Məhkəmə qərarları › İş №2-1(102)-4374/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4374/2025

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4374/2025 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, tələb olunan sığorta stajının olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı ##.##.1959-cu il təvəllüdlüdür.

2. Iddiaçı ##.##.1975-ci il tarixdən ##.##.1976-cı il tarixədək Şamaxı rayonu *** saylı texniki peşə məktəbində təhsil almışdır. X4 Filialı tərəfindən təqdim edilmiş əmrlərdən görünür ki, İddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1983-cü il tarixədək "Şamaxı" sovxozunun 11 N-li briqadasında fəhlə, ##.##.1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək həmin sovxozun tikinti sexində bənna işləmişdir. Arxiv tərəfindən təqdim edilən əmək haqqı cədvəllərlə iddiaçının həmin dövrdə işləməsi təsdiq edilir.

3. Iddiaçı əmək kitabçasındakı qeydlərə əsasən ##.##.1974-cü il tarixdən ##.##.1978-ci il tarixədək Lenin adına sovxozda fəhlə, ##.##.1980-ci il tarixdən 30.03.192-ci il tarixədək Şamaxı rayon Tikinti Idarəsində fəhlə, ##.##.1982-ci il tarixdən ##.##.1983-cü il tarixədək ** saylı Avtomobil kolonnasında, ##.##.1983-cü il tarixdən ##.##.1983-cü il tarixədək “Şamaxı” sovxozunda fəhlə, ##.##.1983-cü il tarixdən ##.##.1983-cü il tarixədək “Kuybışevtikinti” trestinin *** saylı tikinti quraşdırma qatarında bənna-quraşdırıcı, ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək bənna, ##.##.1984-cü il tarixdən ##.##.1984-cü il tarixədək dülgər, ##.##.1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək “Şamaxı” sovxozunda bənna, ##.##.1986-cı il tarixdən ##.##.1987-ci il tarixədək Kuybışev aviasiya zavodunda bənna, ##.##.1988-ci il tarixdən ##.##.1989-cu il tarixədək, ##.##.1989-cu il tarixdən ##.##.1989-cu il tarixədək Böyük Xınıslı kənd 8 illik orta məktəbində gözətçi işləmişdir.

4. Iddiaçının yaşa görə əmək pensiya təyin edilməsinə dair müraciətinə əsasən cavabdehin ## ######## 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı təqdim edilmiş sənədlərinin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.1975-ci il tarixindən ##.##.1976-cı il tarixinədək əyani təhsil aldığı illər və ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 3 ay 26 gün təşkil edir. Həmçinin nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “## ######## 2024-cü il tarixli, 3-17-1/2- R******/2024 saylı imtinanın ləğv edilməsi və yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1959-cu il təvəllüdlüdür, texniki peşə məktəbi və hərbi xidmət müddəti də daxil edilməklə 26 ildən yuxarı əmək stajına malikdir. Buna baxmayaraq cavabdeh inzibati orqan ona yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (##.##.2024-cü il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Iddiaçının ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmət dövrü, ##.##.1974-cü tarixdən ##.##.1978-ci il tarixədək, ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək, ##.##.1982-ci il tarixdən ##.##.1983- cü il tarixədək, ##.##.1986-cı il tarixdən ##.##.1987-ci il tarixədək, ##.##.1989-cu il tarixdən ##.##.1999-cu il tarixədək əmək fəaliyyəti dövrləri və X5 ##.##.2024-cü il tarixli 3-48-11F/-2-M-246-33- ** №-li arayışına əsasən 1983-1986-cı illərdə “Şamaxı" sovxozunda işlədiyi dövrdə 1983- cü il üzrə 4 ay, 1984-cü il üzrə 5 ay, 1985-ci il üzrə 12 ay, 1986-cı il üzrə 4 ay əmək haqqı aldığı dövr, 1988-1989-cu illərdə MPMK-100-də işlədiyi dövrdə 1988-ci il üzrə 12 ay əmək haqqı aldığı dövr nəzərə alınmaqla ümumi 23 il 3 ay 26 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. Mübahisələndirilən dövrlər- sözügedən arayışda qeyd edilənlərə əsasən 1983- cü il üzrə 8 ay, 1984-cü il üzrə 7 ay, 1986-cı il üzrə 8 ay əmək haqqı almadığı dövrlərin ümumi 1 il 11 ay təşkil etməklə mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı təqdim etdiyi **** №-li təhsil haqqında sənədin (attestatın) surətinə əsasən ##.##.1975-ci il tarixdən ##.##.1976-cı il tarixədək olan təhsil dövrü əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən qeyd edilən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. Iddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir.

8. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli (hakim X2) qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...mübahisəli dövrlər məhkəmə tərəfindən nəzərə alınsa belə 25 il ümumi iş stajı yaranmır. Iddiaçının ümumi iş stajı: ##.##.1974-##.##.1978-ci il; (##.##.1978-##.##.1980-ci il (hərbi xidmət dövrü)) ##.##.1980-##.##.1982-ci il; ##.##.1982-##.##.1983-cü il (##.##.1982-ci il tarixli əmr etibarsız hesab edilib); ##.##.1983-##.##.1983-cü il; ##.##.1983- ##.##.1983-cü il; ##.##.1983-##.##.1984-cü il; ##.##.1984-##.##.1984-cü il; ##.##.1984- ##.##.1986-cı il; ##.##.1986-##.##.1987-ci il; ##.##.1988-##.##.1989-cu il; ##.##.1989- ##.##.1999-cu il tarixləri əhatə edən dövrlərdir ki, hərbi xidmət dövrü ilə birlikdə cəmi 24 il 5 ay 10 gün təşkil edir. Bundan əlavə iddiaçının təhsil dövrü əmək fəaliyyəti dövrü ilə üst-üstə düşərək (##.##.1975-ci il tarixdən ##.##.1976-cı il tarixədək olan təhsil dövrü) iş stajına hesablanan dövrlə tam əhatə olunmuşdur Yuxarıda qeyd edilən halları rəhbər tutaraq məhkəmə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hallara ayrıca qiymət verilməsini zəruri hesab etmir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilən bütün əmək fəaliyyəti dövrü, hərbi xidmətdə olduğu dövr tam şəkildə nəzərə alınacağı təqdirdə belə iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı yaranmayacaqdır”.

10. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər X3-məruzəçi, X6 və X1) ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilinə görə apellyasiya instansiyası məhkəməsinin qərarı “Əmək pensiyaları haqqında” Qanunun 1-ci, 7-ci, 21.1-ci, 22-1.1-cu, Əmək Məcəlləsinin 87ci, “Inzibati Icraat haqqında” Qanunun 19-cu və 24-cü maddələrinə istinadlar edilməklə onlar düzgün təfsir və tətbiq olunmamışdır.

15. Iddiaçının işlədiyi idarə, təşkilat, müəssisə ona aid sənədləri Arxivə təhvil verməyibsə, bu onun günahı deyildir. Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarında yazılıb ki, guya cavabdeh tərəfindən nəzərə alınmayan dövrlər nəzərə alınsa belə yenə də iddiaçı çün tələb olunan 25 il ümumi iş stajı yaranmır. Halbuki, hesablama düzgün aparılsa, elementar qaydada təsdiq olunur ki, ümumi iş stajı 25 ildən çox alınır.

16. Birinci instansiya məhkəməsinin iş üzrə qərarında iddiaçının ümumi əmək stajının 23 il 3 ay 26 gün olması yazılmışdır. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin bu qərarının sonuncu səhifəsində isə iddiaçının ümumi əmək stajının 24 il 3 ay 25 gün olduğu yazılmışdır. Bu isə birinci instansiya məhkəməsinin qərarında yazılandan 1 (bir) il çoх müddət deməkdir. Əgər birinci instansiya məhkəməsi iddiaçının ümumi əmək stajını 23 il 3 ay 26 gün hesab edibsə, Sumqayıt Apellyasiya Məhkəməsi həmin müddəti 1 (bir) il çox yazaraq 24 il 3 ay 25 gün hesab edibsə, deməli bu uyğunsuzluq təsdiq edir ki, nəticələr fərqli olduğuna görə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıla bilməz.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olduğundan qərar qanuni və əsaslı olmuş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 1.Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Iddiaçının hüquqi marağı ## ###### 1959-cu ildə doğulması nəzərə alınıb 65 yaşının tamam olduğu ## ###### 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsidir.

32. Iddiaçının 65 yaşdan pensiya hüququnun yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə görə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması zəruridir.

33. Cavabdehin dəlillərinə görə iddiaçının ##.##.1975-ci il tarixindən ##.##.1976-cı il tarixinədək əyani təhsil aldığı illər və ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 3 ay 26 gün təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Tələb olunan 25 il ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etməmişdir.

34. Cavabdeh iddiaçının ümumi stajının 23 il 3 ay 26 gün hissəsini qəbul edir, 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 7 ay, 1986-cı il üzrə 8 ay əmək haqqı almadığını bildirib ümumi 1 il 11 ay hissəni mübahisələndirir.

35. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Iddiaçının 1975-1976-cı illərdə təhsil aldığı dövr onun cavabdeh tərəfindən nəzərə alınan 1974-1978-ci illərdə Lenin adına sovxozda işlədiyi dövrlə üst-üstə düşdüyündən qanunvericilik üst-üstə düşən sığorta illərinin yalnız birini nəzərə alır.

36. Bundan başqa, cavabdehin 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 7 ay, 1986-cı il üzrə 8 ay əmək haqqı almadığı-ümumi 1 il 11 ay hissəsini mübahisəli staj kimi qiymətləndirilsə də, iddiaçının həmin dövrdə işləməsi və əmək haqqı alması barədə hər hansı mötəbər sübut mövcud olmamışdır. Belə ki, Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilən əmrlər və əmək haqqı cədvəllərindən də görünür ki, iddiaçı həmin aylarda işləməmiş və əmək haqqı almamışdır. Faktiki olaraq cavabdeh tərəfindən mübahisələndirilən dövr təhsil müddətidir ki, həmin dövr iddiaçının işlədiyi dövrlə üst-üstə düşdüyündən haqlı olaraq təkrar olaraq ümumi iş stajına daxil edilməmişdir.

37. Iddiaçının əmək kitabçasında və Şamaxı rayon Dövlət Arxivindən təqdim edilən məlumatlarda, həmçinin hərbi xidmət dövrü tam şəkildə hesablandıqda cəmi iş stajı 24 il 3 ay 25 gün təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajdan azdır.

38. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.

39. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;…

40. Iddiaçı 2006-cı ilin ######ın #-dən 2018-ci ilin # #### tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olması ilə bağlı hər hansı dəlil irəli sürməmiş, cavabdeh həmin dövrdə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığını bildirmişdir.

41. Iddiaçı apellyasiya və kassasiya şikayətlərində məhkəmənin düzgün nəticəyə gəlmədiyini bildirmiş, lakin konkret olaraq hansı dövrlərə görə onun həqiqətən 25 il ümumi stajı olmasına dair hər hansı əsaslandırma verməmişdir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 il ümumi stajının mövcud olması sübuta yetmədiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar