-nin təsərrüfat subyektlərində (anbar və mağaza) aşkar olunmuş qalıq malların iddiaçının təsisçisinin nizamnamə kapitalına pay qoyuluşu kimi təqdim etdiyi mallarla eynilik təşkil etməsi birmənalı görünmür. Çünki, bir tərəfdən nizamnamə kapitalının artırılması kimi malların qoyuluşu barədə vergi ödəyicisi İddiaçı MMC-nin müraciətində həmin malların çeşidi, miqdarı və s. əlamətləri geniş əks olunmamışdır, digər tərəfdən isə həmin mallar iddiaçının fəaliyyət istiqaməti üzrə sat ışını həyata keçirdiyi mallarla eyni təyinatlıdır. Sadalanan iki hal, həmin malların qurumun satış dövriyyəsinə dolayısı yolla sənədsiz daxil olmasını nəinki istisna etmir, hətta buna şərait yaratmış olur.
30. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən MMC-yə qoyulması Vergi Məcəlləsinin 13.2.10cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Malların təqdim edilməsi dedikdə, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi qeyd olunmuşdur. Lakin, təsi sçi tərəfindən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu zamanı elektron qaimə-faktura təqdim edilməmiş, bu malların nə zaman və hansı sənəd əsasında əldə olunması məlum olmadığından 19.06.2017-ci il tarixdə verilmiş müstəqil auditor rəyinin bu mallara şamil edilməsinə hüquqi əsas vermir.
31. Göründüyü kimi, İPM-in 14.1-ci maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan vergi məsuliyyətinə cəlbetmə haqda qərarın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçının kassasiya şikayəti əsassız olduğundan təmi n edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.11.2021-ci il tarixli, 2-1(103)-2454/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.11.2021-ci il tarixli, 21(103)-2454/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.