Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-437/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; patrul xidmətinin təşkil olunması fəaliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinətinə göndərilm əsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)2618/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 266 nömrəli əmrinə əsasən, iddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və “əsgər” hərbi rütbəsi verilməklə həmin hərbi hissənin, 2-ci zenit-raket divizonun, 2-ci zenit raket batareyasının maddi təminat taqımının avtomobil manqasına sürücü vəzifəsinə təyin olunmuşdur.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 189 nömrəli əmrinə əsasən, iddiaçı (əsgər) hərbi xidmət müddətini başa vurduğuna görə xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, xx.xx.2021-ci il tarixindən isə pul təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumuna göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020 -ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi - Hava Qüvvələrinin N saylı hərbi hissəsində sürücü vəzifəsində əsgər rütbəsində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 250 nömrəli əmri əsasında xx.xx.2021-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə sürücü vəzifəsində iştirak etmiş və bu barədə hərbi biletində qeyd edilmiş, lakin ona müharibə veteranı adı və vəsiqəsi verilməmi şdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 07 mart 2024-cü il tarixli, 21(116)-2798/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə icraatı zamanı müəyyən edildiyi kimi, iddiaçı Bərdə rayonunda patrul xidmətinin təşkil olunması fəaliyyəti ilə məşğul olmuşdur. Bu isə Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə, o cümlədən on birinci abzasında göstərilən fəaliyyətə aid deyildir. İddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması barədə hərbi biletində olan qeyd onun hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, müharibə veteranı adı verilməsi üçün əsas ola bilər. Bu barədə hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.R.Səlimova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və M.C.Qarayeva) 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2618/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməs i və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
11. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Vətən Müharibəsi zamanı o, 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilədək N saylı hərbi hissənin tərkibində Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə sürücü vəzifəsində iştirak etmiş, bu barədə hərbi biletinin 7-ci səhifəsində, 14-cü bölməsində qeyd edilmişdir. N saylı hərbi hissənin arayış məlumatına əsasən döyüş əməliyyatları aparılan zaman onun xidmət etdiyi ərazi Bərdə rayonu olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir. İşin faktiki halları məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Belə ki, müharibə vaxtı N saylı hərbi hissənin əsas məqsədi hava hücumundan müdafiəni təşkil etmək olmuşdur. 44 gün ərzində sənəd tərtibi ön planda olmadığından, iddiaçının və digər hərbi qulluqçuların müharibə vaxtı gördüyü işlər tam şəkildə sənədlərdə öz əksini tapmamışdır.
12. Bundan əlavə, onunla eyni mövqedə (Bərdə şəhərində) xidmət aparan əsgər yoldaşı Quliyev Paşa Tufan oğlu Sumqayıt İnzibati Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən müharibə veteranı statusu almışdır. Belə olan halda, bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tələbləri pozulur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 1
3. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respub likasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyya tları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat ) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər....
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edi lməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqd irdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli h esab olunur.
22. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tələbinin hüquqi əsası kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı Bərdə rayonu Lənbəran kəndində yerləşən divizionun, yalnız patrul xidmətinin təşkil olunmasında iştirak etmişdir. Halbuki, iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması barədə hərbi biletində olan qeyd onun hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, müharibə veteranı adı verilməsi üçün əsas ola bilər ki, iddiaçı tərəfindən bu barədə heç bir sübut təqdim edilməmişdir.
23. İşin aşağı i nstansiya məhkəməsi tərəfindən araşdırılması zamanı isə müəyyən edilmişdir ki, yanvar 2017-ci il tarixdən 25 oktyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə iddiaçı barəsində məlumat daxil olmamışdır. N saylı hərbi-hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçının xidmət etdiyi ərazi Bərdə rayonu olmuş, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir.
24. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən N.Salayev tərəfindən imzalanan xx.xx.2024-cü il tarixli 88 0 saylı məktubda iddiaçının N nömrəli hərbi hissənin Bərdə rayonu ərazisində yerləşən 2-ci divizionun 2-ci batareyasının maddi təminat taqımının avtomobil taqımının sürücüsü vəzifəsində xidmət etməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş tapşırıqlarını icra edən divizionda patrul xidmətinin təşkil olunmasında fəal iştirak etməsi, onun və onun manqa komandiri X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı Bərdə rayonu ərazisində yerləşən döyüş tapşırıqlarını icra edən divizionda bir yerdə xidmət etmələri, iddiaçının manqa komandiri X4 “Vətən Müharibəsi iştirak çısı” statusu verilməsi, iddiaçının “Vətən Müharibəsi” dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş tapşırıqlarını icra edən divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak edərək döyüş təminatını icra etməsi bildirilmişdir.
25. Buna baxmayaraq, N nömrəli hərbi hissənin komandiri E.Qebedov tərəfindən imzalanan xx.xx.2024-cü il tarixli 1070 saylı məktubda xx.xx.2024-cü il tarixli 880 saylı məktubda qeyd olunanlar təkzib edilərək, iddiaçının N nömrəli hərbi hissənin Bərdə rayonu ərazisində yerləşən 2-ci divizionun 2-ci batareyasının maddi təminat taqımının avtomobil taqımının sürücüsü vəzifəsində xidmət etməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il ta rixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı rayonlarının, Tərtər rayonun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarında döyüş əməliyyatlarında iştirak etməməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı Bərdə rayonu Lənbəran kəndində yerləşən divizionun patrul xidmətinin təşkil olunmasında iştirak etməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüşlər gedən ərazilərə ezam olunmaması və bilav asitə döyüşlərdə iştirak etməməsi, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında hər hansı bir təminat üzrə bilavasitə iştirak etməməsi, ona məxsus SX ******* nömrəli xx.xx.2020-ci il tarixli hərbi biletinin 7-ci səhifəsinin 14-cü qrafasında qeyd olunmuş “xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlər zamanı N nömrəli hərbi hissədə sürücü vəzifəsində xidmət edib” barədə məlumatın həmin qrafada səhvən qeyd edilməsi və həmin məluma tın o zaman hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini polkovnik leytenant Mobil Ovçiyevin səhvi ilə qeyd olunması, bununla əlaqədar olaraq sonuncunun intizam qaydasında cəzalandırıldığı bildirilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli 1070 saylı məktubunda qeyd edilənlər, həmin hərbi hissənin xx.xx.2024-cü il tarixli 880 saylı məktubunda qeyd edilən məlumatları təkzib etdiyindən və həmin ( xx.xx.2024-cü il tarixli) məktubda qeyd edilənlər işdə olan digər sübutlara, o cümlədən arxiv məlumatlarına uyğun olduğundan, məhz bu məktubdakı məlumatları mötəbər sübut kimi qəbul etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Belə olan halda, iddiaçının hərbi biletində qeyd edilən və onun tələbini əsaslandırmaq üç ün istinad etdiyi məlumatların mötəbər olmaması barədə aşağı instansiya məhkəmələrinin mövqeyi də əsaslı olmuşdur.
27. Göründüyü kimi, iddianın hüquqi əsası kimi istinad olunan sənədlər iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
28. Məhkəmə kollegiyası bu qərarın 12-ci bəndində qeyd olunan, iddiaçının kassasiya dəlilinə münasibətdə (əsgər yoldaşına müharibə veteranı adının verilməsi) qeyd edir ki, Quliyev Paşa Tufan oğluna müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarından (Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-141/202 4 nömrəli qərarı) görünür ki, o, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri, Müdafiə nazirinin müavininin xx.xx.2020-ci il tarixli 0028 nömrəli sərəncamı əsasında Bərdə ərazisində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı hədəflərin izlənilməsində və planşetdə əks olunmasında iştirak etmişdir.
29. Göründüyü kimi, iddiaçı patrul xidmətinin təşkil olunması fəaliyyəti ilə məşğul olsa da, Paşa Quliyev hədəflərin izlənilməsində və planşetdə əks olunmasında iştirak etmiş və məhkəmə araşdırmaları zamanı da, məhz həmin vəzifənin yerinə yetirilməsi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas olmuşdur. Başqa sözlə, iddiaçı analoji hal kimi is tinad etsə də, Paşa Quliyevin xidməti onunla eyni deyil, məhz döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmuşdur. İddiaçının isə hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirməsi yuxarıda qeyd edildiyi kimi, məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə olan halda bərabərlik və etimad hüququnun pozulmasından söhbət gedə bilməz.
30. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2618/2024 nömrəli qər